İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssis
Son tarix 02 okt 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
- Tibb sahəsində və Xəstəxana İdarəetmə Sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il iş təcrübəsi (ESD, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);
- Dil bilikləri: Azərbaycan – səlis, ingilis dili biliyinin olması üstünlükdür;
- Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- Problem həll etmə və ünsiyyət bacarığı;
- Operativlik və dəqiqlik;
- Ölkədaxili mütəmadi ezamiyyələrə getmək imkanının olması.
Görəcəyiniz işlər:
- İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;
- Sorğunun icrası ilə bağlı yekun nəticə əldə etmək və sorğunun bağlanması üçün addımları koordinasiyalı şəkildə izləmək;
- Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;
- Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
- Daxil olan rəsmi məktubları cavablandırmaq.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 01.10.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Marketinq və tədbirlər şöbəsinin məsləhətçisi
Son tarix 02 okt 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Sosial media səhifələri üçün məzmunların araşdırılması, trendlərə uyğun yaradıcı kontentlərin hazırlanması;
- Reklam və marketinq kompaniyalarının strategiyaları və kontentlərinin hazırlanması;
- Video kontentlər üçün ssenarilərin yazılması;
- Sosial şəbəkələrdə aylıq paylaşım qrafiklərinin hazırlanması;
- Sosial media səhifələri üçün yeni rubrika ideyalarının təklif olunması və məzmunların hazırlanması;
- Reklam kanallarını araşdırmaq və reklam məlumatının optimal yayım kanallarını müəyyən etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Kopirayter və sosial media meneceri istiqamətində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Microsoft Ofis proqramlarında işləmək bacarığı;
- Meta Business Suite, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmək bacarığı üstünlükdür;
- Təqdimat və komandada işləmə bacarığı;
- Operativlik və vaxtın idarəedilməsi bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 01.10.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.