İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Product Owner
Son tarix 16 sen 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Təhsil: Ali texniki təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis və rus dili biliklərinin olması arzuolunandır);
- Scrum, Agile metodologiyası üzrə biliklər;
- Məhsulun inkişafı arxitekturasına dair biliklər;
- Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;
- Effektiv prioritetləşdirmə bacarığı;
- İstifadəçi əsaslı dizayn prinsipləri haqqında biliklər;
- Komandada işləmək bacarığı;
- Güclü analitik bacarıqlar;
- Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı.
Görəcəyiniz işlər:
- İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq, təxmin etmək və onları məhsul tələblərinə çevirmək;
- Məhsul üçün vizyonun müəyyən edilməsi;
- Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarının idarə edilməsi və prioritetləşdirilməsi;
- Dizayn və inkişaf da daxil olmaqla məhsulun yaradılmasının bütün mərhələlərinə nəzarət etmək;
- İstifadəçi hekayələrinin və texniki tapşırıqların hazırlanması;
- Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqi və qiymətləndirilməsi;
- Yenilənmələri düzgün çatdırmaq üçün məhsul komandası və son istifadəçilərlə kommunikasiyaların idarəedilməsi;
- Məhsul biznes mühitində olduqdan sonra performans haqqında son istifadəçilərdən rəylərin toplanması və sonrakı inkişaf prossesinə cavabdeh olmaq.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.09.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin məsləhətçisi/aparıcı /baş məsləhətçisi
Son tarix 15 sen 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Tibbi xidmətlərin tariflərinin hesablanması üçün zəruri olan ilkin məlumatların toplanması;
- Tibbi xidmətlərin tariflərinin hesablanması üçün riyazi statistik metodlardan istifadə edərək modellərin hazırlanması;
- İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi;
- Tibbi xidmətlərin tariflərinin hesablanması zamanı yaranan sahəvi suallarla bağlı müvafiq sahənin həkim-ekspertləri ilə əməkdaşlıq etmək;
- Tibbi xidmətlərin tariflərinin hesablanması üçün zəruri olan bütün parametrlərin, ilkin məlumatların və hesablamalar zamanı istifadə edilmiş hər hansı mülahizələrin mənbəyi haqqında ətraflı məlumat vermək və lazımi riyazi statistik hesablamaları təqdim etmək;
- Xidməti zərurət yarandığı zaman ezamlara getmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil - iqtisadiyyat, maliyyə və ya digər aidiyyəti ixtisaslar;
- Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Maya dəyərinin/tariflərin hesablanması və Maliyyə modellərinin qurulması sahəsində təcrübə;
- Maliyə məsləhət xidmətləri sahəsində təcrübənin olması üstünlükdür;
- Əla səviyyədə Excel biliyi;
- Statistik proqramlarda işləmə bacarığı üstünlükdür (SPSS və s.);
- BI və vizuallaşdırma proqramlarında işləmə bacarığı (Tableau, PowerBI);
- İlkin səviyyə Python biliklərinin olması üstünlükdür;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv;
- Qabaqcıl tədqiqat və təqdimat bacarıqları;
- Komandada işləmə bacarığı;
- Qabaqcıl analitik və problem həll etmək bacarıqları;
- Agentliyin ehtiyaclarına uyğun olaraq dinamik, uyğunlaşa bilən və çevik yanaşma;
- Stressə davamlılıq.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 14.09.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.