Azerbaijan Energy Regulatory Agency
Təminat şöbəsi – Aparıcı mütəxəssis
Son tarix 12 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
- İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
- İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
- İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Ali təhsil (Nəqliyyat vasitələrinin texniki istismarı və s. aidiyyəti ixtisasları üzrə)
- İxtisası üzrə profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi
- Yaş həddi 25-40 aralığı;
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
- Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmalıdır.
- Avtonəqliyyat vasitəsinin texniki quruluşu haqqında nəzəri və praktiki biliklərə malik olmalıdır.
- Avtonəqliyyat vasitəsində baş verən nasazlıqları aşkarlamaq bacarığı olmalıdır.
- Avtonəqliyyat vasitəsi konstruksiyası hissələrini və təmiri prosedurları haqqında bütün məlumatları bilməlidirlər.
- Yüksək səviyyədə MS Office bilikləri
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Aparıcı mütəxəssis) qeyd edin