Azerbaijan Energy Regulatory Agency
Direktor müavini / Layihələrlə iş sektorunun müdiri
Son tarix 02 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;
- Departamentin Layihələrlə iş sektorunun (bundan sonra – sektor) fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
- Müvafiq qaydada həvalə olunduğu hallarda departamentin direktoru vəzifəsinin icrası;
- Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasının təşkil edilməsi, yoxlanılması və buna nəzarətin həyata keçirilməsi;
- Enerji effektivliyi ilə bağlı normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak;
- Layihələrin təhlili, qiymətləndirilməsi və ümumi prosesə rəhbərlik;
- Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişlərin verilməsi, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
- Layihə planlarına dəyişikliklərin nəzərdən keçirilməsi, rəy və təkliflərin verilməsi;
- Resursların optimal istifadəsinin təmin edilməsi və layihə büdcəsinin nəzarətdə saxlanması;
- Departamentin fəaliyyət istiqaməti üzrə risklərin müəyyənləşdirılməsi və onların idarəolunması;
- Layihə komandasına rəhbərlik və effektiv kommunikasiyanın təmin edilməsi;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak
Tələblər:
- Ali iqtisadi təhsil
- Maliyyə-kredit sahəsində azı 5 illik iş təcrübəsi
- İqtisadi sahədə rəhbər vəzifəsində azı 3 illik iş təcrübəsi
- Müvafiq sahədə MHBS üzrə nəzəri bilikləri və praktiki tətbiqlə bağlı təcrübə
- Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə iş təcrübəsi
- Uçotun təşkili üzrə iş təcrübəsi
- Avtomatlaşdırılmış əməliyyat sistemlərində iş üzrə təcrübə
- Metodoloji fəaliyyətlə (biznes prosedurların, qaydaların yazılması) bağlı iş təcrübəsi
- Müvafiq sahədə risklərin idarə edilməsi ilə bağlı təcrübə
- Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
- İdarəetmə və komandada işləmə bacarığı
- Yaş həddi 50 yaşadək
- Yüksək korporativ ünsiyyət bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti – Direktor müavini- Layihələrlə iş sektorunun müdiri) qeyd edin. Vakansiya üzrə müraciətin son müddəti: 30 sentyabr 2024-cü il