İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Satınalmalar və təchizat üzrə baş mütəxəssis
Son tarix 23 fev 2024 - Müraciət et
Təsvir:
- "Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu"-nun tələblərinə uyğun olaraq satınalma sənədlərinin hazırlanması;
- Satınalma müqavilələrinin hazırlanması;
- Azərbaycan dilində rəsmi yazışmaların aparılması;
- Sifarişlərə uyğun təchizatçılarla əlaqələrin qurulması;
- Sifarişlərin təchizatçılara yönləndirilməsi;
- Alınan iş, xidmət və malların sənədləşdirilməsi;
- Ödəniş sənədlərinin hazırlanaraq təhvil verilməsi;
- Daxili bazarın araşdırılması.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 3 il iş təcrübəsi, dövlət satınalmalarında ən azı 1 il iş təcrübəsi;
- "Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu"-nu bilmək;
- Dövlət satınalmalarını təşkil etmək üçün normativ hüquqi aktların tələblərini bilmək;
- Dövlət vəsaitinin düzgün xərclənməsi qaydalarını bilmək;
- Normativ hüquqi sənədlərlə işləməyi bacarmaq;
- Azərbaycan dili - rəsmi yazışmalar üçün yüksək səviyyədə (xarici dil kimi ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir);
- Tapşırıqların vaxtında və keyfiyyətli icra olunması;
- Dövlət satınalmalarının vahid internet portalaında peşəkar işləmə bacarığı.