Azerbaijan Energy Regulatory Agency
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin Aparıcı mütəxəssisi
Son tarix 18 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Agentliyin nüfuzunun qorunması istiqamətində tədbirlərin həyata keçirilməsində iştirak edir;
- Agentliyin fəaliyyətinə dair press-relizlər hazırlayır;
- Agentliyin KİV-lə əlaqələrinə dair iş və tədbirlər planlarının hazırlanmasında iştirak edir;
- Agentliyin rəsmi internet səhifəsinin, sosial media hesablarının idarə edilməsi, eləcə də səhifə və hesablar üzrə məlumatların aktuallığının təmin edilməsində iştirak edir;
- AİH sədrinin və Agentliyin digər nümayəndələrinin KİV-də çıxışlarının və məqalələrin hazırlanmasında iştirak edir;
- Agentliyin media qurumları ilə əlaqələrinin qurulmasında, eləcə də media qurumlarından daxil olan sorğuların yönləndirilməsi və cavablandırılmasında iştirak edir;
- Agentliyin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinə dair hesabatlar hazırlayır;
- Agentliyin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinin inkişaf etdirilməsi üçün şöbə müdirinə təkliflər verir;
- Bilavasitə rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə əlaqələr və ya jurnalistika üzrə);
- Yaş həddi 25-45 aralığı;
- İctimaiyyətlə əlaqələr və ya jurnalistika sahəsi üzrə azı 3 il iş stajı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis yüksək səviyyədə, rus dili arzuolunandır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi- Aparıcı mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarixi: 18 dekabr 2023-cü il