İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi
Son tarix 19 noy 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (beynəlxalq münasibətlər, regionşünaslıq, səhiyyənin idarəedilməsi ixtisasları üzrə olması üstünlükdür);
- Sahə üzrə minimum 2 il iş təcrübəsi (1 il səhiyyə sahəsində iş təcrübəsi arzuolunandır);
- Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (əla), rus dili (əla);
- Layihələrin idarəedilməsi üzrə sertifikatların olması arzuolunandır;
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və təqdim etmə bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- İcbari tibbi sığorta sahəsində xarici tərəfdaşlarla əməkdaşlığın həyata keçirilməsi və bu istiqamətində yazışmaların həyata keçirilməsi,
- Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların hazırlanması;
- Rəsmi yazışmaların həyata keçirilməsi;
- Hökümətlərarası komissiyaların protokollarının aidiyyəti üzrə icrasının təmin edilməsi;
- Anlaşma memorandumları mətnlərinin hazırlanması və fəaliyyət planlarının icrasına nəzarət edilməsi;
- İcbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin verilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 18.11.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.