Azerbaijan Energy Regulatory Agency
İnsan resursları şöbəsinin müdir müavini
Son tarix 26 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir;
- Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə və s. işləri həyata keçirir və/ və ya həyata keçirilməsini təmin edir;
- Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun təşkilini və aparılmasını təmin edir;
- Agentliyin insan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədləri hazırlayır və/ və ya hazırlanmasında iştirak edir;
- Kadr axınını təhlil edir və potensial ehtiyat işçi bazasının yaradılmasını təmin edir;
- İşə qəbul elanları üzrə müraciətlərin qəbulu və onların təhlili işini həyata keçirir;
- Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir;
- Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
- Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
- Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirləri ilə bağlı təkliflər verir, onların həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
- Şöbənin növbəti il üçün iş və tədbirlər planının tərtibatında iştirak edir;
- Agentliyin insan resurslarının informasiya sisteminin (İRİS) qurulmasında və təkmilləşdirilməsində üzərinə düşən vəzifələri yerinə yetirir;
- İRİS və elektron hökumət portalında məlumatların yerləşdirilməsini, sistemdən lazımi çıxarışların uçotunun aparılması və arxivləşdirilməsi işini təşkil və təmin edir;
- Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
- Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
- Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Şöbə müdiri olmadıqda Şöbənin Əsasnaməsinə uyğun onun səlahiyyətlərini icra edir.
Tələblər:
- Ali təhsil və ixtisas profilinə uyğun 5 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-45 aralığı;
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
- Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətlilik;
- Komandada işləmə bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Qeyd: Regionlara ezamiyyə ilə əlaqədar, kişi namizədlərə üstünlük verilir.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsinin müdir müavini) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 25 oktyabr 2023-cü il.