Azerbaijan Energy Regulatory Agency
Ofis meneceri (Kürdəmir)
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Filialın kargüzarlıq işini aparır, daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və təqdim edir;
- Filiala daxil olan sənədləri filial rəisinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
- Filialın fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqlar aparır;
- Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
- Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Filial rəisinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi 22-30 aralığı;
- Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Rus dilini bilməsi arzu olunandır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 14 Noyabr 2022-ci il
- İş yeri: Kürdəmir şəhəri
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Kürdəmir filialı – Ofis meneceri) qeyd edin.