Dövlət qurumu
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Son tarix 01 sen 2024 - [email protected]
Namizədlə bağlı tələblər:
- ISO 27001, ISO 22301, ISO 31000, ISO 20000, PCI DSS, COBIT, ITIL və s. kimi standardlar haqqında ümumi biliklərin olması;
- Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əməliyyat sistemləri, Oracle, SQL biliklərinin olması;
- Virtualizasiya texnologiyaları (ESXi, Hyper-V) biliklərinin olması;
- Log/Event araşdırılması üzrə biliklərin olması;
- SIEM texnologiyaları haqqında biliklərin olması;
- DLP texnologiyaları haqqında biliklərin olması
- İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması
Arzu olunan bilik və bacarıqlar:
- CISA, CIA, CISM, CISSP, ISO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması
- İngilis və rus dillərində ünsiyyət bacarığı
İş şərtləri:
- İş vaxtı: həftədə 5 gün 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 800-1000 AZN
Vəzifə öhdəlikləri:
- İT Təhlükəsizliyi və kiber nəzarətlərin effektiv işləməsinin təmin edilməsi və təkmilləşdirilmə üçün tövsiyyələrin verilməsi;
- Təhlükəsizlik mexanizmlərin və həllərin inkişafında iştirak;
- Təhlükəsizlik pozuntuları və pozuntuların yaratdığı zərərin dərəcəsini təsdiq edən hesabatların hazırlanması;
- İT kiber təhlükəsizliyi nəzarətinin hazırki vəziyyətinə dair qiymətləndirmələrin nəzərdən keçirilməsi və təqdim edilməsi;
- Şirkətin İT Təhlükəsizliyi sahəsində maarifləndirilməsinə və əlaqəli fəaliyyət üçün kömək göstərilməsi;
- İT təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;
- Rəhbərliyin göstərişi ilə istifadəçilərin server və işçi stansiyalardan istifadəsi, vaxt və resurslardan istifadə dərəcəsi üzrə məhdudiyyətlərin qoyulması;
- Şəbəkənin monitorinqinin aparılması, aşkar olunan müdaxilələr və görülmüş tədbirlər barədə rəhbərliyə vaxtında məlumatın verilməsi;
Maraqlanan namizədlər mövzu yerində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqla öz CV-lərini email ünvanına göndərə bilərlər.