Dövlət adından yaradılan publik hüquqi şəxs
Hüquq departamentinin baş mütəxəssisi
Son tarix 03 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Departamenti təmsil etmək;
- Həvalə edilmiş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Qurumun fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya Qurumun struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək;
- Qurumun səlahiyyətinə aid olan məsələlərin və fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlilini aparmaq və bu təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
- Müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək;
- Qurumu məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarında, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Qurumun fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin (istənilən növ əqdlər daxil olmaqla) hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək, həmçinin Qurumun struktur bölmələri tərəfindən hazırlanmış hüquqi aktların, beynəlxalq müqavilələrin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Rəhbər tərəfindən verilən Departamentin fəaliyyətinə aid edilmiş digər bütün tapşırıqları vaxtında icra etmək;
- Qurum tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə Rəhbərin suallarını cavablandırmaq və aidiyyəti struktur bölmələri birbaşa məlumatlandırmaq;
- Müqavilələrin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədləri hazırlamaq və nəzarət etmək;
- Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Qurumun işçilərinə məsləhət və tövsiyələr vermək;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
- Rəhbərin, Departament direktoru və ya Departament direktorunun müavini tərəfindən verilən Departamentin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.
- Qurumun qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək.
İş qrafiki
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1
- Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin baş mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.