FED.az xəbər verir ki, “Damla” MMC mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Altes Union" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
- Vergi hesabatlarının (ƏDV, ÖMV, MÖMV, Gəlir vergisi) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi .
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması .
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək .
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi .
- Gündəlik kassa, bank, mal uçotunun aparılmasını təmin edir
- Əsas vəsaitlərin uçotunu aparır .
- Malsatanlarla üzləşmələrin vaxtında aparılmasını təmin edir .
Namizədə tələblər:
Yaş: 25-40 yaş;
Ali təhsilli (Üstünlük veriləcək İqtisadiyyat sahəsini bitirənlərə) ;
Microsoft ofis proqramlarından Excel, Word yaxşı istifadə bacarığı;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini nəzəri biliklərin olması arzu olunandır;
1C-in 8.3 proqram təminatında təcrübə olmalıdır;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti güclü olmalı .
Problemləri həll etmə, vəzifə öhtəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;
İş şəraiti:
AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
İş qrafiki: Həftənin 6 günü.
Əmək haqqı : 1000 AZN
İş yeri: Masazır q. Qurtuluş 93 YK –dən əsas yoldan 2 km məsafədə yerləşir.
20 Yanvar metrosu, Sumqayıt şəhəri və Xırdalandan işçilərin daşınması üçün servis xidməti mövcuddur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.