Satış Supervisoru vakansiyası
• Şirkət: Crispa Snacks MMC
• Ərazi: Bakı
• Əmək haqqı: Müsahibə əsasında
• Yaş həddi: 25 — 40 yaş
• İş rejimi: Tam iş günü (5 gün)
• Müqavilə: Əmək müqaviləsi
Vəzifə Öhdəlikləri
- Satış komandasının tərkibinin qurulması, komandanın iş rejimi və planının tərtib edilərək izlənməsinin təşkili, KPI-ların müəyyən olunması
- Həftəlik, aylıq, illik satış və marketinq planlarının hazırlanmasında iştirak
- Gündəlik, həftəlik, aylıq, rüblük və illik müqayisə
- Bazarın təhlil olunması, satış strategiyasının və siyasətinin hazırlanması və tətbiq olunmasının təmini
- Satış nöqtə və kanallarının optimizasiya olunaraq sistemləşdirilməsi
- Müştəri ziyarətləri və vitrinlərin nəzarəti
- Mövcud müştərilərlə əlaqələrin inkişafı və yeni müştərilərlə əməkdaşlıqların təmini
Tələblər
- Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dilləri üstünlükdür)
- Ali təhsil (İqtisadiyyat, Marketinq sahələri arzu olunandır)
- Satış idarəçiliyində təcrübə ən az 2 il(FMCG sahəsində)
- Sürücülük vəsiqəsinin və şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür
- MS Ofis proqramları biliyi
- Təqdimat bacarığı
- Yüksək biznes kommunikasiyası bacarığı
- İdarəçilik və ünsiyyət qabiliyyəti
- Dəqiq, punktual, analiz etmə, planlama bacarığı
- Məlumat bazası(ERP) ilə iş bacarığı
Əlavə üstünlüklər: Fix əmək haqqı xaricində satışlardan bonuslar, korporativ nömrə və yanacaq kartı şirkət tərəfindən təmin ediləcəkdir
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Supervisoru ” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.