Baku Electronics
Problemli müştərilərlə iş üzrə təqibçi
Son tarix 21 dek 2022 - [email protected]
Xüsusi tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 1-3 il;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
Vəzifə öhdəlikləri:
- Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
- Borcun ödənilməsinə nəzarət etmək;
- Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
- Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
- Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
- Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Problemli müştərilərlə iş üzrə təqibçi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Irshad Electronics
Problemli Kredit üzrə Mütəxəssis (Xaçmaz)
Son tarix 21 dek 2022 [email protected]
Tələblər:
- Yaş: 25-35 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməyi arzuolunandır;
- Problemli kredit mütəxəssisi vəzifəsində 3 il işləyən namizədlərə üstünlük veriləcək;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
- Avtomobil mütləq şəkilində olmalıdır!!!!.
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: razılaşma əsasında.
NBCO KredAqro
Kollektor (Balakən)
Son tarix 21 dek 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- Əmək haqqı: 500 azn gross + aylıq bonus;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.