Vakansiya 1
Sinteks Şirkətlər qrupuna hal hazırda Əməliyyatlar üzrə Baş Menecer tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu portfoliosunda olan brendlərin məhsullarının alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
Təchizat zəncirinin idarə edilməsi
• Satış və anbardakı qalıq məhsulların əsasında illik/sezonlug alış büdcələrini formalaşdırmaq
• Satışa nəzərdə tutulan məhsulların sifarişini və alışını təşkil etmək.Əlavə olaraq satışın təşkilinə lazım olan qeyri komersiya mallarının da sifarişini və alışını həmçinin həyata keçirmək
• Məhsulların ödəmə və çatdırılma planını öncədən tərtib etməli və bu plana riayət etmək
• Etiketləmə prosesinin vaxtında aparılmasına və malların satış nöqtələrinə catdırılmasına nail olmaq.
Satışın idarə edilməsi
• Hər bir mağaza üçün aylıq illik və ya mövsümlük satış hədəflərinin təyin etmək və bu hədəflərə nail olmaq
• Tabeçiliyində olan magazalarda işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təşkil etmək
• Tabeçiliyində olan magazalarda işçi heyətinin müvafiq “Satış Üsulları” “Müştəri Xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərini təşkil etmək
• Merçendayzinqin Brend standartlarına uyğun olmasını təşkil etmək
• Tabeçiliyində olan magazalarda standartlara uygun müştəri xidmətinə nail olmaq
İnzibati idarəetmə
• Tabeçiliyində olan magazalarda İş qrafiki və iş rejimini müəyən etmək
• Tabeçiliyində olan magazalarda mağaza müdirinin işini idarə etmək
• Tabeçiliyində olan magazalarda sanitar qiqiyena və təıhlükəsizlik standatlarına riayət etmək.
Əsas tələblər:
Təhsil:
• Ali təhsil
• Müvafiq idarəetmə sertifikatı arzuolunandır
Təcrübə:
• Pərakəndə satış sahəsində ən az 5-6 il iş təcrübəsi
• İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
Professional biliklər:
• Satış prosedurları və qaydaları
• Satışın təşkili
• Satış üsulları
• Müştəri qaygısı standartları
• İngilis dili yaxşı səviyyədə
• MS Office Proqramlarını mükəmməl bilmək
Professional bacarıqlar və kompetensiyalar:
• İdarəetmə bacarığı
• Liderlik
• Təşkilatçılıq
• Ünsiyyət bacarıqları
• Nəticəyə yönümlülük
• Analitik düşüncə
• Vaxt idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə Baş Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya 2
Vakansiya : Planlama üzrə mütəxəssis
Şirkət : ”Gədəbəy Mineral Suları” MMC
İş barədə məlumat:
• 1. İnventar stoklama səviyyələrinin optimallaşdırılması və müştəri xidmətləri hədəflərini təmin etmək üçün təxminlər və stok planlama prosesinə nəzarət
• Tələbi vəya tədarükü planlaşdırma prosesləri və sistemləri üçün sənədləşmə və standart əməliyyat prosedurlarının, işləmə fayllarının yaradılması, inkişaf etdirilməsi, bu prosedurların üzərində nəzarət, şöbə heyətinin işinin təqib edilməsi
• Proqnoz və müvafiq inventar hədəflərini həyata keçirmək üçün proqnozlaşdırma metodları yaradilması və onların inkişaf etdirilməsi (statistik modellər və digər vasitələrlə)
• İnventar parametrlərinin hazırlanması, rəhbərliyin təsdiqindən sonra bu parametrlərlə inventar hədəflərinin (yetərli stok səviyyəsi daxil olmaqla) qorunmasının təmin edilməsi
• Prognozlaşdırma və stok planlama üçün marketing, satış və digər şöbələrlə əlaqəli şəkildə müzakirə edilərək, analız və hesabatların hazırlanması,
• Prognoz və inventar səviyyələri analizi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
• Prognoz, sifariş, distributorlarla iş, planlama əsasında yarana biləcək problemləri analiz ederek yaranmasının qarşını almağa çalışilması, baş verən problemlərin həll yolunu axtararaq həll etməyə çalışılması
• Gündəlik anbar qalıqların və satışların izlənməsi və analizi
• Gündəlik anbar qalıqların və satışların hesabatının hazırlanması SKU və istehsalçı üzrə
• Şirkətini gündəlik və aylıq satış və qalıq üzrə məlumatlandırmaq
• İstehsalatı qalıq və satış üzrə məlumatlandırmaq
• Sandora, LEB, LAYS, Lipton və Pepsi import məhsullarının planlaması və sifarişləri
• Tarix hesabatının ayda 2 dəfə hazırlamaq və paylaşmaq
• OOS hesabatının hazırlamaq və paylaşmaq
• Bütün idxal olunan məhsullarının istənilən məlumatları və sənədləri satış komandaları ilə paylaşmaq
• Bakı anbarın qalıq və satışların analizi və onlara uyğun olaraq sifarişlər etmək
Tələblər:
• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində),
• Staj: 1 – 5 il
• Yaş həddi: 30 — 50 yaş
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı,
• Analitik düşünmə bacarığı,
• Şirkətdə planlaşdırma işinin təşkili,
• Biznes-planların hazırlanma qaydalarını bilməli,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.
- Dil bilikləri : Rus (əla) , İngilis ( yaxşı )
Təminatlar:
• Əmək haqqı: Müsahibə əsasında
• İş rejimi: Tam iş günü (5 gün)
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “ Planlama üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.
Vakansiya 3
Komtec MMC
Marketinq Menecer
İş barədə məlumat
1.Şirkətin marketinq imicinin yaradılması
2.Marketinq fəaliyyəti üçün kreativ kontentin hazırlanması
3.Sosial media kanallarına nəzarət
4.Bütün vasitələrdə şirkətin reklamlarının yerləşdirilməsi
5.Press releaselərin hazırlanması və xəbər saytlarında dərc olunması
6.Media monitorinqin həyata keçirilməsi
7.Dövrlər üzrə rəqib analizlərinin aparılması
8.Partnyorlarla birgə və ya kütləvi kampaniyaların həyata keçirilməsi
Namizədə tələblər
- Ali təhsil
- Rus və İngilis dili biliyi
- SMM və Marketinq sahəsində təcrübə
- Kreativ, yenilikçi
Əlavə məlumat
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00)
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
E-mail: [email protected]
Vakansiya 4
"Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
“Grand Motors” MMC şirkəti hal-hazırda aşağıdakı texniki vakansiyalar üzrə təcrübəli işçi axtarır:
Vəzifələr: Elektrik; Hidravlik-Çilingər; Dəmirçi
Əsas tələblər:
- Bəy namizəd
- Yaş: 24 - 40 yaş arasinda olan hərbi xidməti kecmiş bəylər tələb olunur
- Təhsil: orta
- Azərbaycan dilini səlist bilməli
- Mövcud olan vakansiya üzrə 5 il təcrübəsi olmalı (ağır texnika, avto)
- Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı
- Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmalı
İş şərtləri:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə ilə təmin ediləcək
- 6 günlük iş rejimi, ə/h 1400-1800 azn.
- İş yeri: Bakı şəh., Binəqədi, Mədən küç., 4
Maraqlanan namizədlər mövzu yerində “Elektrik, Hidravlik və ya Dəmirçi” yazmaqla öz CV-ləri [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.
Vakansiya 5
TEXNOMART MAĞAZALAR ŞƏBƏKƏSİ - Direktor köməkçisi
Namizədə tələblər
• Ali təhsil
• Bu sahədə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan, rus dili və ingilis dillərini yaxşı səviyyədə bilməli
• Yaş həddi 23-35 olan xanım namizədlər
• Komandada işləmə qabiliyyəti, ünsiyyət və təqdim etmə bacarığı.
Vəzifələr
• Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
• Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
• Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını görmək.
• Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
• Direktorun qərarlarının icrasına nəzarət etmək.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.
Vakansiya 6
Şirkət: “A+CO” ASC / Tovuz filialı
Vəzifə: Mühasib-operator
İş yeri: Tovuz rayonu
Ümumi tələblər:
• Göstərilən vəzifə üzrə ən azı 6 aylıq iş təcrübəsi;
• Mühasibat-Uçotu, Maliyyə sahəsində ali təhsil;
• Yaş həddi: 22-35 yaş arası;
• MS Office (MS Excel, MS Word) və Logo Tiger proqramlarında işləmə bacarığı.
Vəzifəyə dair tələblər:
• Uçot məlumatlarının toplanması və sənədləşdirmələrin aparılması;
• Təsdiqli sənədlərin baş ofisə təqdim olunması və sistemə işlənilməsi;
• Kassa hesabatlarının hazırlanması və rəhbərliyə göndərilməsi;
• Yeni işçi qeydiyyatları ilə bağlı Kadrlar şöbəsinin məlumatlandırılması;
Şəxsi keyfiyyətlər:
• Detallara qarşı diqqətcillik;
• Kollektivdə işləmə və ünsiyyət qurma bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Mühasib-operator (Tovuz)" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Vakansiya 7
“İrşad Elektronics” MMC Bakıda qeyd edilmiş vakansiya üzrə əməkdaş axtarışındadır:
Mebel üzrə çeşid rəhbəri
Vəzifə və öhdəliklər:
• Yeni tərəfdaşlarla əlaqələrin qurulması
• Bazar araşdırılmasının aparılması (qiymətlərin və çeşidlərin araşdırılması)
• Çeşid artımı üzrə strategiyanın qurulması;
• Çeşidlərin seçilib, alınması və satışı;
• Qoyulmuş məqsədlərə çatmaq.
Tələblər:
• Yaş: 28-38 arası;
• Cinsi: Kişi;
• Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməyi arzuolunandır;
• Təcrübəsi FMCG sektorunda - minimum 5 il.
• Ünsiyyətcil, təşəbbüskar; Komandada işləmək bacarığı; Analitik zəka, məntiq, müştərilərlə işləmək qabiliyyəti;Mükəmməl kommunikasiya qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əmək haqqı: 2500+ bonus.
E-mail: [email protected]
Vakansiya 8
Şirkət: “ADORE kompani” MMC
Vəzifə: ”Aparıcı Mühasib”
Namizədə tələblər
• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır)
• Anoloji sahədə ən azı 5 il iş təcrübəsi
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• Vergi qanunvericiliyini üzrə mükəmməl biliklərə sahib olmalı
Şəxsi keyfiyyətlər
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Vəzifə öhdəlikləri:
• Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması
• Vergi, Statistika, DSMF və Məşğulluq üzrə hesabatların hazırlanması və göndərilməsi
• Qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Şirkət üçün nəzərdə tutulmuş xırda xərclərin pul və aylıq hesabat formasında işlənməsi
• Bütün hesabatların hazırlanması və vergi orqanlarına təqdim edilməsi. Əlavə dəyər vergisi (ƏDV) hesabatlarının hazırlanması və yoxlanılması. Gömrük bəyannamələrinin hazırlanması.
• Bütün bank əməliyyatları. Hesabların ödənilməsi və analizi. Debitor və kreditorların yoxlanılması
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
İş şərtləri
• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) gözlənilən əmək haqqını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Aparıcı Mühasib” qeyd etmələri xahiş olunur.
Vakansiya 9
PMD Hospitality LLC
Vəzifə: ERP üzrə baş mütəxəssis
Şöbə: Maliyyə
Tabeçilik: Maliyyə meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT
Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes proseslərini və prosedurlarını dərindən başa düşmək;
- Mühasibat uçotu prinsipləri və ikili müxabirləşmə barədə məlumatlı olmaq;
- İcraçı şirkətin təlimatlarını izləmək bacarığı;
- Sistem yenilənmələri və dəyişiklikləri barədə işçilərin təlimləndirilməsi;
- Sitem dəstəyi; yeniliklərin tətbiqi və düzəlişlərin edilməsi;
- İstifadəçilər tərəfindən bildirilən problemlərin təhlili və həlli;
- ERP sistemindən tələb olunan hesabatların əldə olunması;
Namizədə tələblər:
- Ali təhsil (İT və ya maliyyə üzrə);
- Sahə üzrə 2 il iş təcrübəsi;
- Excel və İT əsaslarını yaxşı səviyyədə bilmək;
- SQL biliyi;
- Dil bilikləri: Azərbaycan dili və Rus dili (əla); İngilis dili (arzuolunandır);
İşçinin təminatları:
- Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Vakansiya 10
Servis mərkəzi ( BAKI ş., GƏNCƏ ş., və AĞDAŞ r. )
Usta köməkçisi
Namizədə tələblər
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı
• Məişət avadalıqları barədə ümumi məlumatı olmalı
• Sürücülük bacarığı arzu olunandır
• Komandada işləmək bacarığı olmalı.
Vəzifələr
• Servis Mərkəzi tərəfindən təyin olunan ünvanlarda məhsulların təmirini və montajını həyata keçirmək.
• Cihazların nazaslığının diaqnostikası, montajı və təmirinin həyata keçirilməsi.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.
Vakansiya 11
Satıcı
Şirkətimiz SuperToys oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Supertoys mağazaları 2017-ci ildən etibarən, Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Tələblər:
• Orta təhsil
• Yaş: 22-30
• Dillər: Azərbaycan - səlis, Rus dili -səlis
• Satışda ən azı 1 il təcrübə
• Komandada işləmək bacarığı
• Satış prinsipləri, müştəri xidməti standartları barədə məlumat
Vəzifə:
• Müştəriləri qarşılamaq və satış zamanı onlara məsləhət vermək
• Mağaza mallarını qəbul etməyə köməklik göstərmək
• Malların satışa hazırlanması
• Mallardakı qiymət etiketlərinə nəzarət
• Mağaza mallarına nəzarət və vitrinə yığılması
Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Dinamik və pozitiv
• Gülərüz
• Müştəriyönümlü
• Səbirli
Şirkət təklif edir:
• Əmək haqqı 350 AZN + bonus
• Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
• Peşəkar böyümə və inkişaf
• Rəsmi qeydiyyat
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Satıcı” qeyd olunmaqla, göndərə bilərlər.
Vakansiya 12
MilliKart LLC
Təhsil
Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri,
Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və ya digər mühəndislik ixtisasları üzrə bilikləri olanlara üstünlük veriləcəkdir)
Qabiliyyət
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Alqoritm qurma bacarığı
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və kollektivdə işləmə bacarığı
Dil bilikləri
- Texniki İngilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Texniki Rus dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst danışıq
Tələblər
- Programlaşdırma və Verilənlər bazası bilikləri
- Java – Programlaşdırma dilində yüksək biliklər
- Python, C#, C++ programlaşdırma dillərində yüksək biliklər
- HTML, CSS, JavaScript. Jquery - üzrə ümumi vəya nəzəri biliklər.
- SOAP, REST web servislərin ilə işləmə bacarığı və servislərin yazılması
- SSL sertifikatları ilə işləmə bacarığı.
- Oracle, MySql Verilənlər bazası- ilə işləmə bacarığı (Sorğuların verilməsi, Table, Funksiya, Prosedurların yaradılması və.s)
- Əməliyyat sistemləri
- Linux və Windows əməliyyat sistemlərində işləmə bacarığı.
- Ən azı 3 illik iş təcrübəsi.
Namizədin bilik və bacarığından asılı olaraq əmək haqqı 3500-4500AZN təyin olunacaqdır. Bank sektorunda təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Müraciət üçün «Programist» başlığı ilə [email protected] emailinə CV göndərməyiniz xahiş olunur.
Vakansiya 13
“PAŞA Sığorta” ASC namizədləri “İnsan Resursları Kiçik Biznes Tərəfdaşı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• İnsan Resursları strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün Agile və digər komandaların rəhbərliyi ilə tərəfdaşlıq;
• Agile və digər komandalarda daxili siyasət prosedurunun yazılması və tətbiqini həyata keçirmək üçün rəhbərliklə mütəmadi müzakirələr keçirmək;
• İstedadların idarə edilməsi və inkişafı və eləcə də təşkilati dizayn üzrə konsultasiya təşkil etmək;
• Agile və digər komandalarda işgüzar tərəfdaşlar üçün hazırkı və gələcək dövr üçün tələb olunan kadr və peşəkar kadr ehtiyaclar barədə davamlı təhlil aparmaq və bu ehtiyacları ödəmək üçün strategiya hazırlamaq;
• Agile komandalarda işçi münasibətləri, siyasətlərin tətbiqi, istedadların idarəedilməsi və inkişafı və digər təşkilatı məsələlərdə gündəlik olaraq dəstək göstərmək;
• Namizədlərinin müraciətlərini əvvəlcədən nəzərdən keçirmək və vəzifəyə uyğun müvafiq təcrübənin, bilik və bacarığının olub olmamasını təyin etmək;
• Bazarda rəqabət aparmaq üçün innovativ işə qəbul üsulları ilə əlaqəli məlumatlar toplamaq və müvafiq qaydada yenilikləri həyata keçirməklə Agile və digər komandaların istedadlara ehtiyaclarının qarşılanması;
• İllik perfomans nəticələrini təyin edilməsi, qiymətləndirilməsi və digər strateji Hr proseslərin icrası.
BİLİKLƏR VƏ BACARIQLAR
• İnsan Resursları və ya əlaqəli biznes istiqaməti üzrə bakalavr (magistr dərəcəsi olanlara üstünlük verilir) dərəcəsi;
• HR Business Partner və İstedadların cəlb edilməsi istiqamətində ən azı bir (1) il, HR istiqaməti üzrə üç (3)- beş (5) il iş təcrübəsi ;
• İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;
• Power point, Excel və Visiodan mükəmməl istifadə etmək bacarığı;
Son müraciət tarixi: 16.05.2021
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya 14
Xəzinədar
Paşa Bank
Vəzifənin məqsədi: Şöbədə kassa əməliyyatların aparılması
Vəzifə öhdəlikləri
• Daxil olmuş pulların sayılması
• Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması
• Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək
• Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması
• Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
• ABS-də müxabirləşmələrin aparılması
• Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
• Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi
• Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi
• Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi
• Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə).
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 3 il
• Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
• Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Xəzinədar” yazaraq göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30.04.2021
Vakansiya 15
1C üzrə proqramçı
Vəzifə öhdəlikləri:
• Programda yeni sənədlərin və hesabatların hazırlanması;
• Mövcud olan sənədlərin, hesabatların, mühasibatlıq, əməliyyat və idarəedici uçotun yenilənməsi;
• Cari konfigurasiyada tələblərə uyğun düzəlişlərin aparılması, yeni funksionalın yaradılması, hesabat formaların, çap formaların yaradılması.1C serverin işlənməsinin təmin edilməsi;
• Məlumatların işlənməsi və yoxlanılması. Məlumat səhvlərin tapılması və aradan qaldırılması;
• Mobi – C-in tətbiqi ilə iş bacarığı;
• Yazılmış kodlarda səhvlərin aradan qaldırılması, yad kondları anlama bacarığı;
Tələblər:
• Ali təhsil (texniki təhsil arzu olunandır);
• Azərbaycan və Rus dili bilikləri;
• İngilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
• 1С v.8.2 /8.3 proqramlaşdırma sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır;
• İşə planlı yanaşma bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Komandada iş qabiliyyəti.
İş şəraiti:
• Tibbi sığorta ilə təmin olunma;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Karyera yüksəlişi imkanı.
• Əmək haqqı razılaşma yolu ilə.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.