VAKANSİYA 1
Magic Fit
Ofis Menecer
Son tarix 23 fev 2024 [email protected]
Arıqlama mərkəzimizə Ofis Meneceri vəzifəsində çalışacaq xanım namizədlər axtarışındayıq.
Tələblər:
- Ali Bakalavr təhsili
- Rus dili biliyi (ingilis dili arzuolunandır)
- Ofis programları biliyi
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- Xoş görünüşlü, gülərüzlü və ünsiyyətcil
Əmək şəraiti şərtləri:
- İş qrafiki - 6 günlük
- Əmək haqqı - 600.00 AZN (netto)
Maraqlanan namizədlərin öz CV Formalarını vəzifə başlığı hissəsində Ofis menecer qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 2
Amal Group
Ekskavator operatoru
Son tarix 23 fev 2024 [email protected]
Namizədə dair tələblər:
- 20 ton tırtıllı ekskavator texnikalarının idarəetməsi üzrə təcrübəli olmalı;
- Peşəkarlıq ve profesionallıq;
- İş təcrübəsi 3-5 il
- Texnikanın professional səviyyədə idarə olunması ;
- Təhlükəsizlik normalarına riayət edilməsi ;
- Məsuliyyət, dəqiqlik ;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Qarabağ ərazisi
Əmək haqqı: Razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Ekskavator operatoru" adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 3
ASE Logistics
Onlayn alış-veriş bölməsinin koordinatoru
Son tarix 23 fev 2024 [email protected]
E-commerse müştəri əməkdaşı axtarırıq ki, onlayn göndərilmələrin təşkilində bizim komandamıza qoşulsun.
Dil bacarığı:
- Azərbaycanca - Sərbəst
- Rusca - Sərbəst
- İngiliscə - İstənilir
- Türkcə - İstənilir.
Tələblər və ümumi məlumat:
- Namizədin yaşı 20-35 yaş arası olmalıdır;
- Müştəri ilə əlaqə sahəsində və xidmət təqdimatında 1 ildən çox iş təcrübəsi olmalıdır;
- MS Office (xüsusilə Excel, Outlook) bilmək vacibdir.
- Əla əlaqələşmə və danışıq aparmaq bacarığı, şəxsi əlaqə və danışıqlar aparmaq bacarığı
- Stress şəraiti altında işləmək bacarığı və tapşırıqları həll etmək üçün tez reaksiya göstərmə bacarığı.
Vəzifə vəzifələri:
- Xaricdən gələn sifarişlərin (avia daşıma) bütün əmrlərinin koordinasiyası
- Kargo çatdırılması ilə əlaqədar müştəridən gələn suallara cavab vermək və tez həll yolları təklif etmək
- Göndərilmədən sonra müştərini paket statusu yeniləmək, çatdırılma təşkil etmək.
- İş günü ərzində müştəri ilə daim əlaqə
- Yük daşıma agentləri ilə günlük əlaqələr və yük göndərişini vaxtında izləmək
- Gündəlik təmas və gömrük brokeri ilə təchizatın koordinasiyası.
İş qrafiki:
- Həftədə 5 gün 09:00 - 18:00, şənbə 10:00-17:00, növbə ilə.
- Maaş: 700 azn .
- Ünvan: Uzeyir Hacıbəyov 61B.
CV-lərinizi gözləyirik. Üstünlük qadın cinsinə verilir.
Vakansiya tələblərinə cavab verən namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər, məktubun mövzusuna "onlayn alış-veriş bölməsinin koordinatoru" yazmalıdırlar.
Ищем сотрудника по работе с клиентами, который присоединится к нашей команде для координации доставок онлайн посылок.
Знание языков:
- Азербайджанский - Свободно
- Русский - Свободно
- Английский – Желательно
- Турецкий - Желательно
Требования и общая информация:
- Возраст кандидата от 20 до 35 лет;
- Опыт работы в сфере общения с клиентами и предоставлении услуг не менее 1 года;
- Обязательно знание MS Office (особенно Excel, Outlook).
- Отличные коммуникативные навыки, навыки межличностного общения и ведения переговоров
- Умение работать в стрессовых условиях и навыки быстрого реагирования для решения задач
Должностные обязанности:
- Координация всех заказов, поступающих из Америки и Англии (авиаперевозки)
- Сопровождение и информирование клиента по возникающим вопросам с доставкой груза и предложение вариантов быстрого решения
- Предоставление Клиентам обновления статуса посылок после прибытия, организация доставки.
- Постоянная связь с клиентом в течение рабочего дня
- Ежедневное общение с агентами по грузоперевозкам и своевременное отслеживание отправки грузов
- Ежедневная координация поставок с таможенным брокером
График работы:
- 5 дней в неделю 09:00 - 18:00, суббота 10:00-17:00 по сменно.
- Заработная плата: 700 АЗН
- Адрес: Узеир Гаджибеков 61Б.
- Ждем ваши резюме. Предпочтение отдается женскому полу.
Кандидаты соответствующие требованиям вакансии, могут отправить свои резюме, указав в теме письма «координатор в отдел по онлайн-покупкам».
VAKANSİYA 4
Azbadam MMC
Satınalmalar üzrə kiçik mütəxssis
Son tarix 23 fev 2024 Müraciət et
Təsvir:
- Alışların satınalma prosedurana uyğun vaxtında icra olunmasını şöbə daxilində təmin etmək
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
- Son istifadəçilərin tələbnamələri ilə bağlı status hesabatlarının hazırlanması
- Alış predmetinin təyin olunması, son istifadəçi ilə dəqiqləşdirilməsi
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
- Alışların ümumi məlumatlar bazasına işlənməsi
- Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Tələblər:
- Təhsil : Təhsil – Ali ( iqtisadiyyat yönümlü)
- Təcrübə: Əlaqədar sahədə minimum 1 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –üstünlük verilir
- İT üzrə biliklər: MS Office
Texniki Bacarıqlar:
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
Səriştəlik:
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Sosial imtiyazlar:
- Nəqliyyat
- Nahar təminatı
- Sınaq müddəti bitdikdə özü və ailə üzvləri Könüllü tibbi sığorta proqramına qoşulma
VAKANSİYA 5
GL ASC
Kredit mütəxəssisi (Salyan)
Son tarix 23 fev 2024 - [email protected]
Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Salyan rayonunda yerləşən, filialı üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h:350-550 və əlavə olaraq veriləcək əməkhaqqının iki misli qədər bunus almaq imkanı.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis (müvafiq filial qeyd etməklə)” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.
Ünvan: AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A
Əlaqə nömrəsi: (+994 50) 2911000
VAKANSİYA 6
Grow Group Azerbaijan
Ofis Menecer
Son tarix 23 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin Direktorun iş gününün planlaşdırılması: görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, korporativ tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
- Şirkətin Direktoru və onun ailə üzvləri üçün səfərlərin və ezamiyyətlərin təşkili, ölkələrə giriş və çıxış qaydaları haqqında məlumatların verilməsi, viza dəstəyinin göstərilməsi, otellərin rezervasiyası, səyahət proqramları və s.;
- Şirkətin direktora işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumatların verilməsi;
- Şirkətin Direktoru və işçilərin tərəfindən keçirilən iclasların, görüşlərin hazırlanması, təqdimatların hazırlanması, lazımi materialların toplanması, iştirakçıların vaxtı, yeri, gündəliyi barədə məlumatlandırılması;
- İclasların, danışıqların gedişatını və nəticələrini qeyd edən protokolların və digər sənədlərin aparılması;
- Rəhbərliklə əlaqəni koordinasiya etmək, o cümlədən zənglərə və e-poçtlara cavab vermək və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq;
- Şirkətin daxili kommunikasiyasının inkişafını həyata keçirir, direktorun layihələri, xəbərləri və qərarları barədə işçiləri məlumatlandırır;
- Məlumat toplayır, analitik, informasiya, arayış və digər hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
- Ofisə gələnləri qarşılamaq, biznesin mahiyyətini öyrənmək və müvafiq şəxslərə yönləndirmək;
- Şirkətin struktur bölmələrinə yüksək keyfiyyətli inzibati və texniki dəstəyin göstərilməsi;
- Ofis işçilərinə ofis ləvazimatlarının, həmçinin Şirkətin Direktoruna lazım olan ərzaq məhsullarının sifarişini vermək, onların mövcudluğuna və vaxtında alınmasına nəzarət etmək;
- Ofis avadanlıqlarının sifarişi və vaxtında təmiri, printerlərin doldurulması;
- Tərəfdaşlara və işçilərə işgüzar məktubların tərtib edilməsi, məktubların, bağlamaların və digər sənədlərin qəbulu və göndərilməsi, çap və surət işlərinin yerinə yetirilməsi;
- Sənədlərin qəbulu və qeydiyyatı, məlumat və arayış xidmətləri və sənədli məlumatların saxlanması;
- Korporativ tədbirlərin təşkilində və keçirilməsində köməklik;
- Sərgilər üçün sənədləşdirmə, dizayn, reklam materiallarının təşkili;
- İşçilərin dövriyəsinə nəzarət və vaxt cədvəllərinin yoxlanılması;
- İstehsal zərurət yarandıqda, şirkət rəhbərliyi ilə razılaşdırılmaqla digər işlərin görülməsi.
Tələblər:
- Ali təhsili;
- Analoji vəzifədə minimum 2 il iş stajı;
- MS Office programını yaxşı bilmək;
- Azərbaycan, rus dillərini sərbəst bilmək (Ingilis dili arzu olunandır);
- Yüksək təşkilatçılıq bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
Şərtlər:
- İş qrafiki 9:00 - 18:00, BE-Ş;
- Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
- Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
- Peşəkar iş mühiti.
Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV – lər 24 Fevral 2024-cü il tarixinədək qəbul edilir.
Fotoşəkilli CV formasını mövzu hissəsində “Ofis meneceri” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.
Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
VAKANSİYA 7
VMF
Təlim Proqramı
Son tarix 23 fev 2024 - [email protected]
Satış üzrə peşəkar mütəxəssis, satış psixologiyası, mühasibatlığın əsasları və digər müasir iqtisadi biliklərə sahib olmaq istəyirsinizsə, sizi xaricdə təhsil almış peşəkarlar tərəfindən, ANS və VMF məktəbi keçmiş mütəxəssislərin Təlim proqramına qoşulmağa dəvət edirik.
Təlim nəzəriyyə və praktikadan ibarət olacaq.
Təlim proqramını uğurla başa vuran namizədlər VMF şirkəti tərəfindən təqaüdlə mükafatlandırılacaq və ən əsası, işlə təmin olunacaq.
Təlimdə iştirak etmək istəyən şəxslər elektron ünvana və ya əlaqə nömrəsinə zəng edib, adı, soyadı, yaşı, təhsili, peşəsi barədə məlumatları göndərərək 25.10. 2023-cü il tarixinə kimi qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçərkən nəzərə alın ki, təlimin sonuna qədər iştirak etməlisiniz.
İş barədə məlumat:
- Salona daxil olan müştəriləri qarşılamaq və tələbatlarına uyğun olaraq düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştəriləri müşayət etmək.
- Məhsullar haqqında, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək.
- Təqdim olunan məhsullar haqqında texniki biliyə sahib olmaq .
- Həftə içi 1 gün istirahət günü.
- Əmək haqqı: 450 azn fiks + Bonus.
Namizədə aid tələblər:
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
- Ünsiyyətcil , gülərüz .
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili – əla.
- Satış sahəsində ən azı 2 il iş təcrübəsi.
- Satış texnikası bilikləri.
- Ofis proqramlarından və sosial şəbəkələrdən istifadə bacarığı.
- 23 - 40 yaş
VAKANSİYA 8
Improtex Industries
1C operatoru
Son tarix 23 fev 2024 - [email protected]
Öhdəliklər:
- Satış,anbar və bütün istehsal əməliyyatlarının 1C 8.3 UPP proqramına daxil edilməsi ( istehsalın idarə edilməsi);
- Anbar qalığına nəzarət;
- Anbardan şöbələrə veilən inventarların xərclər üzrə qeydiyyatının aparılması
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
Tələblər:
- Ali təhsilli
- MS Office, 1C(8.3 UPP) proqramında sərbəst işləmə bacarığı
- Məsulliyyətli, ciddi və işguzar olmalı
- 1C Operator sahəsində 1-3 il iş təcrübəsi
- İstehsalat sahəsində təcrübəsi olsun
Əlavə məlumat:
- İş rejimi: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 400 – 500AZN;
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- Servislə təmin olunur;
- İş yeri: Qaradağ ray., Səlyan şos.16 km
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz “1C operatoru” vakansiyanın adını qeyd edəsiniz.
VAKANSİYA 9
Gedik Yatırım
Müştəri xidmətləri üzrə mütəxəssis
Son tarix 23 fev 2024 - [email protected]
Şirkətimiz yerli və xarici müştərilərə biznes və ya aktivlərlə əməliyyatlar ilə bağlı geniş konsaltinqi xidmət çeşidlərini təklif edir. Şirkət alış-satış əməliyyatlarına vasitəçilik edən partnyor şirkətlərlə əməkdaşlıq göstərir. Bizim uzaqgörən yanaşmamız uzunmüddətli dövrdə müştərilərimiz üçün ən yaxşı nailiyyətlər əldə etməyimizə imkan yaradır.
İşin təsviri:
- Yeni fərdi və korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən xidmətlər üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə müvafiq seqmentə aid məhsulları satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən etmək;
- Müştəri müraciətlərini Şirkətin baş ofisinə yönləndirmək və müraciətlərin icrasına nəzarət etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Namizədə tələblər:
- Orta təhsil;
- Yalnız XANIM namizədlər;
- Azərbaycan və türk dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Hesabatları təhlil etmə bacarığı.
İş yeri Bakı şəhəri, Xəqani Ticarət Mərkəzində yerləşir. İş qrafiki natamam və tam olmaqla, namizədin bilik və bacarıqlarına müvafiq olaraq, dəyişir.
Maaş 900 manat + bonus.
VAKANSİYA 10
AAC MMC
Mühasib
Son tarix 23 fev 2024 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Əmək haqqı təcrübədən asılı olaraq 900-1200 AZN (net) olacaqdır.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- İş rejimi - 5 günlük
- Müəssisənin balansında olan əsas vəsaitlərin, mal-material qiymətlilərinin bütün əməliyyatlar üzrə (uçota qəbul, daxili yerdəyişmə, uçotdan silinməsi, müvafiq sənədləşmələrin aparılması və s.) uçotunu təşkil etmək və əməliyyatların müvafiq proqram təminatına işlənilməsi;
- Əsas vəsaitlərin, mal-material qiymətlilərinin və digər aktivlərin mütəmadi olaraq sayımı və inventarizasiyasını təşkil etmək və inventarizasiyanın nəticələrini rəsmiləşdirmək;
- Əsas vəsaitlər və mal-material qiymətlilərinin maddi-məsul şəxslərin maddi məsuliyyətinə təhvil verilməsi əməliyyatlarını rəsmiləşdirmək və hər ayın sonu onlardan mal-material qiymətlilərinin hərəkəti üzrə hesabatları tələb etmək;
- Ödəniş vaxtı keçmiş debitorlardan ödənişlərin mütəmadi yığılması üçün danışıqlar aparmaq və rəsmi müraciətlər göndərmək;
- Debitorlar və kreditorlarla üzləşmələrin aparılmasına dəstək olmaq, problemli debitor və kreditorları araşdırmaq və həlli istiqamətində təkliflər vermək;
- Ay bağlantıları ilə əlaqədar əməliyyatların yerinə yetirilməsinə dəstək olmaq;
- Aylıq və illik statistik hesabatları tərtib və təqdim etmək;
- Bank, kassa ödənişlərinin icrasına və bununla əlaqədar əməliyyatların müvafiq proqram təminatına işlənməsinə dəstək olmaq;
- E-qaimələri təqdim edilən, lakin anbara daxil olmayan və ya e-qaimədəki miqdardan fərqli daxil edilən malların miqdarını anbar və satınalma şöbəsi ilə dəqiqləşdirmək və lazım gəldikdə e-qaimələri qarşı tərəfə düzəlişə və ya ləğvə göndərmək, təhvil-təslim aktları mühasibatlığa təhvil verilməmiş göstərilmiş xidmətlərin aktlarının qısa zamanda mühasibatlığa təhvil verilməsini təşkil etmək;
- Avans ödənilən, lakin mal və ya xidmət təqdim etməyən təchizatçıları araşdırmaq, geri qaytarılmalı olan ödənişlərin vaxtında qaytarılması üçün təchizatçı şirkətlərlə yazışmalar, danışıqlar aparmaq, tələb olunduqda müvafiq üzləşmələr etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
- Mühasib kimi 1 ildən çox iş təcrübəsi;
- 22 – 30 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
- Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan məlumatlı olmaq;
- Dürüst, çalışqan, məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
- Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları.
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.
VAKANSİYA 11
GF Company
Beynəlxalq əlaqələr və logistika üzrə menecer
Son tarix 23 fev 2024 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Xarici şirkətlərlə əməkdaşlıq qurularkən danışıqların aparılması;
- Email ilə yazışmalar
- Qiymət razılaşmalı üçün danışıqları aparmaq(müqayisəli).
- İdxal zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə Quality sert.və s.) yoxlanılması
- Çatdırılmış malın keyfiyyətində problem yarandıqda bu haqda malsatanla əlaqə yaradıb vəziyyət haqqında məlumatlandırmaq.
- Yükün sərhəddi keçməsinə və daxil olan yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesi nəzarətdə saxlamaq
- Müvafiq müqavilələri ilkin baxışdan keçirmək və lazımı düzəlişlər etmək
- Bütün qaimə-fakturaların yoxlanması və Gömrük qaydalarına uyğunluğunun da yoxlanılması daxil olmaqla, şirkətin prosedurlarına uyğun olaraq mühasibat uçotu məqsədləri üçün qeydləri aparmaq.
- Hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarət etmək.
- Müqavilə bağlanması prosesində yazışmalar
- İdxal zamanı müvafiq sənədlərin müvafiq qurumlardan alınmasının təşkili (Məsələn sertifikat və s. kimi sənədlərin İqtisadiyyat Nazirliyindən Qida təhlükəsizliyindən alınması)
- Gömrük əməkdaşları və yük gətirən nəqliyyat şirkətləri ilə əlaqə yaradaraq işin operativ təşkili
- Şirkətlərdən təkliflər almaq və şirkətlərə təkliflər vermək
- Yerli və xarici şirkətlərə sorğu verərək şirkətə lazım olan avadanlıq, materiallar və xidmətlər üzrə təchizatçıları araşdırmaq.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
- İngilis dilini əla səviyyədə bilmək (Rus və türk dillərini bilmək arzuolunandır)
- Microsoft office proqramları və outlook ilə işləməyi bacarmaq
- Komputerdən operativ istifadə etməyi bacarmaq
- Ünsiyyət qurma bacarığı
Əmək haqqı: Vəzifə üzrə 800-1000 AZN təyin olunur və işçinin bilik və təcrübəsinə uyğun qiymətləndiriləcək.
Maraqlı namizədlərdən xahiş olunur ki, cv-lərini mövzu hissəsində “Beynəlxalq əlaqələr üzrə menecer” göstərməklə 22 fevral 2024-cü il tarixinədək e-mail ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 12
Azericard
Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq mütəxəssisi (SOC L1)
Son tarix 23 fev 2024 - [email protected]
Tələblər:
- İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil;
- Azərbaycan dili sərbəst, rus dili arzuolunan, ingilis dili texniki və terminalojı bilməsi;
- İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları sahəsində baza biliklər;
- Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;
- Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;
- Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza biliklər;
- Analitik düşüncə qabiliyyəti;
- Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;
- Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.
Vəzifəsi:
- İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);
- Monitorinq zamanı əməliyyatların təhlili və analizi.
Namizədlərdən CV-lərini “SOC L1” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 13
Sea Breeze Construction
Memar
Son tarix 23 fev 2024 - [email protected]
Tələblər:
- AutoCA, ArchiCad proqramlarında sərbəst işləmək bacarığı;
- Eskiz layihə işləmək bacarığı;
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Əlavə məlumat:
- Əmək haqqı: 1000 AZN.
- İş qrafiki: 5 günlük iş qrafiki ilə təyin olunur. Şənbə, Bazar istirahət günləridir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
VAKANSİYA 14
Pos Online MMC
Kargüzarlıq üzrə mütəxəssis
Son tarix 23 fev 2024 - [email protected]
İş haqqında məlumat:
- 5 günlük iş qrafiki;
- Gələn zəngləri cavab vermək və əlaqədar şöbəyə yönlandirmək;
- Lazımi sənədlərin qeydiyyatını aparmaq;
- Sənədləri lazım olan şöbəyə təhvil vermək;
- Şirkətin daxili nizam intizam qaydalarına ciddi riayət etmək;
- Verilən digər tapşırıqları vaxtında yerinə yetirmək
- Yalnız xanım namizədlər
- Əmək haqqı razılaşma yolu ilə.
Əlaqə nömrəsi: +994 502160807
VAKANSİYA 15
V-Group
Помощница директора
Son tarix 23 fev 2024 - [email protected]
Возраст 20-30 лет
Зарплата 1000-1500
График и время 10:00- 17:00, 5 дней
Обязанности:
- прием и распределение входящих звонков;
- контроль и ведение документооборота;
- прием посетителей в салоне ;
- выполнение поручений.
Требования:
- высокая грамотность, четкая речь;
- энергичность, исполнительность, внимательность, ответственность, доброжелательность;
- знание ПК на уровне уверенного пользователя (Word, Excel);
- умение работать с офисной техникой;
- желательно высокая скорость печати;
- приятный голос и красивая внешность.
VAKANSİYA 16
Nutrient
Təchizat/Anbar meneceri
Son tarix 23 fev 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərinin minimuma endirilməsini təmin etmək;
- Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək;
- Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək;
- Təsərrüfat üzrə təmir və texniki xidmət üçün sifarişləri qəbul etmək və vaxtında çatdırılmasına nəzarət etmək;
- İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;
- Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək;
- Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək;
- Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək;
- Gömrük ve vergi qanunvericiliyini nəzərə alınaraq gömrük sənədləşdirilməsinin aparılması və nəzarəti;
- Malları gömrükdən keçirərək, tələb olunan vergi rüsumlarının ödənilməsi, əlaqədar sənədləşmələrin aparılmasının təşkili və nəzarəti;
- Logistik ehtiyac analizinin aparılması və PL xidmət formasının seçilməsi;
- Anbardakı malların depolara, apteklərə çatdırılması, təhvil verilməsi və sənədləşdirilməsi;
- Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi;
- Hazır məhsulun saxlanılmasının və buraxılışının, onların yerləşdirilməsinin, anbar sahəsindən səmərəli istifadəsinin təmin edilməsi;
- Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi;
- Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət;
- Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili;
- Tələb olunan saxlanma şəraitinin yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
- MS Office (Word, Excel, PowerPoint), 1C proqramlarını mükəmməl bilməli, SAP və LOGO proqramlarını bilməyi üstünlükdür;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Səlist və aydın nitq, fikrini düzgün idarəetmə qabiliyyəti;
- Danışıqların aparılması bacarığı;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
- İşgüzar və məsuliyyətli.
Peşəkarlıq tələbləri:
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
- Müştərilərlə əlaqə qurma bacarığı;
- İdarəetmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.
İş qrafiki və əmək haqqı:
- Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə;
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, “Çinar Park” Biznes Mərkəzi.
VAKANSİYA 17
Tikinti firması
Tender üzrə Mütəxəssis
Son tarix 23 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Aconex sistemi üzərindən yazışmaların aparılması və sənədlərin təqdim olunması;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- Azərbaycan, İngilis və Rus dillərini bilməli
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi
- Əmək haqqı 1600 AZN
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını email ünvanına göndərə bilərlər.
VAKANSİYA 18
Askona
Mühasib (Əmək haqqı üzrə)
Son tarix 23 fev 2024 - [email protected]
Namizəd üçün tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Yaş: 25-40
- Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
- Azərbaycan və Rus dillərini sərbəst bilik.
Vəzifələr:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
- Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
- Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 1100-1300 manat (müsahibə əsasında təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib (Əmək haqqı üzrə)” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 19
Baku Business Consulting
Mühasib
Son tarix 22 fev 2024 - [email protected]
Vəzifə öhdəliyi:
- Gündəlik bank və kassa əməliyyatlarının aparılması;
- Mühasibat uçotu məlumatlarının “1C Predpriyatie” (8.3) mühasibat proqramına işlənilməsi;
- Əmək haqları, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
- Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergi bəyənnamələrinin (Vahid rüblük, ƏDV, ÖMV) hesabatlarının tərtib edilməsi;
- Yerli və xarici ödənişlərin internet banking vasitəsi ilə icra edilməsi;
- E-Qaimələrin göndərilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması vacibdir);
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- 1C Predpriyatie (8.3) proqramında mükəmməl işləmək bacarığı;
- Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq sahəsində azı 3 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri biliyi arzuolunandır;
- Komandada işləmə bacarığı;
- İxtisasını daim təkmilləşdirməli;
- Müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
- Problemləri təhlil və həll etmə bacarığı;
- Məsuliyyətli və loyallıq;
Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Etibarlı şirkətdə karyera yüksəlişi;
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı 700-800 AZN
CV-lərinizi elektron ünvanına “Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.
VAKANSİYA 20
Sirab Satış və Dağıtım MMC
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 23 fev 2024 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Komputer bilikləri: MS Office – Yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 4 il iş təcrübəsi;
- İnsan resurslarının idarə edilməsi üzrə (xüsusi ilə kadr kargüzarlıq, işə qəbul, təlim və inkişaf modulları) nəzəri və praktiki biliklər;
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- İntizamlılıq;
- Yüksək kommunikasiya;
- Yenilikçi və proaktiv yanaşma;
- Komanda işi;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
Digər tələb və üstünlük göstəriciləri:
- Dil bilikləri: İngilis və rus dilləri – üstünlükdür;
İş barədə:
- İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin təşkili və nəzarəti;
- İşə qəbul prosesinin koordinasiyası və təşkili;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- Namizədlərlə müsahibələrin təşkili, referansların alınması;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- Təlimlərin koordinasiyası və təşkili;
- Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
- Təlim tələblərinə uyğun daxili və xarici təlimçilərin (təlim mərkəzlərinin) araşdırılması və cəlb edilməsi;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə baş mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 21
Connect
Baş proqramçı
Son tarix 23 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisə daxilində informasiya texnologiyaları üzrə texnoloji proseslərin qurulması və idarəolunması prosesini təşkili üçün lazımi təminatını hazırlayır;
- Billinq sisteminin və diqər proqram təminatının dəstəklənməsi, təkmilləşdirilməsi, nöqsanların aradan götürülməsi, əlavə funksionalın yaradılması;
- Kampaniyalar, aksiyalar və diqər satışın stimullaşdırılması məqsədilə tərtib olunan tədbirlərin həyata keçirilməsi üçün proqram təminatını yazır, tədbirlərin nəticələri haqqında lazımi hesabatları hazırlayır;
- Müəssisədə istifadə olunan avadanlıqın billinq sistemi ilə əlaqələndirilməsi üçün lazımi proqram təminatını yaradır;
- Fərdi və Korporativ müştərilərdən daxil olan sifariş, sorğu və təkliflərin yerinə yetirilməsi prosesinə texniki dəstəyi təmin edir;
- Müştərilərin narazılıq və şikayətlərinin araşdırmalarına texniki dəstəyi təmin edir;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni texniki layihə və həllər hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;
- Müəssisənin partnyorlarından gələn sorğuların cavablandırılmasında texniki tərəfdən iştirak edir;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizəddən tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili və rus dili
- Komputer bilikləri: MS Office proqramları, Novcat, Putty, Notepad++, PHP, PLSQL və s.
- İş təcrübəsi: 3 il
- Fərdi keyfiyyət göstəriciləri: Punktuallıq, stressə davamlılıq
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-dan 18:00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı: 2500-3000 AZN
Uyğun olan namizədlərdən vakant yerin adını mövzuda qeyd etməklə CV elektron ünvanına göndərməyiniz xahiş edilir.
VAKANSİYA 22
Milla Dairy
Satınalma üzrə mütəxəssis
Son tarix 22 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətə tələb olunan məhsulların tədarükü, tədarükçülərin seçimi;
- Yerli və xarici bazarın təhlili və araşdırılması, yeni tədarükçülərin cəlb olunması;
- Satınalmalar üzrə şirkətin daxili tələblərinə uyğun sənəd dövriyəsinin aparılması;
- Daxil olan sifarişlərin qəbul edilməsi, təhlili, aidiyyəti şöbələr və rəhbərlik ilə razılaşdırılması;
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Mühəndislik ehtiyyat hissələrinin alışı üzrə təcrübə arzuolunandır)
- Azərbaycan və İngilis dilləri mükəmməl, Rus dili biliyi arzuolunandır;
- MS Office proqramları və 1C (8.3) üzrə biliklər;
İş qrafiki: Həftəiçi 5 gün, 08:30-17:30
İş yeri: Bakı-Şamaxı şos.15-ci km (Hökməli qəs.)
Qeyd: Nahar, servis, könüllü tibbi sığorta və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 23
Ferrum Capital
Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis
Son tarix 22 fev 2024 [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığı;
- Satış sahəsində 1 ilə yaxın təcrübə;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis nə iş görür?
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
- Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
- Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması;
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
- Şirkətin satış həcminin artırılması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 400 - 800 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 24
Dolcha Foods
Soyuq satışlar üzrə satış təmsilçisi
Son tarix 22 fev 2024 - [email protected]
Əmək haqqı: fiks: 800 AZN + satışlardan bonuslar.
Öhdəliklər:
- Şirkətin məhsullarını (quru meyvələr) tanıdaraq satışını həyata keçirmək;
- Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
- Müştərilərlə düzgün ünsiyyətin qurulması,məhsullar barədə müştərilərə dolğun məlumatın verilməsi;
- Təyin olunmuş satış planlarının icrası;
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
Namizədə tələblər:
- Təcrübə: böyük şirkətlərdə iri həcmli isti və ya soyuq satışlarla 3 il iş təcrübəsi;
- Şəxsi avtomobili olmağı mütləqdir. (Yanacaq və amartizasiya xərcləri şirkət tərəfindən odənilir) ;
- Bakı və ətraf kəndlərdə yerləşən böyük market şəbəkələrini tanımaq;
- Xarici dil biliyi arzuolunandır.
- Ünsiyyətçil , verilən tapşırıqların vaxtında yerinə yetirilməsi , komandada işləmək qabiliyyəti, nizam-intizamlı olmaq;
- İş planları üzrə işləmə qabiliyyəti, qoyulan tapşırıqları vaxtında yerinə yetirmək.
İş barədə məlumat:
İş qrafiki: I-V günlər, saat 09:00-18:00-dək. Şənbə və Bazar istirahət günləridir.
Yanacaq və avtomobilin amortizasiyası şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər aşağıdakı mail adresə CV göndərə bilərlər.
VAKANSİYA 25
Optimal Finance BOKT
Problemli kredit departamentində yığım üzrə mütəxəssis
Son tarix 22 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Namizədə dair tələblər:
- Gecikdirilmiş kredit portfelinin idarə olunmasında təcrübə və biliklər;
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- Microsoft Office proqramlarından bilik və bacarıqlar;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü, saat 10:00-18:00, şənbə günü iş saatı 10:00-15:00, bazar günü - istirahət
- Əmək haqqı 700 AZN.
VAKANSİYA 26
Italdizain Group
Shop manager
Son tarix 23 fev 2024 - [email protected]
Должностные обязанности:
- Достижение максимального объема месячных и годовых продаж, минимизация убытков, снижение потерь и затрат;
- Составление бюджета магазина. Контроль и оптимизация расходной части бюджета магазина;
- Контроль ассортимента и качества товаров, предлагаемый покупателям и внесение предложений по ассортименту магазина;
- Контроль, подготовка и проведение в магазине рекламных акций и промоушенов, нацеленных на привлечение покупателей в магазин, на увеличение продаж;
- Анализ продаж и изучение покупательского спроса для формирования заказа следующих коллекций;
- Ведение отчетности и документации в соответствии с установленным порядком отчетности;
- Регулярное ознакомление консультантов со всеми новинками продукции, новыми требованиями по мерчендайзингу и маркетингу, актуальными в данный момент;
- Координация оптимальной и удобной выкладки товаров на стеллажах.
Требования:
- Высшее образование в сфере маркетинга и рекламы, экономическое;
- Уверенный пользователь ПК с хорошим знанием офисных программ;
- Умение вести переговоры;
- Знание азербайджанского, английского, русского языков на профессиональном уровне;
- Умение вести деловую переписку на этих языках;
- Опыт в организации маркетинговых мероприятий;
- Опыт работы управления в сфере продаж или на аналогичной должности (минимум 3 года);
- Аналитические способности, умение работать с информацией, систематизировать ее и проводить анализ;
- Способность вести переговоры и решать проблемные технические вопросы;
- Дипломатичность, умение проявлять осторожность и осмотрительность в конфиденциальных вопросах;
- Стрессоустойчивость, ответственность, коммуникабельность, инициативность.
Условия:
- Стабильная работа
- Оформление по ТК АР
- Медицинская страховка
- Заработная плата по договоренности
VAKANSİYA 27
İcbari Sığorta Bürosu
İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis
Son tarix 01 fev 2024 - [email protected]
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:
- Şəbəkələrin, istifadəçi stansiyalarının, serverlərin, sistemlərin, tətbiqi proqram təminatlarının Büroda qəbul olunan qayda və standartlara uyğun kibertəhlükəsizlik təbirlərini həyata keçirmək;
- İnfrastrukturun təşkil olunduğu komponentlərin təhlükəsiz istifadə olunması, onlara olan giriş icazələrinin və səlahiyyətlərinin idarəolunması qaydalarının tərtib olunmasında iştirak etmək;
- Müdafiə mexanizmlərinin seçilməsində, hazırlanmasında və mövcud sistemlərdə bu mexanizmlərin qurulması üçün dəyişikliklər olunmasına aid proseslərdə iştirak etmək;
- Öhdəçilik götürülmüş müdafiə mexanizmlərini idarə etmək;
- İstifadəçilərin hüquqlarının sanksiyasız dəyişdirilməsinə / istifadəçilərin ləğv olunması və ya yaradılmasına nəzarət və lazım gələrsə idarə etmək;
- Büronun infrastrukturunda olan boşluqların aradan qaldırılması üçün lazım olan texniki tədbirlərin həyata keçirilməsi.
- Məxfi xarakter daşıyan məlumatların kənara sızmasının və məlumat aktivlərinə icazəsiz müdaxilələrin qarşısının alınması məqsədi ilə büroda monitorinqlərdə və audit yoxlamalarında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, və analizini aparmaq;
Dil bilikləri:
- Azərbaycan dili - əla
- İngilis dili - əla
İş Təcrübəsi:
- İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi;
Texniki Bacarıqlar:
- PAM, DLP, SIEM, WAF, IDS/IPS sistemləri ilə iş təcrübəsi
- Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
- Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 28
Kontakt Home
Mağaza rəhbəri (Qusar)
Son tarix 22 fev 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
- Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
- İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
- Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil;
- Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- 1C proqramında işləmə bacarığı arzu olunandır;
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: 6 günlük;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 29
AGRO-VEST RETAIL
Mağaza Müdiri
Son tarix 23 fev 2024 - [email protected]
"AGRO-VEST RETAIL" MMC ”A plus” Supermarketlər şəbəkəsi “Mağaza Müdiri” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
- İşgüzar davranış etikası olmalı;
- İş təcrübəsi: 5 ildən çox (Qeyd edilən vəzifə üzrə);
- Yaş: 27-50;
Vəzifə öhdəlikləri:
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
- Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
- Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
- Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
- Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
- İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır.
İş şərtləri:
- Stabil iş
- İcbari sığorta
- Əmək haqqı: 1500-2500 azn
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Həftə ərzində 1 dəfə.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 30
Buta Agro
İnsan Resursları üzrə Mütəxəssi̇s (Zi̇rə qəsəbəsi̇)
Son tarix 19 fev 2024 - [email protected]
Vəzifə haqqında məlumat:
Zirə Pomidor İstixanasında İşə qəbul, işdən azad və günlük sənədləşmə proseslərini icra edir. İşçilərin gündəlik dəvamiyyətini izləyir, aylıq iş qrafiklərinin hazırlanmasını təşkil edir. Aylıq tabel uçot sənədləşmələrini icra edir. İşçilərə əmək haqqı kart sifarişlərini keçir və müddəti bitən əmək haqqı kartlarının yenilənməsini təşkil edir və.d.
Vəzifə öhdəliyi:
- Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
- Məlumatların Elektron Hökumət Portalına daxil edilməsi;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İşəqəbul prosesinin planlaşdırılması və işəgötürmənin təşkil edilməsi;
- İşçi ehtiyacının müəyyən edilməsi;
- Daxil olan CV-lərin dəyərləndirilməsi;
- Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
- İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
- İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
- Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
- Əmək məhsuldarlığının təhlil edilməsi.
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word ) istifadə bacarıqları
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 1 il iş təcrübəsi
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Dürüst və vicdanlı olmalı;
Təminatlar:
- Əmək haqqı: 700 AZN
- Servis və nahar ilə təmin edilir.
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır.
- İş qrafiki Bazar ertəsi- Cümə günü/ 08:00-17:00, Şənbə günü 08:00-14:00
Vakansiyaya uyğun namizədlər CV-lərini “İR üzrə mütəxəssis-ZİRƏ” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Ünvan: Zirə qəsəbəsi, Pomidor İstixana Kompleksi