Vakansiya 1
Vakansiya – Amerikada müxtəlif işlər
Şirkət- Greencard Azərbaycan
Greencard proqramı ABŞ-a qanuni şəkildə köçmək və işləmək üçün ən asan proqramlardan biri sayılır. Lotoreya formasında keçirilməsinə baxmayaraq, hər il min nəfərdən çox azərbaycanlı bu proqram vasitəsilə ABŞ-a köç edir və istənilən işlərdə çalışırlar.
Şirkətimiz 2011-ci ildən bəri bu proqramın xidmətini göstərir və bugünə kimi minlərlə azərbaycanlıya ABŞ-a yola düşməyə köməklik göstərmiş və ABŞ-dakı diasporamızın güclənməsinə öz töhvəsini vermişdir.
Eyni zamanda, şirkətimizdə greencard proqramına müraciətiniz olduqdan sonra, profilinizə uyğun olaraq, ABŞ-a və ya Kanadaya köçmək üçün digər yolları da təklif edəcəyik.
Müraciət etmək üçün buraya daxil olun https://greencard.az/welcome
Vakansiya 2
Əmək haqqı: 600 - 700 AZN
Şəhər: Bakı
Yaş: 21-30 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən yuxarı
Şirkət: Toca Residence
Əlaqədar şəxs: Mətanət Abbasəliyeva
Kateqoriya: Administrasiya və idarəetmə
E-mail: [email protected]
Mobil nömrə: +994502101538
Namizədə tələblər:
- Cinsi: Xanım
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti
- Aktiv və çalışqan
- Təzyiq altında işləmək bacarığı
- Xoş görünüşlü və ünsiyyətcil
- Məsuliyyətli və komandada işləmək bacarığına malik
- Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi olan
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- MS Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir)
- Müvafiq sahədə 1 ildən təcübə
İş barədə məlumat:
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət.
- Email və telefonların cavablandırılması
- Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması.
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı.
- Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması
- Rəhbərliyin digər göstərişlərinin yerinə yetirilməsi
- İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək
Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!
Vakansiya 3
Vəzifə: Daxili kommunikasiyalar üzrə mütəxəssis
İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis
Namizədə dair tələblər:
• Təhsili: Ali
• Yaş: 35 yaşa qədər
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə)
• Kompüter bilikləri: MS Office
• Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Yüksək icraçılıq bacarığı, təşkilatçılıq, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;
Vəzifə öhdəlikləri:
- Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
- Daxili kommunikasiya daşıyıcılarının məzmununun və dizaynının hazırlanması, nəşr edilməsi və daxildə yayılmasının təşkili;
- Korporativ nəşrlərin hazırlanması;
- Daxili sosial şəbəkənin idarə edilməsi;
- Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması
- İctimaiyyətlə Əlaqələr şöbəsi ilə bölmələr arasında görüşlərin təşkil edilməsi;
- Şirkətdə nizam-intizamın təşkili;
- Şirkət əməkdaşları arasında daxili sorğuların keçirilməsi.
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili kommunikasiyalar üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya 4
Buta Broker
İş barədə məlumat
- Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanması və təqdim edilməsi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının müstəqil şəkildə tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Bəyannamələrin tərtib və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
- E-Qaimə Faktura, Elektron tərtib olunması və göndərilməsi
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
Namizədə tələblər
- Ali təhsil
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
- İş təcrübəsi: min. 3 il
- Yaş aralığı: 25-50 yaş
- İngilis və rus dillərini bilmək arzuolunandır
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.
- 1C mühasibatlıq proqramında işləmək bacarığı.
- Analitik təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
E-mail: [email protected]
Vakansiya 5
Work place : Botbox, Inc.
Vacancy: "Bot builder"
E-mail : [email protected]
Web site : www.botbox.pro
Requirements:
1. An experience working with customers directly or over digital channels
2. Collaborate with product managers, engineering, UX researcher and designers to design and implement chatbot enhancements.
3. Work on one or more technical areas of applications
4. Develop, create, and maintain our chatbot processes and procedures; as well as make recommendations for enhancements to materials as needed to enhance our customer’s experience.
5. Able to multi-task and set priorities.
Vakansiya 6
Должность: Официант
Депортамент: Ресторан
Место Работы: Amburan Beach Club.
Описание работы:
- Принятие заказа у клиента, помощь в выборе блюд и напитков
- Сервировка приборов
- Замена столовых салфеток вовремя
- Распределение заказов между барменом и кухней
- Контроль заказа и оформления блюд
- Доставка заказа
- Оформление счета
- Соблюдение чистоты в зале
- Оформление зала в соответствии с мероприятием
- Своевременное выполнение и планирование работ
- Инициативность, коммуникабельность, презентабельная внешность
Требования:
- Минимум 2 года опыта работы в ресторане
- Высшее или специальное образование
- Свободное владение Азербайджанским и Русским языками, знание Английского языка является преимуществом
E-mail: [email protected]
Vakansiya 7
AS Group Investment LLC
Vəzifə: İnzibati İşlər Departamentinin Referent-köməkçisi
Vəzifə öhdəlikləri:
• Baş Direktorun işgüzar görüş/iclaslarını planlamaq və koordinasiya etmək;
• Daxili və xarici sənəd dövriyyəsini təşkil etmək, sənədləri imzaya təqdim etmək və qeydiyyatını aparmaq;
• Rəhbərliyin tapşırığı əsasında müxtəlif məsələlərin araşdırılması, icrasının təqib edilməsi və statusu barədə məlumatın verilməsi;
• Rəhbərliyin işgüzar səfərlərinin təşkili ilə bağlı bütün inzibati tədbirlərin görülməsi;
• Rəhbərliyin istifadəsi üçün tələb olunan ofis ləvazimatlarının müntəzəm sifarişi və ehtiyatının saxlanılması.
Tələb olunan göstəricilər:
• Ali təhsil;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Yüksək təşkilatçılıq qabiliyyəti, detallara qarşı diqqətlilik və işi tamamlamaq bacarığı;
• Operativ qərarvermə və problem həlletmə qabiliyyəti;
• Peşəkarlıq və məxfilik prinsiplərinə ciddi əməletmə vərdişləri;
• Microsoft Office proqramlarından yaxşı istifadə qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
• Sahə üzrə ən azı 1 (bir) illik iş təcrübəsi.
İş şəraiti barədə məlumat:
• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı)
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Referent – köməkçi”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiya 8
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Marketinq meneceri (Təmizlik vasitələri üzrə)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Marketinq, satış və satınalma sahəsində 3 il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Yaş həddi: 25 - 35 yaş
İşin Təsviri: Təsdiqlənmiş strategiya, plan və büdcə çərçivəsində bütün səlahiyyətlərə sahibdir. Marka dəyərinin qorunması və müvafiq Keyfiyyət standartları çərçivəsində sifariş edilmiş hər hansı bir məhsulun bazara verilməsi və ya bazardan geri çəkilməsinə qərar verir.İllik büdcə çərçivəsində biznes, marka və məhsul ehtiyacına uyğun bazar araşdırma qərarlarını verir.İllik marketinq fəaliyyət planı və büdcəsi çərçivəsində marka yatırımlarının həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Məsul olduğu fabriklər üzrə aylıq satınalma proqnozlarının verilməsi;
- Gündəlik stok tənzimlənməsi;
- Bazar araşdırmalarının həyata keçirilməsi və qiymət tənzimlənməsi;
- Aylıq planlar üzrə satış kanallarında satışların izlənməsi;
- Tələb proqnozlaşdırılmasının müvafiq stukturlarla razılaşdırlması;
- Məhsul qiyməti siyasətinin hazırlanması, qiymət formalaşması zəncirinin idarə edilərək mənfəətliliyin təmin edilməsinə nəzarət;
- Marketinq və ticari marketinq üzrə xərc büdcələrinin müəyyənləşdirilməsi, brut kar və net kar cavabdehliyi
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
- Yüksək ünsiyyət və idarəçilik bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təmizlik kateqoriyası üzrə Marketinq Meneceri” yazaraq CV göndərməklə müraciət edilir
Vakansiya 9
Novikov Group
Пекарь/кондитер
• Подготовка рабочего места и инвентаря к работе;
• Соблюдение при работе правил гигиены, санитарных нормативов;
• Расчет сырья, которое необходимо для приготовления кондитерских изделий;
• Соблюдение правил упаковки и хранения продукции;
• Проведение первичной обработки полученного сырья;
• Соблюдение норм расхода ингредиентов;
• Соблюдение технологического процесса приготовления продукции;
• Соблюдение правил эксплуатации оборудования;
• Приготовление и отпуск продукции в соответствии с утвержденными правилами;
• Контроль качества приготовленной продукции;
• Знание ассортимента выпускаемых кондитерских изделий;
• Знание технологии и рецептуры приготовления полуфабрикатов для отдельных видов кондитерских изделий;
• Знание назначение приспособлений и оборудования, используемого в практической работе и правила их содержания;
• Знание правил санитарии и личной гигиены;
• Знание нормы расхода сырья;
• Знание видов бракa и способы его предупреждения и устранения.
• 5 дневный сменный график работы.
Просьба отправлять резюме на [email protected] с заголовком пекарь/кондитер.
Vakansiya 10
Trion Trade şirkəti
Tələblər:
• Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
• Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
• Azərbaycan dilini, rus dilini səlis bilməlidir
• İş təccürbəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təccürbəsi arzu olunandir)
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
• Dəqiq və işinə qarşı məsuliyyətli olan
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
• İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Məhsulun təqdim edilməsi.
• Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
• Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
• Satış sonrası işin izlənməsi
• Hesabatlar
• Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
• Əmək haqqı: fiks 400 AZN+ satışdan faiz
E-mail: [email protected]
Əlaqə nömrəsi 0552020794 -Dilbər x.
Vakansiya 11
Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: İnteryer Dizayner
Zəruri tələblər:
• İnteryer dizayn sahəsində gördüyü işlərdən, renderlərdən, çertyojlardan ibarət portfolionun olması;
• İnteryer dizayn sahəsinde təhsilin olması;
• İnteryer dizayn sahəsində azı 3 il iş təcrübəsi;
• Autocad, 3dmax ve Photoshop proqramlarını interyer dizaynerə lazım olacaq seviyyədə bilmək;
• Mebel chertyojları çəkə bilmək.
Vəzifələr:
• Mağazaların interyer dizaynını işləmək;
• Temir plani və mebellərin istehsal chertyojunu hazirlamaq;
• Layihənin realizasiyası və müəllif nəzarətini həyata keçirmək.
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00
• Əmək haqqı razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Vakansiya 12
Şirkətin adı: “Honours Academy”
Müştərilər üzrə menecer (Marketinq şöbəsi)
Namizədə tələblər
- Müştərilərlə Əlaqə, Marketinq və Satış sahələri üzrə təcrübə
- Yaş: 22-35
- İş təcrübəsi: minimum 1 il
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə), Rus dili (üstünlükdür)
- Sosial şəbəkə və e-mail kanallarında ünsiyyət qaydalarını bilmək və icra etmək bacarığı
- Marketinq kommunikasiya kanalları vasitəsi ilə müraciət edənlərlə əlaqə saxlanılması və onlarla satış istiqamətində dialoqların qurulması
- Marketinq şöbəsinin işlərində yaxından iştirak etmək
- Komanda ilə işləmək bacarığı
- İnandırmaq və razı salmaq qabiliyyəti yüksək
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat
- Sosial şəbəkədən gələn sorğuların cavablandırılması
- Cavablandırılan sorğuların təqibi və davamlı olaraq statusun izlənilməsi
- Qruplarda və digər platformalarda quizlərin və digər sorğuların yaradılması
- Yaradılmış sorğularda aktivliyin təmin olunması və sualların cavablandırılması
- Müraciət edənlərin siyahılarının hazırlanması və tələbə məlumat bazasında qeyd olunması
- Tələbələrlə iş üzrə fokuslanması, marketinq şöbəsinin kampaniyalarına uyğun tələbələrin şirkətin sosial həyatına və işgüzar faəliyyətinə cəlb edilməsi
Əmək haqqı: Fix Maaş + Bonus (artandır)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Müştərilər üzrə menecer” başlığı altında öz CV və peşəkar karyera məlumatlarını, həmçinin sosial şəbəkə hesablarını [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya 13
Şirkət: “A+A Security” MMC
Vəzifə: Mühəndis
Vəzifə öhdəlikləri:
1. Təklif olunan malların xüsusiyyətləri və imkanları barəsində və eləcə də rəqabətçi istehhlakçıların malları barəsində dərindən bilmək
2. Obyektin öyrənilməsində və texniki həllin işlənib hazırlanmasında iştirak etmək
3. Quraşdırma işlərində iştirak etmək;
4. Yaranan texniki problemlərin həll edilməsi
5. İstehlakçının texniki dəstək xidməti ilə əlaqənin qurulması
6. Xidməti öhdəliklərin və müqavilələrin hesabatı
7. Müqavilə öhdəliklərinə uyğun olaraq müntəzəm xidmət barəsində planların hazırlanması və onların yerinə yetirilməsinin təşkil edilməsi
8. Müştərilərin telefon və e-mail vasitəsilə texniki dəstəyin göstərilməsi
9. Müştərilər üçün texniki sənədlərin hazırlanması
10. Müştərilərin öyrədilməsi və təkrar təlim keçirilməsi
11. Plandan kənar xidmət sifarişlərinin qəbul edilməsi və yerinə yetirilməsi
12. Zəmanət təmirinin və zəmanət vaxtınından sonra təmirin təşkil edilməsi
13. Göstərilmiş xidmət üçün ödənişin alınması
14. Təchizatçılar ilə İstehsal edilmiş avadanlığın funksionallığının inkişafı və mövcud səhvlərin aradan qaldırımasına dair istiqamətləndirilmiş işin görlməsi
15. Xidmət üzrə məsrəf və gəlirlərin aylıq və rüblük hesabatı
Tələblər:
• Ali təhsil (Mühəndislik)
• Azərbaycan dili, rus və ingilis dilləri (orta səviyyədə)
• Minimum 1 il təcrübə
• Kompüter və elektronika bilgilərinə orta səviyyədə malik olması
• Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
• Ezamiyyət imkanı olsun
• Kollektivlə işləmə
• Yaş həddi: 20 – 30
• Cinsi: kişi
İş şərtləri:
• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı – başlanğıc 600 (net) AZN
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Mühəndis" başlığı yazılmalıdır.
Vakansiya 14
Компания Leznik & Co. была основана в 2017- м году в качестве курсов, специализирующихся на преподавании математики и других технических дисциплин на английском, русском и азербайджанском языках.
Вакансия: Учитель по математике
Обязанности:
• Преподавание математики ученикам в группах (3-9 человек) онлайн/офлайн.
• Решение задач по математике (5-11 класс)
• Подготовка к экзаменам Государственного Экзаменнационного Центра (DİM), подготовка к поступлению в ВУЗ.
Требования:
• Педагогическое образование
• Учителя/репетиторы, имеющие опыт не менее 2-3 лет
• Преподающие на русском языке
• Умеющие организовать яркие и увлекательные занятия
• Ориентированные на результат
Условия работы:
• Гибкий график работы. (Занятия 2 раза в неделю)
• Оплата труда по договорённости
Заинтересованных просим отправить своё CV на наш электронный адрес [email protected] . Просим в теме письма обязательно указать: «Учитель по математике»
Vakansiya 15
PROMOUTER
Baku Elektronics
İş barədə məlumat:
• Şirkətin satış həcminin artırılmasına dəstək olmaq
• Məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirmək.
• Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq.
• Satış nöqtəsində məhsulların rəf düzülüşünə, qiymət kağızlarına, palet və stendlərə nəzarət etmək.
• Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını təmin etmək.
• Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək.
Tələblər:
• Təhsil: Ali və ya Orta
• Yaş həddi : 18 – 28 yaş
• Azərbaycan dilində səlis nitq qabiliyyəti (rus dili biliyi arzuolunandır)
• Komanda ilə işləmə bacarığı
• Aktiv, dürüst, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı
• Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
• İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı
Əmək haqqı 300 AZN + Bonus
Vakansiyaya müraciət üçün CV-nizi “PROMOUTER” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.