VAKANSİYA 1
Monetri BOKT MMC
Biznes kreditlər üzrə Təcrübə proqramı (Naxçıvan)
Son tarix 17 avq 2026 - [email protected]
Əsas vəzifələri:
- Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
- Müştərilərlə danışıqlar aparmaq.
- Müştəri şəbəkəsinin genişləndirilməsi;
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
- Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
- Kredit memorandumunu hazırlamaq və kredit komitəsinə təqdim etmək.
- Kredit müqaviləsi və ödəniş cədvəlinə uyğun olaraq borcların vaxtında ödənilməsini təmin etmək.
- Müqavilə şərtlərini pozan müştərilərlə işləmək və borcların ödənilməsinə dair tədbirlər görmək.
- Aylıq satış planlarını yerinə yetirmək.
- Mikro kredit sahəsi üzrə təcrübəçilərin və yeni işçilərin hazırlanmasına dəstək vermək.
Tələb olunan keyfiyyətlər:
- Kreditlərlə bağlı biliklər və təcrübə.
- Təhlil etmə və ünsiyyət qurma bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Müştəri ilə işləmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
- Azərbaycan dili mükəmməl səviyyədə.
Xüsusi tələblər
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 22-35
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti
İş şəraiti:
- Əmək haqqı: 400 AZN
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı( Naxçıvan)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
VAKANSİYA 2
METAK
Planlama mütəxəssisi
Son tarix 17 avq 2026 - Müraciət et
İşin təsviri
- Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatını analiz etmək;
- Aylıq və həftəlik istehsal planlarını (MPS) hazırlamaq və icrasına nəzarət etmək;
- Material ehtiyaclarının planlaşdırılmasını (MRP) həyata keçirmək və sistemdə müvafiq tələbləri açmaq;
- Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi izləmək;
- İstehsal prosesini gündəlik monitorinq etmək, plan və fakt göstəricilərini müqayisə etmək;
- Xaricdən idxal olunan hazır məhsullar üzrə sifariş planlaşdırılmasını həyata keçirmək;
- ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların düzgünlüyünə nəzarət etmək;
- Analitik hesabatlar hazırlamaq və digər şöbələrdən daxil olan sorğuları operativ cavablandırmaq;
- İstehsal və planlama proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək;
- Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə effektiv koordinasiyanı təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas)
- İstehsal planlaması sahəsində minimum 2 il iş təcrübəsi (təchizat və ya idxal planlaması təcrübəsi üstünlükdür);
- MRP anlayışı və ERP sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yüksək səviyyədə bilmək (Power BI biliyi üstünlükdür);
- Güclü analitik və riyazi düşünmə bacarığı;
- İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında bilik;
- Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
- Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
- Azərbaycan dilini peşəkar səviyyədə bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 3
AGA Group
Növbətçi (Caspian Plaza)
Son tarix 17 avq 2026 - Müraciət et
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Növbətçi" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Buraxlış-nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;
- Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
- Növbə sırasında gələn qonaqları qarşılamaq və yola salmaq;
- Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək;
- Hadisə və ya qayda pozuntusu baş verdiyi halda rəhbərliyə məlumat vermək.
Tələblər
- Yaş həddi: 25-45;
- Təhlükəsizlik sahəsində təcrübə arzuolunandır;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Ali təhsil arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərini bilməsi arzuolunandır;
- Hərbi xidmət keçmiş olması mütləqdir;
- Fiziki sağlam;
- Cins: Bəy namizəd
Əlavə qeyd:
Əmək haqqı - 500 AZN net Ə/H
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 4
Uğur İndustry MMC
Satınalma üzrə mütəxəssis
Son tarix 17 avq 2026 - [email protected]
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsi olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən daxil olan sorğulara əsasən mal-material və xidmətlərin axtarışının icra edilməsi;
- Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
- Təchizatçılarla yazılı və şifahi əlaqələrin aparılması;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanılması;
- Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
- Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin hazırlanıb, icra edilməsi;
- Mal-material alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
- Sifarişlərin statusunun mütəmadi olaraq izlənilməsi və müvafiq hesabatlarda qeyd edilməsi;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edilməsi, onların qəbulunda iştirak edilməsi və anbara təhvil verilməsinin həyata keçirilməsi;
- Satınalma prosesi üzrə alınmış mal-materialların qeydiyyatının aparılması, hesab-fakturaların hazırlanması və işlənilməsi;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- Avtomobil ilə təmin edilir (mexaniki sürətlər qutusu);
- Yanacaq limiti ilə təmin edilir;
- Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 5
Miniso Co LLC
Satış Təmsilçisi
Son tarix 17 avq 2026 - [email protected]
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan dilini və Rus dilini bilməsi üstünlükdür;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmalı
Əsas vəzifələr:
- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
Biz Sizə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
Əmək haqqı: Başlanğıc üçün (NET) 500 AZN, artan əmək haqqı +bonus
Gəncə mall filialına tələb olunur.
Təhsilini bitirmiş namizədlərə üstünlük veriləcək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi və filialı” qeyd edərək öz CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə 050 505 52 76
VAKANSİYA 6
VMF kafe
Baş Mühasib (Yeni Layihə üzrə)
Son tarix 17 avq 2026 - [email protected]
Şirkətimiz genişlənən fəaliyyəti çərçivəsində yeni və dinamik layihəyə start verir. Bu layihənin maliyyə və mühasibat strukturunu peşəkar şəkildə idarə edəcək təcrübəli və məsuliyyətli "Baş Mühasib" axtarışındayıq.
Vəzifə Öhdəlikləri:
- Uçot və Nəzarət: Şirkətin baş ofis və filiallarında mühasibat uçotunun təşkilini, aparılmasını və ona ümumi nəzarəti həyata keçirmək.
- Maliyyə Əməliyyatları: Bütün maliyyə-təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün və vaxtında əks olunmasını təmin etmək.
- Hesabatlıq: Maliyyə, statistika, ƏƏSMN və vergi hesabatlarını tərtib etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq qurumlara təqdim etmək.
- Dövlət Qurumları ilə İş: Mərkəzi Bank, Vergilər Xidməti və digər dövlət orqanlarından gələn sorğuların cavablandırılması və hesabatların hazırlanmasına dəstək vermək.
- Bank və Kassa: Gündəlik bank qalıqlarına nəzarət etmək, köçürmə ərizələri və ödəmə sifarişlərinin düzgünlüyünü yoxlamaq, kassa nizam-intizamını qorumaq.
- Kredit Portfeli: Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatı məlumatlarını müqayisə və təftiş etmək.
- İnventarizasiya: Pul vəsaitlərinin, əsas vəsaitlərin, azqiymətli malların və qeyri-maddi aktivlərin inventarizasiyasını aparmaq, amortizasiyanın düzgün hesablanmasına nəzarət etmək.
- Əməkhaqqı: Şirkət işçilərinin əməkhaqqı hesablanması və ödənilməsi prosesini həyata keçirmək.
- Sənəd Dövriyyəsi və Arxiv: İlkin mühasibat sənədlərinin qəbulu, yoxlanılması, qorunması, imzalanması və arxivləşdirilməsini təşkil etmək.
- Koordinasiya: Şirkətdaxili digər struktur bölmələri ilə fəaliyyəti əlaqələndirmək.
Namizədə Dair Tələblər:
- Qanunvericilik Bilikləri: AR Əmək, Vergi və Mülki qanunvericiliyini, həmçinin Mərkəzi Bankın normativ sənədlərini yüksək səviyyədə bilmək.
- Mühasibatlıq Bacarıqları: Bütün növ hesabatların (vergi, statistika, DSMF və s.) verilməsi, mühasibat balansının tərtibi və təftiş qaydalarını bilmək.
- Proqram Bilikləri: Microsoft Office (xüsusilə mükəmməl Excel), 1C Mühasibatlıq proqramı və BTP (Bəyannamə Tərtibatı Proqramı).
- Yazışma və Kommunikasiya: Korporativ e-mail platformalarında yazışma qaydalarını bilmək, yüksək səlis nitq və kommunikasiya bacarığına sahib olmaq.
- Şəxsi Keyfiyyətlər: Diqqətli, operativ, stressə davamlı, komandada işləməyi bacaran, öyrənməyə maraqlı və yüksək təşkilatçılıq qabiliyyəti olan.
İş Şəraiti:
- İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət.
- Əməkhaqqı: Razılaşma yolu ilə .
Göstərilən tələblərə cavab verən və bizimlə çalışmaq istəyən namizədlər CV-lərini Müraciət et elektron poçt ünvanına mövzu hissəsində "Baş Mühasib" qeyd edərək göndərə bilərlər.
Əlavə suallar üçün 050-257-80-36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 7
Ivy Garden Hotel
Reception (gecə növbəsi)
Son tarix 17 avq 2026 - [email protected]
İşin təsviri:
- Hotel standartlarına uyğun olaraq qonaqların qarşılanması,
- Qonaqlaın hotelə qəbul edilməsi (“chek in”), yerləşdirilməsi və hoteldən yola salınması (“chek out”)
Namizədə tələblər:
- Rus dili – B1 səviyyə
- Ingilis dili - B2 səviyyə
- Yaş həddi: 19-26
- Xarici görünüşünə və səliqəsinə diqqət
- Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq
Qeyd: Elektra web proqramı öyrədilir
İş şəraiti:
- 17:00-08:00 ( bəy namizəd)
- Bir gündən bir ış qrafiki
- Əmək haqqı: birinci ay 500 AZN, növbəti aydan 600 AZN
- Nahar şirkət tərəfindən verilir
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “ Receptionist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
Altın Group İnvest MMC
İcra Orqanları ilə iş şöbəsinə Mütəxəssis, hüquqşünas
Son tarix 17 avq 2026 - [email protected]
Tələblər
- Ali təhsil,
- İcra orqanlarında icra məmuru və ya könüllü işləmiş, icra hərəkətlərindən məlumatı olan əməkdaşlara üstünlük veriləcək .
- Minimum 1 il iş təcrübəsi
- Mülki, mülki-prosessual, icra haqqında haqqında qanunvericiliyi bilməli;
- Əla səviyyədə Azərbaycan dili biliyi.
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı 700 AZN + bonus;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
Santral
Kassir
Son tarix 17 avq 2026 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki növbəli (2 gün iş, 2 gün istirahət)
- Əmək haqqı: 600 AZN
- Ünvan: 1. Dərnəgül, Ziya Bünyadov pr 2071; 2. 13 Hüseyn Cavid Prospekti
Tələblər:
- Yaş həddi: 22 - 35.
- Təhsil: Orta ixtisas və ya ali təhsil
- İş təcrübəsi: 1 ilə qədər xəzinədarlıq sahəsində
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
- Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
Əlavə: Kassa prosedurlarını bilmək, dəqiqlik və məsuliyyətlilik, müştəri ilə ünsiyyət bacarığı
Vəzifə təlimatı:
- Müştərilərdən nəğd və POS ödənişləri qəbul etmək və onları dəqiq sənədləşdirmək
- Nağd vəsaitlərin bank və ya baş ofisə təhvil verilməsini təmin etmək
- Xəzinə əməliyyatlarını 1C proqramına vaxtında və düzgün şəkildə daxil etmək
- Xəzinə kitabının və digər hesabat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək
- Günlük kassa hesabatlarını hazırlayaraq baş xəzinədara təqdim etmək
- Xəzinə avadanlıqlarının (POS-terminal, kassa aparatları və s.) düzgün işləməsinə nəzarət etmək
- Kassa intizamına və nağd vəsaitlərin təhlükəsiz saxlanmasına riayət etmək
- Saxta əskinazların müəyyən edilməsi üçün texniki yoxlama aparmaq
- Şirkət tərəfindən təsdiqlənmiş prosedurlara uyğun olaraq geri qaytarılma, istisna hallar və digər əməliyyatları icra etmək
- İş günü ərzində elektron poçtu yoxlamaq və zəruri hallarda cavablandırmaq
- Şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək
- Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir
CV-lərinizi “Kassir” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 10
Azerbaijan Poultry Company
Marketinq şöbəsinin meneceri
Son tarix 03 avq 2026 - [email protected]
Vakansiya haqqında məlumat:
- Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
- Brendin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətləri planlaşdırmaq;
- Marketinq şöbəsinin gündəlik fəaliyyətini idarə etmək və komandanın işini koordinasiya etmək;
- Marketinq büdcəsini planlaşdırmaq və effektiv idarə etmək;
- Rəqəmsal marketinq, sosial media, PR və reklam kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;
- Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
- Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışın artırılmasına yönəlmiş kampaniyalar hazırlamaq;
- Reklam agentlikləri ilə əməkdaşlığı idarə etmək.
Tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Analitik düşüncə, kreativ yanaşma, ünsiyyət və təqdimat bacarığı.
İş şəraitinin şərtləri
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə, Bazar günü)
- Ə/h müsahibə əsasında təyin olunur.
CV-nizi başlıqda "Marketinq şöbəsinin Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 11
Altın Group İnvest MMC
Problemli Aktivlərlə iş Departamentində yığım üzrə mütəxəssis
Son tarix 17 avq 2026 [email protected]
Vəzifə öhdəlikləri
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Namizədə dair tələblər:
- Gecikdirilmiş kredit portfelinin idarə olunmasında təcrübə və biliklər;
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- Microsoft Office proqramlarından bilik və bacarıqlar;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü, saat 09:00-18:00, şənbə, bazar - istirahət
- Əmək haqqı 700 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 12
N1 Çörək Zavodu
Baş Laborant
Son tarix 17 avq 2026 - [email protected]
İş Yeri: Bakı, N1 Çörək Zavodu (Ukrayna dairəsi yaxınlığı)
Tələblər:
- Təhsil: Texniki (Ali təhsil arzuolunandır)
- Yaş həddi: 30-45 yaş
- Cinsi: Kişi/Qadın
- İSO 17025 sertifikatı (arzuolunandır)
- Laboratoriya sahəsində təcrübə
- Qida təhlükəsizliyi standartları, qanunvericilik və texniki normativ sənədlərlə iş aparmaq
- qabiliyyəti
- Mikrobioloji və fiziki-kimyəvi analiz metodların biliyi
- İş təcrübəsi: Minimum 3 il
İş barədə məlumat:
- Laboratoriya əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və onların işinə nəzarət etmək
- Xammal,qablaşma materialları,yarımfabrikat və hazır məhsullardan nümunələrin götürülməsi və analizlərin aparılmasını təşkil etmək
- Laboratoriya sənədlərinin,jurnal və protokolların düzgün aparılmasına nəzarət etmək
- Analiz nəticələrinin qeydiyyatını aparmaq,hesabat hazırlamaq və şöbə rəhbərinə təqdim etmək
- Məhsulun keyfiyyət göstəricilərinin normativ sənədlərin ve spesifikasiyaların tələblərinə uyğunluğu yoxlamaq
İş Şərtləri
- İş növbəsi: Bazar ertəsi – cümə
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Yemək: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini "Baş Laborant" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 13
Ivy Garden Hotel
Rezervasiya üzrə agent
Son tarix 17 avq 2026 - [email protected]
İşin təsviri:
- Otaqların mövcudluğu, qiymətlər, dəyişikliklər, gündəlik rezervasiyalar ilə bağlı qeydiyyat aparmaq;
- Bütün rezervasiya dəyişikliklərini yoxlamaq, hər hansı bir dəyişiklik olduğu təqdirdə idarəetmə sistemində dərhal və dəqiq bir şəkildə yeniləmək;
- Gündəlik e-poçtları yoxlamaq, onlayn sorğulara cavab vermək və rezervasiya etmək;
- E-poçt göndərişlərinin hotel üzrə çeşidlənməsi (Front Office və Maliyyə şöbələri) üçün ehtiyyat nüsxələrini hazırlamaq;
- Otaq mövcudluğu barədə məlumat vermək, rezervasiya ilə bağlı təsdiq məktubu göndərmək və zəmanət tələb etmək;
- Zənglərlə gələn bütün rezervasiya sorğularını cavabalandırmaq
Namizədə tələblər:
- Xanım namizəd
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
- Azərbaycan; İngilis dili (B1 səviyyəsində)
- Elektra programı (arzuolunandır)
- Microsoft Office programları: Outlook, Word və Excel
İş şərtləri:
- 6 günlük iş rejimi 09:00-18:00
- Əmək haqqı: 600-650 AZN
- Nahar şirkət tərəfindən verilir
- Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə 71
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Rezervasiya üzrə agent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 14
M Bulak BOKT MMC
Maliyyə üzrə kiçik mütəxəssis
Son tarix 17 avq 2026 - [email protected]
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Maliyyə hesabatları və məlumatların təhlili üzrə analitik düşünmə bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İşin təsviri:
- AR Mərkəzi Bankına təqdim edilən hesabatların hazırlanmasında iştirak;
- Kredit portfeli üzrə məlumatların toplanması, təhlili və monitorinqi;
- Maliyyə göstəricilərinin və bazar məlumatlarının təhlili;
- Büdcələşdirmə və maliyyə planlaşdırılması prosesinə dəstək.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Əmək haqqı 1300 AZN (Gross)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Maliyyə üzrə kiçik mütəxəssis” başlığı ilə göndərə bilərlər.
VAKANSİYA 15
İnternational medical centre 1
Reception / koordinator
Son tarix 17 avq 2026 - [email protected]
Əmək haqqı: 1000–2000 AZN
Tələblər:
- 20–30 yaş aralığında xanım namizədlər;
- Gülərüz, məsuliyyətli və öyrənməyə açıq olmaq;
- İşə həvəsli və inkişaf yönümlü yanaşma nümayiş etdirmək;
- Güclü ünsiyyət bacarıqlarına malik olmaq və insanlarla effektiv münasibət qura bilmək;
- Səliqəli və baxımlı xarici görünüşə diqqət yetirmək;
- Ali təhsil arzuolunandır;
- Xarici dil biliyi üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















