VAKANSİYA 1
Diamed Co.
D Kateqoriyalı Sürücü
Son tarix 09 mar 2026 - [email protected]
Tələblər:
- D kateqoriyalı sürücülük vəsiqəsi
- Minimum 2 il iş təcrübəsi
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək
- Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq
- Tibbi arayışın olması
- Zərərli vərdişlərin olmaması
Vəzifə öhdəlikləri:
- Avtobusun təhlükəsiz və qaydalara uyğun idarə edilməsi
- Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası
İş şəraiti:
- Tam ştat 6 gün
- əmək haqqı 1000 azn
- Stabil iş mühiti
- Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektorn poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0504650606
VAKANSİYA 2
STP Alüminium
Xarici satınalmalar üzrə mütəxəssis
Son tarix 10 mar 2026 - Müraciət et
Namizədə olan tələblər:
- Ali təhsili (sahə üzrə arzuolunandı, texniki)
- Sürücülük vəsiqəsi olması üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
- Nizam-intizamlı
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Stressə dözümlü
Ümumi vəzifə öhdəlikləri:
- Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək
- Xarici və yerli təchizatçılar ilə endirimlər, sərfəli ödəniş və daşınma şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması
- Satın alınmış xammal, mal- material və xidmətlərin məlumat bazasının hazırlanmasını və yenilənməsi prosedur qaydası çərçivəsində şirkətin xarici təchizat xərclərinə nəzarət edilməsi və aidiyyati şəxlərə mütəmadi hesabatların verilməsi
- Prosedur qaydaları əsasında satınalmalar üçün şəffaf və rəqabətli qiymət sorğusunun həyata keçirilməsi
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq
- Digər bölmələr üzrə effektiv ünsiyyətin qurulması və tələb olunan olunan məhsulların spesifikasiyalarının qarşılıqlı şəkildə razılaşdırılması
- Şirkətin daxili korporativ tələblərinə riayət edilməsi
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək
- Xairici bazardan tədarük edilmiş sifarişlərin idxalı üçün gərəkli olacaq bütün sənədlərin toplanaraq aidiyyatı əməkdaşlara yönləndirilməsi
- TTədarük edilmiş məhsulun idxalı zamanı logistik prosesə nəzarət edilməsi
- Şəffaf və rəqabətli müsabiqə şərtləri əsasında uyğun təchizatçıların seçilməsi.
- Şirkətin icra olunan və olunmayan satınalma tələblərinə nəzarət edilməsi və problemlər haqqında aidiyyatı üzrə rəhbərlərin vaxtında məlumatlandırılması
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 3
Azprotein Foods Group
Mühasib köməkçisi
Son tarix 10 mar 2026 - [email protected]
“Az Protein Foods Group” MMC “Mühasib köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Yaş həddi: 23 - 40 yaş
- Staj: 3 – 5 il
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 3 il təcrübə.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Məhsulun maya dəyərinin hesablanması
- Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi
- İstehsal üçün sifarşlərin icra edilməsi
- 1C və xüsusi istehsal proqramı üzrə satışların üzləşdirilməsi
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
İş şəraiti
- Əmək haqqı: 600 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 4
Agrarco
Maliyyə analitiki/Aparıcı maliyyə analitiki
Son tarix 10 mar 2026 - Müraciət et
Təsvir
- Şirkətin aqrar, istehsal, emal, zavod və ixrac fəaliyyətləri üzrə maliyyə və əməliyyat göstəricələrinin sistemli təhlili;
- Məhsul əkini, becərilməsi, yığımı, emalı və ixrac mərhələləri üzrə maya dəyərinin formalaşdırılması, optimallaşdırılması və monitorinqi;
- Zavod istehsalatı üzrə məhsuldarlıq, itkilər, çıxım faizi (yield), enerji və resurs istifadəsinin maliyyə baxımından təhlili;
- Faktiki istehsalat göstəricələri ilə plan/büdcə göstəricələrinin müqayisəli təhlili və kənarlaşmaların səbəblərinin izahı;
- İstehsalat prosesləri ilə maliyyə nəticələri arasında birbaşa əlaqənin qurulması və ölçülə bilən KPI-ların formalaşdırılması;
- Yeni layihələr üzrə ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ), investisiya ehtiyacının hesablanması, gəlirlilik, geri dönüş müddəti və risklərin təhlili;
- ERP sistemində istehsalat əməliyyatlarının, material hərəkətinin, maya dəyəri elementlərinin düzgün əks olunmasına nəzarət;
- Əsas vəsaitlərlə iş: avadanlıqların, texnikanın və istehsalat xətlərinin uçotu, amortizasiya hesablamalarının prosesə uyğun qurulması, əsas vəsaitlərin səmərəlilik analizinin aparılması;
- Texniki və istehsalat komandaları ilə birgə proseslərin maliyyə baxımından təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Rəhbərlik üçün mütəmadi analitik hesabatların, ad-hoc maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- İstehsalat, aqrar, sənaye və ya oxşar sahələrdə maliyyə yönümlü təcrübə;
- Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;
- Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinə maraq;
- Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;
- Excel və analitik alətlərlə işləmə bacarığı;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
- İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.
Vakansiya haqqında
- Vakansiya növü Yarım ştat
İmtiyazlar
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Təlim dəstəyi
- Karyerada yüksəlmə imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 5
Proshine
Tender və Satınalma üzrə Mütəxəssis
Son tarix 10 mar 2026 [email protected]
İş yeri: Bakı şəhəri, H. Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi
Vəzifə öhdəlikləri:
- Dövlət və özəl sektor tenderlərini izləmək, sənədləşməni hazırlamaq və təqdim etmək;
- Şirkətin satınalma proseslərində mövcud satınalmaçılara dəstək;
- Xarici təchizatçılarla danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri əldə etmək;
- Tender satışlarını həyata keçirmək və satış hədəflərinə çatmaq;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Tender və/və ya satınalma sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq, ingilis dili üstünlükdür;
- Yüksək məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
- Danışıqlar aparmaq və təqdimat bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək.
Təkliflərimiz:
- Rəsmi əmək müqaviləsi;
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və karyera perspektivi;
- Rahat və dəstəkçi iş mühiti;
İş şəraiti
- Maaş 700-1000 AZN + bonus
- İş qrafiki: 1-5 günlər. 09:00 – 18:00
Müraciət üçün mövzu hissəsində “Tender və Satınalma üzrə Mütəxəssisi” yazaraq CV-lərinizi PDF formatında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 6
OBA marketlər şəbəkəsi
Cinayət və inzibati xətalara dair aparıcı hüquşünas
Son tarix 10 mar 2026 - Müraciət et
Təsvir
- Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkətin təmsil olunmasını təmin etmək
- Yoxlamalar zamanı Şirkətə hüquqi dəstək göstərmək və hüquqi müşayiəti həyata keçirmək
- Mülki, inzibati və cinayət prosessual qanunvericiliyə uyğun olaraq təhqiqat, istintaq və məhkəmə orqanlarında Şirkətin təmsil edilməsi
- Prosessual sənədlərin (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) hazırlanması və təqdim edilməsi
- Qanunsuz və əsassız qərarlardan Şirkətin maraqları çərçivəsində şikayətlərin verilməsi
- Daxili sənədlərin hüquqi ekspertizasının aparılması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
- Etibarnamələrin, təsis və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsinin təşkili
- Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun və hüquqi mənafelərinin qorunmasının təmin edilməsi
- Dövlət orqanları və digər tərəflərlə aparılan danışıqlarda hüquqi müşayiətin təmin edilməsi
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hüquqi təminatla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi
Tələblər
- Təhsil: Ali
- Cinayət və inzibati xətalara dair işlər üzrə minimum 3 il peşəkar iş təcrübəsi
- Cinayət hüququ, cinayət prosessual hüququ, inzibati hüquq və inzibati prosessual hüquq üzrə dərin biliklər
- Təhqiqat, istintaq və bütün məhkəmə instansiyalarında işlərin aparılması üzrə təcrübə
- Texniki biliklər: MS Office (Yaxşı səviyyədə), Elektron məhkəmə və elektron sənəd dövriyyəsi sistemləri
- Yüksək məsuliyyət və etik davranış
- Analitik düşünmə və stressli situasiyalarda qərarvermə bacarığı
- Məxfilik və korporativ qaydalara riayət
İş qrafiki: 5 gün, 09:00-18:00
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Təlim İmkanları
- Karyera yüksəlişi
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 7
AGA Group
Vale
Son tarix 09 mar 2026 - Müraciət et
Təsvir:
- AQA Şirkətlər Qrupu Demirchi Tower üçün "Vale" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkət müştərilərinin avtomobillərini binanın önündən qəbul edib təhvil almaq;
- Təhvil alınan avtomobili qaraja apararaq platformaya yerləşdirmək;
- Platformaya yerləşdirilən avtomobilin açarını qaraj operatoruna təhvil vermək;
- Daxili nizam-intizam qaydalarına riayət etmək;
- Şirkətin siyasət, təlimat və xidməti standartlarına riayət etmək
Tələblər:
- Ali təhsilli və ya orta-ixtisas təhsilli olması arzuolunandır;
- Yaş həddi: 20-40
- Cinsi: kişi
- Sürücü kimi minimum 1 il iş təcrübəsi olmalı;
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Son dərəcə məsuliyyətli və dəqiq olmaq;
- Dəyişkən iş mühitində çalışmaq və hər zaman səbr və təmkinliliyi qoruyub saxlamaq.
Əlavə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Orta səviyyəli
- Təhsil Orta təhsil
- Əmək haqqı 500 - AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 8
Ağ Finans MMC
Mühasibatlıq üzrə mütəxəssis
Son tarix 09 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında idxal, alış, satış, məhsul komplektləşdirmə, layihələr və istehsal prosesləri üzrə sərbəst uçot apara bilmək
- E-qaimələrin yazılması, göndərilməsi və daxil olan e-qaimələrə nəzarət olunması
- Ölkədaxili və ölkəxarici ödənişlərin yerinə yetirilməsi
- Internet banking ilə işləmə bacarığı
- New e-taxes.gov.az, Emas, E-gov.az, Stat.gov.az və digər portallardan istifadə bacarığı
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması
- İFRS - uyğun aylıq maliyyə hesbatlarının hazırlnması (Balans, mənfəət-zərər, pul hərəkəti hesabatları)
- Gündəlik bank, kassa əməliyyatlarının aparılması
- Debitor və kreditorların izlənilməsi
Tələblər:
- İngilis dili - C1
- MS Excel - Əla
- Təhsil - ali
- İş təcrübəsi - azı 2 il
İş barədə məlumat:
- Şəhər Bakı
- İş vaxtı - həftə içi 5 gün
- İş saatı 09:00-dan 18:00-dək
- Şənbə və bazar günləri istirahət günləridir
- Əmək haqqı - 1000-1500 manat arası (təcrübədən asılı olaraq dəyişir)
Namizədə üstünlük verəcək tələblər:
- ali (iqtisadi) təhsil (giriş balın yüksək olması);
- 1C: Mühasibatlıq 8.3 proqramı üzrə biliklər və ya kursun bitirməsi;
- ofis proqramları (xüsusən Excel proqramı) üzrə biliklər və ya kursun bitirməsi;
- vəzifəsinə tam ciddi yanaşan, punktual, tapşırıqları vaxtlı-vaxtında yerinə yetirən.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Telefon: +994 55 820 40 24 (Ziya bəy)
VAKANSİYA 9
Azman
Baş mühasib
Son tarix 09 mar 2026 - [email protected]
"AZMAN" MTK-ya Baş mühasib vəzifəsinə işçi tələb olunur.
Vəzifənin məqsədi:
- Şirkətdə mühasibat uçotunun qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə aparılmasını təmin etmək, bütün maliyyə əməliyyatlarının tam, dəqiq və vaxtında uçota alınmasına nəzarət etmək, vergi və hesabatlılıq öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək, eləcə də rəhbərliyin etibarlı və dəqiq maliyyə məlumatları ilə təmin olunmasına töhfə verməkdir.
İşin təsviri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.
- Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
- Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.
- Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı.
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.
- Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
- Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.
- Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.
- Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.
- Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.
- Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.
- Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.
- Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.
- Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.
Tələb olunanlar:
- Təhsil: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi).
- Tələb olunan iş təcrübəsi: mühasibatlıq sahəsində minimum 5-7 il, 2 il rəhbər vəzifəsində.
- Beynəlxalq və Milli mühasibat uçotu standartları üzrə nəzəri və praktiki biliklər IFRS əsas bilikləri.
- Vergi və Əmək qanunvericiliyi üzrə yüksək bilik səviyyəsi.
- Debitor-kreditor idarəçiliyi.
- Elektron hökumət portalı ilə işləmə bacarığı.
- ERP, 1C, Logo və digər proqramlar işləmə bacarığı.
- MS Office (xüsusilə Excel bilikləri) – yüksək səviyyədə.
İş şərtləri:
- İş qrafiki: 09:00-18:00.
- Əmək haqqı: 2000 azn
- İş yeri: Zahid Xəlilov küç.576
- Məşğulluq növü: tam ştat / iş günləri (5 gün).
Biz təklif edirik
- Rəqabətli əmək haqqı.
- Təlim və peşəkar inkişaf imkanları.
- Korporativ proqramlar və komanda tədbirləri.
Əgər bizim vakansiya Sizə maraqlıdırsa Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsi ilə müraciət edə bilərsiniz.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun olan namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
VAKANSİYA 10
Nurgun Motors
Anbardar (Avtomobil ehtiyyat hissələri üzrə)
Son tarix 09 mar 2026 - [email protected]
İş barəsində:
- Müvafiq sənədlər üzrə malların qəbulu və Satışını(göndərilməsini) təmin etmək;
- Daxil olmuş malları yerləşdirmək və çeşidlərə ayırmaq;
- Malların hərəkətinin operativ uçotunu aparmaq;
- Lazımi malların daima stokda olmasına nəzarət etmək;
- Stokda olmayan malların vaxtında sifarişini və təminatını həyata keçirmək;
- Anbar sayımını həyata keçirmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında ,dəqiq və məsuliyyətlə icra etmək;
Tələblər:
- Ali təhsil;
- Komanda ilə işləmək bacarığı;
- Operativ və dəqiq işləmək bacarığı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Avtomobil ehtiyyat hissələrində çalışanlara üstünlük veriləcək;
- Dil biliyinin olması əlavə üstünlükdür;
- Yaş həddi 30-45 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "anbardar" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 11
Aviation Services Group
Hüquq məsləhətçisi
Son tarix 09 mar 2026 - [email protected]
Aviation Services Group Hüquq məsləhətçisi vəzifəsinə işçi axtarır.
Namizədə olan tələblər:
- Təhsili: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Hüquq sahəsində 1 ildən az olmayaraq
- Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
Əlavə tələblər:
- Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarını bilməsi (xüsusi olaraq: mülki, mülki-prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq).
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydaların bilməsi)
Vəzifə borcları:
- Hüquq sahəsində müəssisənin əmək fəaliyyətini istiqamətləndirmək və mükəmmələşdirmək
- Təsis sənədlərin hazırlanması və onlara dəyişikliklər edilməsini həyata keçirmək
- İddialara cavab hazırlanması üçün təqdim edilməsi vacib olan sənədlərin və materialların vaxtında verilməsinə nəzarət etmək
- Hüquqi xarakterli sənədləri hazırlamaq və onların hazırlamasında iştirak etmək
- Müəssisənin müqavilələrinin bağlanması işində iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək
- Məhkəmələrdə və digər dövlət orqanları qarşısında müəssisənin maraqlarının təmsil edilməsi üçün zəruri sənədlərin hazırlanması.
İş şəraiti:
- İş qrafiki: gündəlik (5 günlük iş həftəsi 09:00 – 18:00)
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
- Əmək haqqı: 1400 AZN nett
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma (Koroglu m/s dan).
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq məsləhətçisi" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 12
STP Alüminium
Baş anbardar
Son tarix 09 mar 2026 - Müraciət et
Namizədə olan tələblər:
- Təhsil - Ali təhsil-Bakalavr
- Ixtisas - Logistika, Təchizat, İqtisadiyyat
- Dil biliyi - İngilis dili - Orta, Rus dili - Orta
- Komputer bacarıqları - Ms Word, Ms Excel, Outlook email sistemi
- Anbar sahəsində minimum 3 il rəhbər vəzifəsində təcrübə arzuolunandır
- Anbar uçotu və sənədləşmə qaydalarını bilməli (mədaxil, məxaric, qaimə, aktlar və s)
- Maddi dəyərlərlə işləmə və məsuliyyət daşıma təcrübəsi
- Anbar uçotu proqramları ilə işləmək bacarığı üstünlükdür
- İnventarizasiya prosesini aparmaq bacarığı
Ümumi vəzifə öhdəlikləri:
- Anbar hesabatlarının yoxlanılması;
- Anbardarlara tapşırıqların verilməsi;
- Material adların və digər xüsusiyyətlərinin sistemdə düzəldilməsi;
- ERP sisteminə nəzarət;
- Takelaj işlərinə nəzarət;
Məşğulluq növü -Tam ştat
Əmək haqqı - Müsahibə əsasında təyin ediləcək.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 13
Karal Medical Group
Satış təmsilçisi
Son tarix 09 mar 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
Vəzifə öhdəlikləri:
- Müştərilərlə aktiv satış və danışıqların aparılması
- Mövcud müştəri bazasının idarə olunması və yeni müştərilərin cəlb edilməsi
- Məhsulların təqdimatı və sifarişlərin qəbulu
- Satış hesabatlarının hazırlanması
Tələblər:
- Yaş: 22–40
- Cins: oğlan
- Satış sahəsində 1–3 il iş təcrübəsi
- Nəqliyyat vasitəsinin olması zəruridir
- Rus/ingilis dili arzuolunandır
- Ünsiyyətcil, məsuliyyətli və satış bacarıqları olan
- Komandada işləmə bacarığı
Şirkət təklif edir:
- 700 azn net əmək haqqı + satış bonusları
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Stabil iş mühiti
İş yeri: Koroğlu , Arena Plaza block D
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanı vasitəsilə göndərə bilərsiniz.
VAKANSİYA 14
Oven Food Bakery
HR Mütəxəssis
Son tarix 09 mar 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Balaxanı Sənaye Kompleksi (Oven Food Bakery MMC)
- İş qrafiki: Həftənin 6 günü (bazar istirahət)
- İs saatı: 08:30-16:30
- Servis - Koroğlu m/s
- Əmək haqqı: 800 – 900 AZN
Öhdəliklər:
- HR sahəsində minimum 1-3 il iş təcrübəsi
- Azərbaycan əmək qanunvericiliyini bilmək
- Ünsiyyətcil, pozitiv və komanda ilə işləmə bacarığı
- Dəqiq, məsuliyyətli və analitik düşüncəyə malik olmaq
- MS Office proqramlarını yaxşı bilmək
Namizədə aid tələblər:
- Ali və ya orta texniki təhsil (əməyin mühafizəsi, mühəndislik, texniki ixtisaslar üstünlükdür).
- Təcrübə: Minimum 1–3 il iş təcrübəsi (istehsal və ya sənaye sahəsində üstünlükdür).
- Biliklər: Elektron Kadr Sistemi (E-gov/E-sosial) ilə işləmək
- Tabel, iş vaxtı uçotu və məzuniyyət hesablamaları
- Əmək müqaviləsi, əlavə, ərizə və əmrlərin hazırlanması
- Excel-də məlumatları hesablamaq, filtr etmək, pivotlardan istifadə etmək
- Müsahibə aparma texnikaları
- Korporativ etik qaydalar və işçi münasibətləri
- İşə qəbul prosesinin mərhələləri (müraciətlərin seçimi, zəng, sınaq müddəti və s.)
Bacarıqlar:
- Kadrların qəbulu, yerləşdirilməsi və adaptasiya proseslərinin aparılması
- Müsahibələrin təşkili və aparılması
- Günlük və aylıq tabelin işlənməsi
- İş vaxtına nəzarət və davamsızlıqların qeydiyyatı
- Kadr uçotunun aparılması (əmrlər, müqavilələr və s.)
- HR sənədləşməsinin düzgün və vaxtında icrası
- İşçilərlə güclü kommunikasiya, ehtiyacların dinlənilməsi və geri dönüşlərin idarə edilməsi
- İşə qəbul və motivasiya prosesinin koordinasiyası
Xahiş edirik elanı sona qədər oxuyun sonra zəng edin və ya CV göndərin.!
Əgər vakansiyaya uyğun gəlirsinizsə əlaqə saxlayın.
Maraqlanan şəxslər qeyd olunan nömrə ilə yalnız saat 09:00 – 18:00 –dək əlaqə saxlaya bilərlər, və yaxud qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiya üzrə cv-lər “HR mütəxəssis” qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə və ya 051 547 93 42 (yalnız wp) və ya 050 256 01 03 (zəng, wp)
VAKANSİYA 15
Sinteks Group of Companies
Satış təmsilçisi (NEXT, Mango, Deichmann)
Son tarix 09 mar 2026 - [email protected]
Sinteks Şirkətlər Qrupuna hal hazırda Satış təmsilçisi (NEXT, Mango, Deichmann) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada satışı həyata keçirmək və ticarət salonunda müştərilərə xidmət göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Ticarət salonunda müştərilərə xidmət göstərmək.
- Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
- Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
- Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
İş şəraiti
- Əməkhaqqı: 500 Azn GROSS + Bonus
- İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət
Təhsil: Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə: Pərakəndə satış sahəsində 6 ay iş təcrübəsi arzuolunandır
Professional biliklər: Xüsusi bilik tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Kollektivdə işləmə bacarığı
- Stressə davamlılıq
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











