VAKANSİYA 1
Veysəloğlu MMC
Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Aparıcı Analitiki
Son tarix 08 okt 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- L1 tərəfdən eskalasiya olunmuş SIEM incidentlərini araşdırmaq
- SIEM qaydalarının yazılması və mövcud qaydalarda “rule tuning”
- DLP sistemini təkmilləşdirilmək və dəyişən infrastruktura uyğunlaşdırmaq
- Kibertəhdidlərin kəşfiyyatı (CTI) sistemindən daxil olmuş insidentləri analiz etmək və cavab tədbirlərini təşkil etmək
- Sosial mühəndislik (fişinq simulyasiları) kampaniyalarını həyata keçirmək
- SIEM, XDR, NGFW və digər həllər vasitəsilə log və insident bildirişlərini analiz etmək, əlaqəli hadisələri korrelyasiya etmək
- Zərərli proqram təminatları, imtiyazların sui-istifadəsi və məlumat sızması ilə əlaqəli insidentləri araşdırmaq
- Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə standartların və siyasətlərin tətbiqini monitorinq etmək
Tələblər:
- SIEM həlləri ilə bağlı təcrübə (QRadar arzuolunandır)
- DLP həlləri ilə işləmə bacarığı;
- EDR/XDR həlləri ilə işləmə bacarığı;
- NGFW, WAF haqqında biliklərin olması;
- Əməliyyat sistemləri və şəbəkə təhlükəsizliyi barədə biliklər;
- Azure Cloud, Azure WAF, Compliance Manager, Intune bilikləri (arzuolunandır);
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
- Beynəlxalq təhlükəsizlik sertifikatları (BTL1/2, CySA+, Security+, AZ-500)
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Aparıcı Analitiki” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 2
Giltex
Maliyyə və Data Analitika üzrə Mütəxəssis
Son tarix 08 okt 2025 [email protected]
İş yeri: Sumqayıt, Sülh küçəsi 2.
Namizədə olan tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi (istehsalat sahəsi üzrə arzuolunandır);
- ACCA (F2,F3 və F7) sertifikatların olması üstünlükdür;
- MS Office bilikləri;
- Power BI bilikləri;
- Problemi həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.
Öhdəliklər:
- Aylıq istehsalat xərclərinin və məhsul növü üzrə maya dəyərinin təhlili.
- Satış rəqəmlərinin artım azalma tendensiyası üzrə hesabatların Excel və Power BI-dan istifadə olunaraq hazırlanması;
- Satış rəqəmləri üzrə Plan-fakt hesabatlarının hazırlanması.
İş Şəraiti:
- İş yeri: Sumqayıt
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
- İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Maliyyə və Data Analitika üzrə Mütəxəssis” başlığı altında qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
SRC LLC
Müştəri Xidmətləri və Rezervasiya Koordinatoru
Son tarix 08 okt 2025 - [email protected]
İş şəraiti
- Vəzifə Maaşı 800 + AZN
- İş və İstirahət Vaxtı
- İş vaxtı: Növbəli
- İstirahət: Növbəli
- İş yeri: “Heydər Əliyev Adına Hava Limanı”
Vəzifəyə dair tələblər
- Təhsil: Ali təhsil, bakalavr dərəcəsi (turizm, biznes, marketinq və müştəri xidməti sahələrində təhsil üstünlükdür).
- Təcrübə: Müştəri xidmətləri və satış sahəsində 1 ilədək iş təcrübəsi tələb olunur. Müştəri ilə işdə təcrübəli olmaq üstünlükdür.
- Dil Bilikləri: Azərbaycan, Rus dili İngilis dili
- İngilis dili yaxşı səviyyədə
- Yaş Həddi: 25-35 yaş
Bacarıqlar:
- Müxtəlif növ müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurma.
- Sürətli iş və müştəri məmnuniyyətini təmin etmək.
- İş şəraitinə uyğunlaşmaq və yeni təşəbbüslərlə irəli çıxmaq.
- Komanda üzvləri ilə qarşılıqlı dəstək, iş birliyi yaratmaq.
- Yüksək xidmət səviyyəsi və satış hədəflərini yerinə yetirməkdə maraqlı olmaq.
- Təzyiq altında sürətli və dəqiq işləmək bacarığı.
Əsas Vəzifə Öhdəlikləri:
- Müştərilərin müraciətlərinə cavab olaraq SIXT-in müxtəlif icarə xidmətləri haqqında dolğun məlumat təqdim etmək və suallara cavab vermək.
- Müştəri sifarişlərini qəbul edərək, ehtiyaclarına uyğun olaraq onları yönləndirmək və müqavilələri hazırlamaq.
- Müştərilərlə nəzakətli yazışma və telefon ünsiyyətini təmin etmək.
- Daxili proqramlarda rezervasiya, ödəniş və digər əməliyyatları icra etmək və gündəlik hesabatları hazırlamaq.
- Müştərilərə xidmətlər, istiqamətlər, yerli xəritələr və digər köməkçi məlumatlar təqdim etmək.
- İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etmək, müştəri problemlərini effektiv həll etmək.
- İcarə müqavilələrini hazırlamaq, müvafiq şöbələrlə sənəd və məlumat mübadiləsini aparmaq.
- Şirkətin nüfuzunu və müştəri məmnuniyyətini qorumağa dair məsuliyyət daşımaq.
- Şirkətin aylıq və illik satış hədəflərinə nail olmaq
Müraciətlərinizi “Müştəri Xidmətləri və Rezervasiya Koordinatoru başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
VAKANSİYA 4
Garabag Resort & Spa Naftalan Hotel
Qəbul və qeydiyyat üzrə menecer
Son tarix 08 okt 2025 [email protected]
Şöbə: Qəbul və qeydiyyat
Tabeçilik: Direktor
Əmək funksiyası tələbləri:
- Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması, Qəbul və qeydiyyat şöbəsinin bütün prinsiplərinə, proseduralarına, standartlarına və qonaqların tələblərinin həyata keçirilməsinin təmin edilməsi kimi fəaliyyətlərini idarə edir;
- Hotelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsinə, həyata keçirilməsinə və onların yenidən nəzərdən keçirilməsində iştirak edir;
- Qəbul və qeydiyyat şöbəsinin fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün əməkdaşları təlimatlandırır, iş rejimini təyin edir və onların fəaliyyətlərini idarə edir;
- Otaqların inventarını (avadanlıqları) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət edir və hotelin gəlirliyini yüksəltmək üşün təkliflər verir;
- İşlərin çox olduğu zaman hotelin iş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsinə, ictimai əlaqələrin keyfiyyətli şəkildə həyata keçirilməsinə, təhsisedici tədbirlərin həyata keçirilməsinə və müştərilərin tələblərinin təmin edilməsi üçün onların şikayətlərinin dəyərləndirməsinə nəzarət edir;
- VİP qonaqların qarşılanmasını və onlara otaqlarına qədər müşayiət edilməsini təşkili edir;
- Qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinə nəzarət edir və qonaqlara hoteldə qaldıqları müddət ərzində xidmətini təklif edir.
- Garabag Resort and Spa Naftalan hotelin prinsiplərinə müvafiq olaraq qonaqlara onların hotelə gəldikləri andan hoteli tərk edəcəkləri müddətə qədər yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə əməliyyat şöbələri ilə sıx əməkdaşlıq edir;
- İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığını müəyyənləşdirir, təlim fəaliyyətini planlaşdırır və həmin heyətin administrativ idarənin iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edir;
- İllik büdcənin hazırlanmasında, təlimatların komplektləşdirilməsinə və büdcə çərçivəsində fəaliyyət göstərilməsinin idarə olunmasına nəzarət edir;
- Qəbul və qeydiyyat şöbəsinin əməkdaşlarına hotelin qonaqlarının tələblərinə və suallarına cavab vermələri üçün bütün fövqəladə hallar, otelin reklam fəaliyyəti, məhsul üzrə məlumatlar, VİP qonaqlar, qarşıda gələn tədbirlərini və işçilərə verilən təlimatları diqqət mərkəzində saxlayır;
- İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektini həyata keçirir;
- Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə sertifikatın olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi.
- Qonaqlar ilə peşəkar ünsiyyət qurma1 bacarığı;
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Opera proqramı üzrə biliklərin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili yüksək səviyyədə.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Könüllü tibbi sığorta təmin edilir (ailə üzvləri daxil).
- Əməkdaş yaşayış yeri ilə təmin edilir;
- İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.
Uyğun namizədlər, CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana başlıq hissəsinə “Qəbul və qeydiyyat üzrə menecer” qeyd edərək göndərə bilərlər (yalnız müvafiq vəzifə üzrə çalışmış namizədlər üzərindən seçim aparılacaqdır).
VAKANSİYA 5
Baku Tours TCA
Promouter
Son tarix 08 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Xarici qonaqlara Azərbaycanın ən maraqlı turları haqqında məlumat vermək
- Flayerlər paylayaraq, qonaqların diqqətini cəlb etmək
- Qonaqlara istirahətin əsl dadını tapmaqda kömək etmək
- Satış potensialına malik olmaq
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
- Xarici qonaqlarla ingilis və ya rus dillərində sərbəst danışıq bacarığı
Tələblər
- Namizədin cinsi: Qadın və kişi (yaş fərqi yoxdur)
- Təhsil haqqında digər qeyd: Ali təhsil önəmli deyil, tələbələr müraciət edə bilər
- İş təcrübəsi: Tələb olunmur
- Dil bilikləri: Rus dili və ya Ingilis dili
- Ünsiyyətcil, enerjili və xarizmatik gəncləri
- Rus dili və ya ingilis dili biliyi
- Məsuliyyətli və inkişaf etmək istəyənləri
- Həm tam həm də yarım iş günü imkanı
- Ünsiyyətcil, özünəinamlı və açıq havada aktiv işləməyə hazır olan şəxslər
Şərtlər:
- Əməkhaqqı məbləği: 500 AZN+ faiz sistemi (10%)
- Sabit əməkhaqqı + satışdan faiz
- Satışlara görə bonuslar
- Dərslərlə uyğunlaşan yarım və tam iş qrafiki
- Səmimi komanda və əsl hərəkətlilik
- Karyera yüksəlişi imkanı
İş yeri: Bakı mərkəzi, İçərişəhər ərazisi.
Əlavə məlumat: İş yeri şəhərin mərkəzində, İçəri şəhər ərazisindədir. Ofisdən xaric işdir işçinin əsas vəzifəsi turistlərə yaxınlaşmaq, şirkətin Azərbaycanın müxtəlif bölgələrinə təşkil etdiyi turları təqdim etmək və satmaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət qaydası: 0775752626
VAKANSİYA 6
Az-Caspian CONSTRUCTION
Anbardar
Son tarix 08 okt 2025 - [email protected]
Vəzifə və öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbardakı malların gündəlik, haftəlik, aylıq sayılmasını təmin etmək;
- Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini təmin etmək;
- Daxil olunmuş sənədlərin qeydiyyatını aparmaq;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
- Anbara qəbul olunan hər növ material və dəzgah hissələrini təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək;
- Anbarların hər zaman təmiz, səliqəli olmasını təmin etmək;
Tələblər:
- Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Təhsil: Ali təhsil;
- İdarəetmə təcrübəsi, analitik düşünmə qabiliyyəti;
- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
- Kompüter bilikləri: MS Office,1C, Outlook;
Əlavə məlumatlar:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Anbardar” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: +994 55 216 20 65
VAKANSİYA 7
STDC
Növbətçi elektrik mühəndisi
Son tarix 08 okt 2025 - [email protected]
Öhdəliklər:
- 35 kv elektrik avadanlıqları ilə Operativ əməliyyatların aparılma ardıcıllığını bilməlidir
- Naryad-Buraxılış ve Sərəncamla iş buraxma qaydalarını bilməlidir
- Dispetçer danışıqlarının aparılma qaydalarını bilməlidir
- Müəssisədə mövcud olan 35 kV gədər (35 kV daxil olmaqla) elektrik avadanlıqların tələb olunan parametrlər çərçivəsində təmir və bərpa işlərini ,kabellərin çəkilişi, elektrik avadanlıqların quraşdırma, yoxlama işlərini həyata keçirir;
- Təmir edilmiş elektrik avadanlıqlarının, çəkilmiş kabellərin istismara təhvil edilməsində iştirak edir.
Tələblər:
- Elektrik avadanlıqlarının montaj edilməsi bacarığı olmalıdır
- Elektrik sxemləri ilə işləməyi bacarığı olmalıdır
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklərə sahib olmalıdır
- Elektrik kabellərinin çəkilməsini bacarığı olmalıdır
- Operativ çalışan, məsuliyyət, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmalıdır
- Bu sahədə 3 ildən artıq təcrübəsi olmalıdır
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
- Təhsil: ali (Energetika sahəsi üzrə)
- Yaş həddi: 30 yaşdan yuxarı olmalıdır
İş şəraiti
- Növbəli iş rejimi
- Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
Olivia Beauty & Care
Sürücü
Son tarix 08 okt 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Məhsulların anbardan təhvil alınması və yük maşınına yüklənməsi
- Məhsulların ərazi üzrə müvafiq ünvanlara təhlükəsiz, səliqəli və vaxtında çatdırılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirməsi
- Təhkim olunmuş nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi
- Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə öncədən məlumat verilməsi və nasazlıqların aradan qaldırılması;
İş şəraiti:
- İş grafiki: I-VI günlər
Tələblər:
- Yük maşınlarının idarə olunmasında minimum 3 il rəsmi sürücülük təcrübəsi;
- C kateqoriyalı sürücülük vəsiqəsi;
- Sərbəst avtomobil idarə etmə bacarığı;
- Yol hərəkət qaydalarını normal bilməli.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
VAKANSİYA 9
Mono Logistics
Loqistika Əməliyyatları üzrə Mütəxəssis
Son tarix 08 okt 2025 - [email protected]
Departament: Əməliyyatların idarə olunması
Əsas vəzifələr
- Gündəlik loqistika proseslərini idarə etmək: göndərişlərin izlənməsi, çatdırılmalar, anbar koordinasiyası.
- Göndəriş statuslarını izləmək
- Gömrük, sənədləşmə və uyğunluq işlərində əməliyyat komandalarına dəstək vermək.
- Yaranan problemlərin (gecikmə, zədə, yönləndirmə xətası) həllinə kömək etmək.
- Proseslərin təkmilləşdirilməsi üçün komandaya dəstək olmaq.
Tələblər
- Təhsil: Logistika, Biznes və ya oxşar sahədə bakalavr dərəcəsi (və ya son kurs tələbəsi).
- Təcrübə: Başlanğıc səviyyəsi (0–2 il)
- İngilis dili – tələb olunur, rus dili – üstünlükdür.
- Diqqətli, məsuliyyətli və çoxlu tapşırıqları eyni anda idarə etmə bacarığı.
- Yaxşı kommunikasiya və yazı bacarıqları.
- MS Office proqramları (xüsusilə Excel) üzrə bilik.
Təklif etdiklərimiz
- Tam təlim və mentor dəstəyi
- 1–2 il ərzində yüksəlmək imkanı
- Əməkhaqqı 600 AZN
- Peşəkar və dəstəkləyici iş mühiti
- Real biznes və logistik təcrübə qazanmaq imkanı
Maraqlanan namizədlər mövzu yerində “Loqistika Əməliyyatları üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 10
Sabah Investment Group
Mühasib, debitorlar üzrə
Son tarix 08 okt 2025 Müraciət et
İş şəraiti:
- Layihə: Tikinti sektoru üzrə layihə
- İş yeri: Bakı şəhəri, Səbail rayonu
- İş rejimi: Tam ştat
Əsas Vəzifə Öhdəlikləri:
- Satışla bağlı ilkin uçot sənədlərinin, müqavilələrin yoxlanılması, hesab-fakturaların və E-qaimələrin tərtib olunması və göndərilməsi;
- İlkin və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi;
- Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) izlənilməsi və təhlili;
- Müştərilərdən daxil olan pul vəsaitlərinin uçotunun aparılması və mühasibat uçotunda düzgün əks olunmasının təmin edilməsi;
- Pul vəsaitlərinin daxilolma prosedurlarına uyğunluğuna nəzarət edilməsi;
- 1C və Excel proqramlarında əməliyyatların daxil edilməsi və mütəmadi izlənməsi;
- Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın aparılması və debitor borcların toplanması;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- 1C və Microsoft Excel proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
- İngilis dili biliyi (yaxşı səviyyədə), rus dili biliyi arzuolunandır;
- Tikinti və ya oxşar sahələrdə mühasibatlıq təcrübəsi üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və vaxtında hesabat vermək bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı.
Qeyd: Kişi namizədlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
VAKANSİYA 11
Cənnət Bağı Şirkətlər Qrupu
Mühasib
Son tarix 08 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin ucotunun aparılması
- Muhasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və muəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Kassa əməliyatları hesabatının hazırlanması
- Aylıq sayımların həyata keçirilməsi
Tələblər:
- Müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət
- Elektra programinda işləmə bacarığı
İş barədə məlumat:
- İş yeri Quba rayonunda yerləşir.
- Qidalanma və qalma üçün yer Şirkət tərəfindən tam təmin olunur.
- 6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü)
- Əməkhaqqı: 1000-1500 azn
Uyğun namizədlərdən CV-lərini mövzu ”Mühasib" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 12
Caspian Geo
Procurement and Supply Chain Manager
Son tarix 26 sen 2025 - [email protected]
Employment Type: Full Time
Location: Office / Baku
Caspian Geo LLC is looking for a Procurement and Supply Chain Manager.
As the Caspian region's leading marine seismic acquisition company, we provide state-of-the-art solutions for the offshore energy Industry. This is an excellent opportunity to join Caspian Geo as we meet the seismic exploration requirements in the Caspian region.
Job Summary:
We are seeking an experienced professional to oversee and optimize our procurement and supply chain operations. In this role, you will be responsible for managing supplier relationships, negotiating contracts, ensuring timely delivery of goods and services, and implementing cost-saving strategies. You will collaborate closely with internal teams to align procurement goals with business objectives and drive process improvements.
Key Responsibilities:
- Lead procurement and supply chain strategies to support business needs.
- Manage vendor selection, contract negotiations, and supplier performance.
- Identify opportunities for cost reduction and efficiency improvements.
- Ensure timely delivery of goods and services across all projects.
- Collaborate with cross-functional teams to optimize operations
- Managing logistics and freight forwarding matters
- Overseeing company assets and materials management including vessel mobilization and port call activities
Requirements:
- Proven experience in procurement and supply chain management.
- Strong negotiation and vendor management skills
- Ability to drive process improvements and cost-saving initiatives.
Interested candidates, please send your CV to the e-mail address in the Apply for job button with the position indicated in the subject line. Only shortlisted candidates will be called for an interview.
VAKANSİYA 13
nomarka.az
Əməliyyatlar üzrə Mütəxəssis
Son tarix 08 okt 2025 - [email protected]
Yeni açılacaq proyektə əməliyyatlar üzrə mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri:
- Gündəlik əməliyyatların icra edilməsi (elanların yoxlanılıb yerləşdirilməsi, təsdiq edilməsi)
- Daxil olmuş sorğuların vaxtında və dəqiq cavablandırılması
- Partnyorların və fiziki şəxslərin qeydiyyatı
- Müştəri narazılıqlarının aradan qaldırılması və problemlərin həll edilməsi
- Partnyorlara Onlayn və Oflayn təlimlərin keçirilməsi
- Fiziki şəxslərlə əlaqə saxlanılaraq partnyorluğa cəlb edilməsi
Tələblər:
- Əməliyyatların idarə edilməsi və yaxud çağrı mərkəzində 1 illik təcrübə
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili İntermediate səviyyəsində
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək
- Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:
- Əməkhaqqı: 600 AZN + KPI bonus
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Ağ Şəhər ofisimizdə
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (Əməliyyatlar Üzrə Mütəxəssis) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.