VAKANSİYA 1
Buta Farm
Əczaçı
Son tarix 03 sen 2026 -- [email protected]
İş barədə məlumat:
- Müştərilərin keyfiyyətli konsultasiyasını həyata keçirmək;
- Komanda ilə birlikdə müştərilərə yüksək səviyyəli xidmət göstərmək;
- Düzgün resept oxuma bacarığı;
- Müştərilərə peşəkar köməklik etmək.
Təklifimiz:
- Sağlam həyat tərzi formatında olan innovativ aptekdə çalışmaq və inkişaf etmək;
- İntensiv korporativ təlim;
- Bu sahədə karyera yüksəlişi;
- Əmək haqqı 530 AZN + Bonus.
Tələblər:
- Əczaçılıq ixtisası üzrə ali və ya kollec təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Əlavə məlumatlar:
- İş vaxtı: 6 günlük iş həftəsi, 09:00-16:00; 16:00-23:00, növbəli iş (bir gün səhər növbəsi, bir gün axşam növbəsi);
- Əmək haqqı barədə məlumat müsahibə zamanı verilir;
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055)224-43-45 (whatsapp) nömrəsinə göndərə bilərlər.
VAKANSİYA 2
Ingla School Baku
İngilis Dili Müəllimi
Son tarix 04 sen 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Ingla School
- İş yeri: Bakı şəhəri, Yasamal rayon. Tblisi prospekt, Grand Hayat yaşayış kompleksi və Zahid Xəlilov 135 D
- Əmək haqqı: 500-800 Azn
- İş növü: Tam iş günü
Tələblər:
- Ali təhsil: Filologiya, İngilis dili və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
- İngilis dili üzrə mükəmməl bilik (C1 və ya daha yüksək səviyyə).
- Ib Cambridge kurikulumu üzrə iş təcrübəsi.
- Rus dili üzrə yüksək səviyyədə bilik.
- Təcrübəli dil müəllimi: İngilis dili üzrə ən azı 2 illik təcrübə.
- Beynəlxalq dil sertifikatına (TOEFL, IELTS, Cambridge və s.) malik olmaq üstünlükdür.
- Müxtəlif yaş qrupları ilə işləmə bacarığı (uşaqlar, yeniyetmələr və böyüklər).
- Tədris metodologiyası, fərdi yanaşma və səmərəli dərs proqramlarının hazırlanması bacarığı.
Vəzifə öhdəlikləri:
- Tədris planlarının hazırlanması və tələbələrə dərslərin keçirilməsi.
- Tələbələrin inkişafını izləmək, onların biliyini qiymətləndirmək.
- Dərs vəsaitlərinin hazırlanması və tədris materiallarının yenilənməsi.
- Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün müvafiq metod və texnikaların tətbiqi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Sadəcə uyğun namizədlər müsahibə üçün çağırılacaq.
Əlaqə (010 -310-71-17)
VAKANSİYA 3
Mars Overseas Baku
Baş mütəxəssis (Mühasibatlıq şöbəsi)
Son tarix 04 sen 2026 Müraciət et
Təsvir
- Müəssisənin ERP tətbiqində bütün modulları üzrə texniki funksionallığın yazılmasında iştirak etmək və təsdiqlənmiş funksionallığa uyğun tətbiqə nəzarət etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək
- Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək
- Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət etmək
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
- Daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək və səhvləri aşkar etmək
- Mühasibat siyasət və təlimatlarının tətbiqinə nəzarət etmək və təkmilləşdirmə təklifləri vermək
- Audit sorğularına cavab vermək, zəruri sənədləri hazırlamaq və təqdim etmək
- 1C Mühasibatlıq proqramında uçot əməliyyatlarını aparmaq və sistemdəki məlumatların düzgünlüyünü yoxlamaq
- Mühasibat üzrə komanda üzvlərinə metodoloji dəstək göstərmək və təlim keçmək
- Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak etmək
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
- FMCG sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən kiçik və orta müəssisələrdə Baş mühasib təcrübəsi üstünlükdür
- Azərbaycan dili - səlis, İngilis və Rus dillərini bilməsi arzuolunandır.
- 1C 8.3 və 1C ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək
Xüsusi tələblər:
- ERP sistemlərində (xüsusilə 1C ERP) texniki funksionallığın idarə edilməsi təcrübəsi
- Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları
- Daxili nəzarət prosedurlarının tətbiqi və audit proseslərində fəal iştirak bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 4
Anqard
Kəsimçi
Son tarix 04 sen 2026 - [email protected]
Termo aqlay istehsalı üçün şirkətimizə kəsimçi tələb olunur.
İş şəraiti
- İş yeri: Mehdiabad
- İş saatı: 08:00 – 18:00
- Maaş: 800 AZN
- Nahar: Şirkət tərəfindən qarşılanır
Vəzifələr:
- Penoplast bloklarından məhsulların kəsilməsi və düzgün layihələndirilməsi
- Termo aqlay istehsalı üçün ölçülərin hazırlanması
Tələblər:
- AutoCAD proqramını çox yaxşı bilməli
- AutoCAD üzrə minimum 2 il iş təcrübəsi
- Diqqətli və məsuliyyətli olmaq
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək
- Çevik və operativ olmaq
Qeyd: Uzunmüddətli əməkdaşlıq üçün işçi axtarılır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 5
Sumqayıt Taxıl EM MMC
Mühasib
Son tarix 04 sen 2026 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Xanım namizədlər;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Əla;
- Excel bilikləri xüsusilə yüksək səviyyədə olmalıdır;
- Analitik düşünmə qabiliyyəti;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkişafa meyllilik, hədəf və nəticə yönümlülük;
Vəzifə öhdəlikləri:
- Anbar uçotunun aparılması;
- Gündəlik mühasibat əməliyyatlarının icrası;
- Gündəlik balans hesabatının hazırlanması;
- Xarici və daxili alış-satış əməliyyatların rəsmiləşdirilməsi;
- YGB-nin arxivləşməsinə nəzarət etmək;
- İnvoys və müqavilələrin doğruluğunu yoxlamaq;
- Ödəniş izləmə reyestrlərinə daxil etmək;
- Bank əməliyyatlarının aparılması;
- Bütün əməliyyatların mühasibat uçotunda qeydə alınması;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- İş yeri: Bakı, Ziya Bünyadov pr. 1969d
- Əmək Haqqı: 700-800 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəqiq müəyyən olunacaq)
- Korporativ telefon və nömrə şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində vakansiyanın adını mütləq qeyd edin.
VAKANSİYA 6
Karal Medical Group
Satış meneceri
Son tarix 03 sen 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: Tam ştat
- Saat 09:30-18:00
- 5 günlük iş rejimi
- İş yeri: Koroğlu, Arena Plaza block D
Vəzifə öhdəlikləri:
- Müştərilərlə aktiv satış və danışıqların aparılması
- Mövcud müştəri bazasının idarə olunması və yeni müştərilərin cəlb edilməsi
- Məhsulların təqdimatı və sifarişlərin qəbulu
- Satış hesabatlarının hazırlanması
Tələblər:
- Yaş: 22–40
- Satış sahəsində 1–3 il iş təcrübəsi
- Nəqliyyat vasitəsinin olması zəruridir
- Rus/ingilis dili arzuolunandır
- Ünsiyyətcil, məsuliyyətli və satış bacarıqları olan
- Komandada işləmə bacarığı
Şirkət təklif edir:
- 700 Azn net əmək haqqı + satış bonusları
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Stabil iş mühiti
CV-lərinizi mövzu hissəsində “Satış meneceri” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərə bilərsiniz.
VAKANSİYA 7
İsmayıllı Şərab-2 ASC (Chabiant Winery)
Promo və Satış Məsləhətçisi
Son tarix 04 sen 2026 [email protected]
Şirkətimizin məhsullarının tanıdılması məqsədilə komandamıza Promo və Satış Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Əsas fəaliyyət sahəsi: İri market şəbəkələrinin satış məntəqələrində məhsulların tanıdılması və satışı;
- Şirkətin məhsullarını müştərilərə təqdim etmək;
- Məhsullar haqqında dolğun və düzgün məlumat vermək;
- Promo, reklam və tanıtım aksiyalarında aktiv iştirak etmək;
- Müştərilərə məhsul seçimi ilə bağlı peşəkar məsləhət vermək;
- Satış prosesini həyata keçirmək və satış hədəflərinə nail olunmasına dəstək olmaq;
- Məhsul nümunələrini və reklam materiallarını təqdim etmək;
- Satış nöqtəsində məhsulların düzgün nümayişini təmin etmək;
- Müştərilərlə nəzakətli və peşəkar münasibət qurmaq;
- Brendin müsbət imicinin formalaşdırılmasına və qorunmasına töhfə vermək;
- Günlük fəaliyyət və satış nəticələri barədə rəhbərliyə qısa hesabat təqdim etmək.
Namizədə tələblər
- Xanım namizədlər;
- Yaş: 20–30;
- Səliqəli xarici görünüş və təqdimat bacarığı;
- Yüksək ünsiyyət və inandırma bacarığı;
- Məsuliyyətli, aktiv və komandada işləmək bacarığı;
- Satış və ya promo sahəsində iş təcrübəsi üstünlükdür, lakin vacib deyil.
Şirkət təklif edir
- Əmək haqqı: 700–1000 AZN (bonus sistemi ilə);
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Təlim və peşəkar inkişaf imkanı;
- Karyera yüksəlişi perspektivi;
- Mehriban və dinamik iş mühiti.
İş şəraiti
- İş qrafiki - Tam ştat;
- Həftədə 5–6 iş günü.
- İş yeri: Bakı şəhəri (iri market şəbəkələrinin satış məntəqələri)
Maraqlanan namizədlər "Promo və Satış Məsləhətçisi" başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
166 Təmizlik xidməti
Audit üzrə mütəxəssis
Son tarix 04 sen 2026 - [email protected]
166 Təmizlik xidməti "Audit üzrə mütəxəssis" vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Filial və xidmət göstərilən obyektlərdə audit yoxlamalarının aparılması;
- Xidmət keyfiyyətinin və daxili standartlara uyğunluğun qiymətləndirilməsi;
- Aşkar edilən uyğunsuzluqlar barədə hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər audit tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Xanım namizədlər;
- Audit sahəsində iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- Şəhəri yaxşı tanımaq;
- Nəqliyyat vasitəsini idarə etmək bacarığı (şəxsi nəqliyyat vasitəsi olan namizədlərə üstünlük veriləcək).
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN + bonus;
- İş qrafiki: 6 günlük;
- İş yeri: Yasamal rayonu.
Uyğun namizədlərdən CV-lərini “Audit üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
VAKANSİYA 9
Ram Holding
Logistika üzrə mütəxəssis
Son tarix 04 sen 2026 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Logistika/ beynəlxalq daşımalar/ gömrük sahəsində ən azı 1–2 il iş təcrübəsi;
- CRM sistemləri (Bitrix24 üstünlükdür) ilə iş təcrübəsi;
- Beynəlxalq daşıma sənədləri (İnvoys, Packing List, CMR, Etibarnamə) ilə iş bacarığı;
- Incoterms 2020 şərtləri barədə anlayış;
- Gömrük rəsmiləşdirilməsi prosesləri barədə ümumi anlayış;
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi yüksək səviyyədə;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Malın həcm və çəki məlumatlarının, yükləmə ünvanının və daşıma üçün lazım olan bütün digər məlumatların istehsalçı ilə dəqiqləşdirilməsi;
- Daşıyıcılara daşıma sorğularının verilməsi;
- Daşıma müqavilələrinin hazırlanması;
- Yük sənədlərinin istehsalçıdan tələb edilməsi və uyğunluğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi;
- Zərurət yarandıqda İnvoys, Packing List, CMR, Etibarnamə və Məktub tipli sənədlərin hazırlanması;
- Daşımanın təşkili və malın son məntəqəyə çatdırılmasınadək sifarişin izlənilməsi;
- Daşıma ilə bağlı ödəniş müraciətlərinin rəhbərliyə təqdim edilməsi və ödənişlərin icrasına nəzarət.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2514&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
VAKANSİYA 10
Caspian Tech QSC
Business and Customer Support Specialist
Son tarix 04 sen 2026 - [email protected]
Job Requirements:
- Age: 21–28
- Language: Fluent in Azerbaijani
- Education: Higher education (Bachelor’s degree or above)
- Work Experience: At least 1 year in call center operations is preferred
- Computer Skills: Proficiency in MS Office programs (especially Word and Excel)
Skills & Abilities:
- Strong telephone communication and active listening skills
- Ability to work under pressure
- Clear and accurate pronunciation, good diction, and polite communication skills
- Ability to work in shifts
Benefits:
- Salary: 800 AZN (overtime will be paid additionally)
- Voluntary medical insurance
- Access to fitness centers
- Lunch provided
- Mobile number and call limit provided
- Company transportation service
- 5 working days per week with a rotating schedule
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.
VAKANSİYA 11
Sumqayıt Taxıl EM MMC
Mühasib
Son tarix 04 sen 2026 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Xanım namizədlər;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Əla;
- Excel bilikləri xüsusilə yüksək səviyyədə olmalıdır;
- Analitik düşünmə qabiliyyəti;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkişafa meyllilik, hədəf və nəticə yönümlülük;
Vəzifə öhdəlikləri:
- Anbar uçotunun aparılması;
- Gündəlik mühasibat əməliyyatlarının icrası;
- Gündəlik balans hesabatının hazırlanması;
- Xarici və daxili alış-satış əməliyyatların rəsmiləşdirilməsi;
- YGB-nin arxivləşməsinə nəzarət etmək;
- İnvoys və müqavilələrin doğruluğunu yoxlamaq;
- Ödəniş izləmə reyestrlərinə daxil etmək;
- Bank əməliyyatlarının aparılması;
- Bütün əməliyyatların mühasibat uçotunda qeydə alınması;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- İş yeri: Bakı, Ziya Bünyadov pr. 1969d
- Əmək Haqqı: 700-800 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəqiq müəyyən olunacaq)
- Korporativ telefon və nömrə şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində vakansiyanın adını mütləq qeyd edin.
VAKANSİYA 12
Zeytun Pharmaceuticals
SƏTƏM üzrə Aparıcı Mütəxəssis
Son tarix 03 sen 2026 - [email protected]
Vəzifə funksiyaları:
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 5 il iş təcrübəsi;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Sahə üzrə sertifikatların olması arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunur;
- İş yeri: NZS qəs., Oqtay Vəliyev 21C;
- Əmək haqqı: 1500 - 1800 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.














