VAKANSİYA 1
AGA Group
Növbətçi (Ariana Business Park)
Son tarix 30 okt 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Buraxlış-nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;
- Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
- Növbə sırasında gələn qonaqları qarşılamaq və yola salmaq;
- Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək;
- Hadisə və ya qayda pozuntusu baş verdiyi halda rəhbərliyə məlumat vermək.
Tələblər:
- Yaş həddi: 25-45;
- Təhlükəsizlik sahəsində təcrübə arzuolunandır;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Ali təhsil arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərini bilməsi arzuolunandır;
- Hərbi xidmət keçmiş olması mütləqdir;
- Fiziki sağlam; (aktiv şəkildə idmanla məşğul olan);
- Cins: Bəy namizəd
Əlavə qeyd:
- Əmək haqqı - 450 AZN net + bonus
- Ünvan: Ariana Business Park - Bakı şəhəri, Sabunçu r-nu, Oskar Əfəndiyev 110.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Orta səviyyəli
- Təhsil Orta təhsil
- Əmək haqqı 450 AZN+bonus
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link-ə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 2
Birmarket
Moto kuryer
Son tarix 30 okt 2025 - [email protected]
Birmarket komandasına moto-kuryerlər tələb olunur!
İş barədə məlumat
- Stabil gəlir
- Yüksək çatdırılma tarifi
- Yanacaq ödənişi şirkət tərəfindən qarşılanır
Ünvan: Qaradağ rayonu, Xocasən şossesi 112A, Bakı Logistika Mərkəzi
Əlaqə nömrəsi: +994 51 230 55 29
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
Azerbaijan SuperMarket
Mühafizəçi
Son tarix 30 okt 2025 - [email protected]
İş yeri: Bravo marketləri
Vəzifə öhdəlikləri:
- Şirkət binalarına təhlükəsiz giriş-çıxışı təmin etmək, qeyd və yoxlamalar aparmaq;
- Növbə ərzində ayıq-sayıq olmaq, hər hansı bir qanunsuz və ya fövqəladə hal, iş qəzası, marketdəki iş prosesinə kənar müdaxilə halları baş verərsə dərhal təlimata uyğun hərəkət etmək və növbə rəisinə məlumat vermək;
- Market ərazisində və ya yaxınlıqda hər hansı bir şübhəli əşya aşkar edildiyi zaman insanların təhlükəsizliyini təmin etmək, zərurət yarandığı halda insanların ərazidən təxliyyəsini həyata keçirmək və növbə rəisinə məlumat vermək;
- Bütün şəxsi heyət və müştərilərə qarşı nümunəvi, nəzakətlə davranmaq, etik-davranış qaydalarına riayət etmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına uyğun olmayan əməllər aşkar edildikdə təlimata əsasən tədbir görmək;
- Ağır iş xəsarəti və avadanlıqların sıradan çıxması ilə nəticələnə bilən təhlükəli iş aparıldığı müşahidə edilərsə işi dayandırmaq və məsul şəxsə məlumat vermək;
- Növbə ərzində marketdə fəaliyyət göstərən işçilərin, müştərilərin və şirkət inventarlarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə məsul şəxsi xəbərdar etmək, eləcə də təhlükəsiz əmək şəraitinin yaradılmasına köməklik göstərmək;
- Market girişlərində və marketə məxsus avtodayanacaqlarda nəqliyat vasitələrinin günlük iş prosesinə mane olmamasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
Vəzifə üzrə tələblər:
- Orta təhsil (ali təhsil üstünlükdür);
- Mühafizə və ya təhlükəsizlik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
- Yaxşı fiziki vəziyyətdə olmaq;
- Gərgin və fövqəladə situasiyalarda soyuqqanlı və çevik davranmaq bacarığı;
- Gecə və gündüz növbələrində işləməyə fiziki və psixoloji hazırlıq.
- Təhlükəsizlik prosedurlarını və fövqəladə hallar üzrə təlimatları bilmək və onlara əməl etmək bacarığı;
- Şübhəli şəxsləri və ya əşyaları müşahidə edərək vaxtında xəbərdarlıq etmək bacarığı;
- Hadisə baş verdikdə operativ reaksiya göstərmək və təlimata uyğun hərəkət etmək.
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Etik davranış və müştəri məmnuniyyətinə yönəlik peşəkar münasibət;
- Səbirli, nəzakətli və komandada işləmə bacarığı;
- Dürüstlük və etibarlılıq.
- Kamera müşahidə sistemləri, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqları ilə işləmə təcrübəsi (arzuolunandır);
- Əsas ofis proqramlarında ilkin səviyyədə işləmək bacarığı (məsələn: qeydiyyat aparmaq üçün Excel və ya Word istifadə etmək).
- Həftəlik növbə cədvəlinə uyğun işləmə öhdəliyi;
- Gözlənilməz hallarda ərazi boşaldılması və insanların təxliyəsini idarə etmək bacarığı.
Əmək şərait:
- Növbəli qrafik: 2 gün gündüz, 2 gün gecə, 2 gün istirahət
- Əmək haqqı: 560 AZN net
Qeyd:
Vakansiya üzrə müraciətlər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu bölməsində “Mühafizəçi” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
VAKANSİYA 4
İstisu mineral su zavodu MMC
Avtomatika üzrə mühəndis
Son tarix 29 okt 2025 - [email protected]
İş yeri – Kəlbəcər rayonu, İstisu qəsəbəsi.
Vəzifə öhdəlikləri:
- zavodda avtomatik idarəetmə sistemlərinin səmərəli fəaliyyətini təmin edilmək;
- avtomatlaşdırılmış sistemlərin monitorinqi, təmiri və müayinəsini həyata keçirilmək;
- avtomatlaşdırma sistemlərinin effektivliyini artırmaq məqsədilə müvafiq tədbirlər hazırlanmaq;
- PLC ilə PC arasında əlaqəni yaratmaq;
- PLC programlarında lazımi dəyişiklikləri etmək;
- HMI cihaz ve programları texnoloji proseslərə görə tənzimləmək və lazımi dəyişiklikləri etmək;
- yeni texnologiyaların tətbiqi üçün təkliflər hazırlamaq və təqdim edilmək;
- yeni avadanlıqların quraşdırılması, tənzimlənməsi və istismarına nəzarət etmək;
Namizədə tələblər
- Təhsil: Ali təhsil (avtomatika, elektronika, mühəndislik və ya əlaqədar sahələrdə)
- İş stajı: Minimum 3 il avtomatika sahəsində təcrübə
- Kompüter bilikləri: MS Office, mühəndislik proqramları – yüksək səviyyədə
- Xarici dil bilikləri: Rus dili – B1, İngilis dili – B1
Ancaq avtomatika üzrə mühəndis namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Avtomatika üzrə mühəndis” başlığı ilə göndərə bilər.
VAKANSİYA 5
Baku Elektrik MMC
Satış meneceri
Son tarix 30 okt 2025 - [email protected]
İş barədə məlumat
- Mağazaya daxil olan müştəriləri gülərüz qarşılamaq;
- Müştərilərin tələb və ehtiyacların müəyyən etmək
- Malın tanıtımı və satışın yüksəldilməsi üçün tədbirləri həyata keçirmək,
- yeni müştəri axtarışını həyata keçirmək,
- Malın daxili bazarda satışının yüksəldilməsi;
- Bazarda araşdırmaların aparılması və satış analizlərinin həyata keçirilməsi;
- Müştəri bazasının artırılması
- Dövri satış hesabatını toplamaq, analiz etmək və rəhbərliyə təhvil vermək
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
- Telefonla danışıq və elanların sayta yerləşdirmək
- Şirkət tərəfindən verilən müştərilərlə vaxtında əlaqə saxlanılması
- Komandasının satış nöqtələrində meydana çıxmş problemlərini araşdırmaq və həll etmək
- Satış və müştərilərlə bağlı hesabatların vaxt aşırı rəhbərliyə təhvil verilməsi
- Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
iş şəraiti:
- “Baku Elektrik” MMC şirkəti – Elektro Mall
- İş qrafiki: həftənin 6 günü, saat 09.00-dan 18.00-dək
- Azərbaycan Respublikası ƏM uyğun əmək haqqı və mükafat sistemləri ilə işə qəbul
- Peşəkar inkişaf proqramları, təlimlər və karyera yüksəlişi imkanları.
- Dinamik və innovativ iş mühiti ilə yanaşı, komanda işini gücləndirən mühit.
- Həftədə 1 gün istirahət günü
- Əmək haqqı: 600-700 Azn arası + bonus
- Ünvan: Əhməd Rəcəbli küç 1/25, Çinar Park Plazanın 1-ci mərtəbəsi
Namizədə tələblər
- B2B satış sahəsində təcrübə.
- 20-35 yaş arası namizədlər
- Güclü kommunikasiya, müzakirə və təqdimat bacarıqları
- Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır
- Ofis proqramları biliyi, Xüsusi olaraq Excell mütləqdir
- Məsuliyyətli, ciddi, işgüzar namizəd
- Kollektivlə işləmək bacarığı
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Müştərilərlə danışıqların aparılması, obyektlərə mənzillərə səfər olunaraq, lazımi məhsullarla təmin edilməsi
- Tələbələr üçün uyğun deyil
CV- göndərmək vacibdir. Göndərdiyiniz CV-ləri Müraciət et düyməsində qeyd edilən elektron poçt adresinə yönləndirərək, hansı vakansiya olduğunu qeyd etmək vacibdir.
VAKANSİYA 6
FINCA Azerbaijan
Məhkəmə İşləri üzrə Hüquqşünas/Kiçik Hüquqşünas
Son tarix 29 okt 2025 - Müraciət et
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Məhkəmə işləri üzrə Hüquqşünas/Kiçik Hüquqşünas vəzifəsini elan edir.
Əsas öhdəlikləri:
- Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
- Məhkəmə proseslərində, İcra şöbələrində və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək, regionlara məhkəmə proseslərində iştirak etmək məqsədi ilə davamlı olaraq səfərlər etmək;
- Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;
- İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;
- Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.
- Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.
Qeyd: qeyd olunan öhdəliklərdən yalnız birin, bir necəsinin və ya proporsional qaydada hamısının verilməsi Departament daxilindəki iş bölgüsünə uyğun olaraq Departament rəhbəri tərəfindən birtərəfli qaydada müəyyən edilir.
Təhsil və Təcrübə:
- Hüquqşünas ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
- Mülki, mülki-prosessual və bank qanunvericiliyini lazımı səviyyədə bilməli;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Peşəkar beynəlxalq iş mühiti
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 7
Aznet Technologies
Kontakt və Abunə mərkəzinə Operator
Son tarix 30 okt 2025 - [email protected]
Namizədə olan tələblər:
- Yüksək ünsiyyətqurma bacarığı
- Aktivlik və operativlik
- MS Word, MS Excel, MS PowerPoint və s. Proqram bilikləri;
- Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma; (İnglis dili arzu olunandır):
- Professional etik davranış, gərgin iş şəraitdə işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi
- Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, komanda işi və intizamlılıq.
Vəzifələr:
- Kontakt və Abunə mərkəzinə müraciət edən müştərilərə məlumat xidməti istiqamətindəki əməliyyat və proseslərdə yardımçı olmaq.
- Abunəçilərin və potensial müştərilərin məhsul və xidmətlər barədə məlumatlandırılması və telefonda texniki dəstək.
- Müştəri xidmətlərinə gələn abunəçilərin qarşılanması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
- İş qrafiki: Növbəlilik əsasında 5 gün saat 09:00-18:00, 15:00-23:00
- İstirahət günləri: həftədə 2 gün
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 1-ci bina
- Əmək haqqı: 600 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.
VAKANSİYA 8
Zayam Technologies Park OJSC
İnşaat mühəndisi
Son tarix 30 okt 2025 - [email protected]
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “İnşaat mühəndisi” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 3-5 il iş təcrübəsi
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bacarığı
- PMD sənədləşməsində təcrübəli
- AutoCAD və Primavera proqramlarını yüksək səviyyədə bilmək,
- Dəqiqlik və operativlik
- Tikinti işləri və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq
İş öhdəlikləri:
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
İş qrafiki:
- 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-16:00
- Şənbə günü: 08:00-14:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “İnşaat mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 9
Əsnayə MMC
Aşpaz köməkçisi
Son tarix 30 okt 2025- [email protected]
Vəzifələr:
- Baş Aşbazın verdiyi tapşırıqları yerinə yetirmək
- Mətbəxdə gün ərzində ərzaqlar haqqında məlumatın verilməsi
- Mətbəxi təmiz və səliqəli saxlamalı
- Şirkət daxili nizam-intizam qaydalarına ciddi yanaşmalı və riayət etməli
- Mətbəx avadanlıqlarından təhlükəsiz və düzgün istifadə etmək
- Sifarişlərin düzgün qayda da yerinə yetirilməsi
Namizədə tələblər:
- Dünya mətbəxindən anlayışı olmalı
- Minimum təcrübə-2il
- Yaş həddi: 20-35
- Bəy vəya xanım
İş Şəraiti:
- İş qrafiki : 2 Növbəli iş qrafiki
- Əmək haqqı: 600-700 AZN
- İş yeri: Coffeeshop, Sumqayıt şəhəri
- Nahar və forma şirkət tərəfindən verilir.
Ünvan: Bulvar küçəsi 103, Sumqayıt şəhəri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Aşpaz” yazaraq Müraciət et düyməsində qeyd olunan ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlaqə nömrəsi: (+994) 10 316 10 99
VAKANSİYA 10
Prior Leasing
Hüquqşünas (Məhkəmə işləri üzrə)
Son tarix 30 okt 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank və lizinq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilmək;
- Azərbaycan dili səlis, İngilis və Rus dili biliyi arzuolunandır;
- MS office proqramlarını mükəmməl bilmək.
Vəzifə öhdəlikləri:
- Şirkətin maraqlarını bank və lizinq işləri üzrə məhkəmələrdə təmsil etmək;
- İddia, etiraz, apellyasiya, kassasiya şikayətləri və digər prosessual sənədləri hazırlamaq;
- Mübahisəli işlər üzrə hüquqi rəylər hazırlamaq və müdafiə strategiyası qurmaq;
- Məhkəmə icraatında işlərin gedişatına nəzarət etmək, məhkəmə iclaslarında iştirak etmək və hüquqi mövqeni müdafiə etmək;
- Normativ-hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və tətbiqi ilə bağlı rəhbərliyə məsləhət vermək.
İş şərtlərimiz:
- İş qrafiki: tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas(Məhkəmə işləri üzrə)” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və ya link https://careers.ram.az/?vacancy=1995&source=UC_HBS8ZI vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur.
VAKANSİYA 11
ALCO MMC
Bidon istehsalı üzrə ixtisaslı fəhlə
Son tarix 30 okt 2025- [email protected]
Tələblər:
- Sumqayıt və ona yaxın ərazidə yaşaması;
- Peşə-ixisas təhsili;
- Hidravlik plastik şişirmə avadanlığında işləyə bilməsi;
- İstehsalat sahəsində təcrübəsi;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olması;
- Ümumi ünsiyyət qurma qabiliyyətinin olması;
Vəzifə funksiyaları:
- Bidon istehsalını təmin etmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Avadanlığın baxımını təmin etmək;
- İstehsal zamanı avadanlıqlarda yarana biləcək problemləri aşkar etmək, sırada çıxan detalları müəyyən etmək, detalları dəyişmək;
- Ərazidə, sahədə və avadanlıqların üzərində olan xəbərdaredici nişanların tələblərinə riayət etmək;
- Təlimat və istehsal cədvəllərinə riayət etmək;
- İşlədiyi sahədə təşəbbüskar olmaq, vaxtaşarı təkliflər vermək.
Əmək haqqı: 1100 Azn
İşləmək arzusu olan öz CV-ni Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur.
Tel: 012-505-68-10/11
VAKANSİYA 12
ODONTOS LTD
Satış meneceri
Son tarix 30 okt 2025 - [email protected]
Tələblər:
- Yaş: 23-35;
- Bəy namizədlərə üstünlük verilir;
- Satış sahəsində minumum 1 il iş təcrübəsi (Tibb sahəsində çalışmış əməkdaşlara üstünlük veriləcək)
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir);
- Xoş və səliqəli zahiri görünüş;
- Yüksək ünsiyyət və satış bacarığı, fikrini aydın ifadə etmək;
- İşgüzar, hədəf yönümlü, məsuliyyətli və dürüst;
- Gərgin iş qrafikində səmərəli işləmə bacarığı;
- Kollektivdə işləmə və müştərilərlə ünsiyyət qurma qabiliyyəti;
- Şəxsi avtomobilin olması vacibdir.
Vəzifə öhdəlikləri:
- Şirkət məhsullarının satışının təşkili;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatların verilməsi;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək;
- Müştəri bazasını genişləndirmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
İş şəraiti:
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı - 1000+ AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış meneceri” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyi xahiş olunur.
VAKANSİYA 13
AGT Cargo
Специалист по продажам (контейнерные перевозки)
Son tarix 29 okt 2025 - [email protected]
Мы ищем молодых и перспективных сотрудников, желающих расти и развиваться в сфере логистики (контейнерные перевозки по ж/д), предлагаем обучение, стабильную работу и карьерный рост.
Кого мы ищем:
- Молодых и амбициозных sales-специалистов;
- Тех, кто хочет развиваться в сфере логистики и профессионально, и карьерно;
- С опытом продаж от 1,5 лет
Что входит в обязанности:
- В работе сочетаются как входящие заявки, так и личная активность;
- Создание и удержание клиентской базы;
- Телефонные переговоры и встречи с потенциальными клиентами;
- Составление коммерческих предложений, заключение договоров;
- Взаимодействие с сотрудниками, как своего отдела, так и других отделов, направленное на удовлетворение запросов заказчиков.
Условия работы:
- Тип занятости — полный рабочий день с 08:30 до 17:30 (понедельник — пятница).
- Зарплата 1000 АЗН + бонус
Интересующиеся кандидаты могут отправить свое резюме на электронный адрес в кнопке Откликнуться.
VAKANSİYA 14
Parrus Group MMC
Satıcı-konsultant
Son tarix 30 okt 2025 - [email protected]
Namizədə tələblər:
- Səlis azərbaycan dilini bilməsi (Rus dili üstünlükdür)
- Danışıq qabiliyyəti olmalı,fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Xoş və səliqəli görünüş
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı
- Kollektiv ilə işləmə bacarığı
- Satış və müştərilərə xidmət bacarığı.
- Yalnız bəy namizədlər (Hərbi bileti olan)
İş haqqında:
- İş saatı: Həftədə 6 gün 09:00-18:00 (1 gün istirahət)
- Nahar və çay fasilələri
- Əmək haqqı: 700 AZN (NET)
- Azərbaycan Respublikası-nın əmək müqaviləsinə əsasən rəsmi sənədləşmə
Sizə nə vəd edirik:
- İşin öyrədilməsi (müəyyən müddət ərzində)
- Rəqabətə davamlı əməkhaqqı
- Stressiz iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 15
RS GLOBAL MMC
Baş mühasib
Son tarix 29 okt 2025 [email protected]
İstehsal sahəsinə Baş Mühasib axtarırıq.
Uçot aparmağı bilən, ofis proqramlarıyla peşəkar işləməyi bacaran, işində dəqiq, daha öncə bu sahədə çalışmış, ali təhsilli (ixtisas üzrə) namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilər.
Vəzifə öhdəlikləri
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Bank və kassa əməliyyatlarının icrası
- Daxili mühasibatlıq işlərinin aparılması (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və s)
- Ünvan: Bakı, Abşeron ray, Aşağı Güzdək qəs, RS GLOBAL MMC
Xüsusi tələblər
- Yaş: 30 – 55 yaş
- Təhsil: Ali
- İş təcrübəsi: 5 ildən artıq
- Rus dili və İngilis dili arzuolunandır
- Texniki bacarıqlar və Excel proqramının yüksək səviyyədə bilməsi
- Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri, uçot aparmağı bilən
- Logix proqramıyla işləməyi bacaran namizədlərə üstünlük veriləcək
Başlanğıc üçün əmək haqqı 1500 AZN, daxili iş proseslərinin gedişatına görə karyera imkanları və əmək haqqının növbəti aylarda artımı fürsətləri var.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əziz namizədlər, vakansiya məlumatlarını sona qədər oxuyun. Uzaq məsafədən dolayı çətinliyi olan namizədlər CV göndərməsin.
VAKANSİYA 16
Hilton Garden Inn Baku
Təlim və inkişaf üzrə mütəxəssis
Son tarix 30 okt 2025 - [email protected]
Şöbə: İnsan resursları
Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Otel əməkdaşlarının təlim ehtiyaclarını təhlil etmək və qiymətləndirmək;
- Hilton University-dəki təlim materialları ilə tanış olmaq, tələb olunanların qeydiyyatını aparmaq və sonrasında əlavə təlimlərin keçirilməsini təmin etmək lazımdır;
- Mövcud təlim proqramlarının effektivliyini izləmək və təkmilləşdirmək;
- Əməkdaşların iş bacarıqlarını artırmaq üçün fərdi və qrup təlimləri təşkil etmək;
- Müxtəlif sahələr üzrə təlim materialları və dərs vəsaitləri hazırlamaq;
- Təlimlərin effektivliyini qiymətləndirmək üçün geri bildirimlər toplamaq;
- Təlim nəticələrinin şəxsi performansa və ümumi komanda məhsuldarlığına təsirini analiz etmək;
- İştirakçıların inkişafını izləmək və təlimin davamlı inkişafına dair hesabatlar hazırlamaq;
- Otel sektorunun təlim standartlarına uyğun olan yeni təlim metodlarını və alətlərini tətbiq etmək;
- İşçilərin ixtisaslaşmasını dəstəkləyən proqramların hazırlanmasına rəhbərlik etmək;
- Otel sektorunun trendləri və yenilikləri ilə tanış olmaq və onları təlim proqramlarına inteqrasiya etmək;
- İşçilərin inkişafına dəstək olmaq, onları yeni bacarıqlar öyrənməyə və inkişaf etməyə təşviq etmək;
- Təlimlər üçün lazımi resursların (məsələn, müvafiq təlim materialları, texniki avadanlıq, yer) təmin olunmasını təşkil etmək;
- Təlimlərin qeydiyyatını aparmaq, iştirakçıların siyahısını hazırlamaq və arxivləşdirmək;
Tələblər:
- Ali təhsil (İdarəetmə, İnsan Resursları və ya əlaqəli sahələr üzrə);
- Otel sənayesində və ya xidmət sahələrində təlim və inkişaf üzrə çalışmış təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Müxtəlif təlim növləri (həyat bacarıqları, peşəkar bacarıqlar, liderlik) üzrə təlimlər təşkil etmək bacarığı;
- Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmə təcrübəsi;
- Azərbaycan dili (yazılı və şifahi) mükəmməl səviyyədə olmalıdır;
- İngilis dili yaxşı səviyyədə;
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- Könüllü tibbi siğorta;
- TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Təlim və inkişaf üzrə mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
VAKANSİYA 17
Company
İcra işləri üzrə mütəxəssis
Son tarix 30 okt 2025 - [email protected]
İş şərtləri:
- İş rejimi: saat 09:00-18:00 (1 saat nahar vaxtı);
- 5 iş günü, 2 gün istirahət (şənbə və bazar);
- İş yeri: Nərimanov rayonu;
- Əmək haqqı: 500 azn (net)+ bonus;
- Gənc və dinamik komanda ilə işləmək imkanı;
- Rahat və müasir ofis mühiti;
- Peşəkar inkişaf və öyrənmə imkanları;
Vəzifə və öhdəliklər:
- Problemli kredit ödənişləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi;
- Vətəndaşa bildirişlərin göndərilməsi və prossesin izlənməsi;
- Müvafiq hüquqi və normativ aktlara əsasən icra işlərinin yerinə yetirilməsi;
- İcra işləri ilə bağlı məlumatların düzgünlüyünün təmin edilməsi;
- Aylıq planın tam şəkildə yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (arzuolunandır);
- Azərbaycan dilində səriştəli yazılı nitq bacarığı mütləqdir;
- Kompüterdə sürətli işləmə bacarığı;
- Banklar, maliyyə qurumları və ya hüquq sahəsində təcrübə üstünlük təşkil edir;
- Komanda ilə işləmək bacarığı;
Bu vakansiya ilə bağlı müraciət etmək üçün mövzu yerində "Legal" yazaraq CV-ləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyanın xüsusiyyətlərini nəzərə alaraq, gələcək əməkdaşımızdan diqqətli olmağını gözləyirik. Buna görə də müraciət üçün mövzu hissəsində tələb olunan söz qeyd olunmadığı təqdirdə, CV-niz təəssüf ki, nəzərə alınmayacaq.
VAKANSİYA 18
Bayramlı Group
Anbardar
Son tarix 30 okt 2025 - [email protected]
Namizədə Tələblər:
- Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Laboratoriya yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
- 1C proqramında sərbəst işləyə bilən bəy namizədlər.
- Azərbaycan dili sərbəst , Rus dili arzuolunandır.
- Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell və 1C) proqramlarını mükəmməl bilməlidir;
- Yüksək səviyyədə problem həll etmə bacarıqları;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik;
- Cavabdehlik;
- Komanda ilə işləmə bacarığı.
- Stresə davamlılıq
Vəzifə üzrə öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
- Mal-materialın qəbulu,təhvili, sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının 1C proqramında aparılması;
İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00
- Əmək haqqı: 600 azn
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda “Anbardar” vakansiyası yazaraq göndərməkləri xahiş olunur.
VAKANSİYA 19
VAKANSİYA 20