VAKANSİYA 1
Massi
Problemli Kreditlər üzrə Mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
İcra edəcəyi iş:
- Müştərilərin ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq
- Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Tələb olunan peşə - ixtisas səviyyəsi:
- Problemli kreditlər üzrə minimum 3 il iş təcrübəsi
- Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
- Stressə davamlı
- Təşəbbüskar qərar qəbul etmə bacarığı
- Yalnız bəy namizədlər.
- Yaş həddi: 30 - 45.
- Sürücülük vəsiqəsi mütləqdir.
İş şəraiti:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı 1000 AZN
- Korporativ nömrə ilə təmin ediləcək
- İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
- İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur yalnız kişi cinsinin nümayəndələri CV-ni “Problemli Kreditlər üzrə Mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərsinlər.
VAKANSİYA 2
Vision Academy
Xaricdə təhsil üzrə mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
İşin təsviri:
- Xarici təhsil müəssisələri ilə danışıqların aparılması;
- Xarici partnyorlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Görülən iş barədə gündəlik hesabatların verilməsi;
- Təhsil proqramlarının axtarışı, təsviri və təqdimatının aparılması;
- Müştərilərə təhsil proqramları üzrə konsultasiyaların verilməsi;
- Xarici tərəfdaşlarla danışıq və yazışmaların aparılması;
- Müştərilərlə müqavilələrin bağlanması;
- Təhsil müəssisəsinə müraciət, qəbul kağızının alınması;
- Tibbi sığorta, viza dəstəyi və digər sənədlərin hazırlanması;
- Təhsil sərgilərinin və prezentasiyaların təşkilində iştirak.
Namizədə tələblər:
- Ali təhsil;
- Türkiyə, Avropa, USA və digər ölkələrin təhsil üzrə qəbul qaydaları və təhsili üzrə mükəmməl biliklərə malik olmaq;
- İngilis dili vacibdir (yazı, danışıq bacarığı);
- Rus dili arzuolunandır;
- Minimum 2 il iş təcrübəsi;
- Müştərilərlə ünsiyyət bacarığı;
- Araşdırma və analiz qabiliyyəti.
İş qrafiki:
- 6 günlük iş rejimi;
- Həftədə 1gün istirahət.
Əmək haqqı: 700-1000 AZN +satışdan 10%.
İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.
Tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini “Xaricdə təhsil üzrə mütəxəssis” başlığı ilə elektron poçtuna göndərə bilərlər.
VAKANSİYA 3
Tekaz MMC
Sürücü-ekspeditor
Son tarix 30 apr 2022 - [email protected]
Namizəddən tələblər:
- AR Əmək Məcəlləci uyğun sənədləşmə
- İş Saatı: 09:00-dan 17:00-a qədər.
- Həftədə 1 dəfə istirahət
- Təhsil: minimum tam orta təhsil
- Yaş həddi: 25-45 yaş
- Yalnız kişi namizədlər
- BC sürücülük vəsiqəsi
- İş təcrübəsi: 1-3 il
- Rus dili bilənlərə üstünlük verilir
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Əmək haqqı 600+bonus
İş barədə məlumat:
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.
- Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək;
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək;
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.
- Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
Uyğun namizədlər CV-lərini mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
SAT Group
Layihə meneceri
Son tarix 30 apr 2022 - [email protected]
İş şəraiti:
Ünvan: Əhməd Rəcəbli küçəsi 16 (Sağlam Ailə ilə üzbəüz)
Həftəlik iş qrafiki: 5 gün
İş saatları: 10:00-19:00
Əmək haqqı: 800-1000 MANAT
Tabe olduğu vəzifənin adı: Direktor
Əmək funksiyaları:
- Təlimlər öncəsi vebinarların təşkilinə nəzarət edilməsi
- Təlimlər üçün Reklam fəaliyyətlərinə nəzarət edilməsi (vaxtında və effektiv olmasına)
- Hər təlim başladıqda təlimçilər və bütün iştirakçılarla olmaqla açılış görüşünün təşkil edilməsi
- Marketinq mütəxəssisi təlimi üzrə şirkət ziyarətlərinin təşkili
- İmtahan nəticələrinə uyğun olaraq diplomların çapının təşkil edilməsi
- Təlimin sonunda məzun gününün təşkil edilməsi
- Təlim keyfiyyətinə nəzarət etmək (təlim meneceri ilə paralel)
- Satış maillərinin vaxtında göndərilməsini təmin etmək
- DMA ilə danışıqların aparılması. Sənədləşmələrin təmin edilməsi.
- DMA layihəsinə uyğun namizədlər seçildikdən sonra müvafiq sənədlərin toplanılması və proseslərin izlənilməsi
- Hazırlanmış satış mütəxəssislərinin işlə təmin edilməsi
- Satıcı fabriki ilə bağlı reklamların verilməsini idarə etmək
- Satıcı fabriki ilə bağlı sahibkarlarla görüşün keçirilməsi
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: 2 il
İxtisas səriştələri:
- Kommunikasiya bacarığı
- Layihə idarəetmə bacarığı
- Problem həll etmə bacarığı
- Vaxtın idarəedilməsi bacarığı
- Nəzarət bacarığı
- Planlama bacarığı
Kompüter biliklərinə dair tələblər:
- MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə
Dil bilikləri:
- Azərbaycan dili – Əla
- İngilis dili - arzuolunandır
VAKANSİYA 5
Mars Overseas Baku
Sürücü
Son tarix 30 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məhsulların satış nöqtələrinə vaxtında çatdırılması
- Sifarişlərin qaimə üzrə müştəriyə təhvil verilməsi
- Xarici görkəm standartlarına riayət etmək
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək
Namizədə dair tələblər:
- Satış şirkətlərində ən azı 1 il iş təcrübəsi
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- Bakı şəhərini yaxşı tanımaq
- Fiziki cəhətdən sağlam
- Yaş həddi minimum 25
- Ünsiyyət bacarığı
- İri qabaritli yük avtomobillərini idarə etmə bacarığı
Şərtlər:
- İş günləri : Həftənin 6 günü (bazar günü istirahət)
- İş yeri : Sulutəpə qəsəbəsi (Pepsi zavod)
- Çatdırılma - Bakı şəhəri üzrə
- Əmək haqqı – 615 AZN (net)
Müraciət üçün adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Sürücü” vəzifəsini qeyd etməyiniz vacibdir.
VAKANSİYA 6
GerLift Group LLC
Satış üzrə mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
Öhdəliklər:
- Satış strategiyasının qurulması
- Hədəflərin müəyyən edilməsi
- Xidmət sektorunda araşdırma və məlumat toplama
- Bazar araşdırılmasının aparılması
- Müştərilərlə münasibətin düzgün qurulması
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalıdır
- Satdığı məhsulları və ya brendi təmsil etməyi bacarmalıdır
- Müştərinin məhsul və xidmətlər haqqında suallarını ətraflı şəkildə cavablandırmaq
- Məhsulun satışını həyata keçirmək
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etməlidır
- Yeni müştərilər tapmalı, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat verilməlidir
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməlidir
- Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
- Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll etməlidir
- Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etməlidir
- Rəhbərliklə mütəmadi olaraq müzakirə
Əmək haqqı 800-1000
İş vaxtı: 5 gün 10:00-dan 18:00-dək
İstirahət: Şənbə və bazar günləri
Tələblər:
- İş təcrübəsi: Satış sahəsində təcrübə mütləqdir
- Azərbaycan dilində səlis nitq qabiliyyəti
- İngilis dili bilməli, rus dili arzu olunandır
- Dinamik, aktiv, inadkar xüsusiyyət
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşama
- Satış qabiliyyəti yüksək
- Müştərilərdə real imic yaratma bacarığı
- İşinə qarşı həvəsli, yeniliklərə açıq
- Öz üzərində daimi işləyən
- Avtomobili olanlara üstünlük verilir.
VAKANSİYA 7
RD SMART
Baş mühasib (Maliyyə nəzarətçisi)
Son tarix 30 apr 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
- Excel və 1C proqramında işləmək bacarığı
- Türk və İngilis dillərini bilməsi arzu olunandır
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, 30.04.2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” göstərməyiniz xahiş olunur.
VAKANSİYA 8
Contact Logistics
Logistika üzrə mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
İş barədə məlumat:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Nəqliyyatın planlaşdırılması və sifarişi
- İdxal və İxrac əməliyyatlarına nəzarət
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- İş qrafiki: 09:00-17.30
- Nahar: 13:00-14:00
- İş günləri: Bazar ertəsi - Cümə
Namizədə tələblər:
- Təhsil dərəcəsi: Bakalavr
- Logistika istiqaməti üzrə təhsil və təcrübə
- Təcrübə: Sahə üzrə ən az 3 il
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
VAKANSİYA 9
One Smart Star Azerbaijan
Debitor borc üzrə mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
İş qrafiki: I-V günlər, 09:00-18:30
Yaş: 23 - 35 yaş
Təhsil: Ali
Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vəzifə öhdəlikləri:
- Debitor borcların izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
- Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
- Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;
- Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
Tələb olunan keyfiyyətlər:
- Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili (arzuolunan);
- Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);
- Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
- İnternet axtarış sistemlərindən sərbəst istifadə;
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
- Yalnız Xanım namizəd tələb olunur;
Bacarıqlar:
- Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
- Analitik yanaşma və təhlil;
- Problem həll etmə bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 10
Rifah Group
Baş mühasib
Son tarix 30 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.
Namizədə tələblər:
- Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
- Komandada işləmək bacarığı
Əmək haqqı: Razalaşma yolu ilə
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 11
Texnomart Mağazalar Şəbəkəsi
Online Kredit mütəxəssisi
Son tarix 30 apr 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı;
- Kompüter bilikləri;
- Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı.
Vəzifələr:
- Kredit almaq üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə məlumatın verilməsi;
- Müştərinin maliyyə təhlilinin həyata keçirilməsi;
- Kreditin verilməsi ilə bağlı rəsmiləşmə prosedurunun aparılması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi;
- Hesabatların hazırlanması.
Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 12
Amoris
Mühasib
Son tarix 30 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Maliyyə və mühasibatlıq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalı
- Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq
- 1C Proqramında işləmə təcrübəsi
- Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq
- Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq
- Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır
- İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Quba, Qusar , Xaçmaz bölgələrindən olan kandidatlara üsünlük veriləcək.
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Mühasib ” qeyd edərək göndərə bilər.
VAKANSİYA 13
Company
Təchizat üzrə mütəxəssis
Son tarix 30 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
- Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
- Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
Namizədə tələblər:
- Ali təhsilli
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Təşkilati, analitik və idarəetmə bacarıqları
İş şərtləri:
- 5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 14
Komtec
Müştəri əlaqələri üzrə təmsilçi
Son tarix 30 apr 2022 - [email protected]
Öhdəliklər:
- Əlaqə Mərkəzinə daxil olan zəngləli qəbul etmək, şirkətin fəaliyyətinə dair sualları cavablandırmaq.
- Şirkətin fəaliyyəti ilə bağlı istək və şikayətlərin qeydiyyatını aparmaq, müvafiq bölmələrə yönləndirmək, həll olunmasını izləmək, həlli məqsədi ilə müvafiq tədbirlər görmək.
Tələblər:
- Təhsil: Ali, Orta-ixtisaslı
- Kompetensiyalar: Stresə davamlılıq, yüksək ünsiyyətqurma bacarığı, komandada işləmək bacarığı
- İş təcrübəsi: 1-3 il
- Dil və İT bilikləri: Rus dili-əla, MS Office.