VAKANSİYA 1
Performance Center Co
Audit şöbəsinin rəhbəri
Son tarix 15 yan 2022
Vəzifə öhdəlikləri:
- Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
- Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
- Aktivlərin sayımında iştirak və təhlil;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
- Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara, avtomobil satışı və servisi sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək;
- MS Office proqramlarını bilməli;
- 1C proqramında 3-5 il iş təcrübəsi;
- Müvafiq sahədə 5-10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 3500-4000 ₼
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Audit şöbəsinin rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected]).
VAKANSİYA 2
Otomall MMC
Avtomobil satınalma meneceri
Son tarix 15 yan 2022
İş prosesi zamanı müştərilərimizlə etibarlı əlaqələr quracaq və bu münasibəti düzgün şəkildə idarə edəcək təcrübəli avtomobil satış mütəxəssisi axtarırıq. Siz yoxlama mərkəzimizdə müştərinin ilk əlaqə nöqtəsi kimi çıxış edəcəksiniz və tapacağınız yeni üsullarla rəqiblərimizi geridə qoymağınızı və şirkətimiz üçün müsbət imic yaratmağınızı gözləyirik.
İş üçün əsas tələblər:
- Orta və ya Ali təhsil;
- Avtomobil satışı və ya Avtomobil servisi sahəsində 3 il və ya daha çox iş təcrübəsinin olması;
- Satış qabilyyətinin olması;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Sürücülük vəsiqəsinin olması;
- Ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli və operativ olmalı;
- İnsanlarla münasibətdə gülərüzlü olmalı;
- Qiymət razılaşdırılmaları aparma bacarığı;
- Etirazlarla işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Alış proseslərində iştirak etmək;
- Müştərilərlə qiymət sövdələşmələrinin olunması;
- Avtomobillərin texniki qiymətləndirilməsindən sonra məlumatın müştəriyə təqdim olunması;
- Müştəriyə qiymətləri təqdim etmək;
- Müştərinin etirazları ilə iş;
- Müştəri ilə yekun qiymət nəticəyə gəldikdə müştərini razı salmaq.
Əlavə məlumat:
- İş qrafiki: Həftədə 5 gün 09:30-18:30, Şənbə günü 10:00-14:00;
- Əmək haqqı: 600 AZN (Təcrübədən asılı olaraq arta bilər).
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Avtomobil satınalma meneceri ” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 3
Bizim Market
Mal-materialların idarə edilməsi üzrə mühasib
Son tarix 15 yan 2022
İş haqqında məlumat:
- Mal-materiallar üzrə ilkin sənədlərin (təhvil-qəbul aktı, silinmə aktı, daxili yerdəyişmə qaiməsi, mal-materialların inventarizasiya aktı və s.) tərtib və qəbul edilməsi və uçotda əks etdirilməsi;
- Daxil olan e-qaimələrin yoxlanılması və təsdiq (ləğv, dəyişdirilmə və s.) edilməsi;
- İdxal əməliyatları üzrə sənədlərin (YGB) yoxlanılması və uçotda əks etdirilməsi;
- Material hesabatlarının tərtib edilməsi.
Namizədə olan tələblər:
- İxtisas üzrə ali təhsil;
- 5 ildən az olmayan ixtisas üzrə staj;
- 1C 8.3 proqram təminatında işləmək bacarığı;
- MHBS (İFRS) üzrə sertifikasiya arzuolunandır (mütləq deyil).
Təminatlar:
- Əmək haqqı 800-1000 AZN
- Nahar yeməyi təmin edilir.
VAKANSİYA 4
Şabran Aqrokompleks
Satınalmalar üzrə mütəxəssis
Son tarix 15 yan 2022
İş yeri: Şabran rayonu
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi;
- Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Ali təhsil
- Rus dillində səlis danışıq bacarığı
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi
- B kateqoriyalı sürücülük vəsiqəsi (şəxsi avtomobilin olması arzuolunandır)
- Kompüter bacarıqları (MS Word, MS Excel, MS Outlook)
Vakansiya ilə bağlı müraciət üçün CV-ni göndərməyinizi xahiş olunur (mövzu hissəsində “Satınalmalar üzrə mütəxəssis” və mətn hissəsində əmək haqqı gözləntinizi qeyd etməklə).
VAKANSİYA 5
Matanat A
İxracat Koordinatoru
Son tarix 15 yan 2022
İşin təsviri:
- Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.);
- Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
- Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
- İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;
- Kargüzarlıq,zənglərin qeydə alınması və yazışmaların koordinasiyası, şöbə rəhbərinə yardımçı olmaq;
- İstehsalata verilən sifarişlərin icrasının və hazır məhsulun ambarlanmasının koordinasiyası;
İş vaxtı:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Iş yeri: Gürcüstan, Xaşuri şəhəri
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Ali təhsil (bakalavr);
- Azərbaycan, rus və ingilis dillərini bilməli (beynəlxalq yazışmalar aparacaq səviyyədə);
- Yazışmalar aparmaq və yaxşı ünsiyyət qurmaq bacarığı olmalı;
- Ən azı 2 il iş təcrübəsi olmalı;
- Gömrük və İxracat işlərini bilənlərə üstünlük verilir;
- Kompyuterdə ofis proqramlarında işləmə bacarığı olmalı.
Şəxsi keyfiyyətləri:
- Fikrini rahat izah etmək qabiliyyətli, fəal olmalı.
- İşə planlı yanaşmalı, səliqəli olmalı,
- Yaradıcılıq qabiliyyəti olmalı, logikası olmalı.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
VAKANSİYA 6
Resant Group
Mühasib
Son tarix 15 yan 2022
Vəzifə öhdəlikləri:
- Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
- Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
- Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.
Namizədə bağlı tələblər:
- Təhsil-Ali;
- 1C, Microsoft Office proqramlarını əla səviyyədə bilməli, (Elektra arzuolunandır);
- Həmin sahədə ən azı 3 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmağı;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
İş Şərtləri:
- İş vaxtı: həftədə 5 gün;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı müsahibə zamanı təyin olacaqdır.
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 7
R - Pharm
Экономист
Son tarix 15 yan 2022
Обязанности:
- Готовить исходные данные для составления бизнес-планов в целях обеспечения роста объемов сбыта продукции и увеличения прибыли;
- Выполнять расчеты по материальным, трудовым и финансовым затратам, необходимые для производства и реализации выпускаемой продукции, освоения новых видов продукции, прогрессивной техники и технологии;
- Выполнять экономический анализ хозяйственной деятельности как самого предприятия, так и департаментов по отдельности, разрабатывать меры по обеспечению режима экономии, повышению рентабельности производства, конкурентоспособности выпускаемой продукции, производительности труда, снижению издержек на производство и реализацию продукции, устранению потерь и непроизводительных расходов, а также выявлению возможностей дополнительного выпуска продукции;
- Выполнять работы по формированию, ведению и хранению базы данных экономической информации, вносит изменения в справочную и нормативную информацию, которая используется при обработке данных;
- Принимать участие в рассмотрении разработанных производственно-хозяйственных планов;
- Принимать участие в проведении маркетинговых исследований и прогнозировании развития производства;
- Готовить разного рода периодические отчеты и служебные поручения по запросу руководства.
Требования:
- Высшее профильное образование;
- Стаж работы на позиции экономиста не менее 3-х лет;
- Уверенный пользователь ПК (MS Office: Word, Excel, OutLook, PowerPiont, Visio), желателен опыт работы в SAP
- Знание Азербайджанского и Русского языка. Знание английского языка приветствуется;
- Знание технологии производства и рыночных методов хозяйствования;
- Знание системы счетов бухгалтерского учета;
- Знание планово-учетной документации, методов экономического анализа; организации оперативного учета и статистического учета.
Просьба высылать своё резюме, с указанием в строке тема, названия вакансии “Экономист”.
VAKANSİYA 8
Mars Overseas Baku
Sales Director
Son tarix 15 yan 2022
The ideal candidate will be responsible for overseeing the Sales teams' operations and strategies. By researching market trends and conducting competitor analysis, you will develop and implement sales strategies.
Company – Pepsi Bottlers Azerbaijan (Mars Overseas Baku LTD)
Location: Head Office
Department: Commercial Department
Reports to: Commercial Director
Subordinate: Channel Sales managers
Requirements:
- Education: University degree in Marketing/Economics/Mathematics or Finance;
- Good in communications in English, Azerbaijani, and Russian languages, written and verbal;
- Minimum 7 years Managerial experience in the field of Sales;
- Has strong knowledge and network in the FMCG industry is a plus;
- Strong Leadership: aggressive in achieving results, while collaborating and communicating effectively with other members of the team;
- Demonstrate the ability to consistently achieve sales goals;
- Proven ability to drive the sales process from plan to close;
- Proven ability to articulate the distinct aspects of products and services against competitors;
- Ability to make data-driven decisions;
- Strong empathy and ability to foster an efficient team.
Job Description:
- Develop and execute strategic plan to achieve sales targets and expand client base;
- Build and maintain strong, long-lasting client relationships;
- Partner with clients to understand their business needs and objectives;
- Effectively communicate the value proposition through proposals and presentations;
- Understand Industry-specific landscapes and trends Develop and implement sales strategies;
- Prepare operational and financial sales department reports;
- Oversee the management, hiring, learning, and career development of the sales team;
- Directly coordinate cross-selling and joint marketing initiatives to maximize exposure and profitability.
If you feel positive about the above statements, send your CV with “Sales Director” in the subject field
VAKANSİYA 9
Grand Logistics Center
Müqavilələr üzrə mütəxəssis
Son tarix 15 yan 2022
Vəzifə öhdəlikləri:
- Etibarnamələrin qeydiyyatını aparmaq
- Məktubların tərtib edilməsi və redaktə edilməsi;
- Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq.
- Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə çatdırılması
- Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Müqavilə danışıqlarının aparılması;
- Müqaviləyə əlavələrin hazırlanması;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Müqavilələrin reyestrinin aparılması
- Müqavilə yazışmalarının aparılması
- Müqavilələrə hüquqi rəy verilməsi
- Logistika və Gömrük məsələlərində dəstək
- Müqavilə sənədlərinin arxivlənməsinə nəzarət
- Müqavilələrə əsasən ödənişlərin izlənməsi və gecikmələr barədə rəhbərliyin məlumatlandırılması
- Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması
Tələblər:
- Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
- Kommersiya hüququ bilikləri;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan dili, Rus dili, İnglis dili yüksək səviyyədə
- Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
- Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Şəxsi bacarıqları:
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
- Komandada işləmə bacarığı.