VAKANSİYA 1
Solart
Satış üzrə mütəxəssis
Son tarix 20 apr 2022 - [email protected]
Vacib tələblər:
- 25-40 yaşlı xanımlar;
- Satış etmə bacarığı;
- Satış təcrübəsi ən azı 1 il olmalıdır;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Word və Excell proqramlarını yaxşı bilmək
Əsas vəzifə öhdəlikləri:
- Müraciət edən müştərilərin zənglərinin, müxtəlif kanallar vasitəsilə daxil olan sorğuların qarşılanması;
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
- Müştəri baza məlumatlarının toplanması;
- Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Müştərilərin əsas istəklərinin toplanıb menecerə təqdim edilməsi, təkliflərin hazırlanması
- Onlayn satış üzrə sifarişlərin təmin edilməsi
Biz Sizə təklif edirik:
- 6 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət: Bazar günü
- Əmək haqqı 600 + yüksək % bonus
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə mütəxəssis” sözlərini qeyd edib göndərsinlər. CV-lər email ünvanına göndərilməlidir.
Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
VAKANSİYA 2
Azprotein Foods Group
Mühasib
Son tarix 19 apr 2022 - [email protected]
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 21 - 45 yaş
- Staj: 2 – 4 il
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- AR Vergi Məcəlləsini bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı
- İşində ciddi və məsuliyyətli olmalı
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- İstehsal şöbəsi ilə məhsulun resepturasının hazırlanması prosesində iştirak etmək
- Məhsulun maya dəyərinin hesablanması
- Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
- Daxili yerdəyişmə qaimələrinin yazılması
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Müştəri və tədarükçülərlə üzləşmə aktlarının hazırlanması
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- Müştəri müqavilələrin hazırlanması
- Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
Əmək haqqı: 1000-1200 AZN
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 3
Resant Group
Videoqraf
Son tarix 16 apr 2022 - [email protected]
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin həyata keçirdiyi tədbirlərlə bağlı videoçəkilişlərin edilməsi və vaxtında montaj olunmasını təmin etmək;
- Sosial media səhifələri üçün informativ və infoqrafik videolar hazırlamaq;
- Trendləri izləmək və yenilikləri tətbiq etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək;
Bilik və bacarıqlar:
- Ən azı 2-3 illik iş təcrübəsi
- Adobe Premier Pro, Adobe After Effects, Adobe Photoshop proqramlarında işləmək bacarığı.
- Məsuliyyətli, inkişafa meyilli və yaradıcı olmaq
- Komandada işləmək qabiliyyəti
- Çəkiliş üçün şəxsi avadanlığının olması mütləqdir (Sony; stablizator)
- Əmək haqqı: 1000 AZN
Namizədlərdən CV-ləri portfolio ilə birlikdə e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 4
Ecomedi
Tibbi satınalma üzrə mütəxəssis
Son tarix 16 apr 2022 - [email protected]
Tələblər:
- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Yaş: 24-45
- Kompyuter biliyi (Word, Excel, Power point,Outlook)
- Dil bilikləri – Azərbaycan, Rus dillərini sərbəst,
Vəzifələr:
- Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
- Müştərilərlə ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
- Mövcud bazarın və rəqiblərin analizi
- Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
- Müştərilərə lazım gəlsə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
- Aylıq hesabat vermək
- Tender sənədləri ilə işləmə bacarığı
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-6 günlük
- Əmək haqqı (müsahibə əsnasında bəlli olacaq )
VAKANSİYA 5
Baku Electronics
Mağaza Satış Meneceri
Son tarix 16 apr 2022 - [email protected]
Xüsusi tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Vəzifə öhdəlikləri:
- Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
- Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
Rəmzioğlu paxlava
Satıcı
Son tarix 16 apr 2022 - [email protected]
İş rejimi:
- İş 09:00-dan 22:30-dək dəyişən,günlük 8 saatlıq qrafiklə
Namizədlərə tələblər:
- Ünsiyyətcil, gülərüz və işində məsuliyyətli olmaq,
- Komanda ilə sərbəst işləyə bilmək,
- Ambisiyalı və məqsədyönlü olmaq və çalışmaq,
- Şəxsi gigiyena qaydalarına ve təmizliyə xususi diqqətli olmaq,
- Alıcılarla sərbəst ünsiyyət qurmaq, məhsulları qablaşdırmaq və satışı reallaşdırmaq,
Əmək haqqı 450-500 AZN və üstəlik təcrübə müddətini keçdikdən sonra satışdan əldə olunan bonuslar.(Uzun müddət çalışan əməkdaşların maaş artımı)
Maraqlananlar şəxsi məlumatlarını aşagıda göstərilən e-mail ünvanına göndərə bilərlər
Whatsapp: (070) 808 08 00
VAKANSİYA 7
ATA PACK MMC
İnsan resurslarının idarə edilməsi üzrə menecer
Son tarix 16 apr 2022 - [email protected]
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: 08:00 - 17:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Parkı
Nahar yeməyi və servis (Koroğlu m/s) şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: 800 AZN
Namizədə dair tələblər:
- Ali təhsil;
- AR Əmək qanunvericiliyi bilikləri;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İşəqəbul prosesi qaydaları haqqında biliklər;
- Elektron Hökumət Portalı proqramı ilə işləmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində professional danışma, oxuma və yazma bacarığı (xarici dil bilikləri üstünlükdür);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.
İşin təsviri:
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- Kadr axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resurslarının idarə edilməsi üzrə menecer” qeydi edərək elektron ünvanına göndərməyinizi xahiş edirik.
VAKANSİYA 8
EY Baku office
Senior Manager in Law
Son tarix 11 apr 2022 -
Please refer to the following link,then filter EY Office Location (Baku, Azerbaijan) in order to review available position and read detailed information about qualifications and experience required. All the interested candidates should submit their applications through the link by creating their personal profile beforehand.
Below we would like to highlight the key criteria for the potential candidates:
- A bachelor's and/or master’s degree in Law with strong academic credentials and approximately 7-10 years of related work experience
- Membership in Azerbaijani Bar Association is preference
- Excellent oral and written communication skills in English, Azerbaijani
- Strong presentation and communication skills
- Strong legal writing and analytical skills
- Proficient IT skills (Word, Excel, Power Point)
- Ability to quickly adapt to new environment and work in different teams
- Developing thought leaderships in Law, build market presence through public events and pursuing new client opportunities
- High degree of professional ethics and integrity.
Apply now! Join us to build an exceptional experience for yourself, and a #BetterWorkingWorld for all!
The deadline for submission of applications is 10 April 2022.
VAKANSİYA 9
RX-Pharm
Tibbi nümayəndə
Son tarix 16 apr 2022 - [email protected]
Şəhər-Bakı
Yaş-20-45
Təhsil- Ali
İş təcrübəsi-1-3 il
Əmək haqqı- 500-1000 azn( iş təcrübəsi və potensialdan asılı olaraq)
İş rejimi- həftədə 5 gün saat 9:00-18:00 ( ehtiyac olarsa 6-cı gün)
Əlaqədar şəxs –Xuraman x.
Tel: 0559772750
İşçinin vəzifə və öhdəlikləri:
- Şirkətin məhsullarını tibb müəssisələri və apteklərdə tanıtmaq;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Satış dinamikasının izlənməsi və təhlili.
Namizədə tələblər:
- Ali və ya orta tibb təhsili;
- Səlis və aydın nitq,sistemli təqdimat bacarığı;
- Dürüst,məsuliyyətli,məqsədyönlü,ünsiyyətcil,stresə davamlı olmalı;
- Kollektiv və komandada işləmə bacarığı;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak və mənisəmə qabiliyyəti;
- Verilən tapşırıqları vaxtında və peşəkar səviyyədə yerinə yetirmək
VAKANSİYA 10
Dahua
Layihə Meneceri
Son tarix 16 apr 2022 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Yaş aralığı 25-30
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- İT sahəsində bilik mütləqdir;
- Dil bilikləri: Azərbaycan və rus dili yüksək səviyyədə, ingilis dili arzuolunandır;
- Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Strateji düşüncə bacarığı
- Nəticə yönümlülük
- Əlaqə qurmaq bacarığı
- Aktiv dinləmə bacarığı
- Müştərinin etibarını qazanmaq qabiliyyəti
- Danışıqların idarə etmə qabiliyyəti
Vəzifə və öhdəliklər:
- Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
- Tələb olunan vaxt qrafikinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərin qarşılanması
- Bu sahə ilə bağlı Dövlət, Özəl tender və layihələrində iştirak
- Yeni böyük layihələrlə iş
Biz Sizə nə təklif edirik:
- Professional və maddi artım üçün perspektiva
- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı 800-1000 $
Uyğun namizədlərdən öz CV formalarını Layihə Meneceri başlığı ilə göndərmələri xahiş olunur.
VAKANSİYA 11
Baku Agro Park
İnsan Resursları üzrə aparıcı mütəxəssis
Son tarix 16 apr 2022 - [email protected]
İş yeri: Zirə qəsəbəsi
Vəzifə öhdəlikləri (qısa təsvir):
- Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanılması, xitam verilməsinin rəsmiləşdirilməsi və dəyişikliklərin icra edilməsi;
- Məzuniyyət cədvəllərinin tərtib edilməsi və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərinin icra edilməsi;
- Davamiyyətin uçotunun təşkil edilməsi və aylıq tabellərin hazırlanılması;
- İşçi seçimi və işə qəbul proseslərinə nəzarət edilməsi;
- İR üzrə cari prosedurların təkmilləşdirilməsi, yeni prosedurların hazırlanmasında iştirak edilməsi;
- İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularının cavablandırılması;
- Məlumatların 1C proqramına daxil edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil:
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
- İstehsalat sahəsində təcrübə əlavə üstünlükdür;
- AR Əmək Məcəlləsinin mükəmməl biliyi;
- MS Office proqramları (Word, Excel, PowerPoint) biliyi;
- 1C proqramında işləmək bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.
İş şərtləri:
- Aylıq əmək haqqı: 1200 AZN
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək (nahar fasiləsi; 12:00-13:00).
- Nahar Şirkət tərəfindən təmin edilir.
Vakansiyaya müraciət üçün ünvanına mövzu hissəsində “İnsan Resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək CV göndərməyiniz xahiş olunur.
VAKANSİYA 12
Happy Market
Müdir müavini
Son tarix 16 apr 2022
İş haqqında məlumat:
- İki il təcrübə
- İş qrafiki dəyişkəndir
- Əmək haqqı: 700 azn+
- Marketə, işçilərə nəzarət,
- Malların istifadə müddətinin bitməsinə və qiymət dəyişimlərinə nəzarət etməlidir.
Əlaqə nömrəsi: +994552228020
VAKANSİYA 13
GP Stock Feed
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 16 apr 2022 - [email protected]
İş məkanı: Bakı/Abşeron
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
- İş təcrübəsi: Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi (Kənd təsərrüfatı sektorunda təcrübənin olması üstünlükdür)
- Ezamiyyət: 100% ezamiyyət tələbi
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (yaxşı)
- Kompyuter bilikləri: MS Office programları üzrə biliklər
- Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlük təşkil edəcəkdir.
- 1 C, SAP və ya oxşar ERP sistemlərdə işləmək bacarığı.
Vəzifədən gözləntilər:
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması
- Satınalmanın daxili prosedura uyğun təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması.
- Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi,
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
- Tender komissiyasının işini təşkil etmək, tender sənədlər paketinin hazırlamalı, tender prosesini təşkil etməlidir.
- Xarici satınalmaların təşkili və yerinə yetirilməsi.
- Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması.
- Hesabatların hazırlanması və təqdim edilməsi
Vəzifə üzrə səriştələr:
- Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış;
- Analitik düşünmə bacarığı.
- Təhlil etmə bacarığı;
- Tenderlər sahəsində təcrübə.
- INCOTERMS şərtlərini bilməsi üstünlük təşkil edəcəkdir.
- Planlama və Təşkilatçılıq
- Bazar, rəqabət, fürsət və təhlükələri görmə
- Qiymətləndirmə bacarığı
- Tədarükçülərlə iş bacarığı
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Var
- Yemək: Var
Maraqlananlar emaildə “Aparıcı Təchizat Mütəxəssis” yazaraq CV-lərini ünvanına göndərməyiniz xahiş olunur
VAKANSİYA 14
FINCA Azerbaijan
Müştəri Əlaqələri üzrə İşçi (Neftçala)
Son tarix 04 apr 2022 - [email protected]
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək
- Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək
- Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək
- Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək
- Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlığı təmin etmək
Namizəddən gözləntilərimiz:
- Ali təhsil, Biznes/İqtisadiyyat/Mühasibatlıq və ya Bizneslə əlaqəli oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
- Müştəri Xidmətləri və Arxa Ofis üzrə 1 il iş təcrübəsi
- Kreditlərin restrukturizasiyası üzrə biliklər
- MS Office proqram bilikləri
- Dil Bilikləri: Azərbaycan dili – səlis
- Yüksək ünsiyyət qurma bacarıqları
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
Seçimlərdə növbəti addımlar:
Müraciətinizi elektron ünvanına CV-nizi əlavə etməklə və Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Neftçala Filialı) qeyd etməklə 03 Aprel 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz.
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
VAKANSİYA 15
İnsan resurları üzrə mütəxəssis (Hüquqşünas)
Son tarix 16 apr 2022 - [email protected]
Sahə: Kənd Təsərrüfatı (Gəncə ətrafı)
İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
- İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır, əmək kitabçaları əmrlər əsasında doldurur;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
- Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birabaşa rəhbərə hesabat hazırlayıb təqdim edir, Kadrlar üzrə hesabatları tərtib edir.
- Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
- Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzuolunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrindən istifadə edir;
- Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.
- Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
Tələblər:
- Hüquq sahəsində ali təhsili;
- İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “HR mütəxəssis/hüquqşünas” yazaraq göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 16
Fairmont
Accounts receivable
Son tarix 16 apr 2022
Responsibilities:
- Ensuring that all inquiries from guests or credit card companies are handled promptly (same day if possible) and professionally
- Investigating fully all requests for billing and function as final authority over credit approval
- Reviewing with the Assistant Financial Controller all accounts over 30 days and implement collection procedures for such accounts in accordance with established corporate guidelines.
- Maintaining a report showing all groups and local catering events that are coming to the hotel within the next thirty (30) to sixty (60) days. Working with the appropriate managers to ensure all deposit requirements are being met and that all clients either have approved direct billing or are fully pre-paid before their events.
- Inspecting all in-house accounts to ensure adherence to the hotels’ credit policy; assisting with the collection efforts of these accounts where necessary
- Reviewing all requests for credit and submit for approving as appropriate according to the in-house credit policies. Communicating approval or non-approval to the appropriate managers.
- Ensuring compliance with advance deposit policy
- Willing to work a flexible schedule in order to accomplish all major responsibilities and tasks, and be willing to accept assignments on an as needed basis, in order to promote teamwork
- Having a thorough working knowledge of all corporate policies and procedures as they relate to credit and receivables
- Having a commitment to follow all local and corporate policies and procedures as they relate to credit and receivables
- Working in a safe, prudent, and organized manner
- Pursuing and collecting delinquent accounts, as outlined in the Policy and Procedures Manual
- Notifying the Financial Controller / Assistant Financial Controller on the status of uncollectible accounts and refer delinquent accounts to a collection agency
- Ensuring prompt and accurate billing of current and aged accounts with efficient follow-up procedures. Documenting all collection efforts in the client file or in the accounts receivable system.
- Preparing necessary month end accounts receivable reports for corporate office and hotel management
- Preparing bad debt documentation as required per the Policy and Procedures for write-offs
- Maintaining an up-to-date collection activity log for delinquent and uncollectible accounts
- Maintaining a close working relationship and communicate with the Sales, Catering, Conventions, and Front Office departments.
- Maintaining credit histories, original approved written requests for credit and other records for regular hotel accounts.
- Writing off or adjusting un-collectable accounts after approval by the Financial Controller/General Manager/ Regional Financial Controller according to established company guidelines
- Reviewing the Guest Ledger High Balance Report daily and bring discrepancies to the attention of the Front Office Manager
- Ensuring that check-in/check-out procedure adequately protects the hotel without burden or delay to the guests of the hotel
- Preparing month-end reports and reconciliation’s as prescribed by policies and procedures for all receivable accounts including credit cards
- Recommending improvements in the operation of Accounts Receivable / Credit to the Assistant Controller
- Overseeing the monthly credit meeting to convey Credit / Receivable policies and procedures to the staff of those departments. Maintaining minutes of credit meeting as evidence of control.
- Participating in the orientation program for staff in Sales and Catering, Front Desk, Reservations and other related positions
- Conducting self in a professional manner at all times to reflect the high standards of Fairmont Hotels & Resorts and encourage staff to do the same
Qualifications:
- Proficient in Azerbaijani and English languages (spoken & written)
- To be able to handle a multitude of tasks in an intense, ever-changing environment while remaining calm and collective
- To be flexible in terms of working hours (24-hour operation, 7 days a week)
- Self-motivation and organizational skills and the ability to take initiatives
- To have the ability to handle cash effectively and accurately
- To be always in professional appearance and presentation
- Computer literacy: OPERA, PMS, Word, Excel, and e-mail
- University/College degree or diploma, preferably with a formal education in Finance
- Experience in a similar capacity is preferred
Interested candidates may apply online through following link.
VAKANSİYA 17
Irshad Electronics
Satış təmsilçisi
Son tarix 16 apr 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
VAKANSİYA 18
Araznet MMC
Marketinq meneceri
Son tarix 16 apr 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Şirkətin marketinq strategiyasının hazırlanması və marketing proseslərinə nəzarət.
Nami̇zədə Tələblər:
- Rəqəmsal və ənənəvi marketinq sahəsində 3 ildən çox təcrübə;
- Azərbaycan, İngilis və Rus dillərində orfoqrafiya qaydalarına riayət etməklə, yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;.
Maraqlanan namizədlər CV-lərini elektron ünvanına "Marketinq meneceri" başlığını qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 19
Company
Mühasib
Son tarix 31 mar 2022 - [email protected]
İşin təsviri:
- Kağızdaşıyıcıda və elektron formada (əmrlərin, ərizələrin, aktların və s.) sənədlərin hazırlanması
- Uçotun aparılması
- Yerli və xarici valyutada ödənişlərin edilməsi, həmçinin digər bank əməliyyatlarının həyata keçirilməsi
- Rəsmi yazışmaların aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi hesablanması
- Elektron qaimələrin və invoice’ların hazırlanması
- ƏDV depozit hesab üzrə əməliyyatların aparılması
- Maliyyə, idarəetmə, vergi və statistika hesabatlarının hazırlanması
- Kadr sənədləşmələrinin aparılması
Namizədə qarşı tələblər:
- Yuxarıda qeyd edilən işləri praktiki cəhətdən həyata keçirə bilməli
- MS Excel və MS Word proqramlarında istifadə edə bilmək
- İnternet banking-dən istifadə edə bilmək
- e-taxes.gov.az, e-gov.az, e.customs.gov.az və digər aidiyyatı portallardan istifadə edə bilmək
- Vergi və Əmək qanunvericiliyi barədə məlumatlı olmaq
- Mühasib kimi (işin təsvirində qeyd olunan istiqamətlər üzrə) ən az 1 il iş stajının olması
- Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub
İş barədə məlumat:
- Şirkətin fəaliyyət sahəsi: Mal-material təchizatı
- İşyeri: Azure Business Center
- Əmək haqqı: 550-650 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişir)
- İş qrafiki: Həftədə 5 gün
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
Maraqlanan namizədlər mövzu yerində “mühasib” yazmaqla öz CV-lərini 30 mart 2022-ci il tarixinədək göndərə bilərlər
VAKANSİYA 20
Offissa Dizayn Ko
Satış və marketinq üzrə müdir ( Ofis mebelləri üzrə)
Son tarix 16 apr 2022 - [email protected]
İş barədə məlumat (Vəzifəyə dair tələblər):
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
- Satış menecerlərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış menecerlərinin dövriyyələrinə nəzarət etmək
- Reklam və hədiyyələrin təşkilini həyata keçirmək
- Sosial şəbəkələr və internet sayt üçün kiçik video-çarxlar hazırlamaq, yeni postlar paylaşmaq, sosial şəbəkələri və internet saytı aktiv saxlamaq
- Baş tutacaq tədbirlər üçün lazım olan danışıqları və təşkilatçılığı həyata keçirmək
İşçiyə dair tələblər:
- Təhsil: ali
- Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
- Kompüter biliyi: MS Office proqramları;
- Dillər: Azərbaycan, ingilis dili (Rus dili bilməsi arzuolunandır)
- Yaş həddi: 25-40;
Şəxsi keyfiyyətləri:
- Liderlik;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: bazar günü
- Əmək haqqı 1000 AZN başlayır
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
VAKANSİYA 21
Solart
Head of Sales
Son tarix 20 apr 2022
Vacib tələblər:
- 30-40 yaşlı kişilər;
- Şəxsi avtomobilə sahib olmaq;
- Satış sahəsində ən azı 3 il təcrübə;
- İdarəetmə və analitika bacarığı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Azərbaycan (səlis) və Rus (yaxşı) dillərini bilmək;
- Ünsiyyət və danışıqlar apara bilmək bacarıqları;
- Satış komandasını idarə etmək və yönləndirmək təcrübəsi;
- Satış strategiyalarının planlaşdırılması və həyata keçirilməsi üzrə təcrübə;
Əsas vəzifə öhdəlikləri:
- Satış kanallarını və diler şəbəkəsini qurmaq, davamlı olaraq fəaliyyətlərini izləmək (pərakəndə, konseptual satış nöqtələri)
- Təyin olunmuş hədəfələrə nail olmaq üçün satış həcmini və keyfiyyətli xidmət səviyyəsini təmin etmək
- Strateji layihələr çərçivəsində satış kanallarına dəstək olmaq
- Satış kanalı əməliyyatları və xidmət nöqtəsi kanallarının kommersiya və brend strategiyası ilə uyğunlaşdırılmasını təmin etmək
- Komissiya sxemlərini optimallaşdırmaq və inkişaf etdirmək
- Diler kanallarını davamlı olaraq optimallaşdırmaq
- Əməliyyat və kommersiya səmərəliliyini və effektivliyini təmin etmək üçün müxtəlif satış kanalları və xidmət nöqtələri arasında uyğunlaşmanı əlaqələndirmək
- Büdcə, büdcə uyğunluğu və idarə edilməsinə nəzarət etmək
- Merçendayzinq kanallarını inkişaf etdirmək
- Pərakəndə satış strategiyasını hazırlamaq və idarə etmək
- Komanda ilə fərdi satış hədəflərinin müəyyən edilməsi
- Yeni rəqəmsal satış kanallarını inkişaf etdirmək və həyata keçirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və tədris materiallarını öyrənmək
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir.
Biz Sizə təklif edirik:
- Həftədə 5 iş günü,
- Ödənişsiz təlimlər;
- Karyera yüksəlişi imkanı;
- Baza əmək haqqı ilə yanaşı, yüksək % bonus sistemindən faydalanmaq;
- 2000 AZN-dən çox qazanc əldə etmək imkanı
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Head of Sales” sözlərini qeyd edib göndərsinlər. CV-lər email ünvanına göndərilməlidir.
Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.