VAKANSİYA 1
Maymed- Avis MMC
Satış mütəxəssisi
Namizədə tələblər:
- Ali təhsil
- Prezentabelli görünüş
- Satış və təqdimat bacarıqları
- Xarici dil bilikləri (rus dili bilməsi mütləqdir)
- Ofis proqramları üzrə (MS ofis) baza biliklərin olması
- İş qrafikinə uyumluluq (həm səhər həm axşam smeninə uyğunlaşa bilən)
- Yalnız xanım namizədlər
İş barədə məlumat:
- Vəzifə öhdəliyi : medikal mağaza daxilində tibbi məhsullar və ya optik məhsullar üzrə satışın həyata keçirilməsi
- İstirahət günü : həftədə 1 gün
- Əməkhaqqı : 450-600 azn
Namizədlərin cv göndərməsi üçün email adres : [email protected]
VAKANSİYA 2
Zeytun Pharmaceuticals
Auditor
Tələblər:
∙ Ali iqtisadi təhsil
∙ 3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sahəsində olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
∙ Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti
Vəzifə öhdəlikləri:
∙ Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
∙ Iadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
∙ Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
∙ 1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
∙ Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
∙ Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
∙ Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
∙ Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
∙ Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
İş şəraiti:
∙ İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi) ;
∙ Nahar şirkət tərəfindən təmin olunur;
∙ Tibbi sığorta ilə təmin olunma;
∙ 6 günlük iş həftəsi;
∙ Əmək haqqı: 1000-1200 AZN.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
VAKANSİYA 3
“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Kiçik auditor
Namizədə olan tələblər:
• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Təhlil aparmaq bacarığı;
• Hesabatların hazırlanması bacarıqları.
İş haqqında məlumat:
• Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
• Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
• Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
• Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
• 5 günlük iş həftəsi ;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
Vakansiyaya müraciət üçün CV-ləri “Kiçik auditor” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 4
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Analitika üzrə kiçik mütəxəssis
Tələblər:
• Yaş: 20-25;
• Təhsil: Ali və ya orta ixtisas təhsili;
• Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
• Ezamiyyəyə getmə imkanı olmalı;
• İşində səbrli, dəqiq və məsuliyyətli olmalı;
• Səliqəli ,təmiz və ciddi görünüşə malik olmalı;
• Səlist və aydın danışığa malik olmalı;
• Yüksək səviyyədə kommunikasiya bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
• Marketinq işçilərinin gündəlik ərazi ve obyektlərdə yoxlanılması (qrafiklərə nəzarət, kənara çıxmalar, nizam-intizam, həkim vizit blanklarının və işləyən həkimlərin işçi haqqında mövcud təəssüratının yoxlanılması);
• Əməkdaşlıq etdiyimiz həkimlərin (reseptlərin alışı, canlı resept analizi) və apteklərin iş prossesinə nəzarət edilməsi və təklif və iradlarının araşdırılması;
• Satış analizi (alıcılıq dinamikasının yoxlanılması);
• Reseptlərin analizi (həkim, işçi, aptek və xəstə arasındakı resept mübadiləsinə nəzarət);
• Sürücülərin iş prossesinə nəzarət.
İş şəraiti:
• Əmək haqqı: 350-450 AZN
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Analitika üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 5
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Problemli kreditlər üzrə müfəttiş (Quba, Göyçay, Masallı)
Tələblər:
• Təhsil: Ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Problemli kredit portfellərinə nəzarət etmək
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
• Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.
İş şəraiti:
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• Telefon danışıqları və işlə əlaqədar digər xərclər şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Quba üçün: https://qlor.me/ku1akycz
Göyçay üçün: https://qlor.me/ku1altjb
Masallı üçün: https://qlor.me/kuqj0lpm
VAKANSİYA 6
Компания:“Italdizain” QSC
Позиция: Chief financial officer (CFO)
Месторасположение: г. Баку, пр. Н. Нариманова 206 (Capital Towers)
Должностные обязанности:
- Управление финансовыми потоками предприятия;
- Участие в управлении инвестициями, контроль расходов и обеспечение эффективного использования ресурсов;
- Осуществление управления активами предприятия, финансирование текущей производственной деятельности, инвестирование новых объектов;
- Контроль доходов и обеспечение предприятия финансами (в том числе и кредитными);
- Анализ и снижение возможных финансовых рисков;
- Проведение финансово-экономического анализа сделок компании и целесообразности открытия новых объектов компании;
- Участие в создании бизнес-планов и подготовка всех видов финансовой отчетности;
- Подготовка и участие в стратегическом планировании финансовой деятельности компании и предоставление на рассмотрение ежегодного бюджета по всем бизнес-единицам компании;
- Анализ фактических расходов с бюджетом, в случае отклонения от бюджета – информирование об этом;
- Подготовка ежемесячных отчетов о прибылях и убытках для всех бизнес-единиц компании;
- Подготовка и контроль ежемесячных Cash Flows и прогноз денежных потоков для всех бизнес-единиц компании;
- Работа с программой ERP над автоматизацией финансовых процессов, для обеспечения точной и быстрой подготовки всех финансовых отчетов;
Требования:
- Высшее образование (финансовое, экономическое, MBA);
- Опыт работы на соответствующей позиции от 5 лет;
- Сертификаты CIMA / FCCA / CFA / CPA;
- Знание всех аспектов финансового менеджмента;
- Знание азербайджанского, русского языков и английского языков;
- Развитые организаторские способности, лидерские качества;
Сведения о компании:
- Компания Italdizain образовалась в 1996 году в качестве торговой компании, предоставляющей качественные услуги по поставке итальянских кухонь на азербайджанский рынок. За период существования, компания закрепилась не только на мебельном рынке, но и создала новый, динамичный и диверсифицированный бизнес.
- Сегодня Italdizain представляет собой крупный холдинг, сотрудничающий свыше, чем с 450-ю европейскими и американскими компаниями и объединяющий в себе 26 бутиков –Villeroy & Boch, Ambiance, Swarovski, Royal Collection, Royal Collection - Watches & Accessories, Yves Delorme, Maison De Luxe, Chopard, Carpets Boutique, Lladro, Roberto Coin, Cartier, Graff, Glampire Timepieces, Coin Casa, Elluxus, Bang & Olufsen, Хtravaganza, телекоммуникационные компании Eurodesign, и Transeurocom.
Условия:
- Стабильная работа
- Оформление по ТК АР
- Мобильная связь
- Медицинская страховка
- Заработная плата по договоренности.
Собеседование состоится после рассмотрения всех полученных резюме.
Резюме принимаются до 14 ноября 2021 года
Просьба отправлять резюме с указанием в теме позиции «Chief Financial Officer» на e-mail: с[email protected]
Только соответствующие вышеуказанным требованиям кандидаты будут приглашены на собеседование.
VAKANSİYA 7
Mobil Group
Gömrük işləri üzrə mütəxəssis(bəyannaməçi)
Tələblər:
• Bütün Gömrük prosedurları üzrə bəyannamələrin tərtib edilməsi:
• İş qrafiki: Həftənin 6 gün (1-5 ci günlər 09:00-dan 18:00-dək 6ci gün 10:00-dan 15:00-dək)
Namizəd üçün tələblər:
- Ali təhsil;
- Aktiv və müsbət həyat tərzi, inkişafa meyilli olma;
- İş təcrübəsi ən azı 1- 3ildir;
- İxtisas Atesttatı MÜTLƏQDİR;
- Əmək haqqı Müsahibə əsasında
E-mail: [email protected]
VAKANSİYA 8
Gokbora Azerbaijan
Sales and Marketing Manager
Job Description:
- Responsible for the sales and marketing for driving business revenue performance and development of the new business opportunity
- Drive volume and revenue growth to meet or exceed agreed targets of department and to achieve revenue target
- Consult customers to monitor the quality of service they are receiving
- Aware of the latest market trends and shifts, as well as projections for the future
- Cultivate and deepen client relationships and partnerships that add value
- Any tasks as assigned by management
Job Requirements:
- Bachelor degree in Economics, Marketing, Business Administration, Management etc.
- Experience in Logistics industry is preferably
- Good presentation and team working
- Good attitude and interpersonal skill
- Good knowledge of Azerbaijani and English.
Schedule: Monday – Friday from 8:00 to 17:00
Please send your CV to [email protected] indicating applied position in the subject line.
VAKANSİYA 9
Mirlex LLC
BAŞ MÜHASİB
İş yeri: Bakı şəhəri, Suraxanı r-nu
İş qrafiki: Həftədə 5 gün (saat 9:00-dan 18:00-dək)
Əmək haqqı: 2500 AZN
İş barədə məlumat:
- Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Bütün növ hesabatların (torpaq,ƏDV,ÖMV,Mənfəət,DSMF və s.) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.
Əsas tələblər:
- Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 10 illik iş təcrübəsi;
- Rəhbər vəzifədə (Baş Mühasib olaraq) minimum 5 illik iş təcrübəsi;
- Rus dili biliyi arzuolunandır;
- MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 10
eManat
IT LAYİHƏLƏRİNİN İDARƏ OLUNMASI VƏ BİZNES ANALİTİKA ŞÖBƏSİNİN RƏHBƏRİ
Vəzifə öhdəlikləri:
• Layihələri müəyyənləşdirmək, prioritet vermək və inkişaf etdirmək üçün digər şöbə rəhbərlər ilə əməkdaşlıq edir;
• İT planlaşdırma, portfel idarəçiliyi, layihə metodologiyası çərçivəsi və resurs potensialının idarə edilməsi daxil olmaqla İT Portfolio proseslərindən məsuldur;
• İT layihə portfelində layihə idarəetmə standartlarının yerinə yetirilməsini təmin edir;
• PMO proqramına təkmilləşdirmələr aparır və sənayenin ən yaxşı təcrübələrindən istifadə olunmasını təmin edir;
• Performans idarəçiliyi, karyera artımı və inkişafı da daxil olmaqla komanda üzvlərinin nəzarətini həyata keçirir;
• Kadr planlarını yaradır. Komandanın həm daxili işçilərdən, həm də xarici kadr dəstəyindən proqnozlaşdırılan iş yükünü idarə etmək üçün lazımi şəkildə öyrədilməsini və işçilərin hazırlanmasını təmin edir. Uzunmüddətli podratçılar və/və ya işçilərin əlavə edilməsi ilə bağlı rəhbərliyə tövsiyələr verir;
• Vaxt çərçivəsini, maliyyələşdirmə məhdudiyyətlərini və layihələrin həyata keçirilməsi üçün uyğun prosesi təyin etmək üçün layihə təkliflərini təhlil edir;
• Layihə ömrü boyu layihə qrupu üzvlərinə liderlik və motivasiya verir və iş planını təsvir etmək üçün layihə işçiləri ilə məsləhətləşir;
• Layihə idarəetmə komitəsinin iclasları və vəziyyət hesabatları da daxil olmaqla layihə əlaqələrini həyata keçirir;
• Layihə risklərini və problemlərini idarə edir və azaltma planlarını həyata keçirir;
• Layihə məqsədlərinin iş məqsədlərinə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
• Layihənin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün layihə işçilərinin fəaliyyətini istiqamətləndirir.
Texniki tələblər:
• Müvafiq sahə üzrə bakalavr təhsili mütləqdir və magistr dərəcəsi üstünlükdür;
• İT Layihələrin idarə olunması sahəsində minimum 3 il, PMO üzrə isə minimum 2 il iş təcrübəsi;
• İngilis və Rus dili bilikləri olması mütləqdir;
• PMP və ya CPM sertifikatları olması mütləqdir;
• Agile, Scrum biliklərinin olması mütləqdir;
• Task Management tətbiqlərini bilmək (Jira, trello və s.) ;
• Proqramlaşdırma biliklərinin əsas nəzəriyyələrini bilmək.
Bacarıqlar:
• Güclü kommunikasıya bacarığı;
• Güclü idarəetmə və təqdimat bacarığı;
• Problem həll etmə bacarığı;
• Təşəbbüskarlıq;
• Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı.
İş şəraiti:
• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT layihələrinin idarə olunması və biznes analitika şöbəsinin rəhbəri” yazılmalıdır.
VAKANSİYA 11
Shazeli Group MMC
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
İş barədə məlumat:
- İşçi heyətinin nizam intizamına nəzarət
- Yaranan vakansiyalara uyğun işçi seçimi
- Restorandakı işçilərə nəzarət
- Stressə davamlılıq
- Yüksək ünsiyyət bacarığı
- İşə qəbul prosesi haqqında biliklərə sahib olmaq
- AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi bilikləri
- İş təcrübəsi: İnsan Resursları sahəsində ən az 1 ilədək
- Restoran şəbəkəsində təcrübəsi olanlara üstülük veriləcək.
- Cinsi: Bəy
Qeyd: İş ofis işi deyil. Restoranları gəzib işçilərə nəzarətdi. Restoranda işçi ilə bağlı yaranan problemləri həll etmək.
Əlaqə nömrəsi: 055 955 77 40
Bu tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] mail-nə göndərə bilərlər.
VAKANSİYA 12
Star Express
Vəzifə: Korporativ satış üzrə kiçik mütəxəssis
Namizədə tələblər:
• Bu sahədə 1 ilə qədər iş təcrübəsi (karqo və logistika üzrə təcrübəsi mütləqdir)
• Satış prossesləri və ümumi prinsiplərini anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Danışıqların aparılması bacarığı;
• Satış sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
• Logistik əməliyyatlar üzrə nəzəri və praktiki biliklərin olması;
• Dil bilikləri: Rus dili, İngilis dili-arzu olunandı;
• MS Office proqramları;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
• Korporativ müştərilər bazası ilə işləmək;
• Yeni və mövcud müştərilər üçün rəhbərliklə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq;
• Sifarişləri qəbul etmək və qeydiyyata almaq;
• Müştərilərdən gələn müxtərlif sorğuları cavablandırmaq;
• Müştərilərə yeni xidmətlər, yeni kampaniyalar haqqında məlumat vermək;
İş şərtləri:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı müsahibə əsasında
• İş vaxtı: həftə içi 5 gün
• İstirahət günləri: şənbə,bazar, bayram günləri
Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 13
AS Nagliyyat
Vəzifə: Satış üzrə mütəxəssis (Ağır texnika)
Vəzifə öhdəlikləri:
• Müəssisənin balansında olan texnikaların satış prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi;
• Satış ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
• Yeni satış kanallarının yaradılması və müştəri bazasının genişləndirilməsi;
Vəzifə üzrə tələblər:
• Ali təhsil;
• Sahə üzrə ənazı 3 illik iş təcrübəsi;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
• Operativlik, qərarvermə qabiliyyəti, vaxtdan düzgün istifadə bacarığı;
• Yerli tikinti-inşaat bazarına yaxından bələd olmaq;
• Kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri)
İş şəraiti:
• İş rejimi: 6 günlük iş rejimi
• Əmək haqqı: Razılaşmaya əsasən
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Satış üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.