VAKANSİYA 1
OMİD Mağazalar şəbəkəsi
Satış Məsləhətçisi (Buzovna)
Son tarix 23 dek 2021
İş haqqında məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
- Orta və ya ali təhsil;
- Elementar riyazi hesablamaları;
- Satış texnikası və prinsiplərini;
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.
İş şəraiti:
- Həftə ərzində 6 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Yaş həddi : 20-40
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- Nahar şirkət tərəfindən verilir
- Maaş 400-600
Qeyd edilən tələblərə uyğun olan namizədlər şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq göndərə və ya N.Nərmanov rayonu Əhməd Rəcəbli 184 ünvanında yerləşən baş ofisə yaxınlaşaraq işə müraciət edə bilərlər ([email protected]).
VAKANSİYA 2
Güvənli MMC
Kredit mütəxəssisi təcrübə proqramı (Bakı, Quba, Xaçmaz)
Son tarix 23 dek 2021
İş haqqında məlumat:
- Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək.
Tələblər:
- Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə,Lənkəran;
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “Təcrübəçi” başlığı ilə və regionu qeyd etməklə göndərə bilər ([email protected]).
VAKANSİYA 3
AzeriMed LLC
Satış təmsilçisi
Son tarix 23 dek 2021
Tələblər:
- Yaş: 20-40;
- Təcrübə: Tibbi nümayəndə və ya Satış təmsilçisi sahəsində iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
- Şəxsi maşının olması üstünlükdür;
- Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Vəzifə öhdəlikləri:
- Əczaçılıq kanalında brendləri inkişaf etdirmək;
- Şirkət brendlərinin böyüməsi və inkişafı üçün şərait yaratmaq;
- Müştərilərin mağazada qarşılanması və məhsullar barədə onlara ətraflı məlumat verilməsi;
- Müştərilərə məhsul seçimində kömək edilməsi;
- Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
- Görülmüş işlər haqqında gündəlik hesabatları hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 450-600 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz ([email protected])
VAKANSİYA 4
Massi
Problemli Kreditlər üzrə Mütəxəssis
Son tarix 23 dek 2021
İcra edəcəyi iş:
- Problemli müştərilərin ödənişlərini təmin etmək üçünn mütəmadi əlaqə saxlamaq
- Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
- Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
Tələb olunan peşə - ixtisas səviyyəsi:
- Problemli kreditlər üzrə minimum 3 il iş təcrübəsi
- Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
- Stressə davamlı
- Təşəbbüskar qərar qəbul etmə bacarığı
- Sürücülük vəsiqəsi mütləqdir.
İş şəraiti:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı 800 AZN
- Korporativ nömrə ilə təmin ediləcək
- İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
- İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur yalnız kişi cinsinin nümayəndələri CV-lərini Problemli Kreditlər üzrə Mütəxəssis başlığı ilə göndərsinlər ([email protected]).
VAKANSİYA 5
Adentta MMC
Logistika üzrə assistent
Son tarix 23 dek 2021
Tələblər:
- Ali təhsil
- Yalnız xanım namizədlər müraciət edə bilər
- Azərbaycan və İngilis dili üzrə sərbəst biliklər.
- Microsoft Office proqramlarından istifadə bacarığı
- Analitik düşüncə tərzi
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmə bacarığı və etibarlılıq
- Operativlik, dəqiqlik, məsuliyyət
Vəzifə öhdəlikləri:
- Məhsulların qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi
- İdxal və ixrac sənədlərinin hazırlanması, müvafiq dövlət qurumlarına təqdim edilməsi
- Xarici şirkətlərlə əlaqə zamanı müvafiq sənədlərin tələb olunması
- Qiymətləndirmə prosesinin təşkili
- Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi
- Verilmiş tapşırıqların vaxtında və operativ yerinə yetirilməsi
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Əmək haqqı 600 azn
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur ([email protected]).
VAKANSİYA 6
Texnomart Mağazalar Şəbəkəsi
Kredit mütəxəssisi (Xırdalan filialı üzrə)
Son tarix 23 dek 2021
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı
- Kompüter bilikləri
- Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı
Vəzifələr:
- Kreditin rəsmiləşdirilməsi üçün müraciətlərinin qəbulu və analizi
- Şirkətin kredit şərtləri barədə müştərilərin məlumatlandırılması
- Sənəd dövriyyəsinin idarəedilməsi
- Kreditlərin monitorinqi
- Hesabatların hazırlanması
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi subject/mövzu hissəsində "Kredit mütəxəssisi" yazıb göndərə bilərsiniz ([email protected]).
VAKANSİYA 7
Nurgun Holding
Mühasib
Son tarix 23 dek 2021
Tələblər:
- Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Mühasibatlıq və Vergi bilikləri;
- Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
- İş təcrübəsi min. 2 il;
- Yaş həddi: 28-35;
İş barədə:
- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı
- Vergi və muhasibat uçotunun aparılması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
- Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Əmək haqqı,məzuniyyətlərin aparılması
- Debitor və kreditor hesblaşmaların aparılması
CV göndərərkən mövzu qismində " Mühasib " sözünün yazılması mütləqdir! ([email protected])
VAKANSİYA 8
ŞEH LLC
Mühasib
Son tarix 23 dek 2021
İş barədə məlumat:
- Dövlət orqanlarına hesabatların təqdim olunması (hal hazırda consulting şirkəti tərəfindən göndərilsə də əməkdaşın bunu bilməsi vacibdir)
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatların 1C proqramında işlənməsi
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
- Daxili rəsmiləşdirmə sənədlərinin işlənməsi
- Müştərilərlə əlaqə.
- Üzləşmə aktlarının tərtib edilməsi.
- Müştərilərin borclarına nəzarət və borcların vaxtında qəbul edilməsi.
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər
- 1C, BTP, B3, MS Office proqramlarını bilmək
- Yalnız xanım namizədlər.
- Rus və Azərbaycan dilində sərbəst danışıq ([email protected])
VAKANSİYA 9
Sumgait Technologies Park
Maliyyə nəzarəti və mərkəzi xəzinədarlıq bölməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis
Son tarix 23 dek 2021
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsilli;
- Maliyyə sahəsində ən azı 1 - 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında (əsasən excel) yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərində yaxşı səviyyədə kommunikasiya bacarığının olması.
- Milli və beynəlxalq uçot standartlarını bilməli (ACCA sertifikatları arzuolunandır);
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalıdır;
Hansı işləri görəcəksiniz:
- Əməliyyatların daxili prosedurlara uyğunluğunun yoxlanılması və lazımı rəylərin bildirilməsi
- Ödənişlər icrası üçün lazım olan sənədlərin qəbulunun,arxivlənməsinin təmini və Elektron bank sistemi vasitəsilə gündəlik ödənişlərin həyata keçirilməsi;
- Ödəniş əməliyyatlarının ERP sistemdə uçotunun aparılması
- Nağd pul axını hesbatlarının hazılanması;
- Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması;
- Bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə nəzarəti və mərkəzi xəzinədarlıq bölməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” yazaraq 23.12.2021-ci il tarixinədək göndərilməsi xahiş olunur ([email protected]).
VAKANSİYA 10
Auditor
Son tarix 23 dek 2021
Requirements:
- Bachelor's degree - Accounting , Finance, Business Administration, or other job related field of study.
- Minimum of 3 years’ experience in required field
- Knowledge of the principles and practices of auditing.
- Ability to analyze and determine the applicability of financial data.
- Ability to draw conclusions and make appropriate recommendations for analyzed data.
- Ability to gather information by examining records and documents and interviewing individuals.
Main Responsibilities:
- Develops detailed reports on each audit conducted. Reports include a review of findings and an identification of recommendation to correct any deficiencies and methods for improvement to processes. Conducts testing of corrective actions as identified.
- Plans and conducts independent internal audits and reviews in support of the Company’s annual internal audit plan, including leading and participating in a wide variety of financial, operational, regulatory, and specialty audits.
- Conducts audits of the financial, management, and administrative procedures of assigned divisions, providers, departments, and various lines of businesses throughout the organization to ensure that procedures are in compliance. Audits include interviewing key personnel, conducting testing, evaluating internal controls, analyzing existing financial and management practices to determine effectiveness, and reviewing relevant documentation to support findings.
Terms and conditions:
- Salary depends on interview and experience plus great benefits including annual bonus
- Health Insurance Program
Interested candidates are requested to submit their CVs to by indicating the position title “Auditor” in the subject line of your email ([email protected]).
VAKANSİYA 11
AZINTELECOM
Məhsulların inkişafı üzrə mütəxəssis
Son tarix 23 dek 2021
Departament: Kommersiya
Vəzifə öhdəlikləri:
- Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək;
- Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
- Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
- İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
- Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
- Növbəti mərhələyə keçmədən əvvəl layihə qrupu və rəhbərliyi tərəfindən qiymətləndirmə üçün təklif və dizaynların təqdim edilməsi
- Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Marketinq, IT, Riyaziyyat və ya müvafiq sahədə bakalavr təhsili
- Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı
- SQL və non-SQL üzrə güclü biliklər
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq
- IT sferasında minimum 2 illik təcrübə
- Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli sahədə 1 illik təcrübə
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması bacarıqları
- Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər ([email protected]).