VAKANSİYA 1
Melissa Group
Nəzarətçi
Son tarix 10 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
- Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
- Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
- Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
- Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
- Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
- Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
- Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
- Növbə zamanı xüsusi geyim formasında olmaq
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
- Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
- Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Vəzifə ilə bağlı tələblər:
- Yaş: 20-30
- Cinsi: kişi
- Boyu: 170 sm
- Həqiqi hərbi xidməti başa vurmuş
- Təhsili: Tam orta və ya peşə təhsili
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
- Məhkumluluğunun olmaması
Əlavə məlumat:
- Əməkhaqqı: 600 AZN
- İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur
CV-lərinizi [email protected] ünvanına "Nəzarətçi" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
VAKANSİYA 2
Azeri Express Ltd
Mühasib
Son tarix 10 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (mühasibatlıq/maliyyə üzrə)
- Hesab-faktuka və e-qaimələrin yazılışı
- Vergi və sosial sığorta üzrə hesabatların hazırlanması
- Debitor və kreditor borclarının izlənilməsi, qarşılıqlı üzləşmənin aparılması
- Bank çıxarışların işlənilməsi
- Daxili mühasibatlıq sisteminə məlumatların işlənilməsi
- Gündəlik mühasibatlığa aid karguzarlığın görülməsi
- Müvafiq sahə üzrə 3 ildən artıq təcrübə
- Dil biliyi rus səlis, azərbaycan dili səlis, ingilis orta
İş barədə məlumat:
- İş cədvəli 5/2 09.00-18.00
- Nahar 13.00dan 14.00dək
- Əmək haqqı 800-900 AZN
VAKANSİYA 3
ODONTOS LTD
Satış təmsilçisi
Son tarix 10 iyl 2022 - [email protected]
Namizədə verilən tələblər:
- Yaş - 25-35
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
İş barəsində məlumat:
- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Şəxsi avtomobilinin olması vacibdir.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- İş saatı - 09.00 - 18.00
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış təmsilçisi” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 4
Performance Center Co
Receptionist
Son tarix 10 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Avtosalona daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
- Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması;
- Daxil olan telefon zənglərinin cavablandırılması, müvafiq şəxslərə ünvanlandırılması;
- Sənədlərin filiallar üzrə göndərişinin təmin edilməsi.
Namizədə bağlı tələblər:
- Ali təhsil
- Cins: Qadın
- Yaş: 21-30
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti;
- Ofis proqramları və avadanlıqları ilə işləmə bacarığı;
- Sənədləşmə və qeydiyyat işini sərbəst bilməli.
İş Şəraiti:
- Həftədə 5 iş günü, İş saatı 09:00-18:00
- Əmək haqqı: 500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Reception” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 5
BOGE Rubber & Plastics
Mühəndis
Son tarix 10 iyl 2022 - [email protected]
Slovakiyada işləyin!
BOGE Elastmetall Slovakiyada ixtisaslı mühəndislik işçiləri axtarır
Bölmələr: Rənglənmə və Vulkanizasiya
İş yeri : Slovakiya, Strojarenska 5, 917 02 Trnava
İş növü: Tam iş günü, 4 növbəli fasiləsiz iş
İşə başlamaq vaxtı : müqaviləyə əsasən
Maaş (ümumi): 720 € aylıq əsas əmək haqqı + ayın 13 və ya 14-cü günləri maaşların verilməsi + Mövcud qanunvericiliyə uyğun olaraq müavinətlər (gecə müavinəti, risk müavinəti, əlavə iş və bayramlara görə əlavə müavinətlər, ...)
Ümumi əmək haqqı 1300 €, xalis əmək haqqı: 990 €
İşin, səlahiyyətlərin və vəzifələrin təsviri:
Avtomobil sənayesi üçün hissələrin vulkanizasiyasını/rənglənməsini həyata keçirmək
Təmizləmə, kalibrləmə, geri itələmə, hissələrin yığılması, maşına texniki qulluq, mərkəzləşdirilmiş qranul paylanması (CGD) xidmətini həyata keçirmək
Sınaq planlarına uyğun olaraq əməliyyatlarda məhsulun keyfiyyətinə nəzarəti və yekun yoxlamanı tamamlamaq
Müvafiq sənədləri doldurmaq
Üstünlüklər və işçilərin faydaları:
- geniş sosial proqramlar, əlavə pensiya yığılması, standartdan üstün tibbi xidmət, (yemək biletləri, yeməyin qiyməti: €1,20 -dan başlayan qiymətlərlə, vitamin paketləri, daimi müştəri kartı...)
- müqavilənin 24 ay sonra uzadılması
- təminatlı mənzil
- yemək iş vaxtında yeməkxanada verilir
Vakansiyanın təhsil tələbləri:
- orta məktəb (attestat mütləqdir)
- orta peşə məktəb (qurtarma diplom ilə)
- bakalavr/ magistr diplomlarının olması üstünlükdür
Bu sahədə təcrübə tələb olunur:
- Aidiyyatı sahədə minumum 2 il təcrübə vacibdir.
İşçidən tələb olunur:
- 4 növbəli iş qrafikində işləməyə hazır olmalı (zavod fasiləsiz iş rejimində çalışır.)
- əl bacarıqlarının olması
- sağlamlıq: nəfəs alma, onurğa və ya qollarda problem olmaması, yaxşı görmə və eşitmə tələb olunur
- işdə texniki düşüncə, işi sürətlə yerinə yetirmək bacarığı
Dil tələbləri:
- Rus dilində danışıq qabiliyyətinin olması (xüsusi ilə texniki terminləri anlamaq və danışmaq bacarığı).
- İngilis dilinin bilinməsi üstünlükdür.
CV-lərinizi qeyd olunan ünvana həm Azərbaycan dilində, həm də İngilis dilində göndərin. Seçilmiş namizlərlə birbaşa əlaqə saxlanılacaq.Qeyd olunan əlaqə nömrəsi sadəcə 10:00-17:00 arası xidmət üçün təyin olunub.Əlavə saatlarda zəng etməməyiniz xahiş olunur.
Əlaqə: +994 55 423 24 10.
VAKANSİYA 6
Embawood
Uçotçu
Son tarix 10 iyl 2022 - Müraciət et
Təsvir:
- Mühasibat uçotunun aparılması və mağaza statistik və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək
- Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq
- Zəruri hallarda mağazanın satış prosesində iştirak etmək
- Anbara daxil olmuş malların düzgün və vaxtında qəbul edilməsinə nəzarət etmək
- Mağaza büdcəsinin tərtibində iştirak etmək. Mağaza büdcəsinin xərclər hissəsini optimallaşdırmaq və nəzarət etmək
- Mal gətirənlərlə hesabat aparmaq
- İnventarlaşmada iştirak etmək
- Mağazanın sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibi və göndərilməsi
- Şirkətin korporativ e-mail ünvanını mütəmadı olaraq yoxlamaq və gələn e-mailları gün ərzində cavablandırmaq
- Mağazada işçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- Ən azı 1 il iş təcrübəsi
- MS Office, 1C biliyi
- Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
- Ünsiyyət qurma bacarığı/
Əmək haqqı: 400-700 AZN
VAKANSİYA 7
FS Code
Rəqəmsal Marketinq Mütəxəssisi
Son tarix 10 iyl 2022 - Müraciət et
Tələblər:
- Google Adwords, Facebook Ads Manager, Google Analytics, Tag Manager, SemRush, Search Console ilə işləmə bacarığı
- Digital kanallarda reklam fəaliyyəti
- SEO optimizasyası
- Email Marketing
- Rəqəmsal marketinq strategiyasının planlaşdırılması və həyata keçirilməsi
- İngilis dili (yazılı və danışıq)
Əlavə üstünlük:
- SaaS və ya qlobal startuplarda iş təcrübəsi
Görüləcək işlər:
- Şirkətin tərkibindəki digital məhsulların marketing strategiyalarının müəyyən edilməsi, KPl-ların qoyulması və təqdim edilməsi;
- Hədəf kütləsinə uyğun kanallarda reklamların yerləşdirilməsi və ölçülməsi;
- SEO üzərindən sayı
Müraciət qaydaları:
Uyğun namizədlər aşağıdakı formu dolduraraq müraciət edə bilərlər.
VAKANSİYA 8
AEM Elektron
Kassir
Son tarix 10 iyl 2022 - [email protected]
İş haqqında ümumi məlumat:
- Xanım namizədlər
- Kassa əməliyyatlarını bilməli
- Gündəlik və aylıq kassa hesabatlarının tərtib edilməsi
- Müdriyyətin tapşırdığı işləri və hesabatları vaxtında yerinə yetirməli
- Rəhbərliyə lazimi məlumatları hazırlayıb təhvil verməli
- İş təcrübəsi 1ildən 3 ilə qədər
- Yaş: 23-35
- Punktuallıq,işində səliqəli və dəqiq olmalı
- Düzgün nitq, Azərbaycan dilini səlis bilməli (Rus dili biliyi üstünlükdür)
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.
- İş Saatı 09:00-19:00
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
- Nahar təminatı
- Əmək haqqı 400 manat.
CV-lərinizi e-mail ünvanına “Kassir” başlığı ilə göndərməyiniz xahiş olunur
VAKANSİYA 9
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC
Texniki ofis mühəndisi
Son tarix 10 iyl 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (inşaat mühəndisi (Mülki inşaat,nəqliyyat tikintisi mühəndisliyi sahələri üzrə);
- Yaş həddi 35 yaşadək;
- Texniki şöbədə 3 ildən az olmayan iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət),
- İngilis dili (upper intermediate);
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
- Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
- Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
- Kompüter bilikləri: MS Office proqramları və AutoCad;
- Ezamiyyətlərə hazırlıqlı olması
İşin təsviri:
- Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi
- Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi.
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi.
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.
- Qiymətləndirmə üçün hesabatların aparılması
İş qrafiki:
- Bazar ertəsi – Şənbə:
- Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (texniki ofis mühəndisi) vakansiyanın adını qeyd edəsiniz.
VAKANSİYA 10
ODONTOS LTD
Ofis meneceri
Son tarix 10 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş: 23-30
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı;
- Səlis, aydın danışıq tərzi;
- Satış bacarığı, təqdimat qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
- Yalnız xanım namizədlər müraciət etsinlər;
İş barədə məlumat:
- Şirkətə daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı;
- Ofis ləvazimatlarının sifariş edilməsi və siyahı ilə yoxlanılıb, təhvil götürülməsi;
- Ofisə gələn qonaqların və müştərilərin nəzakətli qarşılanması, müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi və yönləndirilməsi, yola salınması;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi;
- İclas və görüşlərin təşkili;
- Kargüzarlıq işlərinin (sənədləşmənin) aparılması;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
İş qrafiki – həftənin 6 günü. Şənbə günü 09.00 – 14.00
Əmək haqqı 450 AZN.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ofis meneceri” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.
VAKANSİYA 11
Unimetal
Korporativ satış üzrə Mütəxəssis
Son tarix 10 iyl 2022 - [email protected]
İş barədə məlumat:
- Şirkətin məhsulllarının (qara metal və rəngli metal) korporativ satışlarını həyata keçirilməsinin təşkil olunması
- Korporativ müştərilər ilə əlaqələr quraraq, şirkətin məhsullarında dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Sərgi və tədbirlərdə iştirak etmək.
- Reklam kompaniyalarını aparmaq
- Daxili bazar araşdırmasını etmək
- Xarici bazar araşdırmasını etmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Potensial müştəriləri cəlb etmək
- Potensial müştərilər ilə danışıqların aparılması
- Potensial müştərilərin tələblərini öyrənmək və analiz etmək
- Potensial müştərilər üçün təkliflər hazırlamaq və təklif etmək
- Korporativ satışları həyata keçirmək
- Potensial müştəri və müştərilər ilə daim kommunikasiyanı qoruyub saxlamaq
- 6 günlük iş həftəsi, 1-5ci günlər saat 10:00-18:00, şənbə günləri saat 11:00-17:00 kimidir.
- Əmək haqqı müsahibə zamanı bilinəcək
Namizədə tələblər:
- Yaş həddi 30-50
- Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Ünsiyyətcil, mehriban, pozitiv olmaq
- Kollektivdə işləmə bacarığı
- İş təcrübəsi: Satış üzrə 5 il
- Şəxsi avtomobil olanlara üstünlük veriləcək
Qeyd: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Korporativ satış üzrə Mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.
VAKANSİYA 12
Papa John’s Azərbaycan
Marketinq menecer
Son tarix 10 iyl 2022 - [email protected]
Tələblər:
- Marketing sahəsində 5 il iş təcrübəsi
- Fundamental Marketinq və Digital marketing üzrə bilikləri
- Azərbaycan, Rus və İnglis dilində sərbəst danışıq mutləqdir.
- Ali təhsil mütləqdir
- Yüksək idarəcilik və təşkilatcılıq bacariqları
Öhdəliklər:
Marketinq planlaşdırılması və hesabatlar:
- Şirkətin marketing siyasətinin planlaşdırılması
- Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi
- Ötən dövr üzrə marketing fəaliyyətinin nəticələrini nəzərə alaraq, illik marketing-təqvimi hazırlanması
- Bazar araşdırılmaları, rəqiblərin qiymətləndirilməsi və lazımi analizlərin aparılması.
- İaşə sahəsində bazarın qiymətlərin, çeşidin, carı təkliflərin öyrənilməsi və lazımi analizlərin aparılması
- Büdcələmə
Kampaniyalar və dizayn:
- Aylıq promoaksiyalarını və təkliflərini hazırlanması
- Qrafik dizayn içlərinin nəzarəti
- Marketinq fəaliyyətinin nəticələrin və statistikasını tərtib etmək
- Nəticələrin təqdimatı üçün prezentasiyaların hazırlanması
Françayzinq hesabatları:
- Papa John’s beynəlxalq ilə daimi danışıqların və məsləhətləşmələrin aparılması.
- Tələb olunan hesabatların hazırlanması və göndərilməsi (Satış üzrə hesabatlar, marketinq təqvim, satılan məhsullar üzrə hesabat və s.)
Digital Marketinq:
- SMM üzrə biliklər (Instagram, Facebook, Twitter, YouTube və digər platformalar)
- SMM üzrə xidmət göstərən şirkətin işlərinə nəzarət
- SMM aylıq konktetin təstiqlənməsi ( Instagram, Facebook)
- SEM (Google Ads)
- Targeting ( Facebook Business, Google remarketing)
- Analytika (Google Analytics)
- Email və SMS Marketing
- Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdjənin müəyyənləşdirilməsi, büdjə xərcləri hesabatının aparılması
- Online Sifariş saytınında yaranan problemlərin üzrə İT menecerə və işləyən beynalxalq şirkətlərə məlumat verilməsi və problemlərin həll ediməsinə nəzarət
- Online Sifariş saytınında dəyişiklik edilməsi və aksiyaların tərtibi (İT menecer ilə və işləyən beynalxalq şirkətlərlə birlikdə)
Offline marketinq və reklam daşıyıcıları:
- Outdoor reklamlar (Metro, Bilbodlar, Liftlər, Avtobuslar və s)
- Bukletlərin paylanması üzrə planın tərtibi və nəzərəti
- Bütün reklam materiallarının vaxtında dizayn və çap olunmasına nəzarət və həmin reklam materialları ilə restoranların təchiz edilməsini təmin etmək.
- Restoran menyusuna nəzarət (yeniliklərin əlavə edilməsi, menyunun vəziyyətinə nəzarət, restoranların yeni menyularla vaxtında təşhiz edilməsi).
Partnyorluq , tətbirlər və sponsorluq:
- Potensial partyorların tapılması
- Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
- Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
- Büdcənin tərtibi
- Sponsorluq və tətbirlər üçün hesabatların və budcəsinin hazırlanması
- Tətbirlər üçün lazım olan reklamın hazırlanması və tətbir vaxtı nəzarət
Müştəri xidmətləri:
- Online sorğu platformanın tərtibi
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)
- Müştərinin şikayətinə dərhal reaksiya vermək və rəhbərliyə həmin şikayət barədə məlumat vermək.
İş Şərtləri:
- 6 günlük iş günü
- Rabitə xərclərinin şirkət tərəfdən ödənilir.
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Marketing Manager” mövzusu altında elekton ünvanına göndərə bilərlər.
VAKANSİYA 13
Competo
Marketing Manager
Son tarix 10 iyl 2022 - [email protected]
Должностные обязанности:
- Участвовать в разработке и непосредственном проведении рекламных кампаний для партнеров в офлайне (радио, наружная реклама, indoor, outdoor)
- Планировать и проводить промо-акции, лотереи, event-мероприятия и готовить отчетность о результатах
- Контролировать и развивать присутствие POSM партнеров и бренда Umico в торговых точках
- Систематизировать запросы партнеров и проводить рекламные кампании в рамках согласованных активностей
- Заниматься подготовкой графического, фото- и видео-контента, трансляций, текстов совместно с подрядчиками
- Контролировать и своевременно обновлять визуалы в рекламных каналах (indoor, outdoor)
Требования к кандидатам:
- Опыт работы в сфере маркетинга или в рекламном агентстве от 2х лет
- Опыт запуска промо-акций, проведения event-мероприятия и офлайн-рекламных кампаний для крупных брендов ( FMCG/телеком/ банк)
- Креативность и нестандартный подход
- Дисциплинированность и умение работать в рамках оговоренных сроков
Условия:
- Заработная плата: договорная
- График работы – понедельник – пятница с 09:00 по 18:00
Кандидатов просим отправлять свое резюме c указанием в теме «Marketing Manager» на e-mail.
VAKANSİYA 14
SR Group Co MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 10 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan, Rus dili biliyi, ingilis dili arzuolunandır
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
- Keyfiyyət üzrə təlimləri verə biləcək səviyyədə təqdimat qabiliyyətinə malik olmalı
- Yüksək ünsiyyət və analitik düşünmə və komandada işləmək bacarığına sahib olmalıdır
Vəzifələr:
- Keyfiyyət standartlarına riaət edilməsinə nəzarət
- İşçi heyətinin və eyni zamanda müştərilərin təlimatlandırılması
- Müəssisənin iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak edilməsi
- Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlanması
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV elektron ünvana təqdim edə bilərlər.
VAKANSİYA 15
AMO Group
Marketinq üzrə Mütəxəssis
Son tarix 10 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
- Şirkətin web saytının yaratmalı və ona nəzarət etməli
- Şirkətin brendbukunu yaratmalı və ona nəzarət etməli
- Şirkətin sosial şənəkələrini yaratmalı və ona nəzaərt etməli
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir və bunun üçün təkliflər hazirlayır
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Şirkətdə Marketinq planının hazırlanması təmin etməli
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir
Tələblər:
- Ali təhsil (marketinq və ya biznes idarəçiliyi üzrə)
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi olmalı
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan , rus və ingilis dilini bilməli
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək,
- Dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq təyin olunacaq.
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis ” qeyd edərək göndərə bilərsiniz.
VAKANSİYA 16
Company
İR üzrə mütəxəssis
Son tarix 10 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 2-3 il təcrübəsi olmalı
- MC Excell və 1C proqramlarında işləmək bacarığı
- Azərbaycan dili mükəmməl olmalı
Vəzifələr:
- Əmək qanunvericiliyinə, prosedurlar və təlimatlara müvafiq olaraq işçilərin işə qəbulunu, bir vəzifədən digər vəzifəyə keçirilməsini və işdən azad edilməsini həyata keçirmək, işçilərin şəxsi işlərini hazırlamaq;
- Əmək kitabçalarını qəbul etmək, qeydlər aparmaq, əmək stajını hesablamaq, yeni əmək kitabçaları sifariş etmək;
- İş vaxtının qeydiyyat cədvəlini hazırlamaq;
- Məzuniyyət cədvəlinin təşkil etmək, işçilərin istifadə etdiyi məzuniyyətləri siyahıya almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətləri rəsmiləşdirilmək;
- Ezamiyyətləri rəsmiləşdirmək və siyahıya almaq;
- İşçilərə əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr təqdim etmək;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
- Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər.
VAKANSİYA 17
Karvan - L
Xarici satınalma mütəxəssisi
Son tarix 10 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Logistikanın təşkili üçün qiymət araşdırılması
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsiSatın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
- Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini təqdim etmək
- Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
- Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
- Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
- Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
Namizədə tələblər:
- Şirkət elmi istehsalat sahəsi olduğu üçün, texniki kimya və loğistika sahəsində təcrübəli namizədlərin olması üstünlükdür
- Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
- İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər
- İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Komanda ilə işləmək bacarığı
- Analitik düşünmə və komanda ilə işləmə bacarığı
- Analiz və idarəetmə bacarığı
- 27 – 40 yaş
- Xanım namizədlərə üstünlük verilir.
- AR üzrə sənədləşmə
- 5 günlük iş qrafiki, ünvan:, Babək prospekti
Əmək haqqı: 800-1500 AZN (təcrübəyə görə dəyişir)
Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Əlaqə nömrəsi; 055 493 70 04 Leyla x.
Vakansiyalar barədə məlu
VAKANSİYA 18
Kontakt Home
Aparıcı satınalma mütəxəssisi/Kateqoriya meneceri (HPC istiqaməti)
Son tarix 10 iyl 2022 -
Vəzifə öhdəlikləri:
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi - 3-5 il (supermarket şəbəkələrində təcrübə arzuolunandır);
- Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 19
Azcargo Logistics and Management Services
Satış üzrə mütəxəssis (korporativ)
Son tarix 09 iyl 2022 - [email protected]
İş barədə məlumat:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış ola biləcək müştərilərlə əlaqə qurulması, ehtiyaclarının təyini və görüşlərin təşkili və ehtiyac olduqda görüşlərdə iştirak
- Müştərilərin müxtəlif qaynaqlardan axtarışı
- Müştərilərlə əlaqələr qurulmasının planlaşdırılması
- Mütamadi olaraq mövcud müştəri bazası üzrə email vasitəsi ilə şirkətin xidmətləri ilə bağlı kompaniya və ya məlumatların yönəldilməsi.
- Görüş sonrası əldə edəcəyi məlumatlara əsasən təkliflərin hazırlanması
- Axtarış sistemləri üzrə işləmə bacarığı
- Satış öncəsi və sonrası müştəri bazasına daima nəzarət (ödənişlər, gecikmələr və s.)
- Həftləik və aylıq hesabatların hazırlanması
- Əmək haqqı: 800 AZN + Bonus
Namizəd üçün tələblər:
- Yaş: 25-35
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
- Azərbaycan dilini səlis bilməli.Rus dili arzuolunandır.
- Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
- Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
- Sosial şəbəkələrin idarəsi təcrübəsi.