Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1300-1400-1500 manat - 20 VAKANSİYA
Dövlət qurumu protokol şöbəsinə - İŞÇİLƏR AXTARIR - VAKANSİYALAR
"Prior Leasing" işçi axtarır - MAAŞ 700-900 MANAT - VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank" işçi axtarır - VAKANSİYA
"Ram Holdinq" işçi axtarır - MAAŞ 700 MANAT - VAKANSİYA
"A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
Bakıdakı məşhur ABŞ şirkəti işçi axtarır - VAKANSİYA
"Aztech and Tegeta Motors" işçi axtarır - MAAŞ 1477 MANAT - VAKANSİYA
"Atena Group" CSC işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
"Anglo American Development Company" işçi axtarır - VAKANSİYA
VAKANSİYA 1
Rifah Group
Operator
Son tarix 29 sen 2022 - [email protected]
Vəzi̇fə öhdəli̇kləri̇:
- Partnyor və müştərilərə kompaniya , şərtlər və məhsullar haqqında məlumat vermək
- Müştəri və partnyorlarla danışdıqdan sonra CRM proqramına qeydiyyatlnl aparmaq
- Daxil olan araşdırma və dəqiqləşdirmə müraciətlərini digər şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək
- Gün ,ay ərzində analitik təhlilin və hesabatların nəticəsini rəhbərliyə təqdim etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
Nami̇zədə tələblər:
- Azərbaycan dilini mükəmməl bilməli (rus dili arzuolunandır)
- Müştərilərlə iş və call center üzrə iş təcrübəsi arzuolunandır
- Səlist nitq və fikrin düzgün bizah edilməsi
- Yüksək ünsiyyət qabiliyyəti
- Operativlik
- Stressə davamlılıq
- Məsuliyyətli və səbirlilik
- Müştəriləri diqqətlə dinləyib təlabatını operativ formalaşdırmaq
- Komandada işləmək bacarığı;
- Əmək haqqı: 400AZN+bonus
- İş qrafiki : 10:00 -19:00
- İş yeri: Bakı şəh.
- İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində“Operator” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 2
Sirab ASC
Maliyyə üzrə kiçik mütəxəssis
Son tarix 29 sen 2022 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);
- Komputer bilikləri: MS Office – Orta;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Minimum təcrübə: 1 il;
- Riyazi biliklər və analitik düşünmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi;
- Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar;
- Mikro ERP proqramında işləmək bacarığı.
İş barədə:
- Debitor-kreditorlar üzrə hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;
- Qaytarma sənədlərinin yoxlanması və sistemə işlənilməsi;
- Satış prosesinin müştərilərlə bağlanan müqaviləyə uyğunluğunun yoxlanması;
- Satış edilən məhsulların sənədlərinin yoxlanması, yalnışlıqlar olduqda düzəlişlərin olunması və sistemə işlənməsi;
- Anbar qalıqları üzrə düzəlişlərin olunması;
- Maliyyə sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
- 6 günlük növbəli iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 500-650 AZN;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Maliyyə üzrə kiçik mütəxəssis” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 3
MCB BOKT
Mühasib
Son tarix 29 sen 2022 - [email protected]
Maaş: 600 manat
Müqavilə şərti: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Ödəniş tapşırıqlarının hazırlanması
- Lizinq və kredit ödənişlərinin sistemə işlənilməsi
- E-qaimlərin göndərilməsi
- Statistika və vergi hesabatlarının hazırlanması
- Gündəlik mühasibat yazılışlarının verilməsi
Tələblər:
- Cinsi: Kişi
- Təhsil:Ali (mühasibat uçotunu bitirənlərə və (və ya) beynəlxalq sertifikasiya imtahanlarında uğur qazananlara üstünlük verilir)
- Yaş həddi: 22-30
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dili bilənlərə üstünlük verilir
- Məsuliyyətli və dəqiq olmaq
- “B” kateqoriyaya aid sürücülük vəsiqəsi
- Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlar
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
Gulfstream Distribution
Korporativ Satış Meneceri
Son tarix 29 sen 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- İT həllərin aktiv satışları və təşviqi;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- Korporativ müştəri bazasının genişləndirilməsi
- Təklif əsasında müqavilə və digər zəruri sənədlərin hazırlanması
- İşgüzar və korporativ danışıqların aparılması;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
Namizədə dair tələblər:
- Ali təhsil. İnformasiya Texnologiyaları sahədə bəyəniləndi
- Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması
- Azərbaycan,Rus dillərində sərbəst danışıq, İngilis (korporativ yazışma)
- Özünə güvən, yüksək motivasiyalı, güclü sahibkarlıq, yenilikçilik bacarıqları.
İş şərtləri:
- Beş günlük iş həftəsi
- Dinamik İT şirkətində maraqlı iş
- Bonus sistemi
- Korporativ nömrə,sığorta, yanacaq xərcləri şirkət tərəfindən təmin edilir
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Korporativ Satış Meneceri” qeyd etmələri xahiş olunur.
VAKANSİYA 5
BakuMart
Mühasib
Son tarix 29 sen 2022 - [email protected]
Ştat sayı: 2
İş rejimi: 6 günlük
Əmək haqqı: 800 – 1000 azn ( net )
İş yeri: Meyvəli bazar (oğlan namizədlər) və ofis (həm xanım, həm də bəy namizədlər müraciət edə bilər)
İş haqqında:
- 1C proqramında və exceldə mükəmməl işləmək bacarığı
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Elektron qaimələrin kəsilməsi
- Üzləşmə aktlarının icrası
- Bank əməliyyatlarının yerinə yetirilməsi
Namizədə tələblər:
- Təhsil : Ali - İqtisadiyyat,maliyyə,riyaziyyat,mühasibatlığı bitirənlərə üstünlük veriləcək
- İş təcrübəsi : 3 il
- Davranış səriştəsi : Vaxtın düzgün idarə olunması,analiz etmək bacarığı
IQ səviyyəsi yüksək və tələblərə cavab verən namizədlər “mühasib-meyvəli” və ya “mühasib-ofis” başlığı altında CV-i e-mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
Garderobe Boutique
Satıcı
Son tarix 29 sen 2022 - [email protected]
İşin təsviri: Mağazanı səliqədə saxlamaq, müştəriləri gülərüz qarşılayıb satış etmək, geyimləri mütəmadi çəkmək və paylaşım üçün smm əməkdaşına göndərmək və s
İş saatı: 10:00 – 20:00 (Nahar fasiləsi : 2 saat)
İstirahət günü: Şənbə günü
Yeləşmə: Gənclik metrosunun üstündə, Caspian Shopping Center, Mağaza № 03
Əmək haqqı: 450 fiks + satışdan bonus (ortalama 600-650 Azn qazanc)
Namizəddən tələblər:
- Cins-Xanım
- Yaş-18-35 yaş arası
- İş təcrübəsi olanlara üstünlük veriləcək.
- Dil biliyinin olması üstünlükdür.
- Geyim sahəsində çalışanlara üstünlük veriləcək.
Üstünlük:
- AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşmə
- Əmək haqqının satışa görə tənzimləndiyindən artan əmək haqqı
- Gələcəyə doğru vəzifə artımı
- Oturaq iş rejimi
- Mağaza tərəfindən “Satış”, “Çəkiliş texnikası” mövzusunda təlimlərin keçirilməsi
- Geyimləri şəxsi istifadə üçün xüsusi endirimlə almaq imkanı
Müraciət:
Maraqlanan şəxslər Günel Mehdiyeva, (055) 320 30 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər və ya email adresinə CV göndərə bilərlər.
VAKANSİYA 7
Intex Audit
Köməkçi mühasib
Son tarix 29 sen 2022 - [email protected]
Tələblər:
- Azı 1 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- 1C 8.3 mühasibat proqramında iş təcrübəsi yaxşı səviyyədə olmalıdır;
- Mühasibat uçotunu bilməli; BTP proqramında işləməyi bacarmalı;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- Azərbaycan dilini mükəmməl bilməlidir, Rus və İngilis dilini də bilmək əlavə üstünlükdür;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
Vəzifələr:
- Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
- Hesabatlarının hazırlanması (əvəzləşmələr);
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- ƏDV Depozit hesabı əməliyyatlarının icrası, Bank əməliyyatlarının işlənməsi-yerli və xarici ödəniş tapşırıqlarının hazırlanması;
- Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi;
- Qaimə-fakturaların yazılması, hesab-fakturaların yazılması, elektron qaimələrin kəsilməsi;
- Məxfilik prinsiplərinin qorunması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi (saat 09:00 - 18:00);
- Əmək haqqı 600 manat təşkil edir.
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını email ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
AEV
1C operator (Sədərək Ticarət Mərkəzi)
Son tarix 28 sen 2022- [email protected]
Vəzifə öhdəlikləri:
- Mədaxil və məxaric sənədlərinin hazırlanması;
- Fakturaların qeydiyyatı
- Satış sənədlərinidə məlumatların düzgünlüyünü yoxlamaq
- Dəyişiklik sonrası qaimələrin yekun fromasını hazırlamaq
- Malların hərəkəti barədə sənədlərdəki məlumatların düzəldilməsi
- Geri qaytarılan malların sənədlərinin qeydiyyatı
- Analitik hesabatların formalaşdırılması
- Stok qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
Namizədə tələblər:
- Müvafiq sahədə təcrübə: 1-3 il
- 1C və Ofis proqlarmlarında işləmə bacarığı
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus dili üstünlükdür
- Yaş həddi: 20-35
İş şərtləri:
- 6 günlük iş həftəsi
- İş saatı 8:00 –dan 17:00 -dək
- İstirahət günü Bazar günüdür
- Əmək haqqı 500-600 AZN
Namizədlər CV –ni elektron ünvanının mövzu bölməsində “1C operator” qeyd etməklə müraciət edə bilərlər.
VAKANSİYA 9
DO IT MMC
Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması üzrə mütəxəssis
Son tarix 29 sen 2022 [email protected]
Öhdəliklər:
- Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
- Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması;
- Elektron sənəd dövriyyəsi sisteminin layihə planı və texniki tapşırığa uyğun olaraq tənzimlənməsi;
- Sifarişçinin texniki işçi heyəti və elektron sənəd dövriyyəsi sisteminin istifadəçiləri üçün təlim keçirilməsi;
- Layihə texniki sənədlərinin hazırlanması;
- Tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminə texniki və konsultasiya dəstəyi.
Tələblər:
- Yaş: 20-30
- Təhsil: Ali
- İş təcrübəsi: 1-3 il
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
- Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
- Ali təhsil, texniki sahədə arzuolunandır;
- Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
- İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi.
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı: 800-1200 AZN.
Əlaqə: (012) 511 17 13
Əlaqədar şəxs: Rüstəm Ağayev
VAKANSİYA 10
AZ FP Co LTD
Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı / baş mütəxəssis
Son tarix 29 sen 2022 - [email protected]
Namizədə gözləntilər:
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi.
- Bir başa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil -Biznesin idarəedilməsi üzrə (Menecment) ;
- 1-3 il uyğun sahədə iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə, Rus dilini orta səviyyədə bilməli;
- Microsoft Office proqramlarını (Excel, Word, Visio PowerPoint) yaxşı səviyyədə bilməli
İş şəraiti: Ünvan: Bakı-Şamaxı yolu 15-ci km. (Müşfiqabad qəs.)
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı / baş mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz
VAKANSİYA 11
Webzool Creative Inc.
WordPress Developer
Son tarix 29 sen 2022 - [email protected]
Weekly 40 hours – full-time, remote work
Competitive salary: 1300-1400 AZN (depending on candidate’s experience).
Job duties will be performed in a full-time remote setting.
Job Requirements:
- Developing simple/medium level websites which will include pages like homepage, about, blog, forum, contact us, etc.
- Developing custom WordPress templates
- PHP, HTML, JS, CSS, SQL skills are plus
- Writing effective, scalable code
- 1+ year of WordPress experience
- Skills with version control tools (Git, SVN, etc.)
- Good understanding of English
If you think you are a good fit and if you would like to become part of a growing company and grow with us, please don’t hesitate to send your resume now. Candidates should send their CVsby including vacancy name in subject field. If you think you are a good fit and if you would like to become part of a growing company and grow with us, please don’t hesitate to send your resume now.
Candidates should send their CVs by including vacancy name in subject field.
VAKANSİYA 12
Ləzzət Qida Sənaye
Satış təmsilçisi
Son tarix 29 sen 2022 - [email protected]
Tələblər:
- 30 yaşdək;
- Təhsil – Ali (dəqiq fənlər üzrə ixtisas tələb olunur);
- Dillər: İngilis və rus dili arzu olunandır;
- Ünsiyyət qurmaq bacarığı;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalı;
Vəzifələr:
- Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə çatdırmaq;
- Bu təlimata əlavə olunan plan və hesablaşmalar qaydalarında tərtib edilən həcmdə mallar satmaq;
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
- İşini keyfiyyətlə yerinə yetirmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb Şöbənin Menecerinə yazılı surətdə təqdim etmək;
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
- Məhsulu satışa hazırlamaq və realizə etmək;
- Məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək;
- Məhsula satış görünüşünü vermək:
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək
İş şəraiti:
- Həftədə 5 iş günü
- Bakı şəhərində yaşayan namizədlərə üstünlük verilir.
Adres: Bakı şəhəri ,Xətai rayon Xocalı pr.37
Əlaqə nömrəsi: (012) 310 35 55
VAKANSİYA 13
Climaservice Baku MMC
Kargüzar- koordinator
Son tarix 29 sen 2022 - [email protected]
Əmək funksiyaları:
- Cəmiyyətdaxili və cəmiyyətin kənar qurumları ilə aparılan bütün yazışmaları (kağız və elektron) habelə, bütün növ sənədləşmənin uçotunu aparır. Göndərilən sənədləri redaktə edir və göndərilməsini təmin edir.
- Cəmiyyət üzrə metodiki vəsaitlərin ( təlimatların) qeydiyyata alaraq, yayaraq (tirajlama) məsul şəxsə təqdim edir.
- Vətəndaş müraciətlərini (“Climaservice Baku MMC üzrə daxil olan sənədlərin qeydiyyatı kitabı”) qeydə alır və aidiyyəti üzrə istiqamətləndirilməsini, onların “Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinə baxılması haqqında Qanun” tələblərinə uyğun cavablandırılmasını təmin edir.
- Daxil olan sorğuların müəyyən edilmiş prosedur əsasında reysterdə işlənməsini və icra vəziyyətini izləyir. Uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verir.
- Şirkətin ayrı-ayrı struktur bölmələrinin (əməkdaşların) iş və xidmətlərlə dair işin və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaiyyətinə nəzarətini edir.
- Cəmiyyətə məxsus stasionar və mobil telefona daxil zəngləri qəbul edir, qeydiyyata alır və aidiyyatı üzrə istiqamətləndirir. Rəhbərliyə zəng barəsində məruzə edir və tapşırıq əsasında onu emal edir.
- Cəmiyyətə məxsus [email protected] elektron poçt ünvanına daxil olan müraciətləri qeydə alaraq rəhbərliyə məruzə edir və tapşırıq əsasında kargüzarlığın təşkili qaydalarına uyğun emal edir.
- E-məktub ünvanını hər iş günü saat 10:00, 14:30, 17:30 baxış keçirdir, aidiyyatı üzrə yönləndirir və ya cavablandırılmasını təmin edir.
- Cəmiyyət üzrə müdriyyətə imzaya verilən sənədləri nəzərdən keçirir, Cəmiyyətdaxili CS-P-001 saylı “Sənədlərin idarə edilməsi prosedur”-na uyğunuğunu yoxlayıb onları sistemləşdirir və imzaya təqdim edir. Uyğun olmayan sənədlərə istiqamət verərək düzəliş edilməsini təmin edir.
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi və rəhbərliyə təkliflər vermək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
Namizədə olan tələblər:
- Yalnız xanım namizədlər;
- Yaş tələbi 22-40;
- Ali təhsil - arzu olunandır;
- MS Office ( əsasən excel) - mütləqdir;
- Azərbaycan dili mütləqdir, rus dili arzu olunandı;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı, sərbəst nitq qabiliyyəti;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və komanda daxilində işləmək bacarığı.
- İş təcrübəsi kargüzarlıq, sənəd dövriyyəri, layihə koordinatoru sahələrindən biri və ya bir neçsəi üzrə arzu olunandır.
- İşlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələri haqda təssəvürü olmalıdır.
- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməlidir.
- Kargüzarlığın təşkili prinsipləri haqda təssəvürü olmalıdır;
- MS Office proqramlarını;
- İnkişafa meyilli, çeviklik, təşəbbüskarlıq, yaradıcılıq, qərar vermə qabiliyyətinin olması.
İş şəraiti:
- 6 günlük iş həftəsi, şənbə günü qısa gün.
- İş yeri 20 yanvar metrosuna yaxın. H.B. Zərdabi 89 pr.
Əmək haqqı: Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə. Əmək haqqı müsahibə əsasında 500-1000 AZN aralığında olmaqla namizəddən aslı olaraq təyin olunur.
CV-ləri vakansiya adını göstərməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 14
Veliev MMC
Marketinq şöbəsinin rəisi
Son tarix 29 sen 2022 - [email protected]
Vəzifə və Öhdəlikləri:
- Rəqəmsal, reklam, kommunikasiya və yaradıcılıq marketinqi üçün strategiyalar hazırlamaq;
- Marketinq şöbəsinin aylıq, rüblük və illik büdcələrini hazırlamaq və idarə etmək;
- Şirkətin (markalarının) tanıtım və reklam ehtiyaclarının müəyyən edilməsi;
- Brend mesajımızın PR, reklam, direkt və digital marketinq kimi bütün kommunikasiya kanallarında və marketinq səylərində (tədbirlər, e-poçt kampaniyaları, veb səhifələr və tanıtım materialları kimi) güclü və ardıcıl olmasını təmin etmək;
- Brendləşdirmə, yerləşdirmə və qiymət strategiyalarını dizayn etmək;
- Brend şüurunu artırmaq üçün satış və marketinq səylərini əlaqələndirmək;
- Yerli və xarici sərgilərdə şirkətin(markalarının) iştirakının təşkil edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- İstehlakçı davranışının təhlili və müştəri şəxsiyyətlərini müəyyənləşdirilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkili və həyata keçirilməsi;
- Yeni bazar seqmentlərinə çatmaq və bazar payını genişləndirmək imkanlarını müəyyənləşdirmək.
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər:
- Marketinq, İqtisadiyyat vəya Biznes idarəçiliyi sahəsində ali təhsil;
- İngilis dili vəya rus dilində səlis danışıq (hər iki dili bilmək üstünlükdür);
- Microsoft Office proqramları yüksək səviyyədə;
- Veb analitika və Google Adwords haqqında möhkəm biliklər;
- CRM proqram təminatı ilə iş təcrübəsi;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Marketinq sahəsində rəhbər vəzifədə ən az 2 il iş təcrübəsi;
- Tənqidi düşünmə, problem həlletmə və müstəqil qərarvermə bacarığı;
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Komanda ilə işləmək, idarəetmə və təsiretmə bacarığı;
- Analitik düşüncə bacarığı;
- Səyahət sərbəstliyinin olması;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 Sentyabr tarixinədək emailin mövzu hissəsində "Marketinq şöbəsinin rəisi" qeyd edərək elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 15
Azmədənistehsal MMC
Qəlibləyici
Son tarix 29 sen 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Metal tökmə qəliblərinin hazırlanmasında birbaşa iştirak edilməsi
- Qəliblərin sökülməsi və qumun boşaldılması
- Qəlib məhlulunun hazırlanması, ölçülərin yüksək dəqiqliklə verilməsi
- Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
- İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
- Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi
İş şərtləri:
- 6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
- Əmək haqqı: 693 AZN
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Qəlibləyici” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 16
Araz Supermarket
Hüquqşünas (Aparıcı Mütəxəssis)
Son tarix 29 sen 2022 - [email protected]
Tələblər:
- Ali təhsil müvafiq sahədə ;
- İş təcrübəsi: minimum 5 il;
- Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.
Vəzifə öhdəlikləri:
- Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
- İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər hüquqi sənədlərin hazırlanması və məhkəməyə göndərilməsi;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi, icraatında olan məhkəmə mübahisələrinin və icra proseslərinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” (Aparıcı Mütəxəssis) adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 17
Competo
Агент по обучению партнёров
Son tarix 29 sen 2022 - [email protected]
Должностные обязанности:
- Обеспечение качества мерчанта в обучении.
- Диагностика и решение проблем пользователей при работе с используемым программным обеспечением.
- Сопровождение пользователей, ответы на наиболее частые вопросы.
- Мониторинг, проверка работоспособности и тестирование используемого\нового функционала.
- Работа с excel данными для последующей выгрузки на сайт (партнеры предоставляют информацию о товаре в разных форматах - её необходимо приводить в необходимый для размещения на платформу).Подготовка отчетных документов.
- Подготовка отчетных документов.
- Так же другие обязанности будут согласовываться с вашим непосредственным руководством
Требования к кандидатам:
- Знание азербайджанского и русского языка;
- Умение работать в режиме многозадачности;
- Готовность работать в команде;
- Энергичность, уверенность в себе, доброжелательность и клиентоориентированность;
- Эмоциональная устойчивость;
- Компьютерные навыки на уровне пользователя;
- Пунктуальность и целеустремленность;
- Обучаемость, ответственность
Условия:
- Заработная плата 400+100 АЗН
- Локация работы – Baku White City
Ваши обязанности не будут ограниченны данными перечнем.
VAKANSİYA 18
Engin
Müştərilərlə iş üzrə inspektor (Cəlilabad)
Son tarix 29 sen 2022 - [email protected]
Filial: Cəlilabad
Şöbə: Mühasibatlıq
Hesabat verir: Mühasibatlıq şöbəsinin müdiri.
Şirkət daxili: Bütün şöbələr
Şirkət xarici: Ticarət obyektləri
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil (Bakalavr)
- Kompüter bilikləri: MS Office, Excel-Əla, PowerPoint- Əla, SAP-a üstünlük verilir
- Yaxşı məsuliyyət hissi və etiketin olması
- Əla yazma bacarıqları, sürət və dəqiqliyin olması
- Əla ünsiyyət bacarıqları, həm şifahi, həm də yazılı
- Şirkətin ümumi məqsədlərini başa düşmək və onlara uyğun hərəkət etmək
- Komandada işləmək bacarığı
- Uzunmüddətli məqsədlərin müəyyən edilməsi və onların həyata keçirilməsi
- Yüksək təşkilatçılıq bacarığı
- Satış sistemi haqqında məlumata malik olmalıdır
İşin təsviri:
- Müştərilər üçün mövcud borcların yoxlanılması və fəaliyyət göstərilməsi
- Müntəzəm olaraq anbar təftişinin və malların siyahıya alınmasının aparılması
- Ticarət obyektlərində müştərilər üçün nəzərdə tutulan hədiyyə mallarının və digər həvəsləndirici layihələrdə iştirak edən malların yoxlanılması və aktuallaşdırılması
- GPS avadanlığı ilə şirkətə məxsus avtomobillərin hərəkətinin yoxlanılması
- Şirkətin daxili prosedurlarına nəzarət və pozuntuların qarşısının alınması
- Şirkət işçilərinin yerdəyişməsi zamanı öhdəliklərin köçürülməsinin təşkili
- Şirkət işçilərinin işdən çıxarılması zamanı təhvil-təslim prosesinin təşkili
Son tarix: 30.09.2022
Mövzu hissəsində vəzifənin adını “Müştərilərlə iş üzrə inspektor (Cəlilabad)” qeyd edərək email-ə göndərməyiniz xahiş olunur.
VAKANSİYA 19
ZD Travel
Tur meneceri
Son tarix 06 sen 2022 - [email protected]
İş haqqında məlumat:
- Minimum 3 ildən artıq iş təcrübəsi
- Əmək haqqı: 1500 azn
- İş saatı: 10.00-19.00
- Güclü ünsiyyət bacarığı, gülərüz, stresə davamlı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Namizədə dair tələblər:
- Ali təhsil (təhsilini tam başa vurmuş namizədlərə üstünlük verilir)
- Azərbaycan dili- əla
- Rus dili – sərbəst ünsiyyət qurma
- İngilis dili - sərbəst ünsiyyət qurma bacarığı
- MS office - əla səviyyə
Müraciət etmə qaydaları:
- Şəkilli CV-lər e-mail ünvanına göndərilməlidir.
- Mövzu sətrində (yuxarıda qeyd olunan vakansiyaının adı qeyd olunmalıdır)
- Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilk baxışdan keçiriləcəkdir.
- İlkin CV-i seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və ya telefon vasitəsi ilə əlaqə saxlanılaraq müsahibyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 05.09.2022
VAKANSİYA 20
166 Yükdaşıma və Logistika
Texniki dəstək üzrə mütəxəssis
Son tarix 29 sen 2022 - [email protected]
Öhdəliklər:
- Təşkilatın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;
- Kompüter və digər texniki avadanlıqların quraşdırılması və şəbəkəyə qoşulması;
- Şəbəkədə və avadanlıqda yaranan problemin diaqnostikasının aparılması və yaranan nasazlıqların aradan qaldırması;
- Yerli şəbəkə xətlərinin quraşdırılması;
- Əməliyyat sistemlərinin ( windows 10,11 ) quraşdırılması və sazlanması;
- Ofis proqramlarında işləmə bacarığı, yarana biləcək problemin aşkarlanması və aradan qaldırılması;
- Tələb olunan hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi.
Tələblər:
- Sahə üzrə ali və ya peşə təhsili;
- Sahə üzrə min. 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilində sərbəst ünsiyyət bacarığı;
- Texniki biliklər (Sadə əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadınlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)
- Ofis proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki 5 günlük, saat 09:00-18:00
- Əmək haqqı 500-600 Azn
- Karyerada yüksəliş imkanı
Müraciət:
Namizədlər mövzu hissəsinə “Texniki dəstək üzrə mütəxəssis” qeyd edərək elekton ünvanına CV formalarını göndərə bilər.