VAKANSİYA 1
İqlime
Ərazi üzrə satış nümayəndəsi
Son tarix 08 fev 2022
(D2D - Bakı, Abşeron, Gəncə-Qazax , Göyçay, Xaçmaz, Sabirabad,Salyan, Masallı rayonu)
Bir sıra beynəlxalq sərgilərdə sərgilənən İqlime layihəsi Kənd Təsərrüfatı Nazirliyi və Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir.
Bizim komandaya ambisiyalı və özünə güvənən satış agenti lazımdır. Müraciət etməyə tələs!
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş ərazilərdə məhsulların təqdimatını və satışını həyata keçirmək;
- Gündəlik olaraq müəyyən sayda alıcılarla görüşlərin keçirilməsi
- Gündəlik fəaliyət haqqında rəhbərрə hesabatın verilməsi
- Alıcılarla satış müqaviləsinin bağlanılması
- Aylıq satış hədəfinin qorunması
- Birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Bilik və bacarıqlar üzrə tələblər:
- Ali təhsil mütləq deyil
- Kənd təsərrüfatı, əsasən istixana sahəsində biliyin olması
- Satış sahəsində təcrübəsi olanlara üstünlük verilir
- Şəxsi nəqliyyat vasitəsinin movcudluğu
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
Əməkhaqqı - aylıq net 500 AZN (nəqliyyat vasitəsinin yanacaq xərci daxil) + hər satışdan yüksək komissiya
Namizədlər e-mail ünvanına və ya (050) 288-99-59 müraciət edə bilər.
VAKANSİYA 2
GerLift Group LLC
Layihə üzrə baş mühəndis
Son tarix 08 fev 2022 - [email protected]
Öhdəliklər:
- Fəaliyyətlərin/fəaliyyət istiqamətlərinin statusu barədə daxili və xarici tərəflərin şəffaf şəkildə məlumatlandırılmasını təmin etmək üçün layihə ilə bağlı keçirilən bütün lazımi tədbirləri (ayaqüstü görüşlər, işçi qrupun həftəlik iclasları və s.) təşkil edilməsi və idarəsi;
- Müvafiq sahə üzrə minimum bakalavr dərəcəsi;
- Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı);
- Biznes texnologiyaları sahəsində parlaq zehin və maraq;
- Sifarişlərin istehsalçıya verilməsi
- İstehsalçılardan gələn çizim və texniki məlumatları yoxlamaq, dəqiqləşdirmək və müvafiq qaydada texniki şöbəyə yönləndirmək;
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak
- Layihə olunmuş obyektlərində konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
- Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması
- Layihənin sxeminə uyğun olaraq nəzarət
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000-1500 manat
İstirahət günü: şənbə və bazar
Tələblər:
- Təhsil: Ali (mühəndislik ixtisası üzrə)
- Lift sahəsində təcrübə arzuolunandır
- Kompyuter biliyi: Ofis, Auto Card Adob, 3Dmax proqramlarında işləmə bacarığı
- Dürüstlük
- İşgüzarlıq
- Məsuliyyətlilik
- Azərbaycan və ingilis dillərinin səlis biliyi ( rus dili arzuolunandır)
- Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı);
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Yaş : 25 – 40
Göndərilən məktubun “mövzü” yerində “Layihə üzrə baş mühəndis” qeyd edin.
VAKANSİYA 3
Asfarma
Məhsul üzrə menecer
Son tarix 07 fev 2022 - [email protected]
Namizədə olan tələblər:
- Ali Tibbi və yaxud bioloji təhsil mütləqdir.
- Yaş həddi 26-45
- PM vəzifəsində ən az 2 il iş təcrübəsi.
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olan.
- Komanda şəklində işləməyi bacaran, punktual, yaradıcı,
- İşə planlı yanaşma bacarığı və stresə dözümlü şəxslər əsas namizəddir
- Ofis proqramları (Word, Excel, Power Point, Photoshop) və rus, ingilis dilləri bilgisi əlavə avantajdır.
İş barədə məlumat:
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
- Yeni və mövcud layihələr üzrə marketinq strategiyasının hazırlanması .
- Planların, layihələrin işlənilməsi və həyata keçirilməsi.
- Bütün marketinq fəaliyyətlərin,tədbirlərin həyata keçirilməsi və idarə olunması.
- Bütün promo materiallarının hazırlanması, tərtibatı, sifarişi və nəzarətin həyata keçirilməsi.
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirtmək və hesabatların hazırlanması.
- Tibbi nümayəndələrin təlimi
- Tibbi nümayəndələrlə ikili vizitlərin icrası
- Aparıcı həkimlərlə iş görüşmələrinin keçirilməsi
- İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı 1500-2200 AZN
Telefon: (012) 440-12-43, 563-50-15
Əlaqədar şəxs: Sənan Tağıyev
VAKANSİYA 4
GerLift Group LLC
Əməliyyatlar üzrə menecer
Son tarix 07 fev 2022 - [email protected]
Öhdəliklər:
- Satış sahəsində anlayışlı olmaq;
- Şirkətin işini, habelə onun quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
- Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Direktorun təsdiqinə təqdim etmək və Direktorun təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
- Müəyyən olunmuş müddətlərdə Direktora hesabatlar vermək;
- Vəzifəsi çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
- Məlumat axınları (Məlumatların İdarəedilməsi, Analitika, Platforma, Təşkilati Struktur və Korporativ Mədəniyyət) üçün planların icrasının koordinasiyası;
- Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
- Şirkətin əsas fəaliyyəti ilə əlaqədar layihələrə göndərilən və ya qəbul edilən müraciətlərin vaxtında və hərtərəfli cavablandırılması;
- Direktor müavini şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etməlidir.
Tələblər:
- Təhsil: Ali (Texniki təhsili olanlara üstünlük veriləcək.)
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları (Rus dili arzuediləndir);
- Yaş həddi: 25-45
- İş təcrübəsi: 3 il iş təcrübəsi olmalı
- Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
- Təzyiq altında işləmək bacarığı
- Komanda daxilində işləmək bacarığı;
- İdarəetmə qabiliyyəti
- Liderlik xüsiyyətləri
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- ARƏM-nə uyğun sənədləşmə;
- Əmək haqqı : 1500-2000 AzN
Göndərilən məktubun “mövzü” yerində “Əməliyyatlar üzrə menecer ” qeyd edin.
VAKANSİYA 5
Port Baku Bazar
Satıcı konsultant
Son tarix 07 fev 2022 - [email protected]
Şəhərin ən gözəl ticarət mərkəzi olan Port Baku Mall-da yerləşən Port Baku Bazar premium mağazasına Satıcı konsultantlar tələb olunur.
Öhdəliklər:
- Müştəriləri gülərüzlə qarşılamaq, mağazada olan məhsullar haqqında ətraflı məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Şirkətin satış strategiyasına uyğun satış prosesini icra etmək;
- Mağaza daxilində təmizliyə, səliqəyə diqqət göstərmək, məsuliyyətində olan şöbənin təmizliyindən məsul olmaq
Namizəd üçün tələblər:
- Müştəri ilə münasibətdə gülərüz və ünsiyyətcil olmalı;
- Çevik, aktiv və diqqətli olmalı;
- Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı;
- Hərəkətli iş rejimində işləməyi bacarmalı;
- Yaş həddi: 17-40
- Rus dili biliyi arzuolunandır;
Əmək haqqi: 350 AZN + bonus
İş qrafiki: 8:00 – 22:00 Bir gündən bir
Nahar və şam yeməyi şirkət hesabına verilir .
Təcrübə tələb olunmur.
VAKANSİYA 6
Papa John’s Azərbaycan
Çağrı mərkəzi üçün operator
Son tarix 08 fev 2022 - [email protected]
Tələblər:
- Qeyd edilən sahədə iş təcrübəsi minimum 1 il;
- Azərbaycan dili, rus dili;
- Əla ünsiyyət bacarıqları;
- Mürəkkəb məsələləri həll etmək bacarığı;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.
Öhdəliklər:
- Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək;
- Müştərilərə operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Səbirli olmalı, müştərilərdən sifarişi tam ətraflı götürməli və bütün sualları cavablandırmalıdır;
- İşində məsuliyyətli, ciddi, danışıq diksiyası normal olmalı;
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;
İş Şərtləri:
- Ə/H 350 AZN;
- 6 günlük iş həftəsi;
- Növbəlik iş rejimi (gündüz-gecə növbəsi);
- İş yeri şəhərin mərkəzində yerləşir;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Operator” mövzusu altında elekton ünvanına göndərə bilərlər.
VAKANSİYA 7
Baku Local Florist
Менеджер-оператор
Son tarix 08 fev 2022 - [email protected]
Кандидат будет осуществлять цикл продаж в полном объеме: от звонка клиентов с запросами, до контроля качества выполненной услуги.
Сотрудник будет выполнять свои обязанности УДАЛЕННО и в СВОБОДНОМ ГРАФИКЕ с 9.00 – до 21.00 (7 дней в неделю).
Требования:
- вежливость и правильно поставленная речь/правописание;
- дружелюбность с технологиями (office, internet, email и т.д), в частности с Excel;
- знание Азербайджанского, Русского и Английского языков (частое общение с иностранцами);
- мотивация и инициатива;
- приветствуется искренняя любовь к цветам, флористике, также креативность по отношению к подаркам;
- приветствуется вклад в развитие бизнеса новыми маркетинговыми идеями;
- желательно знание принципов интернет-торговли;
- наличие опыта менеджера или оператора не важно.
Коротко о работе:
- приём звонков, а так же запросов по интернету (мейл, вотсап, соц.сети);
- консультирование клиентов о цветочных букетах и условиях работы нашего сервиса;
- прием и передача заказов флористам, а так же контроль доставки и качества услуг;
- время от времени – добавление товаров и цен в админке сайта, поиск в других магазинах и т.д.;
- продуктивное ведение страниц компании в соц сетях (Facebook, İnstagram, LinkedIn);
- проведение СММ конкурсов, опросов и акций;
- поддержание высоких стандартов качества обслуживания клиентов письменно и по телефону;
- и другие поручения руководителя.
Предоставляем:
- свободный график – удалённая работа;)
- смартфон;
- ежемесячный баланс и интернет пакет;
- зарплата 5% от продаж + 200 ман.
Если вас интересует, пожалуйста отправьте CV, с указанием «HR2022» в теме письма
VAKANSİYA 8
NBCO KredAqro
Kredit Meneceri (Gəncə)
Son tarix 07 fev 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Etibarlı sürücülük vəsiqəsi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş yeri: Gəncə şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 800 manat gross + aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 9
MCB BOKT
Kredit və lizinq üzrə mütəxəssis
Son tarix 07 fev 2022 - [email protected]
Maaş: 600 manat və portfel həcmindən mükafat.
Müqavilə şərti: Daimi
Vəzifə öhdəlikləri:
- Yeni biznes müştərilərin axtarışı və cəlb olunması
- Müştərilərin maliyyə təhlilinin aparılması
- Kredit layihəsinin (memorandumun) kredit komitəsinə hazırlanması
- Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
Tələblər:
- Cinsi: Kişi
- Təhsil:Ali (iqtisadi təhsilə üstünlük verilir)
- Yaş həddi:22-30
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək
- Məsuliyyətli və dəqiq olmaq
- “B” kateqoriyaya aid sürücülük vəsiqəsi
- Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlar
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 10
Bolt Azerbaijan
Zəng mərkəzi operatoru
Son tarix 07 fev 2022 - [email protected]
Tələblər:
- Ali və ya orta təhsil;
- Azərbaycan və Rus dillərini səlis bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Böyük həcmdə işlərə hazırlıq.
- Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
- Kompüter proqramların bilmə bacarığı;
- Xəritə ilə işləmək bacarığı və ünvanların yaxşı bilməsi;
- Taksi şirkətində operator kimi minimum 1 il təcrübə mütləqdir.
Vəzifə öhdəlikləri:
- Namizədlərdən şirkətin qısa nömrəsinə daxil olan zəngləri qəbul edərək icra etmək tələb olunur. Ətraflı məlumat müsahibə əsnasında təqdim ediləcək.
Maraqlanan şəxslərdən öz CV-lərini “Operator” başlığı ilə göndərməyi xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar
VAKANSİYA 11
Gazelli Group
Mal-material üzrə mühasib
Son tarix 07 fev 2022
Vəzifə öhdəlikləri:
- Mal-materialların qəbulu, hərəkəti, silinməsi, emal üçün köçürülməsinin tam uçotu;
- Aylıq hesabatlar - mal və material tədarükçüləri ilə üzləşdirmə aktlarının sorğulanması və yoxlanılması (hesabat ayı sonunda mühasibatlığa təqdim olunmayan sənədlərin operativ şəkildə müəyyən edilməsi);
- 1 C proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (köçürmə, silinmə, inventarların, məişət aksesuarlarının, təkrar istifadə olunan materiallarla əməliyyatlar və s.) istismara verilməsi.
- 1C proqramından malların və materialların hərəkəti üçün ilkin uçot sənədlərinin formalarının çapı və qaydalara uyğun olaraq imzalanması üçün məsul işçilərə göndərilməsi;
- Cəmiyyətdə müəyyən edilmiş müddətlərə uyğun qəbulun aparılması və anbardarlardan material hesabatlarının hazırlanmasına nəzarət;
- Anbarda mal və materialların inventarlaşdırılmasının nəticələrinin əks etdirilməsində iştirak;
- Hesabat dövrü başa çatdıqdan sonra malların və materialların hərəkəti üzrə ilkin uçot sənədlərinin əslinin mühasibatlığa çatdırılmasına nəzarət;
- Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət.
Namizədə tələblər:
- Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi
- Mal-material mühasibatlığı sahəsində 2 ildən artıq iş təcrübəsi;
- Microsoft Excel, Microsoft Word, 1C 8.3 mühasibatlıq kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Küllü miqdarda məhsuliyyət tələb edən tapşırıqların yerinə yetirmək, daha vacib; məsələləri önə çəkmək və səmərəli şəkildə idarə etmək bacarığı. Detallara diqqət.
İş şərtləri:
- İş qrafiki 5/2, 09.00-18.00;
- Şirkət tərəfindən nahar, korporativ mobil nömrə və əlavə endirim bonusları təqdim olunur;
- Karyera inkişafı imkanları.
Xahiş olunur CV-lərinizi e-mail ünvanına, məktubun mövzusunda "Mal-material üzrə mühasib" qeyd etməklə göndərəsiniz.
VAKANSİYA 12
Novartis Pharma
Medical Advisor / Medical Science Liaison
Son tarix 07 fev 2022 - [email protected]
Main job objectives:
- As Medical Advisor (Dyslipidemia in Cardiology&Endocrinology, Rhethinology, AS&PsA in Rheumatology, Psoriasis in Dermatology, Multiple Sclerosis in Neurology): To direct and lead the professional clinical science base for the Country Pharma Organization; to efficiently and effectively deploy resources to support the business; to oversee all strategic and operational activities for Medical Affairs including for all phases of global development (also local trials), and market access support for commercialization to maximize appropriate use of Novartis products; to develop and manage long-term relationships with local regulatory bodies as a key element of the Market Access strategy. To provide thorough up-to-date medical, clinical and relevant commercial expertise to drive Novartis message delivery to key influencers and stakeholders; to collaborate with Country, Regional and Global team members in the execution of relevant Field Medical Excellence, Medical and Clinical activities in assigned project(s).
- As Medical Science Liaison: To develop peer-to-peer relationships with Medical Experts/Key Stake-holders and members of the scientific community, utilizing scientific and medical evidence-based non-promotional materials. To strategically prepare and support the development, launch and marketing of Novartis products through scientific exchange, seeking external insight to shape Novartis understanding of the therapeutic environment.
Requirements:
- Education: Medicine, Pharmacy, Biology, Chemistry or other relevant university education;
- Fluent written and spoken knowledge of English, Russian, local languages;
- >2 years pharmaceutical or clinical research experience
- Good leadership, management and planning skills
- Good knowledge of assigned therapeutic area and scientific expertise with ability to interact with relevant KOLs as a peer.
- Knowledge of drug development, GCP and local regulations, including regulations of Promotional materials, national and international pharmacovigilance regulations. Familiar with global regulations.
- Ability to analyze and interpret results, excellent ability to present scientific data to scientific and lay audiences.
- Excellent communications, interpersonal, negotiation skills; understanding of marketing principles and strategies.
- Readiness for reasonable amount of business trips.
Compensation & benefits package:
- Competitive salary based on market benchmark, medical insurance, car and set fuel / meal / phone limits, annual bonus based on the company incentive policy; professional development opportunities within Novartis group of companies.
If you are interested in the mentioned vacancy, please send your resume and indicate in the subject line “Medical Advisor / Medical Science Liaison”.
927 million. That’s how many lives our products touched in 2017. And while we’re proud of that fact, in this world of digital and technological transformation, we must also ask ourselves this: how can we continue to improve and extend even more people’s lives.
We believe the answers are found when curious, courageous, and collaborative people like you are brought together in an inspiring environment. Where you’re given opportunities to explore the power of digital and data. Where you’re empowered to risk failure by taking smart risks. And where you’re surrounded by people who share your determination to tackle the world’s toughest medical challenges.
We are Novartis. Join us and help us reimagine medicine.
VAKANSİYA 13
Ferrum Capital
Çağrı mərkəzi üzrə kiçik mütəxəssis
Son tarix 07 fev 2022 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil
- 21-29 yaş aralığında gənclər
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
- Səlis və aydın nitq qabiliyyəti
- Çevik qərarvermə və problem həlletmə
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Çağrı mərkəzi üzrə kiçik mütəxəssis nə iş görür?
- Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi
- Daxil olan zənglərin cavablandırılması, müvafiq bölmələrə yönləndirilməsi və qeydiyyatının aparılması
- Şirkət xidmətləri barədə müraciət edən müştərilərə ətraflı məlumat verilməsi
- Müştərilərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 300 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 14
Nobel Elektrik
Xarici satınalma üzrə könüllü təcrübəçi (tender)
Son tarix 07 fev 2022 - [email protected]
Öhdəliklər:
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tender üzrə tələb olunan sənədlərin operativ şəkildə hazırlanması
- Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması
- Tender prosesi zamanı şirkətin təmsil olunması
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması
- Müştəri bazasının genişləndirilməsi
Namizədə tələblər:
- Ali təhsili olmalı
- Rus və ingilis dillərini bilməli ( mütləqdir)
- Kompüter biliklərinə sahib olan
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
- İnandırma və təqdimat bacarığı
- Nəticəyönümlülük və punktuallılıq
- Təşəbbüskarlılıq
- Yaş həddi 22-26yaş arası
Əmək şəraiti:
- İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:30
- Nahar şirkət tərəfindən verilir.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “ Təcrübəçi”olaraq qeyd etməklə CV formasını elektron ünvanına göndərin.
VAKANSİYA 15
Lazzoni mebel
Satış Meneceri
Son tarix 07 fev 2022
Tələblər:
- 22-38 Yaş arası namizədlər müraciət edə bilər
- Mebel və Geyim sahəsində ən az 3-il təcrübəsi olan
- Rus dilini yaxşı səviyyədə bilmək İngilis dili arzu olunandır.
- Kompüterden anlayışı olmaq (Ofis progamlarını bilmək)
- Satış sahəsində anlayışı olmaq.
Vəzifələr:
- Müştəri istəklərini öyrənmək və istəkləri üzərindən müştəriyə modellər göstərmək.
- Müştərinin evinin ölçülərini (çertyojunu) almaq və ölçülərə uyğun modellər göstərmək
- Sistemə uyğun qiymət təklifini hazırlamaq.
- Satışdan sonra müşterinin sifarişini təqib etmək
- Müştəri malları təslim alanadək düzgün xidmət göstərmək.
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş saatı 10:00dan 19:30dək
- Nahar Şirkət tərəfindəən verilir
- Ayda 4 dəfə istirahət
Maaş : 600-800 + Bonus
Mebel sahəsində təcrübəsi olanların maaşı : 800-1000
Email : [email protected]; [email protected]
VAKANSİYA 16
İnzibatçı (Menecer)
Son tarix 07 fev 2022 - [email protected]
Şirkət haqqında:
Ticarət mərkəzi uzun illərdir ki, fəaliyyət göstərir. Paytaxtın mərkəzi küçələrindən birində yerləşərək ticarətlə məşğul olmaq istəyənlərin daim öz bisneslərini buradan idarə etmək istədikləri məkan olmuşdur. Ticarət mərkəzində hal-hazırda 100-dən artıq icarəçi fəaliyyət göstərməkdədir.
Vəzifə və öhdəliklər:
- Ticarət mərkəzində cari fəaliyyətə rəhbərlik etmək;
- Ticarət mərkəzində işin təşkilində prosesi tənzimləmək;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- İcarəçilərlə və personal ilə iş üzrə operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
- İşgüzar danışıqların, təqdimatların və görüşlərin keçirilməsi;
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi;
- Şirkətin idarəetmə üzrə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı, аnаlizi;
- Şirkət rəhbərliyinə və üçüncü şəхslərə (dirеktоrlаr şurаsınа, invеstоrlаrа, krеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı;
- Şirkətin fаktiki gəlirlərinin yохlаnılmаsı, əsаs kənаrçıхmаlаrın səbəbini аyırd еtməк;
- Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffеktivliyinin yахşılаşdırılmаsı;
Tələblər:
- Yaş: 30-45 (kişi);
- İş təcrübəsi: 5 il;
- Təhsil: İqtisadiyyat (yaxud: marketinq; menecment; biznesin idarə edilməsi; maliyyə);
- Dil: ingilis, rus.
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikası;
- Kompüter bilikləri (MS Office).
- Peşəkar danışıqlar aparmaq bacarığı;
- Təhlil, problemin həlli və qərar qəbul etmə bacarığı;
- Səlis nitq;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
- Komandada işləmək bacarığı;
Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə təyin edilir.
Qeyd:
Qeyd olunan tələblərin hər hansı birinə cavab verməyən namizədlərdən xahiş olunur ki, məlumatlarını göndərməsinlər, tələblərə cavab verməyən şəxslərin müraciətlərinə baxılmayacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnzibatçı (menecer)” göstərməyiniz xahiş olunur.
VAKANSİYA 17
Grand Agro MMC
Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis
Son tarix 07 fev 2022
Vəzifə öhdəlikləri:
- Cəmiyyətimizə verilmiş yeni torpaq sahələrinin sənədləşmə işinin aparılması və yeni çıxarış sənədlərinin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək;
- Cəmiyyətə məxsus ərazilərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərin edilməsi və texniki şərtlərin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək ;
- Texniki şərtə uyğun olaraq müvafiq işlərin görülməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin edilməsi və layihə sənədlərinin alınmasında iştirak etmək;
- Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edilməsində iştirak etmək, torpaq uqodiyası ilə əlaqədar sənədləşmə işlərinin icrası;
- Müvafiq dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
- Müvafiq dövlət qurumları ilə bağlı rəsmi sənədlərin ( məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi
Tələblər:
- Təhsil : Ali təhsil (Hüquq, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
- Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
- İT üzrə biliklər: Ms. Office,
Səriştəlik:
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
VAKANSİYA 18
NBCO KredAqro
Filial Müdiri (İsmayıllı)
Son tarix 07 fev 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Yaşayış yeri: İsmayıllı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 800 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 19
"MKT İstehsalat Kommersiya" MMC
Növbə rəisi
Son tarix 07 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
-
Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
-
İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
-
Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
-
İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulun və metodların yayılması işində iştirak edir;
-
Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;
-
Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
-
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
-
İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;
-
Növbəni (qarderobları, avadanlıqları və köməkçi sahələri) təmiz şəkildə təhvil alır və təhvil verir;
-
Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
-
Növbə ərzində pambıq mahlıcının, istehsal olumuş və olunacaq, qablaşmış və qablaşacaq ipliyin çəki və labarator keyfiyəti barəsində tam məlumat əldə edir;
-
Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
-
Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir;
-
Cəmiyyətin bölmələrində əmək şəraitini və əməyin mühafizəsi üzrə vəziyyəti yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq üçün səlahiyyətli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək, həmçinin uyğunsuzluqların aradan qaldırılması üçün bu göstərişlərdə qeyd olunan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
-
Növbədə olan bütün əməkdaşlara əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması ilə bağlı günlük təlim keçmək;
-
Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.
Tələblər:
-
Ali təhsil (texniki sahədə təhsili olan şəxslərə üstünlük verilir)
-
İstehsalatda ən az 3 illik təcrübə
Səriştələr:
-
Məsuliyyətli
-
Pozitiv
-
Özünütəşkiletmə qabiliyyəti
-
Etibarlılıq
-
Dürüstlük
Əlavə məlumat:
-
Əmək haqqı 700 AZN (gross)-dən başlayaraq
-
İş qrafiki: Dəyişkən növbəli
-
İş yeri: Baki şəhəri, MKT İK MMC – Tekstil idarəsi
-
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Növbə rəisi” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.