VAKANSİYA 1
Bizim Market
İnşaat mühəndisi (İş icraçısı)
Son tarix 17 yan 2022
Əmək funksiyaları:
- Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
- Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
- Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
- Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
- Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)
VAKANSİYA 2
NBCO KredAqro
İstehlak Kreditləri üzrə Mütəxəssis
Son tarix 17 yan 2022
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 500 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İstehlak Kreditləri üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 3
Brand Media Groups
Reklam üzrə satış meneceri
Son tarix 17 yan 2022
Əmək haqqı: 800 AZN
Öhdəliklər:
- Satış proqramının hazırlanması. Satdığı məhsulları və ya brendi təmsil etmək ;
- Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə xidmətlərin inkişafı üzərində işlənilməsi ;
- Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması;
- Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
- Potensial müştərilər arasında şirkətin xidmətlərinin yayılması;
- Reklam müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, reklam təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması;
- Mütəmadi olaraq müəyyən edilmiş müddətdə haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi, eləcədə birbaşa tabe olduğu rəhbərliyi altında reklam haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi;
- Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi;
- Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə;
Biliklər:
- Biznes və ya marketinq sahəsində ali təhsil
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür
- Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri
Tələblər :
- Reklam üzrə Satış sahəsində üzrə azı 1 il iş təcrübəsinin olması
- Yaş həddi 35-yaşənadək
Bacarıqlar:
- Təşəbbüskarlıq
- Ünsiyyət qurmaq bacarığı
- Çalışqan olmaq
- Öhdəliklərinə məsuliyyətli olmaq
- Dəqiqlik
- Fikirlərini aydın izah edə bilmək
- İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
- Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
- Problemli vəziyyəti həll etmək
- Komandada işləmək
- Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları
Namizədlərdən “Reklam üzrə satış meneceri” yazaraq CV-lərini göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 4
Bizim Market
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 17 yan 2022
Namizədə olan tələblər:
- Dəqiqlik və məsuliyyət;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəf yönlü;
- Məsuliyyətli, dürüst;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
- Sayım işinin həyata keçirilməsi, oğurluq,mal əskikliyi və bu kimi mənfi halların aşkar olunması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ay ərzində 5 gün gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400-500 AZN.
VAKANSİYA 5
A+Co ASC
Satış təmsilçisi
Son tarix 17 yan 2022
Tələblər:
- Təhsil : Uyğun sahə üzrə ali təhsil (Kommersiya, İqtisadiyyat)
- İş təcrübəsi :Satış sahəsində minimum 2 il;
- Kompüter bilikləri : MS Office (Excel, Word,)
- Yaş həddi : 25-40;
- Avtomobilinin olması vacibdir.
Vəzifə öhdəlikləri:
- Şirkət məhsullarının sifarişlərinin qəbul edilməsi;
- Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək
- Şirkətin məhsullarının ərazilərdə satışının təşkil edilməsi;
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünün təmin edilməsi;
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin edilməsi;
- Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi ;
- Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən tapşırıqların icra edilməsi;
- Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verilməsi;
- Satış təmsilçisi satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət edilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır ([email protected])
VAKANSİYA 6
Clopos
B2B isti satış nümayəndəsi
Son tarix 17 yan 2022
Namizəd üçün tələblər:
- Yaş: 22-35
- B2B satış üzrə 1 ildən yuxarı təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək)
- Standart kompüter bacarıqları
- Danışıqlar aparma qabiliyyəti
- Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq
- Rəqibləri analiz ederək zəif cəhətlərini təyin etmək
- Şəxsi avtomobili olanlara üstünlükdür
Vəzifə öhdəlikləri:
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
- Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
- Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
- Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı 800 AZN - dən yuxarı və həyata keçiriləcək satışa uyğun olaraq bonuslar veriləcək.
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 10:00–dan 19:00 dək;
- Nahar və digər mühüm xərclər şirkət tərəfindən qarşılanır ([email protected])
VAKANSİYA 7
Kristal Abşeron MTK
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 16 yan 2022
Vəzifə öhdəlikləri:
- Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
- İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi;
- Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
- Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
- Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
- Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
- Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
- Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər:
- Ali təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək)
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili, türk dili arzuolunandır;
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Tikinti işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il iş təcrübəsi olmalı;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook),Autocad
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşmaq;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
VAKANSİYA 8
Bizim Market
Mal-materialların idarə edilməsi üzrə mühasib
Son tarix 17 yan 2022
İş haqqında məlumat:
- Mal-materiallar üzrə ilkin sənədlərin (təhvil-qəbul aktı, silinmə aktı, daxili yerdəyişmə qaiməsi, mal-materialların inventarizasiya aktı və s.) tərtib və qəbul edilməsi və uçotda əks etdirilməsi;
- Daxil olan e-qaimələrin yoxlanılması və təsdiq (ləğv, dəyişdirilmə və s.) edilməsi;
- İdxal əməliyatları üzrə sənədlərin (YGB) yoxlanılması və uçotda əks etdirilməsi;
- Material hesabatlarının tərtib edilməsi.
Namizədə olan tələblər:
- İxtisas üzrə ali təhsil;
- 5 ildən az olmayan ixtisas üzrə staj;
- 1C 8.3 proqram təminatında işləmək bacarığı;
- MHBS (İFRS) üzrə sertifikasiya arzuolunandır (mütləq deyil).
Təminatlar:
- Əmək haqqı 800-1000 AZN
- Nahar yeməyi təmin edilir.
VAKANSİYA 9
A+Co ASC
Hüquqşünas
Son tarix 17 yan 2022
Tələblər:
- Hüquq sahəsi üzrə bakalavr dərəcəsi.
- Hüquq sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur. ( FMCG sahəsində təcrübə arzuolunandır)
- Microsoft Office proqramlarını bilməli;
- Dili bilikləri : Azərbaycan dili və Rus dili . İngilis dili əlavə üstünlükdür.
- Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
Vəzifə öhdəlikləri:
- Cəmiyyəti, dövlət qurumları, hüquq mühafizə orqanları və digər səlahiyyətli qurumlarda verilmiş müvafiq səlahiyyət əsasında və çərçivəsində təmsil etmək
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar ortaya hüquqi sahələr üzrə yaranan sorğuları cavablandırmaq, habelə digər hüquqi məsələlərin həll edilməsini təmin etmək
- Məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
- Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək
- Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır ([email protected]).
VAKANSİYA 10
AVT Logistics
İnzibati işlər üzrə mütəxəssis
Son tarix 17 yan 2022
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Şirkətin təssərüfat və inzibati işlərinin idarə edilməsi.
Vəzifə öhdəlikləri:
- Şirkətin inzibati binalarının təmir, təmizlik və s. işlərinin görülməsində, su təchizatı, havalandırma, işıqlandırma və s. sistemlərinin sazlığının qorunmasında müvafiq tədbirlər görmək
- Ofis daxilində yerdəyişmə proseslərində, yeni binalara köçmə və yerləşmə prosesində fəhlələrin işinə rəhbərlik etmək
- Gündəlik planlaşdırılmış təsərrüfat tapşırıqlarını yerinə yetirmək və nasazlıqların aradan qaldırılması üçün hazır vəziyyətdə olmaq
- Ofis otaqlarında və ofisin mebel avadanlıqlarında təmir işlərinin həyata keçirilməsini təmin etmək
- Yeni işə çıxan işçilər üçün korporativ nömrələrin limitinin təyin olunması və verilməsi
- İş sahəsinin günlük təftişini həyata keçirmək
- İnzibat işlərdə istifadə ediləcək məhsulların yerlərinə çatdırılmasını təmin etmək
- Mütəmadi olaraq şöbənin prosedurlarını nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək
- Tullantıların idarə olunmasına nəzarət etmək
- Anbar üzrə bütün kardon və sellofan qalıqlarını toplamaq, xüsusi saxlanc yerində saxlamaq və onları şirkət tərfindən razılaşdırılmış emal firmasına təhvil vermək
- İşçilərə nəqliyyat vasitələri üçün benzin və amortizasiya xərcinin prosedura uyğun olaraq verilməsi
- Gündəlik olaraq işçilər üçün ayrılan müqaviləli servislərin hərəkət cədvəlinə uyğun nəzarətin həyata keçirilməsi
- Alınan bəzi təsərrüfat mallarının sifarişini həyata keçirmək və alışını təqib etmək
- Xarici xidmətlərin monitorinqini aparmaq və keyfiyyətinə nəzarət etmək
Tələblər:
- Dəqiq, punktual olmaq;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə “İnzibati işlər üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir ([email protected])
VAKANSİYA 11
Global Management
Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis (SEO)
Son tarix 17 yan 2022
Namizədə tələblər:
- Rus dili biliyi (mütləqdir)
- Google Analytics,Yandex Metrika,Google Search Console,Yandex
- Vebmaster üzrə minimal biliklər
- SEO üzrə minimal biliklər
- Sosial media marketinq (Instagram, Facebook, Linkedin, YouTube, və s.) üzrə minimal biliklər
- Analitik düşünmə qabiliyyəti
- İşində məsuliyyətli, punktual, həvəsli və operativ olmaq
İş barədə məlumat:
- Layihələrin SEO və SEM optimizasiyası üzərində çalışmaq
- Reklamların daimi optimizasiyasının icra edilməsi üzərində çalışmaq
- Verilən tapşırıqların yerinə yetirilməsi
- Rəsmi qanunvericiliyə uyğun rəsmləşdirmə
- İş qrafiki bazar ertəsi-cümə günü 09:00-18:00(bəzən şənbə günləridə ola bilər)
- Əmək haqqı namizədə uyğun təyin olunacaq.
Maraqlananlar CV-lərinin ünvanına göndərə bilərlər ([email protected])
VAKANSİYA 12
MKT İstehsalat Kommersiya MMC
Regional hüquqşünas (İmişli)
Son tarix 17 yan 2022
Vəzifə öhdəlikləri:
- Filialın borclu fermerləri ilə mütəmadi iş aparmaq,onlarla borcun ödənilməsi üçün qrafiklər hazırlamaq.
- Filialın borclu fermerlərinə xəbərdarlıq və pritenziya məktubları hazırlamaq.
- Filialın borclu fermerlərinin sənədlərini hazırlayıb məhkəməyə təqdim etmək və məhkəmə proseslərində iştirak etəmək.
- Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək.
- İddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak etmək.
- Müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə mənimsəmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz standartdan kənar komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlamaq, icrası qurtarmış məhkəmə işlərinin hesabını və mühafizəsini aparmaq.
- Təsərrüfat, maliyyə və əmək intizamını möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək. İşçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirmək
Tələblər:
- Ali təhsil -hüquşünas
- Müvafiq sahə üzrə təcrübə arzuolunandır
- Mülki, inzibati (həmçinin inzibati xətalar) və əmək qanunvericiliyi üzrə məhkəmə proseslərində, hüququn bu sahələri üzrə məhkəmə aktlarının icrası sahəsində təcrübə
- Dövlət orqanları ilə iş qurmaq bacarığı
- Məktubların tərtib olunması
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi
- İş yeri: MKT İK MMC-nin müvafiq filialı
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Regional hüquqşünas (İmişli)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz. Yalnız qeyd olunan ərazidə yaşayan şəxslərin müraciətləri dəyərləndiriləcək ([email protected]).
VAKANSİYA 13
Prior Leasing
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
Son tarix 17 yan 2022
Vəzifə öhdəlikləri:
- Bütün rəqəmsal platformalarda, müxtəlif saytlarda şirkət tanıtımının təmin edilməsi;
- Şirkətin biznes məqsədlərinə uyğun olaraq digital media kampaniyalarının hazırlanması, digital kampaniyaların büdcəsinin təyin edilməsi;
- Rəqəmsal üzrə strateji hədəflərə çatmaq üçün təkliflər hazırlamaq və düzgün targetləmək;
- Veb-saytın SEO məlumatlarının təqdim edilməsi;
- Eyni zamanda, şirkətin bütün sosial şəbəkə hesablarının idarə edilməsi;
- Facebook ADS, LinkedIN ADS və Google ADS kampaniyalarının optimallaşdırılması.
- Google Analytics, Google Tag Manager, Facebook pixel alətləri ilə işləmək.
Namizədə dair tələblər:
- Marketinq və ya biznes idarəedilməsi üzrə bakalavr təhsili;
- Rəqəmsal Marketinq sahəsində minimum 2- 3 illik iş təcrübəsi;
- Rəqəmsal marketinq sahəsində sertifikatların olması əlavə üstünlükdür;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı;
- İngilis və Rus dili- əla səviyyədə.
İş qrafiki:
- 5 günlük iş həftəsi
- Ünvan: Chinar Park BM, Ə.Rəcəbli küç., Nərimanov ray.
Maraqlanan namizədlər mövzu yerində “Rəqəmsal Marketinq üzrə mütəxəssis" yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər ([email protected])
VAKANSİYA 14
Mazarina Trade Company
Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis
Son tarix 16 yan 2022
Tələblər:
- Maliyyə, mühasibat, tətbiqi riyaziyyat sferası üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər,
- Maliyyə hesabatları ilə işləmə bacarığı
- MS Office proqramları ilə işləmə bacarığı
- Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır
- ACCA F2,F3,F7 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür.
Vəzifə öhdəliklər:
- Maliyyə hesabatlarının hazırlanması
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi,təhlili
- Proseslərin və xərclərin optimallaşdırılması
- Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət
İş şəraiti:
- Əmək haqqı: 600-700 AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis”qeyd edərək göndərə bilərsiniz ([email protected])
VAKANSİYA 15
Azericard
Hüquqşünas
Son tarix 17 yan 2022
Tələblər:
- Ali təhsil (hüquq sahəsi üzrə);
- Dillər: Azərbaycan dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Yüksək icraçılıq bacarığı;
- Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır.
Vəzifə:
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- İclaslar üzrə Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Daxil olan sorğuların cavablandırılması;
- Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.
Namizədlərdən CV-i “Hüquqşünas” mövzusu ilə göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar ([email protected]).
VAKANSİYA 16
BOKT AzKredit ASC
İT/MİS mütəxəssisi
Son tarix 17 yan 2022
Əsas vəzifə və öhdəlikləri:
- CBS (Əsas Bankçılıq sistemi) Temenos T24 çərçivəsində istifadəçilərin fəaliyyətini dəstəkləmək və izləmək;
- CBS üzrə işlərin qaydasında getməsini təmin etmək məqsədilə gündəlik əməliyyat və prosesləri icra etmək;
- İş gününün bağlanması ilə bağlı tapşırıqları yerinə yetirmək (CBS çərçivəsində COB), ehtiyat proseduru və hesabatı təmin etmək;
- Ehtiyat nüsxə prosedurları da daxil olmaqla əməliyyat səviyyəsində “House” aplikasiyalarına dəstək;
- CBS istifadəçilərinə əməliyyat səviyyəsində köməklik etmək, Temenos sistemində istifadəçilərlə məsləhətləşmək;
- Bakı və regional filiallar üçün İT layihələrinin həyata keçirilməsində iştirak etmək;
- İT/MİS Departamentinin Rəhbəri və İdarə Heyəti tərəfindən verilən digər vəzifələri yerinə yetirmək;
- Şirkətin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
- Nəzarətçi tərəfindən qarşıya qoyulmuş hədəflərə çatmaq üçün öz imkanları dax ilində hər şeyi etmək və “AzKredit”in qarşıya qoyduğu məqsədə çatması üçün dayanmadan çalışmaq;
- Bütün fəaliyyətlərin “AzKredit”in siyasət və prosedurlarına uyğun olaraq aparmaq.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil dərəcəsi;
- Ən azı 1 il müvafiq iş təcrübəsi;
- Əsas bank sistemləri üzrə, xüsusilə, Temenos T24 biliklərinə yiyələnməsi;
- Linux OS-lə işləmək bacarığı (JBASE və JSHELL ilə tanış olmalıdır);
- MS Office proqramlarında qabaqcıl kompüter biliklərinə yiyələnməsi;
- VBA, SQL, PHP və T24 bank sistemi üzrə avtomatizasiya bilikləri mütləqdir;
- Bank (maliyyə) sistemləri üçün hesabatların yazılması təcrübəsi üstünlük olacaqdır;
- Planlaşdırma və təşkilatçılıq bacarığı;
- Ölkədaxili təşkil olunan İT tədbirlərində və tələb olunduqda müxtəlif təlimlərdə iştirak etmək bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (yazılı və şifahi), rus dilini mükəmməl bilməsi arzuolunandır;
- Çoxsaylı tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
- Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 21 yanvar 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində “İT/MİS mütəxəssisi” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected])
VAKANSİYA 17
FINCA Azerbaijan
Müştəri Əlaqələri üzrə İşçi (Naxçıvan Filialı)
Son tarix 30 dek 2021
Əsas Öhdəliklər:
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
- Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
- Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
- Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
- Səlis Azərbaycan dili;
- MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
- Müştəri xidmətləri və arxa ofis üzrə bir il iş təcrübəsi;
- Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
- İşgüzarlıq və aktivlik.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 dekabr 2021-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Naxçıvan Filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected])
VAKANSİYA 18
MZ Law Firm LLC
Lawyer
Son tarix 17 yan 2022
Əsas Öhdəliklər:
- Müqavilələrin layihələrinin, düzəlişlərinin, əmrlərin, təlimatların və digər sənədlərin qanunvericiliyə uyğunluğunu təmin edir;
- Müqavilə işini yerinə yetirir, müqavilənin formasını müəyyən edir, müqavilənin layihələrini işləyib hazırlayır, müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunu dəqiqləşdirir, müqavilənin layihəsi üzrə anlaşılmazlıqların həll olunması üçün tədbirlər görür, müəyyən növ müqavilələrin notariusda təsdiq olunmasını və / və ya dövlət qeydiyyatını təmin edir;
- İddialar üzrə işi aparır, sifarişçilərdən / podratçılardan daxil olan iddiaların qeydiyyatını və təhlilini aparır, daxil olan iddialara cavablar hazırlayır və daxil olan iddiaların qəbul və ya rədd olunması barədə ilkin qərarlar qəbul edir, sifarişçilərə / podratçılara qarşı iddialar hazırlayır, sifarişçilərə / podratçılara yönəldilmiş iddiaların təmin olunmasına nəzarət edir;
- Dövlət nəzarət orqanlarda Müştərilərə qarşı tətbiq olunan dövlət nəzarət orqanlarının rəsmilərinə qarşı şikayətlərin hazırlayır və göndərir.
- Təsis sənədlərinin hazırlanmasını həyata keçirir və hüquqi şəxslərin dövlət qeydiyyatını təmin edir.
- Müştərilər üçün müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətlər verir, hüquqi sənədlərin hazırlanması zamanı hüquq yardım göstərir.
- Şirkəti Məhkəmələrdə və dövlət orqanlarında təmsil edir.
- Tələb olunan digər tapşırıqlar.
Bu iş üzrə tələb edilən Praktiki bacarıqlar/Biliklər və Təcrübə:
- Hüquq üzrə diplom;
- Müqavilə layihələrin hazırlanmasında təcrübə (üstünlük verilir);
- Azərbaycan dili – əla, İngilis dili - əla, Rus dili – əla olmalıdır;
- Kompüter bilikləri: Microsoft Office.
Əmək haqqı bacarıqlardan asılı olaraq 800-1200 manat arasıdır.
CV-lərinizi müraciət bölməsində qeyd olunan ünvana yollaya bilərsiniz ([email protected]).
Key Responsibilities:
- Provides compliance of legitimacy of draft contracts, amendments, orders, instructions and other legal documents submitted for signature;
- Conducting contract work, determining the form of contracts, developing draft contracts, verifying contract projects compliance with the legislation, taking measures to resolve disagreements on a draft contract, providing notarization and (or) the state registration of certain types of contracts;
- Leading work with claims, providing records of claims received from clients/contractors, their examination, preparing responses to incoming claims and receiving draft decisions to accept or to reject the claims received, preparing claims against clients/contractors, controlling over the satisfaction of claims directed to clients/contractors;
- Representing the clients in the state supervisory bodies, preparing and sending complaints against the officials of the state supervisory authorities.
- Carrying out development of the foundation documents, providing the registration of legal entities.
- Performing written and oral advice to the clients on various legal matters, providing legal assistance in drafting of legal documents.
- Represents the company before the court and government bodies.
- Additional tasks as requested.
Skills/Knowledge and Experience required on the job:
- Diploma on Law;
- Specific expertise in contracts (preferable);
- Azerbaijan – excellent, English - excellent, Russian – excellent;
- Computer Skills: Microsoft Office.
Depending on skills salary may vary from 800-1200 manat.
Please send your CVs to e-mail address indicated in the apply for a job section.
VAKANSİYA 19
Bizim Market
Təlim üzrə koordinator
Son tarix 17 yan 2022
Əmək funksiyaları:
- Təlimə olan tələbatın müəyyən edilməsi;
- Təlim proqramlarının hazırlanması;
- Təlim üsullarının təhlili və inkişafı;
- Təlim şirkətləri ilə əməkdaşlıq;
- Təlimlərin keçirilməsini təşkil etmək;
- İşçilərin inkişafı proqramlarında iştirak etmək;
- Təlimlə bağlı digər funksiyaları həyata keçirmək.
Tələblər:
- Ali təhsil (sosiologiya, insan resursları, menecment, psixologiya kimi sahələrdə ali təhsil arzuolunandır);
- Təlim sahəsində iş təcrübəsi ən azı 2 il;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzuolunandır;
- Ms Office (Word, Excel, Power point, Outlook) proqramlarını yüksək səviyyədə bilməli;
- Prezentasiya etmə bacarığı;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Təhlil etmə və planlaşdırma bacarığı.
Əmək şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
VAKANSİYA 20
Absheron Express
Baş mühasib
Son tarix 15 yan 2022
Ümumi vəzifə öhdəlikləri:
- Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
- 1C sistemində işləmək;
- Məktubların yazılması və cavablandırıması;
- Kameral yoxlamanın icrası;
- Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
- Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması,
- E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
- Kassa əməliyyatlarının aparılması;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
- Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
- Əmək haqqı razılaşma yolu ilə.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Müvafiq sahədə 10 il iş təcrübəsi;
- Logistika sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 yanvar 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected]).
VAKANSİYA 21
INNAB
Korporativ satış nümayəndəsi
Son tarix 17 yan 2022
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Azı 1 il korporativ satış təcrübəsi
- Dil biliyi: Azərbaycan, rus dili - sərbəst və ingilis dili - yaxşı səviyyədə
- Azərbaycan Respublikasının vətəndaşı olmalı
- Müştəri̇ bazasının olması üstünlükdür
İş haqqında məlumat:
- Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq
- Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək
- İşgüzar görüşlər təşkil edərək təqdimatlar keçirmək, danışıqlar aparmaq
- Mövcud müştəri bazasının genişləndirilməsi , müştəriləri xidmətlərlə bağlı məlumatlandırmaq
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- İş qrafiki: tam iş günü
Müraciət üçün CV-nizi "Korporativ Satış nümayəndəsi" başlığı ilə elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 22
Mühafizə rəisi
Son tarix 17 yan 2022
İş haqqında məlumat:
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir;
- Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edir;
- İş yerlərində istənilən şəxslər tərəfindən mümkün ziyan vurula biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil edir;
- Şirkətdə təhlükəsizliklə bağlı insidentlərin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparır;
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparır;
- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edir;
- Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.
Namizədə olan tələblər:
- Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan dili (əla), Rus dili (arzuolunan);
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında işləmək bacarığı;
- Kompüter biliyi: MS Word, Outlook;
- Sürücülük vəsiqəsinin olması zəruridir.
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN +
- 5 günlük iş həftəsi
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər mövzu bölümündə “Mühafizə rəisi” yazaraq CV-lərini göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected]).