VAKANSİYA 1
Azmikroinvest BOKT
Mütəxəssis
Son tarix 17 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ofis daxili işlərin icra olunması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Öz vəzifə öhdəlikləri daxilində rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrası
- Daxil olan müraciətlərin qeydə alınması
- Hesabatların hazırlaması
Xüsusi tələblər:
- Diqqətinizə çatdırmaq istərdik ki, təşkilatin gender bərabərliyini qorumaq məqsədilə yalnız xanım namizədlər müraciət edə bilər.
- Rus və Azərbaycan dillərini səlis bilmək.
- Yeni məzunlara üstünülük veriləcək.
- Yaş aralığı 21-27
Əlavə məlumatlar:
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
- Sınaq müddətində (3 ay) 300 AZN, daha sonra 500 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına “Mütəxəssis” yazaraq göndərə bilərlər.
VAKANSİYA 2
Capital AN Consulting MMC
Böyük mühasib
Son tarix 17 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə uçotun aparılması;
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Əlavə dəyər vergisi;
- Ödəmə mənbəyində tutulan vergi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamə;
- Torpaq vergisi ;
- DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
- Təqdim olunmuş vergi bəyannamələri üzrə yaranmış uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması;
- Vergi orqanı ilə yazışmalar (məlumat və izahatların verilməsi);
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqının hesablanması;
- Bank və kassa əməliyyatları;
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Tələblər:
- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (1C 8.3 üstünlükdür)
- 27 – 40 yaş
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA üzrə biliklərin olması arzu olunandır.
- Konsaltinq şirkətlərində işləmiş və təcrübə qazanmış işçilərə üstünlük veriləcək.
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/ problemi həll etmə bacarığı.
Proqram bilikləri: MS Office, BTP, 1C 8.3
İş şəraiti:
- İş qrafiki : Həftənin 5 günü, 2 gün istirahət
- Əmək haqqı: 1800-2500 AZN
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Böyük Mühasib" qeyd edərək e-ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
Almet Trading LLC
Office Manager (female)
Son tarix 17 iyn 2022 - [email protected]
Job descriptions:
- Provide general support to visitors
- Review and approve office supply purchases
- Coordinate schedules, appointments, and bookings
- Organize office operations and procedures
- Manage contract and price negotiations with office vendors, service providers, and office lease
- Manage executives' schedules, calendars, and appointments
- Managing office budget
Essential Criteria:
- Minimum of 1 year of experience in a similar position
- Demonstrated ability to prioritize tasks and meet daily deadlines
- Critical thinking skills with the ability to independently solve problems
- Knowledge of Azerbaijani, English and Russian languages
- Ability to prioritize work
Terms and conditions:
- Working schedule: Monday – Friday
- Working hours: 09:00 – 18:00
- Starting salary (net) – AZN 550
Please e-mail CV with job title “Office Manager”
VAKANSİYA 4
Company
Korporativ satış üzrə menecer
Son tarix 01 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəh. Babək prospekti
İş qrafiki: 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: 800 manat + bonus
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsulllarının (generatorlar) korporativ satışlarını həyata keçirilməsinin təşkil olunması
- Korporativ müştərilər ilə əlaqələr quraraq, şirkətin məhsullarında dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
- Korporativ satış ilə bağlı bazar araşdırmaları aparmaq;
Namizədə tələblər:
- Təhsil : (Ali biznes, menecment, və s. oxşar sahələr üzrə)
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.
- Generatorların satış sahəsində biliklər
- Tenderlərnən bağlı məlumat
- Kompüter bacarıqları: MS Office proqramları (Word, Excel)
- Yaş: 25-45.
- Dil bilikləri: Azərbaycan (Rus, İngilis dili üstünlükdür)
- İş təcrübəsi: Müvafiq sahə üzrə min 1-3 il.
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 31.05.2022 ci il tarixinə qədər mövzu yerində “korporativ satış üzrə menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
VAKANSİYA 5
Company
Satış üzrə menecer (tikinti üzrə)
Son tarix 17 iyn 2022 - [email protected]
Əmək funksiyası:
- Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi;
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
- Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
- Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
- Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;
- Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
- Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
- Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.
Bacarıqlar və təcrübə:
- Satış sferasında azı 2 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübənin olması vacibdir);
- Komandada işləmə və satış həyata keçirtmə bacarığı;
- Ali təhsil, riyazi hesablama bacarıqları və kompüterdən istifadə bacarığının olması (1C, MS Excel, MS Word);
- Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
- Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması.
Əgər bu iş sizi maraqlandırırsa, xahiş edirik öz CV-nizi e-mail ünvanına göndərin. Mövzu yerində “Satış üzrə Menecer” yazmağı unutmayın, əks halda CV-nizə baxılmayacaq
VAKANSİYA 7
Nardaran İnvest
Satınalma üzrə mütəxəssis
Son tarix 17 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
- Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
- Struktur daxili müfaviq hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahədə 3 illik təcrübə;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Danışıqların aparılması sahəsində bacarıqlar.;
Əlavə məlumat:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:
VAKANSİYA 8
Trion Trade
Ekspeditor
Son tarix 17 iyn 2022 - [email protected]
Tələblər:
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
- Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
- Şəxsi avtomobil mütləqdır.
- Azərbaycan dilini, rus dilini səlis bilməlidir
- İş təcrübəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təcrübəsi: arzu olunandır)
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
- Dəqiq və işinə qarşı məsuliyyətli olan
- Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
- İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kompaniyalar haqqdında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
- Məhsulun təqdim edilməsi.
- Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
- Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
- Satış sonrası işin izlənməsi
- Hesabatlar
- Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
- Əmək haqqı:900-1000 AZN
İş qrafiki:
- Bazar ertəsi -Şənbə
- Saat:09:00-dan-17:00-dək.
VAKANSİYA 9
Mr.fix
Digital media marketing manager
Son tarix 17 iyn 2022 - [email protected]
Əsas öhdəliklər:
- Şirkətin veb saytı və sosial media dizayn fəaliyyətini təşkil etmək, dəyişikliklər etmək və izləmək;
- Sosial media planlamaların hazırlanması və bu xidməti görən digər firmalarla işin təşkili;
- Fərqli kanallarda keçiriləcək tədbirlərin planlanması və icra olunması;
- Kreativ mətnlərin və sosial media postlarının hazırlanması;
- Məhsul tanıdılmasında sosial media dəstəyini vemək;
- Bütün sosial media kanallarına nəzarət etmək;
- Şirkətin sosial şəbəkələrdə (facebook, instagram, Linkedin) təmsil olunması;
- Şirkətin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsinin təşkil edilməsi;
- Sosial media səhifələri üçün kontentlərin yaradılması;
Tələblər:
- Bu sahədə 3 il iş təcrübəsi;
- Ali təhsil;
- Kreativ düşüncə qabiliyyətinin olması;
- İnternetdən aktiv iştirak edən istifadəçi olmalı;
- Analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalı;
- Digital reklam idarəetmə bacarığına sahib olmalı.
- Microsoft ofis proqramları, Photoshop, İllustrator,CorelDraw proqramlarla işləmə qabiliyyəti;
- Azərbaycan və rus dillərini bilməli, ingilis dili biliyi üstünlükdür.
İş rejimi və əmək haqqı:
- İş saatı: 08:30-17:30, 6 günlük iş həftəsi;
- Maaş: 600 AZN
Bu vakansiya üçün e-poçtuna mövzu hissəsinə "Sosial media meneceri" qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
VAKANSİYA 10
Horeca Management
Mühasib
Son tarix 17 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cari mühasibat uçotunun təşkili
- Mühasibat sənədlərinin hazırlanması və nəzarəti
- Aylıq və rüblük hesabatların hazırlanması
- Debitor və Kreditorlarla hesablaşmalar
- Ödənişlərin icrası
Tələblər:
- Mühasibat uçotu üzrə təhsil
- 1C 8.3 proqramı üzrə bilgilər
- MS Office proqramı üzrə bilgilər
- Əmək, Vergi və İnzibati xətalar məcəlləsi ilə işləmə bacarığı
- Aylıq, rüblük hesabatların hazırlanması bacarığı
- Tələbkarlıq və Məsuliyyət
- Komanda ilə işləmə bacarığı
İş saatı:
- I-V günlər 10:00-18:00 (7 saat)
- VI gün 10:00-16:00 ( 5 saat)
- 13:00-14:00 nahar
Əmək haqqı: Vergilər və icbari tutulmalar çıxıldıqdan sonra 500 AZN
Əlavə məlumat:
- Qanun çərçivəsində tələb olunan iş mühiti
- Şirkətin fəaliyyəti tam şəffafdır və rəsmidir
- İş yeri: Xətai rayonu, Azure Business Center
Zəhmət olmasa CV-i göndərərkən mövzuda "Mühasib" yazaraq göndərin.
VAKANSİYA 11
VAKANSİYA 12
VAKANSİYA 13
Group Motors
Müştəri xidmətləri üzrə köməkçi
Son tarix 17 iyn 2022 - [email protected]
Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Müştəri xidmətləri üzrə köməkçi” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
- Ofisin qeydiyyat sisteminə nəzarət etmək;
- Poçtla göndərilən məktubları, bağlamaları açmaq və paylamaq;
- Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
- Reception xidmətləri göstərmək;
- Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
- Telefon zənglərinə cavab vermək və onları yönləndirmək;
- Sorğulara cavab vermək və ya zəngləri şəxsi heyətin müvafiq üzvünə yönləndirmək;
- Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
- Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Namizədlərə tələblər:
- Xanım namizədlər ;
- Yaş: 18-35;
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Xoşagələn zahiri görünüş;
- Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Stres altında işləmə qabiliyyəti;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Müştəri xidmətləri üzrə köməkçi" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 14
MOGAN Hotel
Supervisior (SPA)
Son tarix 17 iyn 2022 - [email protected]
- Cins:Xanım və bəy
- Yaş: 30-50
- Qrafik: 5 iş günü, 2 istirahət günü, 2 növbəli qrafik.
- Əmək haqqı: 750 azn
- Nahar şirkət tərəfindən verilir.
- Bilməli: Rus və ingilis dili orta səviyyədə.
- Təcrübə: Bu sahədə minimum 2 ildən yuxarı.
Maraqlananlar CV-lərinin mövzu yerinə “ SPA supervisior” qeyd edib göndərə bilərsiz.
- Gender: Mrs. and Mr.
- Age: 30-50
- Schedule: 5 working days, 2 days off, 2 shifts.
- Salary: 750 azn
- Lunch is provided by the company.
- Must know: Intermediate level of Russian and English.
- Experience: At least 2 years in this field.
If you are interested, you can write “SPA supervisor” in the subject line of your CV and send it to e-mail.
VAKANSİYA 15
MOGAN Hotel
Qrup rəhbəri (SPA)
Son tarix 17 iyn 2022 - [email protected]
- Cins:Xanım və bəy
- Yaş:20-40
- Qrafik: 5 iş günü, 2 istirahət günü, 2 növbəli qrafik.
- Əmək haqqı: 600 azn
- Nahar şirkət tərəfindən verilir.
- Bilməli: Rus və ingilis dili orta səviyyədə.
- Təcrübə: Bu sahədə minimum 2 ildən yuxarı.
Maraqlananlar CV-lərinin mövzu yerinə “ SPA qrup rəhbəri” qeyd edib göndərə bilərsiz.
- Gender: Mrs. and Mr.
- Age: 30-50
- Schedule: 5 working days, 2 days off, 2 shifts.
- Salary: 600 azn
- Lunch is provided by the company.
- Must know: Intermediate level of Russian and English.
- Experience: At least 2 years in this field.
If you are interested, you can write “SPA supervisor” in the subject line of your CV and send it e-mail.
VAKANSİYA 16
Sağlam Ailə
Təchizat və logistika üzrə mütəxəssis
Son tarix 17 iyn 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müəssisədaxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirir;
- Müəssisənin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlayır;
- Tender, kotirovka, təkliflər sorğularını Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirir;
- Alınan malların (məhsulların) standartlara uyğunluğuna nəzarət edir;
- Malların hərəkəti və daşınması müddətlərinə nəzarət edir;
- Transport-texnoloji prossesində sənəd dövriyyəsini təmin edir;
- Gömrük rəsmiləşməsinin təşkili (sənəd, fayl, informasiya təminatı) və idxal icazəsinin alınması;
- Aşağıda qeyd olunan təyinatlar üzrə məhsulların ölkəxarici bazar təchizatçıları və yerli distribütör şirkətlərdən təchizatını həyata keçirir:
- Laboratoriya diaqnostik agentləri;
- Laboratoriya təyinatlı sərf materialları;
- Tibbi və laboratoriya təyinatlı diaqnostik cihazlar, onların ehtiyat hissələri və illik baxımları.
- Reaktivlərin alınarkən istifadə üçün nəzərdə tutulmuş müddətdən artıq olmasını təmin və nəzarət edir;
- Yerli və xarici Satınalma işinin keyfiyyətli və etibarlı şəkildə təşkil edir;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsini həyata keçirir;
- Anbara daxil olan sifarişlərin təqdim edilən qaimələrə uyğun olaraq proqrama daxil edilməsi (bütün növ mallar, avadanlıqlar) və qaimələrin imzalanmasını təşkil edir;
- Mal-material üzrə aylıq kreditor ödənişlərin həyata keçirilməsi üçün təsdiqlənmiş borc qaimələri üzrə ödəniş siyahılarını tərtib edir;
- Təlimata əsasən tədarükçülərin qiymətləndirilməsini həyata keçirir və təsdiqlənmiş tədarükçüləri siyahıya alır;
- Şöbənin rüblük, yarımillik və illik hesabatlarının hazırlanmasında iştirak edir;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyəti sahədə 2 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili - əla, ingilis dili - yaxşı; rus dili – yaxşı;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Punktual, aktiv, çevik və məsuliyyətli olmalı.
Əlavə:
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Təchizat və logistika üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.