VAKANSİYA 1
Organica
Adminstrator
Son tarix 28 may 2022 - [email protected]
İş təcrübəsi : 1-3 il
İş yeri: Şirniyyat sexi (Bakı, 8ci mikrorayon )
Iş saatı: 09:00-18:00.
İş barədə məlumat :
- Anbarda məhsulların sayına nəzarət etmək
- Müştərilərdən gələn sifariş əsasında qaimə hazırlamaq
- Gündəlik bazarlıq siyahısına nəzarət etmək
- Müştərilərdən gələn sorğuları cavablandırmaq
- Gələn sorğular əsasında sifarişləri yığmaq
- Gündəlik sifariş əsasında şirniyyatçılar arasında iş bölgüsünü aparmaq
- İnstagram və whatsapp üzərindən sifarişlərin qəbulu və yönləndirilməsi.
Tələblər:
- Rus –dili danışıq səviyyədə
- Excel –Əla səviyyədə
- Şirniyyat bölməsində adminstrator işləmiş idarəçilik qabiliyyəti yüksək şəxslər müraciət etsinlər.
Əmək haqqı: 800 Azn
Şirkət tərəfindən nahar verilir.
Əlaqə nömrəsi : +994 51 988 06 67 Təyyar bəy
VAKANSİYA 2
Magnat Group
Baş mühasib
Son tarix 28 may 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş həddi 25-45
- Ali təhsilli (maliyyə,iqtisadi təhsil arzu olunandır)
- Excel,Word,LOGO proqramlarını bilməli
- Maliyyə və ya Mühasibatlıq üzrə ən azı 1-3 ilə qədər iş təcrübəsi
- Bank hesabları üzrə ödənişlərin həyata keçirməyi bacarmali
- Elektron Qaimələrin göndərməyi bacarmali
- Dillər : Azərbaycan dili,Rus dili
- Məsuliiyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmalı
- Stresse davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər
Əmək haqqı təcrübəyə və bacarığa görə dəyişəcək 1000- 1500 azn (aralığında)
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Aylıq hesabatlar – debitor və kreditorlarla üzləşdirmə aktlarının hazırlanması və yoxlanılması (hesabat ayı sonunda mühasibatlığa təqdim olunmayan sənədlərin operativ şəkildə müəyyən edilməsi)
- Balans və mənfəət zərər hesabatının hazırlanması və rəhbərliyə aylıq olaraq təqdim olunması .
- LOGO proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (köçürmə, silinmə, inventarların,təkrar istifadə olunan materiallarla əməliyyatlar və s.) istismara verilməsi.(Proqramı bilməsi üstünlükdür)
- Vergi, mühasibat və maliyyə uçotunu aparmaq
- Hesab və elektron qaimə-fakturalarının yazılması
- Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
- Rəhbərliyin tapşırığına əsasən işləmək.
İş barədə məlumat:
- Satış, alış və anbar əməliyyatlarının LOGO sisteminə daxil edilməsi.
- Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
- İş rejimi: həftənin 5 günü, 09:00-18:00 və 6- cı günü 09:00-14:00
- İstirahət: Bazar günləri
Zəhmət olmasa CV-nizi fotoşəkili ilə elektron poçt ünvanına "Baş mühasib" yazın.
Əlaqə nömrəsi 070525-06-10 Günay Cəfərova
Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.
VAKANSİYA 3
Company
Daxili audit və büdcəyə nəzarət üzrə mütəxəssis
Son tarix 28 may 2022 - [email protected]
Vəzifə və öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının (strategiyanın) hazırlanmasında iştirak etmək;
- Biznes və risklərin auditi zamanı aşkar edilən məsələlərin müzakirə edilməsində iştirak və müvafiq qaydada həll yollarına dair təklif vermək;
- Audit olunmalı sahədə audit testlərini həyata keçirmək və məruzə olunmalı məsələləri və riskin ölçülərini təyin etmək;
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərini və audit yoxlamalarını müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirmək;
- Riskyönümlü audit proqramlarını tərtib etmək və müvafiq qaydada şöbə müdirinə təqdim etmək;
- Nəzarət tədbirlərinin və yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirmək;
- Agentliyin struktur bölmələri və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 1 il iş stajı;
- Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
Şərtlər:
- 5 günlük iş qrafiki:
- İş saatları 09:00-18:00
- Əmək haqqı 700-1000 AZN (NET)
- İstehsalat sahəsində 2 il iş təcrübəsi;
- Yaş həddi 22-32 arası.
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 4
Bimtek
Satış üzrə mütəxəssis
Son tarix 28 may 2022 - [email protected]
İş barədə məlumat:
Şirkətlər, mağazalar, Banklar və digər müəssələrlə görüş təyin edib, satış etmək;
Namizədə tələblər:
- Ali təhsil
- 3-5 il iş təcrübəsi (sms fəaliyyətində təcrübəsi olanlara öncəliklə baxılacaq)
- Məsuliyyətlilik
- Komputer işləmə qabiliyyəti
- Rus və Azərbaycan dilində sərbəst danışığ
- Yaş həddi 24-35 arası
Əmək haqqı 700 + bonus
CV-lərini qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 5
ASET Maliyyə Texnologiyaları BOKT
Baş mühasib
Son tarix 28 may 2022 - [email protected]
Tələblər:
- Yaş 25 – 55
- Cins : Qadin
- Bank və ya BOKT sahəsində təcrübəsi olması arzu olunandır
- Vergi,statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- DSMF: Vahid Bəyənnamə
- MƏRKƏZİ BANK
- Prudensial Hesabat
- Rəqəmsal Balans Hesabatı
- Portfel Hesabatı
- STATİSTİKA HESABATLARI
- Əmək hesabatı
- İKT hesabatı
- İnvestisiya hesabatı
- Bank-2
- Vergi və mühasibat uçotunun aparılması
- 1C (7.7, 8.3) proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
- Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı,Məzuniyyətlərin hesablanması
- BTP, 1C(7.7, 8.3), Excel, Word proqramlarından yaxşı istifadə etmək
- E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
- Namizədin Rus dilini bilməsi arzuolunandır
- Təhsil – Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Səbrli,məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti
- Əmək haqqının hesablanması , ödənilməsi , dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları həyata kecirilməsi və nəzarəti
- Mərkəzi Bank, vergi orqanı və digər orqanlara təqdim olunan hesabatlıqların hazırlanması
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına nəzarət
- Bank hesablarına daxil olan ödəmələrin proqram təminatına daxil edilərək gündəlik bank hesabı qalığının yoxlanılması
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin aparılması və imzalanması
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli.
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli
İş barədə məlumat:
- Komanda ilə işləmə bacarığı
- 5 günlük iş qrafiki həftədə 2 gün istirahət
- İş Saatı 09:00-18:00 dək
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
- Əmək haqqı: 1500-2000
Tel: 051 728 37 54 - Ayten
VAKANSİYA 6
Sirab ASC
Planlama mütəxəssisi (Ticari məhsulların planlaması üzrə mütəxəssis)
Son tarix 28 may 2022 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
- Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook - yaxşı;
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- yaxşı, İngilis dili- yaxşı;
- Təcrübə: Sürətli İstehlak sektorunda minimum 1 il iş təcrübəsi;
- İlkin mühasibatlıq biliklərinin olması.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
- Anbar stok hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək;
- Anbardakı məhsulların istifadə müddətinə nəzərət etmək və əlaqədar şəxsləri məlumatlandırmaq;
- Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
- Sifarişin təchizatçı tərəfindən bizim anbara çatdırılmasını təqib etmək;
- Çatdırılacaq sifariş barədə əvvəlcədən anbara məlumat vermək;
- Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
- Təchizatçəlarla üzləşmə aparmaq;
- Ödənişlərlə bağlı mühasibatlıq və maliyyə ilə daima əlaqədə olmaq;
- Rəhbərliyə hesabatların təqdim olunması.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Planlama mütəxəssisi (Ticari məhsulların planlaması üzrə mütəxəssis)” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 7
Company
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 28 may 2022 - [email protected]
Vəzifə və öhdəlikləri:
- İşçilərin İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını və əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
- İşçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı hesabat hazırlanıb təqdim edilməsi;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi;
Tələblər:
- Ali təhsil;
- Əmək məcəlləsini bilməli;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan dili səlis,, İngilis(səlis) və Rus dili bilikləri arzu olunandır;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Şərtlər:
- 5 günlük iş qrafiki:
- İş saatları 09:00-18:00
- Əmək haqqı 700-1000 AZN (NET)
- İstehsalat sahəsində 2 il iş təcrübəsi;
- Yaş həddi 25-35 arası.
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 8
Oilfield Services
Account Officer
Son tarix 27 may 2022 - [email protected]
We are looking for a detail-oriented Account Officer to assist in our financial department. The responsibilities of an Account Officer include keeping financial records up-to-date, checking for inaccuracies in invoices, and handling queries on general accounts.
To be successful as an Account Officer, you should have knowledge of basic accounting procedures, be open to learning, and have strong communication skills. Ultimately, a quality Account Officer should be able to achieve excellent customer service and maintain accurate financial records.
Account Officer Responsibilities:
- Maintaining financial records in 1C program ,8.3
- Handling accounts payable and receivable.
- Checking invoices.
- Resolving accounts to the general ledger.
- Contacting clients about transactions and invoices.
- Handling queries related to accounts.
Account Officer Requirements:
- High School Diploma.
- Proven work experience as an Account Officer.
- Able to work well within a team.
Working conditions:
- Working mode 08:00-17:00 (5 days a week)
- Salary net 700 azn
- Break time 13:00-14:00
VAKANSİYA 9
Mutfakçı Mobilya
Keyfiyyətə Nəzarət Meneceri
Son tarix 28 may 2022 - [email protected]
Ümumi təsvir: Mebel və interyer həllərinə fokuslanan Mutfakçı şirkəti Bakıda keyfiyyətə nəzarət və layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Şirkətimiz yerli istehsal olmaqla yanaşı, Avropanın aparıcı mebel istehsalçılarının Azərbaycanda distribyutorudur.
Tələblər:
- Yaş həddi 28 – 40 arası, əməkdaşlar;
- Ali təhsil;
- Minimum 2 il əməliyyat sahəsində iş təcrübəsi;
- Layihə idarəedilməsi üzrə biliklər;
- Ana dilimizdə və Rus dilində sərbəst danışmaq.
Vəzifələr:
- Şirkətin əməliyyat prosesinin izlənilməsi
- İnteryer dizayn, layihə idarəedilməsi, nəzarət işlərinin aparılması
- Məhsul və proses keyfiyyətinin təkmilləşdirilməsi
- Xarici və respublikanın bölgələrinə ezamiyyətlər.
İş barədə məlumat:
- Bazarda yüksək əmək haqqı;
- Rəsmi iş şəraiti;
- Telefon və digər lazımı vasitələrlə təminat;
- Treninqlər, şəxsi inkişaf qrafikinə uyğun olaraq fəaliyyət;
- İş qrafiki: I-VI günlər
QEYD: Yuxarıda olan tələblərə uyğun namizədlərdən CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
Telefon: 055 270 0015
VAKANSİYA 10
Connect LLC
Əməliyyatçı mühasib
Son tarix 27 may 2022 - [email protected]
Əmək haqqı: 700 AZN
Tələblər:
- Dil biliyi: Azərbaycan və Rus dili
- Komputer bacarığı: 1C ; Excel (əla səviyyədə), Microsoft Office, Outlook
- Komandada işləmək bacarığı.
- Maliyyə sahəsində ən azı 3 il iş stajı.
Vəzifələr:
- E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarıcı;
- Elektron Qaimə Fakturaların 1C proqramına işlənməsi;
- Kreditorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması;
- Yerli və xarici ödəniş tapşırıqların hazırlanması;
- E-banking istifadə etmə bacarıqı;
- Vəzifə təlimatından irəli gələrək digər öhdəliklər;
- Azərbaycan Respublikasə Vergi və Əmək Məcəlləsi üzrə bilikləri.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
- Nahar: 13:00-14:00
- İstirahət günləri: şənbə, bazar
Ünvan: Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 1222
CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.
VAKANSİYA 11
BERC Group
Vergi və maliyyə xidmətləri şöbəsinin əməliyyatçısı (əməliyyatçı mühasib)
Son tarix 27 may 2022 - [email protected]
İş barədə məlumat:
- Müəssisələrin onlayn kargüzarlıq və şəxsi hesab vərəqələrinə gündəlik nəzarətin edilməsi
- Müqavilə, hesab-faktura, üzləşmə aktı və digər sənədlərin hazırlanması
- Elektron qaimələrin yazılması
- Ölkədaxili və ölkəxarici bank köçürmələrinin həyata keçirilməsi
- Elektron qaimə və idxal bəyannaməsinə əsasən anbar uçotunun aparılması
- Müəssisələrin idxal və ixrac əməliyyatlarının izlənilməsi
- Müəssisələrdə debitor, kreditor və avansların uçotunun aparılması
- Müəssissələrlə bağlı olan əməliyyatların vaxtında və düzgün şəkildə 1 C proqramına işlənilməsi.
- Xidmət göstərilən müştərilərə və rəhbərə müvafiq hesabatların verilməsi
- Texniki əməliyyatlar üzrə müştərilərin sorğularının cavablandırılması
Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
- Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
- Yaş: 22-35 yaş;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
Bacarıq və səriştələr:
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “əməliyyatçı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.
VAKANSİYA 12
Irshad Electronics
Problemli Kredit üzrə Mütəxəssis (İmişli, Xaçmaz)
Son tarix 28 may 2022 - [email protected]
Tələblər:
- Yaş: 25-35 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməyi arzuolunandır;
- Problemli kredit mütəxəssisi vəzifəsində 3 il işləyən namizədlərə üstünlük veriləcək;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
Avtomobil mütləq şəkilində olmalıdır!!!!.
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: razılaşma əsasında.
VAKANSİYA 13
FS Code
Customer support agent (Operator)
Son tarix 27 may 2022 - [email protected]
Tələblər:
- İngilis dilində əla yazı qabiliyyəti;
- Proqram təminatlarının iş prinsiplərini rahat qavraya bilməsi;
- WordPress bilikləri olan;
- (Optional) Az miqdarda HTML + CSS və alqoritmik bilikləri olanlara üstünlük veriləcək.
Görəcəyi işlər:
- Texniki dəstək sistemində müştərilərlə İngilis dilində yazışaraq onların suallarına cavab verəcək. ( proyekt qlobal proyektdir )
- Pluginin iş funksiyaları barədə ingilis dilində təlimatlar yazmaq.
İş vaxtı həftə içi 5 gün.
İş saatı 10:00-dan 19:00-a və 2 saat nahar fasiləsi.
Ofis: Grand Həyat, Tbilisi prospekti, Bakı.
Aylıq məvacib: 600 AZN.
CV-lərinizi [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 14
Arkas Logistics
Logistics Specialist
Son tarix 27 may 2022 - [email protected]
Job summary:
- Oversee daily operations of international transportation. Coordinate import, export international freight activities.
- Coordinate newly approved air , road, railway, sea freight shipments. Collecting and passing necessary information for cargo collection from loading points
- Provide information flow between customers and shippers. Actively participate in preparation process of shipping documents for import/export
- After cargo departure following up the cargo status. To inform the customers prior cargo arrival and making sure that customer arranged the pre-declaration on time if goods imported in Azerbaijan.
Skills:
- efficiency in work
- quick problem solving
- stress resistance
- sociability
Requirements:
- Bachelor's Degree
- Minimum 2 years related work experience preferred.
- Proficiency in Microsoft Office, web-based and job-specific software applications.
- Must be able to read, write, and speak Azerbaijani, English and Russian.
Work time: Mon-Friday 09:00-18:00; salary 800 -1000 AZN
VAKANSİYA 15
ASBC MMC (Торговая марка Alma Store)
B2B Sales Manager
Son tarix 28 may 2022 - [email protected]
Зоны ответственности:
- Поиск и привлечение клиентов в сегменте B2B (холодные звонки, встречи);
- Выявление потребностей клиентов в услугах Компании;
- Согласование условий работы, формирование коммерческих предложений;
- Проведение телефонных переговоров и встреч с клиентами;
- Развитие отношения с ключевыми партнёрами;
- Участие в выставках и конференциях, переговоры с партнёрами;
- Регулярное планирование и подготовка отчётов для руководства;
От Вас мы ожидаем:
- Опыт работы: 1-3 года;
- Высшее образование;
- Отличное знание азербайджанского и русского языков;
- Знание английского языка будет вашим преимуществом;
- Высокий интерес к продукции Apple и желание развивать свои навыки в сфере B2B продаж;
- Знание документооборота в сфере продаж (договор, бухгалтерская документация, и т.д.);
- Нацеленность на результат, высокие коммуникативные навыки, деловая хватка.
Мы предлагаем:
- Возможность работать с брендом №1 на рынке IT техники;
- Разнообразие интересных задач для прогрессивного профессионального роста;
- Возможность проявить себя (мы с радостью принимаем любые идеи, которые способствуют развитию компании, повышению лояльности клиентов, увеличению производительности труда);
- Возможность изучать и пробовать новое, набираться опыта и пополнять свой портфель кейсов;
- Корпоративное внутреннее и внешнее обучение;
- Программы индивидуального развития;
- Стабильная заработная плата и возможность влиять на свой доход (Условия будут оговорены по итогам собеседования);
Компенсация мобильной связи;
Рабочий график: Понедельник- пятница с 10:00 по 18:00.
Всех заинтересованных лиц просьба присылать CV с фотографией с указанием названия позиции в разделе “Subject”.
VAKANSİYA 16
Karabakh Group
Təchizat üzrə mütəxəssis
Son tarix 27 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində şəxsən iştirak etmək;
- Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək;
- Mövcud bazarın təhlili və analizi;
- Mövcud müştərilərlə əlaqə saxlanılması və inkişafı;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Satınalma sifarişlərinin mümkün qədər qısa vaxt ərzində hazırlanması;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi;
- Şöbənin vəzifələrinə aid edilmiş digər funksiyaların icrası;
Tələblər:
- Ali təhsil;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik;
- Ms Office proqramlarını yaxşı, Excel əla səviyyədə bilmək;
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
İş şəraiti:
İş qrafiki : Həftədə 5 gün 09:00 – 18:00
Əmək haqqı : 1000 – 1200 azn
İş yeri: Bakı şəh, Ziya Bünyadov pr.1965-ci məhəllə, “Çinar Park” Biznes mərkəzi, Bina-1, 504a
Maraqlanan şəxslər öz cvlərini “Təchizat” başlığı adı altında göndərə bilərlər.
VAKANSİYA 17
Azdizayn Group
Kommersiya direktoru
Son tarix 27 may 2022 - [email protected]
Namizədə olan tələblər:
- Bakalvr;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro);
- Satış bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ və analitik düşünmə tər.zi və təşəbbüskarlıq;
- İdarəetmə bacarığı;
- Təşkiletmə və planlama bacarığı;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
İş haqqında məlumat:
- Şirkətin kommersiya fəaliyyət sahəsi üzrə işlərinin düzgün təşkil edilməsi;
- Bütün satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış komandasının hədəflərə doğru yönəldilməsi və onların işinin nəzarətdə saxlanılması
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərini müəyyənləşdirilməsi və şirkətin satış həcminin proqnozlaşdırılması;
- Satış, marketinq komandası və şöbə daxilində olan digər əməkdaşların idarə olunması
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
- İşlərin yerinə yetirilməsi məqsədi ilə tabeçiliyində olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edilməsi;
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
- Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
- Şirkətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi.
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri
- Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “Kommersiya direktoru” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 18
FF Group
Maliyyə departamentinin müdiri
Son tarix 27 may 2022 - [email protected]
İş barədə:
- Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
- Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
- Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək; maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
- Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
- Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
- İqtisadi təhsil;
- Maliyyə sahəsində 5-8 il, maliyyə müdiri kimi (istehsalat sahəsində) ən azı 2 il iş təcrübəsi;
- 1C, MS Excel üzrə mükəmməl işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
- ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti
- İş şəraiti: 5 iş günü
- Əmək haqqı: namizədin gözləntilərinə əsasən
- Digər: korporativ nömrə, nahar
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 19
İsmixanlı MMC
Hüquqşünas
Son tarix 27 may 2022 - [email protected]
İş barədə məlumat:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
- Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
- Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
- Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
- Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
- Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
- Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;
- Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
- Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;
Tələblər:
- Təhsil dərəcəsi: Bakalavr (hüquq qanunvericiliyini tam şəkildə bilməlidir)
- Təcrübə: Sahə üzrə ən az 1 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
- Əmək haqqı: 1000 AZN
- İş yeri – Bakı şəhəri
VAKANSİYA 20
Engin
Trade Marketing Specialist
Son tarix 28 may 2022 - [email protected]
Location: Head Office
Department: Trade Marketing
Reports to: Head of Trade Marketing Department
Subordinate: No
Inside of company: Sales Department, Demand and Planning Department
Outside of company: All Parties
Requirements:
- Education: High education
- Experience: A minimum 1 year Sales experience in FMCG is desirable
- Language: Azerbaijani, English, Russian (all fluent)
- Computer skills: MS Office, Excel-Excellent, PowerPoint- Excellent, SAP is preferred
Professional/Personal skills:
- A good sense of responsibility and etiquette
- Excellent typing skills, speed and accuracy essential
- Excellent organizational skills
- Excellent communication skills, both verbal and written
- Strong mathematical knowledge
- Excellent presentation skills
- Highly personable
- Highly business communication skills
- Flexible and mature approach with ability to work unsupervised and outside of working hours
Job Description:
- Participate in implementing Trade Marketing Strategies, including promotional campaigns, promotion tracking, visibility, in store branding and other related functions.
- Planning and tracking of sales results of company
- Responsible for Marketing Surveys, Hypermarket analysis and competition analysis.
- Accurate and timely preparation of reports
- Preparation of presentations and presentation it in front of the mass
- Travel to branches to make sure all plans are executed properly.
- Other duties as assigned.
- Keeping in touch with existing partner companies and be closely involved in resolving any issues that arise
- Collection of data from relevant structures for inclusion in the campaign plan table and monitoring of the process during the period of activity, preparation, and submission of the report to the head.
Deadline: 28.05.2022.
Please indicate the name of the position “Trade Marketing Specialist” in the subject line of the application email and send to e-mail address.
VAKANSİYA 21
Turan Legal and Tax Services LLC
Mühasib
Son tarix 27 may 2022 - [email protected]
İş barədə məlumat:
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin ən azı birinin yüksək səviyyədə olması zəruridir;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günləri;
- Əmək haqqı – 700-1000 AZN;
Namizələrdən mövzu yerində "Mühasib" vakansiyasının adını göstərərək CV-lərini e-poçt ünvanına göndərmələri xahiş olunur
VAKANSİYA 22
Company
Anbardar
Son tarix 28 may 2022 - [email protected]
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılmaq;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanmasını icra etmək.
- Anbara qəbul edilən və anbardan sahələrə verilən mal-materal və məhsulların müntəzəm şəkildə elektron və kağız daşıyıcılarda hesabatının aparılması və eyni zamanda ümumi elektron bazaya işlənilməsinin təmin edilməsi;
Namizədə tələblər:
- Təhsil: Natamam ali
- İş təcrübəsi: 6 ay -1 il
- Kompüter bilikləri: Ofis proqramları, (Word Excel)
- Yaş : 23-50
- Cins : Kişi
- Komandada işləmək bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş yeri: Gəncə ətrafı
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Anbardar” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 23
SƏBA
Daxili Audit Şöbəsinin Baş Mütəxəssisi
Son tarix 06 may 2022 - [email protected]
Hesabat verir: Direktorlar Şurası
İş vaxtı: 5 günlük iş həftəsi, 09:00-18:00-dək
Namizədə tələblər:
- Minimum 3 il audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi.
- Təhsil və ixtisas tələbləri: Ali iqtisadi təhsilə üstünlük verilir.
- Kompüter biliklərinə dair tələblər: MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.
- Xarici dil tələbləri: İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;
Tələb olunan zəruri biliklər:
- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.
Əsas vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
- Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix: 05.05.2022
VAKANSİYA 24
Sirab ASC
Korporativ müştərilər üzər kiçik mütəxəssis
Son tarix 28 may 2022 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office – Excell, Word, Outlook -Orta;
- Dil bilikləri: Azərbaycan- Əla, Rus dili- yaxşı;
- Minimum təcrübə: 1 il;
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Səlis danışıq və düzgün diksiya;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Telefon vasitəsi ilə müştəri sifarişlərinin qəbul edilməsi;
- Müştərilərlə əlaqə saxlanılaraq sorğuların keçirilməsi;
- Yeni müştərilərin satış bazasına daxil edilməsi;
- Müştəri şikayətləri və təkliflərinin qəbulu, araşdırılması və lazimi strukturlara yönləndirilməsi;
- Ərazidən qayıdan maşınların mal qalıqlarının qaytarması prosesini həyata keçirmək;
- Malların çatdırılmasının izlənməsi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Digər tələb və üstünlük göstəriciləri:
- Mikro ERP proqramında işləmək bacarığı.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 450- 550 AZN;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Korporativ müştərilər üzər kiçik mütəxəssis” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 25
BERC Group
Vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi (mühasib)
Son tarix 27 may 2022 - [email protected]
İş barədə məlumat:
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
- Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
- Maliyyə hesabatların tərtib edilməsi;
- Debitor – kreditorlarla hesablaşmaların aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
- Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
- Yaş: 23-35 yaş;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes v.s) ;
- Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
- Problemləri həll etmə bacarığı olmalıdır;
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.
VAKANSİYA 26
Connect LLC
Satış meneceri
Son tarix 27 may 2022 - [email protected]
Əmək haqqı – 600 AZN+ Gəlir hər bir xidmət üzrə olan satışdan 1 -ci ayın aylıq abunə haqqından 50%
Şəxsi avtomobili olan işçilərə şirkət tərəfindən benzin və amortizasiya pulu verilir.
Korporativ nömrə şirkət tərəfindən təqdim olunur.
Tələblər:
- Yüksək nitq mədəniyyəti;
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
- yaş məhdudiyyəti 22-27 yaş;
- Dinamiklik, inandırma və ünsiyyət bacarığı;
- Yüksək təqdimat və satış bacarığı;
- Satı sahəsində iş stajının olması müsbət qarşılanır;
- Məsuliyyət və dəqiqlik;
- Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Vəzifələr:
- "Konnekt" QSC-nə məxsus TV, ADSL və NNTV STB avadanlıqlarının pərakəndə satışı;
- Abunəçi cəlb olunması;
- Müqavilə bağlanması;
- Ərazidə reklam fəaliyyəti (direct marketinq).
İş şəraiti:
- İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar.
- İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Ünvan: Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 1222
CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.
VAKANSİYA 27
PAY Group
Mühasib köməkçisi
Son tarix 27 may 2022 - [email protected]
Vəzifə barədə məlumat:
- Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişlə bağlı müraciətləri qəbul və icra etmək;
- E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
- Rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
- Ödəniş sənədləri, qaimələr və digər əməliyyatlarla bağlı qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
- Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar, sənədləri və hesabatları hazırlamaq;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
- Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
- Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
- İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmək qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Vakansiyaya yalnız xanım namizədlər müraciət edə bilər.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək
- Şənbə və bazar qeyri iş günləridir
- Nahar şirkət tərəfindən təmin olunur
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.