VAKANSİYA 1
Resant Group
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 28 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizədə bağlı tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Azərbaycan və Rus əla səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 2
Fire Safety Caspian Azerbaijan
Təchizat üzrə mütəxəssis
Son tarix 28 fev 2022 - [email protected]
Öhdəliklər:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Təchizat sahəsində ən az 2 il iş təcrübəsi
- Yaş: 25-35
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri vacibdir., rus dili arzuolunandır
- MS Office proqramları
- Yanğından mühafizə sahəsi üzrə biliklər arzuolunandır
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
- Stressə davamlılıq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 5 iş günü.
- Əmək haqqı: 1000-1300 manat
VAKANSİYA 3
Mazarina Trade Company
Trade Marketinq üzrə mütəxəssis
Son tarix 28 fev 2022 - [email protected]
Tələblər:
- Ali təhsil ;
- Marketinq sahəsi ( FMCG sektoru) üzrə 1-3 il təcrübə
- Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər,
- MS Excel ,Powerpoint ilə işləmə bacarığı
- Rus və İngilis dilləri üzrə biliklər
Vəzifə öhdəliklər:
- Şirkətin Marketinq Planının hazırlanmasında iştirak edilməsi;
- Şirkətin bazarının araşdırılması və müvafiq təhlillərin aparılması;
- Potensial müştərilər və seqmentlər üzrə təhlilllərin aparılması;
- Marketinq büdcəsinin bölüşdürülməsində iştirak;
- Müştərilərlə danışıqların aparılması ;
- Məhsullar, biznes vahidləri və regionlar üzrə təhlillərin aparılması;
- Rəqabət mühitinin, rəqiblərin marketinq fəaliyyətinin təhlili;
- Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlillərin həyata keçirilməsi;
- Şirkətin marketinq fəaliyyəti üzrə müvafiq biznes proseslərin təhlilində iştirak etmək;
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək.
İş şəraiti:
- Əmək haqqı: 700 – 1000 AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Trade Marketing üzrə mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.
VAKANSİYA 4
Oil Supply LLC
İqtisadçı, ofis meneceri
Son tarix 28 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması;
- Tenderin işləri;
- Qiymətin əmələqəlməsi işlərini yerinə yetirilməsi;
- İqtisadi hesabatların aparılması;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
- Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi
- E-mail və yazışmaların həyata keçirilməsi
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
- Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
Namizədə tələblər:
- Ali təhsil – İqtisadçı, ofis meneceri
- İşində məsuliyyətli olmaq
- Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı (Mütləq!)
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C programda işləmə bacarığı;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- İşə davamiyyətə nəzarət etmək
Əmək haqqı: 500 azn
İş vaxtı: 5 günlük iş həftəsi 09:00-18:00 / şənbə günü 09:30-15:00
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İqtisadçi, Ofis meneceri” qeyd edərək göndərə bilərsiniz.
VAKANSİYA 5
VAKANSİYA 6
VAKANSİYA 7
Barkod Electronics
Koordinator (Siyəzən filialı)
Son tarix 28 fev 2022 - [email protected]
Tələblər:
- Yaş: 25-40 arası
- Ali təhsil vacibdir.
- Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməyi arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti;
- Etik Davranış Məcəlləsinə riayət etmək;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Vəzifə öhdəliyi:
- Satış sifarişlərinin qəbul edilməsi
- Daxil olan sorğular əsasında qiymət təkliflərinin hazırlanaraq müştərilərə göndərilməsi
- Müqavilə və digər sənədlərin hazırlanması üçün satış mütəxəssisi ilə birgə işlərin aparılması
- Sifarişlərin yerinə yetirilməsi prosesinin izlənməsi
- Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
- Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq.
Şəxsi Keyfiyyətlərə tələblər:
- Təşəbbüskar;
- Ünsiyyətcil;
- Məsuliyyətli;
- Komandada işləmək bacarığı;
Əmək haqqı: Razılaşma yolu ilə
VAKANSİYA 8
Irshad Electronics
Problemli Kredit üzrə mütəxəssis (Bərdə, Lənkaran, Mingəçevir, Xaçmaz, Sabirabad)
Son tarix 28 fev 2022 - [email protected]
Tələblər:
- Yaş: 25-35 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməyi arzuolunandır;
- Problemli kredit mütəxəssisi vəzifəsində 3 il işləyən namizədlərə üstünlük veriləcək;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
Avtomobil mütləq şəkilində olmalıdır.
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: razılaşma əsasında.
VAKANSİYA 9
Yarat Construction MTK
Vergi üzrə Auditor-Təftiş
Son tarix 28 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Xərclərin biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
- Şirkətin maliyyə hesabatınız dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi
Vakant vəzifə üzrə tələblər:
- İstehsal ve tikinti sahəsində işləyənlərə üstünlük verilir
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- Gərgin situasiyalarda emosiyaların idarə etmə bacarıqları;
- Yaş həddi 30-40
- İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil
- İFRS-i yaxşı bilmək
- Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
- Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
İş rejimi: 6 gün saat 09:00-18:00 (6-cı gün saat 09:00-13:00)
İş yeri – Sumqayıt
Zəhmət olmasa CV-nizi mövzu hissəsində qeyd olunan vakansiyanın adını qeyd etməklə e-mail ünvanına göndərəsiniz.
Yalnız qeyd bölməsinə vakansiya elanın vəzifə adını yazmış və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 10
SƏBA
Daxili audit şöbəsinin mütəxəssisi
Son tarix 28 fev 2022 - [email protected]
Hesabat verir: Direktorlar Şurası
Tabeçilikdə işçi: yoxdur
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət şənbə-bazar günləri,
- İş yeri: Xırdalan şəhəri,H.Əliyev pr.1, “Səba” ASC
Namizədə tələblər:
- Minimum 2 il audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi.
- Təhsil və ixtisas tələbləri: Ali iqtisadi təhsilə üstünlük verilir.
- Kompüter biliklərinə dair tələblər: MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.
- Xarici dil tələbləri:
- İngilis dili yaxşı,
- Rus dili biliyi arzuolunandır;
- Tələb olunan zəruri biliklər:
- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.
Qeyd: Regionlar üzrə Ezamiyyələrə getmə imkanı.
Əsas vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
- Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
VAKANSİYA 11
Premium Təchizat
Procurement Specialist
Son tarix 28 fev 2022 - [email protected]
Öhdəliklər:
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
- Tender zamanı şirkəti təmsil etmək;
- Müqavilələr üzrə danışıqların aparılması;
- Tender və kotirovka protokollarının hazırlanması;
- Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq;
- Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək;
- Üzərində işlədiyi layihəni əvvəldən axıra kimi icra etmək
Namizədə tələblər:
- Ali təhsilli,
- Tender sahəsində 1-3 il təcrübəsi olmalı,
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli,
- Ofis texnikası ilə işləmə bacarığı,
- Microsoft Office proqramlarını bilməlidir,
- Səliqəli, punktual, xoş görünüşlü,
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Fikrini izah etmək qabiliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Şəxsi avtomobilinin olması;
- İşə planlı yanaşması;
Əlavə məlumat:
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
- İş qrafiki: 5 gün 09:00 – 18:00
VAKANSİYA 12
Makro 2000
Elektrik Mühəndisi
Son tarix 28 fev 2022 - [email protected]
İş təcrübəsi: Sahə üzrə minimum 5 il
Təhsil: Ali
Vəzifə öhdəlikləri:
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Elektrik sxemlərini oxumaq bacarığı
- Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- Maddi məsul şəxs olaraq material, avadanlıq qənaətli sərfiyyatının təşkil edilməsi.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması .
- Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
- Tikintidə istifadə olunacaq elektrik materiallarının müəyyən edilməsi və zəruri elektrik materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi;
- Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Tələblər:
- Müvafiq sahədə Ali təhsil (Elektrik fakultəsi/ Elektrik mühəndisi)
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti ;
- Yüksək kompüter bacarıqları (Microsoft Office)
- Komandada işləmək bacarığı;
- Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Yaş həddi 25-45
Təminatlar:
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 6 günlük iş qrafiki.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Elektrik mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 13
Texnomart Mağazalar Şəbəkəsi
Satış məsləhətçisi (Xaçmaz)
Son tarix 28 fev 2022 - [email protected]
Tələblər:
- Orta təhsil (Ali təhsil arzuolunandır);
- Azərbaycan dilini səlis bilməli (rus dilini bilməsi arzu olunandır);
- Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş təcrübəsi arzu olunandır;
- Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı.
Vəzifələr:
- Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.
Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 14
VAKANSİYA 15
Avrora
İxrac üzrə mütəxəssis
Son tarix 28 fev 2022 - [email protected]
İşin qısa təsviri:
Xaricə satılan məhsulların sənədləşdirliməsi və göndərişə hazır vəziyyətə gətirilməsini həyata keçirmək, mütəmadi olaraq göndərişə hazırlanan məhsulların vəziyyəti, proseslərin statusu haqqında rəhbərə məlumat vermək
Vəzifələr:
- Sifarişlərin razılaşdırılması
- Sifarişlərin planlamada yerləşdirilməsi
- Mövcud mal-material və xammal stokuna uyğun sifarişlərin redaktə olunması
- Hər ay növbəti 3 ay üçün stikerlənmə planlarının hazırlanması və koordinatora ötürülməsi
- Müxtəlif marşrut və istiqamətlərdə, müxtəlif nəqliyyat növlərinin araşdırılması, optimal variantların xarici logistika şöbə rəhbəri ilə razılaşdırılması
- Malın ixracı üçün FOB, DAP, CFR, CİF şərtləri zamanı nəqliyyatın təşkil olunması, logistika bölməsi ilə kommunikasiya;
- Logistika departamenti və nəqliyyatçı şirkəti və ya nümayəndəsi ilə kommunikasiya, nəqliyyatın yükləməyə verilmə vaxtının müəyyənləşdirilməsi
- Yükləmə prosesinə və yükün standartlara uyğun yüklənməsinə, yükün təhlükəsizliyinin təmin edilməsi və s kimi proseslərə nəzarət
- İxrac zamanı tələb olunan sənədlərin dövlət orqanları və ya nəqliyyat şirkətlərindən alınıb, logistika şöbəsinə təqdim olunması: CT-1, Ekspertiza Aktı, Fito-sanitar sertifikatı, Healty Certificate, Free Sale Certificate, CMR, TİR Cornet, D/Y qaiməsi, B/L və s kimi sənədlər
- Yeni müştərilərə nümunələrin göndərilməsi və bunun təşkil olunması
- Nəqliyyat və ya kuryer şirkətlərin cəlb edilməsi.
- Müştəri istəyi ilə nümunələrin İxrac olunması (gömrüklənməsi)
Sahə üzrə bilik və bacarıqlar:
- İxrac sənədləri və prosedurlarla işləmə bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Tələblər:
- İqdisadiyyat və idarəetmə üzrə ali təhsil;
- Müvafiq istiqamətdə ən az 1 il iş təcrübəsi
- Xarici loqistika və ixracatla bağlı biliklərə malik olmaq:
- Məhsulların xüsusiyyətlərini və daşınması qaydasını bilmək,
- Sənədləşməsi,
- İxracata hazırlanması,
- Logistika kanallarının araşdırılması,
- Yüklərin göndərilməsi və izlənməsi,
- Müştəriyə çatdırılması ilə bağlı yaranacaq risklərin dəyərləndirilməsi,
- Ünsiyyət bacarığı;
- Yaranacaq riskləri müəyyən edə bilmək
- İngilis və Rus dillərini danışıqlar və işgüzar yazışmalar apara biləcək səviyyədə bilmək.
İş şərtləri:
- Növbəli iş rejimi;
- Şirkət hesabına nahar;
- İş yeri “STN iş mərkəzi”
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İxrac üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 16
Para BOKT
Kredit üzrə mütəxəssis (Gəncə)
Son tarix 28 fev 2022 - [email protected]
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit üzrə mütəxəssis (Gəncə)" başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
VAKANSİYA 17
Kontakt Home
Biznes analitik
Son tarix 28 fev 2022
Təsvir:
- Biznes analiz metodoloqiyasının alətlərini(intervyu, benchmarking, interface analysis və s) istifadə etməklə sahə ekspertlərdən tələblərin(funksional, qeyri-funksional və s.) toplanılması və analizi;
- Toplanmış tələblərin prioritetləşdirilməsi;
- Biznes proseslərin təhlili(“as is”);
- Biznes proseslərin modelləşdirilməsi və optimizasiyası(“to be”);
- Funksional spesifikasiyaların hazırlanması;
- Biznes proseslərin təhlili(“as is”);
- Yazılmış spesifikasiyaların düzgün tətbigi üçün sistem analitiki və proqramçı komandası ilə işləmək;
- Yaradılmış funksionallıq və ya inteqrasiya olunmuş yeni proseslərin son istifadəçiyə düzgün çatdırılması üçün təlim komandası ilə birgə işləmək(prosedurların hazırlanması).
Tələblər:
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməlidir, Ingilis dili bilikləri arzu olunandır;
- İş təcrübəsi: minimum 1 il;
- SDLC üzrə biliklər;
- Proqram təminatlarının inteqrasiyası prosesində iş təcrübəsi;
- BPMN v 2.0 və UML üzrə biliklər;
- BRD, SRS, User story, Use case yazma bacarığı;
- Scrum, Kanban metodologiyaları üzrə biliklər;
- Visio, Microsoft Project ilə işləmə bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V günlər, 09:00 - 18:00.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 18
MKT İstehsalat Kommersiya MMC
Baş energetik (İmişli)
Son tarix 28 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təsərrüfatın enerji təchizatını təmin edir.
- Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir.
- Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin edir.
- Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir.
- İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etməlidir.
- Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir.
- Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir.
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır.
- Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir.
- Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir.
- Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır.
- Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamalıdır.
- Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir.
- Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir.
- Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası həyata keçirir.
Tələblər:
- Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
- Müvafiq sahə üzrə 1-3 il təcrübə
- Yüksək gərginlikdə işləmə bacarığı
- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
- İdarəçilik bacarıqları
- İmişli rayonunda yaşayan şəxs olması mütləqdir.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi
- İş yeri: MKT İK MMC-nin İmişli filialı
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Baş energetik (İmişli)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
VAKANSİYA 19
Merkuri BOKT
Məlumat xidmətinin mütəxəssisi (receptionist)
Son tarix 28 fev 2022
Namizədə tələblər:
- Xanım namizədlər
- 23-30 yaş arası
- Ali iqtisadi təhsil
- Azərbaycan dili – əla, rus dili – yaxşı
- MS Office proqram paketinin tətbiqi üzrə yaxşı səviyyədə biliklər
- Kargüzarlıq sahəsində biliklər
- Məsuliyyətli və işində dəqiq
- Düzgün şifahi nitq qabiliyyəti, müştəriləri inandırmaq bacarığı;
- Danışıqlar aparmaq, təqdim etmək bacarıqları;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
Əsas vəzifə və öhdəliklər:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
- Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
- Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi
- Kredit sifarişləri və digər sifarişlər üzrə müştərilərlə əlaqə saxlayıb onların satışa cəlb edilməsi
- Arxiv işinin təşkili
Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz. Mövzu bölməsində müraciət etdiyiniz vakansiyanın adını mütləq qeyd edin.
VAKANSİYA 21
Irshad Electronics
Korporativ Satış Meneceri
Son tarix 28 fev 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Ziyarət nəticələrinin izlənilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan dilində səlist danışıq bacarığı, rus dili orta səviyyədə bilməli;
- Sürücülük vəsiqəsi: kateqoriya B;
- Yaş: 25-35;
- Şəxsi avtomobil;
Korporativ nömrə,benzin,amortizasiya xərcləri, fix maaş 800 AZN, yüksək bonuslar.
VAKANSİYA 22
Sika LLC
Accountant
Son tarix 28 fev 2022 - [email protected]
Reports to: Finance Controller
Job description:
- Posting daily operations to ERP
- sales orders
- bank movements
- petty cash
- advance holder reports
- Tasks assigned by finance controller
Requirements:
- Higher education in Finance, Accounting, Economics
- Relevant work experience 2-3 years
- Advanced MS Excel skills
- Accounting qualifications is an advantage
- Fluent Azerbaijani; English and Russian is an advantage
- Able to perform multiple tasks simultaneously with minimal supervision and self-development
Address: Sumqait city
VAKANSİYA 23
Bizim Market
İşə qəbul üzrə mütəxəssis
Son tarix 28 fev 2022 -
İş haqqında məlumat:
- Mağazaların işəqəbul və yerləşdirmə müddətində proseslərə nəzarətin aparılması;
- İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
- İşəqəbul hesabatlarının hazırlanması;
- Açıq olan vakansiyaların mağazadaxili və mağazaxarici elan hazırlanılması və yerləşdirilməsi;
- Namizəd bazasının daim yenilənməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi;
- İşəqəbul testlərinin həyata keçirilməsi, testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
- İşəqəbul kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İşəqəbul layihələrinin təşkilində iştirak etmək;
- Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi;
- Azərbaycan və Rus dili (əla);
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) ;
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik.
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
- İş yeri: Xətai rayonu, Xudu Məmmədov 1c
VAKANSİYA 24
Kontakt Home
Kreditor (Cəlilabad)
Son tarix 27 fev 2022
Vəzifələr:
- Müştəriyə kredit məhsulları haqqında məlumat vermək;
- Kredit müraciətlərini qəbul və analiz etmək;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər göstərmək;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqini aparmaq.
Tələblər:
- Ali təhsil;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Azərbaycan dilini səlis, rus dilini bilməsi arzu olunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- İş təcrübəsi arzu olunandır.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: İşçi 3 gün işləyir, 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü).
VAKANSİYA 25
Irshad Electronics
Kredit mütəxəssisi (İmişli)
Son tarix 27 fev 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Yaş: 23-30 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: 600 AZN+ bonus.
VAKANSİYA 26
Aztech and Tegeta Motors
Baş Mühasib
Son tarix 27 fev 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- 1C 8.3 proqram təminatında işləmək bacarığı.
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili, Rus dili biliyi (ingilis dili arzuolunandır)
- Ünsiyyət qura bilmə bacarığı
İş barədə məlumat:
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- BTP proqramında (ƏDV,SV, Mənfəət,Əmlak,Torpaq
- MÖMV,ÖMV,Aksiz,Mədən,) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
- Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş vaxtı: Həftə içi 1-5 gün 09:30–dan 17:30 dək; 6-cı gün 09:30 – 15:30
- (nahar vaxtı 13:30 – 14:30)
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 1500 AZN
- Korporativ nömrə,
- Ünvan: Qaradağ rayonu, Səlyan şossesi 12 ci km, Şinkar holding,
VAKANSİYA 27
Xaçmaz Aqropark
Aparıcı mühasib
Son tarix 27 fev 2022 - [email protected]
Əmək funksiyaları:
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasını, amortizasiyası və təmir xərclərinə nəzarəti təmin etmək;
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirir, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edir;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunu həyata keçirir;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkil edir;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu təşkil edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
- Satış müqavilələrin hazırlanması , E-qaimə , hesab faktura və təhvil təslim aktlarının , vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıqları;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
- Maliyyə-mühasibat sahəsində minimum 1 il iş təcrübəsi
- MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli
- Namizəd Xaçmaz və ya Şabran rayonu ərazisində yaşayan şəxs olmalıdır
- Komanda ilə işləyə bilmə bacarığı
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər.
VAKANSİYA 28
MKT İstehsalat Kommersiya MMC
Daxili nəzarət üzrə mütəxəssis
Son tarix 27 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi;
- Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit sahəsi üzrə);
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi;
- MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Müntəzəm olaraq regionlara işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Daxili nəzarət üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
VAKANSİYA 29
Göygöl Şərab Zavodu
Hüquqşünas
Son tarix 27 fev 2022 - [email protected]
Əmək funksiyası:
- Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir.
- Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir.
- Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir.
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir.
- Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir.
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir.
- Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparır.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
- Qanunun tətbiqi üzrə iş aparır.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir.
- Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
İş təcrübəsi : azı 1 il
Cins : Kişi
QEYD: Tələblərə uyğun olmayan və "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurmaqla göndərilməlidir.