Vakansiya: Anbardar
İş yeri: Prive Steak Gallery
Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki - həftədə 6 gün
Əmək haqqı- müsahibə əsasında
Namizədə olan tələblər;
- Cinsi – Kişi
- Yaş 25-35
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
• Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
• Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
• Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
• Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə
• Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
• Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
• İstehsala tələb olunan mal – material ilə təmin etmək sərfiyyat barədə müvafiq hesabatları təqdim etmək;
• Malların faktutaya əsasən sistemə əlavə edilməsi və tələbat olan malların siyahı şəklində sifariş formunun hazırlanması;
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.