Sürücü (D/DE kateqoriyalı) - “Autostar Kaukasus Qmbh Azərbaycan” (Mercedes-Benz)
Namizədə tələblər
• Sürücülük vəsiqəsi ( “D” və ya “DE” kateqoriyası);
• Minimum 8 il sürücülük təcrübəsi olmalı;
• Səliqəli, ciddi və məsuliyyətli olmalı;
• Şəhər küçələrinin rəsmi adlarını və yerləşməsini yüksək səviyyədə bilməli;
• Rus dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
• Əməkdaşların (qonaqların) təyin olunan ünvanlara təhlükəsiz şəkildə və vaxtlı-vaxtında çatdırılması;
• Avtomobilin xəttə çıxmazdan əvvəl texniki vəziyyətinin yoxlanılması, iş zamanı ortaya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
• Avtomobilin saz vəziyyətdə saxlanılmasının, texniki baxışın göstərilməsinin təşkili, avtoanbar ərazisinin abadlaşdırılması və təmizlənməsi üçün tədbirlərin həyata keçirilməsi;
• Nəqliyyat vasitəsinin vaxtında lazımi xidmət göstərilməsinə və düzgün saxlanılmasına, texniki vəziyyətinə, səliqəliliyinə və təmizliyinə nəzarət, avtomobilin nasazlığı haqqında rəhbərliyin məlumatlandırılması;
• Avtoanbarın giriş yolunun yüklənməsi və nəqliyyat vasitələrinin saxlanma ərazisinə kənar şəxslərin daxil olmamasına nəzarət, avtomobillərin inventarizasiyasında iştirak və müvafiq sənədləşmənin aparılması.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına təqdim edə bilərlər.