Namizəddən gözləntilərimiz:
- İngilis dilində səlis danışma bacarığı.
- İngilis dilini yüksək səviyyədə bilməlidir
- Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.
- Öyrətmə və öyrənmə həvəsi.
- IELTS 7+, TEFL, TESOL, CELTA kimi sertifikatlar böyük üstünlükdür.
- Oxşar təcrübə böyük üstünlükdür.
- Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq üstünlükdür.
- Müxtəlif yaş qruplarına tədris mərkəzimizdə ingilis dilinin tədrisi
- Dərslərin mərkəzimiz tərəfindən hazırlanmış proqram üzrə tədrisi
- Danışıq dərslərini aparma bacarığı
- Rus dilli tələbələrə dərs keçmək bacarığı
- Ali təhsil
- Tələbələrə fərdi və qrup şəklində ingilis dilinin tədrisi
- Hər bir tələbəyə diqqətli və fərdi yanaşma, əlavə materialların hazırlanması
- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək
Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:
- Proqrama və tələbələrin ehtiyac və istəklərinə uyğun olaraq onlayn və/və ya ənənəvi formada General English dərsləri tədris etmək.
- Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi.
- Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək.
- Proqramın təkmilləşdirilməsinə töhfə vermək
Əmək haqqı: 600 - 1200
İş qrafiki və digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək. (Axşam saatlarında işləyə biləcək namizədlərə üstünlük veriləcək).
Uyğun namizədlər CV-lərini göndərə bilərlər.
Yalnız şəkilli CV lərə baxılacaq.
CV göndərmək istəyən şəxslər [email protected] e-mailinə müraciət edə bilərlər.