İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:
Direktor müavini
Tələblər:
- Ali təhsil
- Yük avtomobilləri və ağır tikinti və kənd təsərrüfatı texnikası sahəsində minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə qabiliyyətli və təşəbbüskarlıq
- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- MS Office ilə qabaqcıl istifadəni bilməli;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinə malik olmalı
- Təqdimat bacarığına sahib olmalı;
- Yaş: 25-45;
Vəzifə öhdəlikləri:
- Satış, İcarə, Servis və Marketinq şöbələrinin işini idarə edir və personal seçimində iştirak edir.
- Ümumi işin və xidmətlərin həcminin artırıması məqsədi ilə tədbirlər təşkil edir.
- Şirkətin strateqiyasının hazırlanmasında birbaşa iştirak edir.
- Şirkətin qiymət siyasətinin və endirim proqramlarının hazırlanması və inkişafı.
- Şirkətlərin təqdimatlarının, o cümlədən sərgilərdə iştirakının və digər tədbirlərin inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak edir.
- Yük avtomobilləri, ağır tikinti və kənd təsərrüfatı texnikası üzrə bazarın təhlilinin və araşdırmalarının aparılmasında iştirak edir və nəzarət edir
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərdə iştirak edir
- İşgüzar yazışmaların, korporativ danışıqların aparılmasını, təqdimatların keçirilməsini və təkliflərin verilməsni həyata keçirir.
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatları rəhbərliyə bildirir
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edir; Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanmasını təşkil edir;
- Tender prosesində şirkəti təmsil edir;
Əlavə məlumat:
İş qrafiki: Həftə içi 6 gün, Bazar günü istirahət
Əmək haqqı qarşılıqlı razılaşma əsasında
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Direktor müavini" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.
Mühəndis konstruktor
Tələblər
1. Metalkonstruksiyanın, yük və kənd təsərrüfatı texnikalarının üst qurğularının və qoşquların layihələndiliməsi sahəsində minimum 3-5 il iş təcrübəsi olmalı
2. Metalkonstruksiya, yük və kənd təsərrüfatı texnikalarının üst qurğuları və qoşquları üzrə olan cizgiləri və standart cizgiləri oxumağı bacarmalı
3. Metalkonstruksiyanın, yük və kənd təsərrüfatı texnikalarının üst qurğularının və qoşquların istehsal olunma və quraşdırılma gedişatını yaxşı başa düşməli
4. Texniki səviyyədə ingilis dili bilməli
5. Microsoft Office proqramlarını bilməli
6. AutoCAD, Tekla, Solidworks proqramlarını bilməli
7. Təhsil : Ali
8. İş təcrübəsi : 3 ildən 5 ilə qədər
9. Yaş : 25 - 40
Vəzifə öhdəliyi:
1. Metal konstruksiyaların, yük və kənd təsərrüfatı texnikalarının üst qurğularının və qoşquların sifarişçi sənədlərinə istinadən TEKLA və SolidWorks proqramlarının köməyi ilə modellənməsi, mexaniki detalların, qoşqu və avadanlıqların və işçi layihələrinin hazırlanması
2. Ümumi plan, yığım və detal çizgilərinin standartlara görə hazırlanması
3. Ön emalat kəsimlərinin və qaynaq raportlarının hazırlanması;
4. Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası
5. Layihələrin oxunması və düzəlişlərin edilməsi
6. Emalat ardıcıllığına nəzarət
7. Materialların seçilməsi və planlanması
8. Həcimlərin hesablanması və qarşılaşdırılması
İş şəraiti:
AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)
Əmək haqqı qarşılıqlı razılaşma əsasında
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühəndis-konstruktor" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.
İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:
Tikinti rəhbəri
Tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi
- Yaş həddi: 50 yaşadək
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığı arzu olunandır;
- Planlama və smeta tərtib etmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD, Solidworks və TEKLA proqramlarında işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
- İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlamaq.
- Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək.
- Hər bir prosesin standartlara uyğun getməsini təmin etmək üçün avadanlıq və komponentlərin quraşdırılmasına nəzarət etmək
- İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək
- Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət etmək
- Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyə təqdim etmək.
Əlavə məlumat:
İş qrafiki: Həftə içi 6 gün, Bazar günü istirahət
Əmək haqqı qarşılıqlı razılaşma əsasında
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Tikinti rəhbəri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.