CAMAL LTD
Satış üzrə Bölgə Müdiri (Tovuz, Zaqatala, Quba)
Son tarix 23 apr 2025 - [email protected]
Namizədə olan tələblər:
- Müvafiq sahədə 2 (iki) il iş təcrübəsi;
- Şəxsi avtomobili olması mütləqdir.
- Dəqiqlik, nizam-intizam, məsuliyyətlilik və kollektivlə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət edilməsi və rəhbərlik edilməsi;
- Təyin olunan proqram üzrə satış nöqtələrininin gündəlik ziyarət edilməsinə nəzarət edilməsi;
İş şərtlərimiz:
- Əmək haqqı: 1000 AZN (Gross) + Bonus
- İş qrafiki : Tam iş günü (6 gün)
- İş yeri: Tovuz, Zaqatala, Quba.
- Amortizasiya xərcləri qarşılanır.
- Korporativ nömrə ilə təminat.
Maraqlanan namizədlərdən mövzu sətrində “Bölgə müdiri” qeyd etməklə CV-ni elektton poçt ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə nömrəsi - 055 900 32 07