FED.az xəbər verir ki, “Bizim Market” mağaza direktoru vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA
Namizədə olan tələblər:
• Ali təhsil;
• Mağaza direktoru və ya müavini kimi 1 il iş təcrübəsi;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı;
• İşgüzar davranış etikası;
• Satış texnikası və prinsiplərini bilməli;
• Alıcılara keyfiyyətli xidmətin təşkili;
• Kompüter bilikləri (MS Office);
İş haqqında məlumat:
• Marketin personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
• Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək;
• Market və personalın səliqə və təmizliyinə nəzarət etmək.
İş şəraiti:
• 6 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı 1200 AZN + Bonus
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.