Dünyanın kriptovalyuta bazarında yenidən canlanma başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son günlər Bitkoin 70 min dolları keçib.
Fevralın ortalarından dəyər itirməyə başlayan və qısa müddətdə 70 min dollardan aşağı düşən bitkoin İran müharibəsinin başlanması ilə yenidən enmə nümayiş etdirmişdi.
Son 2 gün ərzində – martın 12-dən sonra isə öitkoinin qiymətindən yenidən artım baş verib və kriptovalyuta 70 min dollarlıq həddi keçib.
Hazırda bitkoinin qiyməti 70600 dollar ətrafındadır, son 1 həftədə onun qiymətində 4faiz artım olub.
Xatırladaq ki, Bitkoin 2026-cı ilə 88 min dollar qiymətlə başlamışdı.












