FED.az xəbər verir ki, Beynəlxalq Bank Gəncə, Yevlax, Masallı, Mingəçevir, Şamaxı regionları üzrə Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis (KOS-Müştəri Meneceri) vakansiyalarını elan edir.
Eləcə də bax: "Zeytun Pharmaceuticals" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə KOS (SME) seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Zənglər və görüşlər həyata keçirərək KOS (SME) kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Bankın KOS (SME) seqmentinə aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
• Bu kateqoriyaya aid müştərilərdən kredit sifarişlərini qəbul edərək ilkin təhlil aparmaq və Kredit Komitəsinə təqdim etmək üçün bütün məlumatları müvafiq struktura ötürmək, sifarişin icrasını sonadək təqib etmək;
• Kredit portfelinin keyfiyyətinə daima nəzarət etmək və gecikmələrin aradan qaldırılması üçün müvafiq addımlar atmaq;
• Müştərilərin monitorinqi ilə əlaqədar müvafiq strukturlar üçün zəruri məlumatların əldə olunmasına dəstək olmaq;
• Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
• Təyin olunan hədəflərin (KPİ) icrası və görülən işlər barədə mütəmadi hesabatlar göndərmək;
Bizim üçün ideal namizəd:
• Ali iqtisadi təhsilli;
• Səlis Azərbaycan dili bilən, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacaran;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
• Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
• Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 İyun 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Müştəri Meneceri (Region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az