Aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis
Son tarix 07 yan 2022
Görəcəyiniz işlər:
-
Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsini, faiz dərəcəsi və likvidlik risklərinini idarə edilməsində iştirak etmək;
-
Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək;
-
Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;
-
Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində iştirak etmək;
-
APİK-ə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq.
Bizim üçün uyğun namizəd:
-
Ali iqtisadi təhsilli;
-
Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı olan;
-
Minimum 1 il iş təcrübəsi olan (Maliyyə və bazar risk sahəsi üzrə arzuolunandır);
-
İnduktiv və analitik təhlil bacarığı olan;
-
Komandada işləmək bacarığı olan;
-
Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Scrum Master
Son tarix 07 yan 2022
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
-
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
-
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
-
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
-
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-
Yüksək komanda ruhunda əməkdaşlıq;
-
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
-
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
-
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
-
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
-
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
-
Agile təcrübələri komanda işi zamanı tətbiq etmək;
-
Məhsul üzrə Backlog idarəçiliyi üçün məhsul sahibi (PO) və İT analitikini istiqamətləndirmək və təlimlər keçirmək;
-
Sprint hədəfinə çatmaq üçün maneələri aradan qaldırmaq məqsədilə komandaya rəhbərlik etmək;
-
Scrum tədbirlərini təşkil etmək;
-
Komandanın maneələri dəf etməsinə və perfomansını artırmasına kömək etmək.
Bizim üçün uyğun namizəd:
-
Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;
-
Scrum metodologiyasının tətbiqi sahəsində minimum 1 illik iş təcrübəsi olan;
-
Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihənin olması;
-
Scrum Master sertifikasiyasına sahib;
-
Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
-
Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir.
Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinə kiçik hüquqşünas/hüquqşünas
Son tarix 07 yan 2022
Görəcəyiniz işlər:
-
Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
-
Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
-
Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
-
Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
-
Bütün növ bank əməliyatları ilə bağlı müvafiq struktur bölmələrə hüquqi dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (Hüquq);
-
Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizası üzrə təcrübəsi olan şəxslərə üstünlük verilir;
-
MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı /baş mütəxəssis
Son tarix 07 yan 2022
Görəcəyiniz işlər:
-
Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
-
Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
-
Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
-
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
-
MS Office(Əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Bankda minimum 3-5 il iş təcrübəsi olan;
-
Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
-
Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Büdcə şöbəsinə baş mütəxəssis
Son tarix 07 yan 2022
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
-
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
-
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
-
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
-
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-
Yüksək komanda ruhunda əməkdaşlıq;
-
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
-
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
-
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
-
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
-
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
-
Dövri əsasda fəaliyyət göstəricilərinin və onların nəticələri əsasında mükafatların hesablanması;
-
Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
-
Əsas faəliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
-
İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
-
SQL və Excel proqramları üzrə biliklərə sahib;
-
Analitik təhlil bacarığı olan;
-
Bank və maliyyə sektorunda 3-5 il iş təcrübəsinə sahib;
-
Komandada iş bacarıqlarına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Büdcə şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
MHBS hesabatlıq şöbəsinə mütəxəssis /aparıcı / baş mütəxəssis
Son tarix 07 yan 2022
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
-
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
-
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
-
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
-
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-
Yüksək komanda ruhunda əməkdaşlıq;
-
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
-
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
-
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
-
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
-
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
-
Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
-
Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
-
Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
-
Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
-
ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
-
Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
-
Excel proqramları üzrə biliklərə sahib;
-
Analitik təhlil bacarığı olan;
-
Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
-
Komandada iş bacarıqlarına sahib olan;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “MHBS hesabatlıq şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı /baş mütəxəssis
Son tarix 07 yan 2022
Görəcəyiniz işlər:
-
Şikayətlərin qeydiyyatı və cavablandırılması;
-
Şikayət edən müştərilər ilə görüşlərin təyin edilməsi və aidiyyəti üzrə araşdırılması;
-
Şikayət yaradan məsələlərin təhlil edilməsi, aradan qaldırılması məqsədilə təkliflərin verilməsi və rəhbərliklə razılaşdırılması;
-
Şikayətlərin analizi üçün müvafiq sifarişlərin verilməsi və struktur bölmələri ilə layihələrin yekunlaşdırılmasına dair işlərin görülməsi;
-
Müştəri məmnuniyyəti üçün xüsusi yanaşma tələb edən şikayətlərin müvafiq komitələrdə müzakirəsi, memorandumların hazırlanması;
-
Şikayətlərin qeydiyyatı və analitika üzrə sistemin optimallaşdırılması üçün təkliflərin verilməsi;
-
Yazılı müraciətlər üzrə mübahisələndirilməyən cavab şablonlarının hazırlanması;
-
Yeni şikayət kanallarının idarə olunan formatda mərhələləli açılmasının təhlil və təmin olunması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli;
-
Bank sahəsində minimum 1 il iş təcrübəsi olan;
-
MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.