FED.az xəbər verir ki, "Beynəlxalq Bank Daxili nəzarət departamentinin Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.
Bizim üçün ideal namizəd:
Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
MS Office(Əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
Bankda minimum 3-5 il iş təcrübəsi olan;
Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər dəvət olunacaq