FED.az xəbər verir ki, Beynəlxalq Bank Əməliyyat məhsulları ve ticarətin maliyyələşdirilməsi departamentinin CRM şöbəsinə mütəxəssis və aparıcı mütəxəssis vakansiyaları elan edir.
Eləcə də bax: "PAŞA Həyat" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
SQL proqramı vasitəsi ilə məlumatların təhlili;
Hesabartların təkmilləşdirilməsi;
Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.
Bizim üçün ideal namizəd:
SQL analitika üzrə minimum 1 il iş təcrübəli;
Ali təhsilli;
SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklərə sahib;
Rus və ingilis dil biliklərinə malik;
Analitik düşünmə qabiliyyəti sahib;
Komandada işləmək bacarığına malik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyun 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az