FED.az xəbər verir ki, "Bank of Baku" bank sistemləri departamentinin eksperti vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər
- Verilmiş texniki sənədlər əsasında proqram təminatının hazırlanması;
- Yeni modulların, məhsulların, servislərin yaradılması;
- Mövcud modulların, məhsulların, servislərin funksionallıqlarında və kodlarında dəyişikliklər və optimallaşdırmaların aparılması;
- Proqram təminatında çıxan xətaların kod səviyyəsində analiz edilməsi və aradan qaldırılması.
Seçim meyarları
- Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür);
- Azərbaycan dili və rus dili üzrə əla, ingilis dili üzrə yaxşı səviyyədə biliklər;
- Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
- Oracle verilənlər bazası idarəetmə sistemini, SQL və PL/SQL dillərini yaxşı bilməli;
- Oracle VBİS-də mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları və hesabatları təhlil etmək bacarığı;
- REST, DATA Service, Web servislərinin yaradılması;
- Java proqramlaşdırma dilini bilməsi.
İş şərtləri
- İş yeri: Əməliyyat Mərkəzi
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Bank sistemləri departamentinin eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.