FED.az xəbər verir ki, "Bank of Baku" anderraytinq departamentinin aparıcı/baş eksperti vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər
o Korporativ və KOS kreditlərinin təhlilinin yoxlanılması və Kredit Komitəsinə hazırlanması
o İri məbləğli kreditlər üzrə korporativ biznesə baxış keçirilməsində və kreditlərin təhlilində birbaşa iştirak edilməsi
o Korporativ və KOS kreditlərinin təhlili və Kredit Komitəsi üçün rəy verilməsi
o Mikrokreditlər üzrə filiallardan gələn müraciətlərin təhlili və qərarların verilməsi
o Mikro və KOS üzrə filiallardan gələn sorğuların cavablandırılması
Seçim meyarları
o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür)
o MS Office proqramları, xüsusilə, Excel proqramı ilə praktiki işləmək bacarığı
o Sahə üzrə minimum 1-3 il (baş ekspert üzrə 3-5 il) iş təcrübəsi
o Kredit işi ilə bağlı qanunvericiliyi bilməli
o Analitik düşüncə, riyazi hesablama, maliyyə təhlili, riskləri qiymətləndirmə və sənədlərlə işləmək bacarığı
o Təşəbbüskarlıq, komanda ilə işləmə və planlaşdırma bacarıqları
İş şərtləri
o İş yeri: İnzibati Mərkəz
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Anderraytinq departamentinin aparıcı/baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.