Bank
Korporativ Hüquqşünas
Son tarix 03 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bankın fəaliyyətini tənzimləyən qanunvericiliyə və normativ aktlara uyğun hüquqi dəstək vermək;
- Bankın maraqlarını məhkəmələrdə, dövlət orqanlarında və digər qurumlarda təmsil etmək;
- Müqavilələrin, rəsmi sənədlərin və hüquqi xarakterli digər materialların hazırlanması və ekspertizasını aparmaq;
- Bankın daxili normativ sənədlərinin, qaydalarının və prosedurlarının hüquqi uyğunluğunu təmin etmək;
- Regulyativ orqanların tələblərinə əsasən hüquqi rəylər hazırlamaq və aidiyyəti strukturlar ilə əməkdaşlıq etmək;
- Bank əməliyyatları ilə bağlı hüquqi məsələləri təhlil etmək və mümkün riskləri müəyyənləşdirmək;
- Korporativ idarəetmə və səhmdar münasibətləri ilə bağlı hüquqi dəstək göstərmək;
- Hüquqi məsələlər üzrə mütəmadi olaraq rəhbərliyə məsləhətlər və tövsiyələr vermək.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Bank sektorunda və ya hüquq sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- Bank və maliyyə qanunvericiliyini dərindən bilmək;
- Məhkəmə işlərində təcrübə arzuolunandır;
- Azərbaycan Respublikasının mülki, inzibati və bank qanunvericiliyinə dair biliklər;
- Analitik düşüncə və problem həll etmə bacarıqları;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti, rus və ingilis dilləri arzuolunandır.