FED.az xəbər verir ki, Bank “BTB” ASC Satışa dəstək departamentinə Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
- Bankın reklam və təşviqat üzrə layihələrinin icrası;
- Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinın aparılması;
- Brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
- Bankın rəsmi internet və facebook səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
- Bankın ictimai əlaqələrini qurmaq;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
- Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
- Kontentin yaradılması və onun dolğun şəkildə təqdimatı;
- Sosial şəbəkə paylaşımları üçün mətn tərtibi;
- Press-reliz tərtibi;
- Ümumi görüşlərdə, breynstorminqlərdə iştirak.
Namizədə tələblər:
- Ali təhsil;
- Qeyd olunan sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və rus ( əla) dil bacarıqları;
- Yüksək səviyyədə kontent düzəlişi bacarığı;
- Kreativ düşüncəyə malik olmaq;
- Sosial şəbəkələrin iş prinsipini bilmək;
- Görüş və tədbirlərin keçirilməsi təcrübəsi;
- Dinamik, çevik mühitdə işləmək bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Press-reliz yazmaq bacarığı;
- Komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına 01.09.2020-ci il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi ) göstərməyiniz xahiş olunur.