FED.az Bank “BTB” Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
• Bütün növ klirinq əməliyyatlarının aparılması(ödəniş sistemləri, kart prosessinq şirkətləri, müxbir banklar və s);
• Ödəniş sistemləri üzrə əməliyyatların, onlarla yazışmaların və araşdırmaların aparılması;
• SWIFT vasitəsilə göndərilən ödəniş tapşırığının Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalarına müvafiq olaraq icrası;
• Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
• Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
• Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
- Analiz etmə qabiliyyəti
- Problemləri həll etmə bacarığı
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilmək
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurma bacarığı
- MS Office proqramında işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 10.03.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.